Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

Beynəlxalq hüquqda olduğu kimi ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyində, 
həmçinin  enerji  resurslarının  kəşfiyyatını,  hasilatını  və  nəqlini  tənzim  edən 
beynəlxalq  kontraktlarda  ətraf  mühitin  mühafizəsilə  bağlı  normalara  xüsusi  diqqət 
verilir.  Azərbaycan  Respublikasının  Konstitusiyasında  (hər  kəsin  sağlam  ətraf 
mühitdə  yaşamaq  hüququ  ilə  yanaşı  (m.39,  I))  ekoloji  hüquqpozma  ilə  əlaqədar 
sağlamlığa və əmlaka dəymiş ziyanın əvəzini almaq hüququ qeyd olunur (m.39,11). 
Azərbaycan  Respublikasının  Ekoloji  təhlükəsizlik  haqqında  (1995),  Ətraf 
mühitin  mühafizəsi  haqqında  (1999)  Qanunlarında  ətraf  mühitin  mühafizəsi  prinsipi 
öz  əksini  tapıb.  AR-ın  Yerin  təkindən  istifadə  haqqında  1998-ci  il  Qanununda  da 
enerji  daşıyıcılarından  istifadə  zamanı  ətraf  mühitin  mühafizəsində  səmərəli, 
kompleks və təhlükəsiz istifadə prinsipi nəzərdə tutulur. 
AR-in  neft  kontraktlarından  «Əsrin  Müqaviləsində»  qeyd  olunur  ki,  podratçı 
beynəlxalq  neft  sənayesinin  hamılıqla  qəbul  olunmuş  standartlarına  səylə  əməl 
edərək  ətraf  mühitin,  o  cümlədən  məhdudiyyət  qoymadan  yerin  üstü  və  təkinin, 
dənizin,  havanın,  göllərin,  çayların,  flora  və  faunanın,  kənd  təsərrüfatı  bitkilərinin, 
digər  təbii  ehtiyatların  və  əmlakın  vəziyyətinin  hər  hansı  potensial  pozuntularını 
minimuma  endirmək  üçün  göstərilən  standartlara  müvafiq  surətdə  həyatın,  ətraf 
mühitin  əmlakın  mühafizəsi  növbəliliyilə  bütün  zəruri  tədbirləri  görərək,  neft 
əməliyyatlarını  lazımı  səmərəliliyə  və  təhlükəsizliyə  uyğun  olaraq  aparır  (m.2,1). 
Podratçı  AR-in  səhiyyə,  təhlükəsizlik  texnikasına,  ətraf  mühitin  mühafizəsinə  və 
bərpasına  hamılıqla  tətbiq  edilə  bilən  mövcud  və  gələcək  qanunlarına,  yaxud 
qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanun, qərarların tələbləri saziş bağlanarkən 
qüvvədə  olan  normaların  və  podratçının  tabe  olduğu  beynəlxalq  neft  sənayesi 
praktikasının  tələblərindən  sərt  olmasın  (m.26.3).  Sazişin  XI  əlavəsində  avadanlığın 
təhlükəsiz istismarı üçün tanınmış beynəlxalq təşkilat və assosiasiyaların Amerikanın 
Neft  İnstitutunun  (API),  Britaniya  Standartlar  İnstitutunun  (BSI),  Avropa 
Normalaşdırma Komissiyasının (SEN) tövsiyələri əsas götürülür. 
Enerji effektivliyi və ətraf mühitin  mühafizəsi prinsipinə görə  müəssisələr üçün 
karbon  vergisi deyil, parnik effekti  yaradan tullantı kvotaları  ilə ticarətin beynəlxalq 


bazarı  formalaşdırılmalıdır.  Kvotalarla  ticarət  qaydalarının  yaradılması  bu  məsələni 
həll  etməli,  həm  də  dövlətlərarası  və  hüquqi  şəxslərarası  səviyyədə  Kioto 
Protokolunun  inkişafını  təmin  etmiş  olacaq.  Kvotaların  satışına  icazə  sistemi 
tullantıların  səviyyəsini  azaldan  istehsalın  və  əmtəələrinə,  xidmətlərinə,  o  cümlədən 
enerji  avadanlığı  resursları  və  xidmətləri  ilə  ticarətin  bərqərar  olmasına  gətirib 
çıxaracaq. 
Beynəlxalq  hüquqda  enerji  resurslarının  nəqli  və  istifadəsindən  dəymiş  zərərə 
görə  mülki  məsuliyyətlə  bağlı  bir  sıra  konvensiyaların  qəbul  olunması  da  enerji 
effektivliyinin  və  ətraf  mühitin  mühafizəsinin  təminatına  yönəlib.  Xüsusən  də, 
Dənizin  neftlə  çirkləndirilməsindən  dəymiş  zərərə  görə  mülki  məsuliyyət  haqqında 
(1992)  Brüssel  Konvensiyası.  Təhlükəli  fəaliyyətdən  dəymiş  zərərə  görə  mülki 
məsuliyyət haqqında (1993) Konvensiya və s. sazişlər qeyd edilə bilər. 
 
11.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq  
prinsipi 
 
Enerji  sektorunda  xarici  investisiyaların  cəlb  olunması,  ekoloji  təhlükəsizliyin 
təminatı  beynəlxalq  əməkdaşlıq  olmadan  mümkün  deyil.  Əməkdaşlıq  prinsipinin 
normativ  əsasını  BMT  Nizamnaməsi,  BMT  Baş  Məclisinin  və  UNCTAD-ın 
qətnamələri,  ATƏM-in  Yekun  Aktı  və  digər  beynəlxalq  sənədlər  təşkil  edir.  Qeyd 
olunan  prinsip  dövlətləri  qlobal  problemlərin  həlli  naminə  əməkdaşlıq  etməyə 
məcbur  edir.  Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  təmini,  insan  hüquqlarının 
müdafiəsi,  ətraf  mühitin  mühafizəsi,  təbii  ehtiyatların,  o  cümlədən,  enerji 
resurslarının  təhlükəsiz  istismarı  və  s.  problemlərin  dövlətlərarası  əməkdaşlıq 
olmadan  səmərəli  formada  tənzimlənməsi  mümkün  deyil.  Enerji  resurslarının 
istismarında  beynəlxalq  əməkdaşlıq  prinsipi  Enerji  Xartiyasına  Müqavilədə,  Enerji 
effektivliyi məsələləri və müvafiq ekoloji aspektlər üzrə Protokolda və s. Sənədlərdə 
davamlı olaraq təsbit edilir. Enerji resurslarının istismarında beynəlxalq əməkdaşlıq 
- enerji effektivliyi və ətraf mühitin mühafizəsi; 


-  ekoloji  təhlükəsizliyin  təmin  olunması  ilə  bağlı  dəymiş  zərərə  görə 
məsuliyyətin müəyyən edilməsi; 
- müvafiq qanunvericilik bazasının yaradılması: 
- enerji effektivliyini təmin etmək məqsədilə maliyyələşdirmə; 
-  enerji  resurslarının,  ekoloji  xərclər  də  nəzərə  alınmaqla,  bazar  qiymətlərinin 
müəyyən olunmasında istehsalçıların və istehlakçıların enerjidən maksimum qənaətlə 
və əsaslandırılmış istifadəsinin çərçivə şərtlərinin yaradılması; 
- yeni, tullantısız texnologiyanın mübadiləsi; 
- əqli mülkiyyət hüquqlarının mühafizəsi; 
- hüquqi və normativ aktların şəffaflığı; 
-  enerji  effektivliyinə  və  müvafiq  investisiyalara  maneələrin  aradan 
qaldırılması üzrə tədbirlərə yönəlir. 
Protokolun 9-cu maddəsinə Əlavədə beynəlxalq əməkdaşlıq daha geniş formada 
verilir. 
Enerji  resurslarının  istismarının  ümummilli  maraqlara  uyğun  həyata 
keçirilməsini  təmin  etmək  vasitələrindən  biri  də  müvafiq  sahəyə  nəzarətin  təşkil 
olunmasıdır.  EXM-də  olduğu  kimi  Beynəlxalq  Atom  Enerjisi  Agentliyinin 
Nizamnaməsində  və  d.  sazişlərdə  müvafiq  prinsip  təsbit  edilib.  Nəzarət  özü  də  həm 
beynəlxalq, həm də milli institutların, təşkilatların, müxtəlif sosial qurumların, qeyri-
hökümət  təşkilatlarının,  ətraf  mühitin  mühafizəsi  ilə  məşğul  olan  qurumların 
fəaliyyətini  nəzərdə  tutmalıdır.  Belə  bir  fəaliyyətin  həyata  keçirilməsində  məqsəd 
müvafiq  sahədə  iqtisadi  fəaliyyətin  ətraf  mühitlə  bağlı  standartlara  uyğunluğunu 
təmin etmək təşkil edir. 
Enerji  resurslarının  istismarında  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  nəzarəti 
nəzərdə tutan beynəlxalq, sahəvi sazişlərdən EXM-də razılığa gələn Tərəflər: 
- ekoloji baxımdan əsaslandırılmış, iqtisadi cəhətdən effektiv enerji siyasəti,  
- rentabelli metod və texnologiya ilə bağlı məlumat mübadiləsini; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə