Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

Beynəlxalq  nəqliyyat  hüququnun  nizamasalma  predmetinə  gəldikdə  isə,  qeyd 
etmək  vacibdir  ki,  bu,  hüquq  elmində  mübahisəyə  səbəb  olan  məsələlərdən  biridir. 
Belə  ki,  bir  sıra  müəllif,  məsələn,  Y.N.Maleyev,  A.Q.Boqatıryev  və  b.  beynəlxalq 
nəqliyyat  hüququnun  nizamasalma  predmetinə  həm  dövlətlərarası  (hakimiyyət 
xarakterli),  həm  də  qeyri-dövlətlərarası  (qeyri-hakimiyyət  xarakterli,  yəni  ayrı-ayrı 
ölkələrin şəxsləri arasında yaranan) nəqliyyat münasibətlərini daxil edirlər. 
Digər qrup müəlliflər isə (məsələn, K.A.Bekyaşev3 və b.) beynəlxalq nəqliyyat 
hüququnun  nizamasalma  predmetinə  yalnız  dövlətlərarası  nəqliyyat,  yəni  yük  və 
sərnişinlərin  daşınması  üzrə  dövlətlərarası
 
münasibətləri  daxil  edirlər.  Hesab  edirik 
ki, sonuncu qrup alimlərin mövqeyi həqiqətə yaxındır. Belə ki, biz əgər dövlətlərarası 
hüquq  olan  beynəlxalq  iqtisadi  hüququn  struktur  elementi  (tərkib  hissəsi)  kimi 
beynəlxalq  nəqliyyat  hüququndan  danışırıqsa,  onun  nizamasalma  predmeti  yalnız 
dövlətlərarası münasibətlər olmalıdır. Bir daha təkrar edərək göstəririk ki, beynəlxalq 
hüquq,  o  cümlədən  onun  bir  sahəsi  olan  beynəlxalq  iqtisadi  hüquq  dövlətlərarası 
hüquqdur.  Buna  görə  də,  təbii  ki,  beynəlxalq  iqtisadi  hüququn  struktur  hissələri 
(tərkib  hissələri)  də,  o  cümlədən  beynəlxalq  nəqliyyat  hüququ  da  dövlətlərarası 
(ümumi)  hüquq  olmalıdır.  Odur  ki,  beynəlxalq  iqtisadi  hüququn  struktur  elementi 
(tərkib  hissəsi)  kimi  beynəlxalq  nəqliyyat  hüququnun  nizamasalma  predmetini 
dövlətlərarası  beynəlxalq  nəqliyyat  münasibətləri  təşkil  edir;  həmin  münasibətlər 
aşağıda göstərilən subyektlər arasında yaranır: 
-dövlətlər arasında; 
-dövlətlərlə beynəlxalq hökumətlərarası nəqliyyat təşkilatları arasında. 
Dövlətlərarası  beynəlxalq  nəqliyyat  münasibətləri  hakimiyyət  xarakterli 
münasibətlərdir.  Bu  səbəbdən  həmin  münasibətləri  tənzimləyən  hüquqi  qurum 
(struktur element) beynəlxalq ümumi nəqliyyat hüququ adlanır. Beynəlxalq nəqliyyat 
münasibətləri qeyri-hakimiyyət xarakterli münasibətlər formasında da yarana bilər. 
Qeyri-hakimiyyət  xarakterli  beynəlxalq  nəqliyyat  münasibətləri  dedikdə  ayrı-
ayrı  ölkələrin  fiziki  və  ya  hüquqi  şəxsləri  arasında  beynəlxalq  nəqliyyat  daşımaları 
sahəsində  yaranan  münasibətlər  başa  düşülür;  belə  münasibətlər  beynəlxalq  xüsusi 


nəqliyyat hüququ ilə tənzimlənir; beynəlxalq xüsusi nəqliyyat hüququ isə beynəlxalq 
xüsusi (mülki) hüququn struktur elementi, tərkib hissəsi sayılır. 
BİH-in struktur elementi (tərkib hissəsi) kimi beynəlxalq nəqliyyat hüququ özü 
bir neçə institutdan ibarətdir: 
-beynəlxalq  dəniz  daşımalarını  hüquqi  tənzimetmə  institutu  (beynəlxalq  dəniz 
daşımaları hüquq institutu); 
 
-beynəlxalq  avtomobil  daşımalarını  hüquqi  tənzimetmə  institutu  (beynəlxalq 
avtomobil daşımaları hüquq institutu); 
-beynəlxalq  dəmir  yolu  daşımalarını  hüquqi  tənzimetmə  institutu  (beynəlxalq 
dəmir yolu daşımaları hüquq institutu); 
-beynəlxalq  hava  daşımalarını  hüquqi  tənzimetmə  institutu  (beynəlxalq  hava 
daşımaları hüquq institutu); 
-beynəlxalq  su  (çay)  daşımalarını  hüquqi  tənzimetmə  institutu  (beynəlxalq  su 
(çay) daşımaları hüquq institutu). 
Son  zamanlar  beynəlxalq  nəqliyyat  hüququnun  yeni  bir  institutu 
formalaşmaqdadır  ki,  ona  beynəlxalq  boru  kəmər  nəqliyyat  hüquq  institutu  deyilir. 
Belə  ki,  beynəlxalq  boru  kəməri  ilə  neft,  neft  məhsulları  və  qaz  xarici  ölkələrə  nəql 
olunur;  bu,  beynəlxalq  nəqliyyat  xidmətinin  xüsusi  formasıdır  ki,  onun  göstərilməsi 
ilə əlaqədar olaraq yaranan münasibətlər məhz həmin institutla tənzimlənir. 
 
12.3. Beynəlxalq nəqliyyat hüququnun beynəlxalq iqtisadi hüquq 
sistemində tutduğu yer 
 
«Beynəlxalq  nəqliyyat  hüququ» adlı dərslikdə beynəlxalq  nəqliyyat  hüququna 
iki aspektdən yanaşılır. Belə ki, beynəlxalq nəqliyyat hüququ iki mənada işlədilir: 
-beynəlxalq ümumi nəqliyyat hüququ; 
-beynəlxalq xüsusi nəqliyyat hüququ. 
Beynəlxalq  xüsusi  nəqliyyat  hüququ,  bir  az  əvvəldə  qeyd  etdiyimiz  kimi, 
beynəlxalq  xüsusi  (mülki)  hüququn  struktur  hissəsi  (institutu)  sayılır.  Beynəlxalq 


ümumi  nəqliyyat  hüququna  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  o,  beynəlxalq 
hüququn,  daha  konkret  söyləsək,  beynəlxalq  iqtisadi  hüququn  struktur  hissəsidir. 
Məsələ  burasındadır  ki,  elə  beynəlxalq  hüququn  struktur
 
hissələri  həm  də  onun 
müvafiq  sahələrinin,  o  cümlədən  beynəlxalq  iqtisadi  hüququn  struktur  hissələri 
sayılır. 
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  hüquqa  aid  dərsliklərdə  beynəlxalq 
nəqliyyat hüququna beynəlxalq iqtisadi hüququn yarımsahəsi kimi baxılır. 
Müəlliflərdən K.A.Bekyaşev, M.V.Kuçin, A.Q.Boqatıryev, P.N.Biryukov və b. 
çox  düzgün  olaraq  belə  hesab  edirlər  ki,  beynəlxalq  nəqliyyat  hüququ  beynəlxalq 
iqtisadi  hüququn  yarımsahəsidir.  Doğrudan  da,  beynəlxalq  nəqliyyat  hüququnun 
beynəlxalq  iqtisadi  hüququn  yarımsahəsi  kimi  tanınması  üçün  lazım  olan  və  tələb 
edilən  bütün  şərtlər  mövcuddur.  Əvvəla,  onu  qeyd  edə  bilərik  ki,  beynəlxalq 
nəqliyyat  fəaliyyəti  dövlətlərarası  əməkdaşlığın  konkret  istiqamətlərindən  biridir. 
Beynəlxalq  iqtisadi  hüququn  yarımsahələri  isə  məhz  dövlətlərarası  əməkdaşlığın 
konkret  istiqamətlərinə  əsasən  ayrılır.  Digər  tərəfdən,  beynəlxalq  nəqliyyat 
münasibətləri  beynəlxalq  iqtisadi  münasibətlərin  növlərindən  biridir.  BİH-in 
yarımsahələri  müəyyən  edilərkən  məhz  onun  (beynəlxalq  iqtisadi  hüququn) 
nizamasalma predmetinə daxil olan beynəlxalq iqtisadi münasibətlərin növləri nəzərə 
alınır. Bunlara görə beynəlxalq nəqliyyat hüququna BİH-in yarımsahəsi kimi baxmaq 
lazımdır. 
Amma  elə  müəlliflər  vardır  ki,  onlar  beynəlxalq  nəqliyyat  hüququna  BİH-in 
yarımsahəsi  kimi  baxmırlar;  həmin  müəlliflər,  ümumiyyətlə,  beynəlxalq  nəqliyyat 
hüququnu  heç  belə  BİH-in  tərkib  hissəsi  və  struktur  elementi  kimi  tanımırlar. 
V.M.Şumilov,  Ə.İ.Sadıqov, A.A.Kovalyev və s. məhz belə müəlliflərdəndir. 
Bəzi  müəlliflər,  məsələn,  Q.M.Velyaminov  nəqliyyat  sahəsində  iqtisadi 
münasibətləri  tənzimləyən  beynəlxalq  iqtisadi  hüquq  normalarını  beynəlxalq  ticarət 
hüququnun  tərkibinə  daxil  edir  ki,  bu  da,  əvvəllərdə  qeyd  etdiyimiz
 
kimi,  BİH-in 
yarımsahələrindən  biridir.  Müəllif  bununla  beynəlxalq  nəqliyyat  hüququna 
beynəlxalq ticarət  hüququnun struktur elementi (institutu) kimi  baxmaq  niyyətini  və 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə