Beynəlxalq iqtisadi hüququn struktur elementi və tərkib hissəsi olan
beynəlxalq turizm hüququnun özünəxas (özünəməxsus) nizamasalma predmeti
vardır. Nizamasalma predmeti beynəlxalq turizm hüququnun BİH-in ayrıca struktur
elementi və tərkib hissəsi kimi tanınmasına imkan verən əsas meyar sayılır. Başqa
sözlə, nizamasalma predmeti beynəlxalq turizm hüququnun BİH çərçivəsində
struktur element və tərkib hissə kimi ayrılmasını şərtləndirən başlıca əlamət hesab
edilir. Bundan əvvəlki yarımbaşlıqda beynəlxalq turizm hüququna verdiyimiz
anlayışdan göründüyü kimi, o, dövlətlərarası beynəlxalq turizm münasibətlərini
tənzimləyən hüquq normalarından ibarətdir. Məhz formulə etdiyimiz bu anlayışda
beynəlxalq turizm hüququnun nizamasalma predmeti konkret olaraq, aydın şəkildə
göstərilmişdir. Belə ki, istənilən hüquq sahəsinin bu və ya digər struktur elementi
(hüquqi qurum) hansı növ ictimai münasibətləri tənzimləyirsə, o münasibətlər də
həmin struktur elementin (hüquqi qurumun) nizamasalma predmetini təşkil edir.
Deməli, beynəlxalq turizm hüququnun nizamasalma predmeti qismində dövlətlərarası
beynəlxalq turizm münasibətləri çıxış edir; bu münasibətlər isə turizm sahəsində
dövlətlərarası beynəlxalq əməkdaşlığın həyata keçirilməsi prosesində yaranır. Başqa
sözlə, dövlətlərarası beynəlxalq turizm münasibətləri turizm sahəsində dövlətlərin
fəaliyyəti nəticəsində əmələ gəlir.
Dövlətlərarası beynəlxalq turizm münasibətləri beynəlxalq iqtisadi hüququn
subyektləri arasında yaranır. Belə ki, yalnız dövlətlər və turizm sahəsində
dövlətlərarası beynəlxalq təşkilatlar (məsələn, Ümumdünya Turizm Təşkilatı və s.)1
bu münasibətlərin iştirakçıları ola bilərlər. Bu kotekstdə, yəni subyekt baxımından
dövlətlərarası turizm münasibətlərini iki növə bölmək olar:
-iki və ya bir neçə dövlət arasında yaranan turizm münasibətləri;
-dövlətlərlə beynəlxalq (dövlətlərarası) turizm təşkilatları arasında əmələ gələn
turizm münasibətləri.
Dövlətlərarası beynəlxalq turizm münasibətləri spektri geniş və əhatəli
anlayışdır. Belə ki, bu spektr özündə bir neçə növ münasibəti birləşdirir.
Onlara aşağıdakılar aiddir:
-turizm məhsulunun realizə olunması (satışı) ilə bağlı olan münasibətlər;
-turistlərə nəqliyyat xidmətinin göstərilməsi ilə bağlı olan münasibətlər;
-turistlərə mehmanxana xidmətinin göstərilməsi ilə bağlı olan münasibətlər;
-turistlərin qida ilə təmin olunması sahəsində yaranan münasibətlər;
-türistlərə kommunikasiya xidməti göstərilməsi ilə bağlı olan
münasibətlər;
-turistlərə rekreasiya xidməti göstərilməsi zamanı yaranan münasibətlər
(bu
növ xidmət nəticəsində turistlər muzey, mədəniyyət abidələri və tarixi
yerlərlə tanış
olurlar);
-digər xidmətlərin göstərilməsi prosesində yaranan münasibətlər.
Beynəlxalq turizm hüququnun əsas funksiyası da qeyd edilən xidmət
növlərinin
göstərilməsi
sahəsində
dövlətlər
arasında
yaranan
beynəlxalq
münasibətləri tənzimləməkdən ibarətdir. Həmin münasibətlər turizmlə bağlı
olaraq
yaranır. Məlum məsələdir ki, turistlərə mehmanxana, rabitə,
kommunikasiya,
rekreasiya və digər növ xidmətlər turizmin həyata keçirilməsi
prosesində göstərilir.
Yuxarıda qeyd etdik ki, ayrı-ayrı ölkələrin daxili (milli)
qanunvericiliyində turizmin
leqal (normativ) anlayışı verilmişdir. Turizmin
həm də, eyni zamanda, bəzi
beynəlxalq sənədlərdə (məsələn, Turizm
statistikasına dair BMT sənədində,
Beynəlxalq Turizm Akademiyasının
sənədində və s.) beynəlxalq-hüquqi tərifi
(definisiyası) formulə edilir. Bu
təriflərdən bəlli olur ki, turizm dedikdə fiziki
şəxslərin sağlamlıq, biliyini
artırmaq və görüş dairəsini genişləndirmək və ya işgüzar-
professional
məqsədlər üçün öz daimi yaşayış yerlərindən müvəqqəti getmələri başa
düşülür.
Beynəlxalq münasibətlər praktikasında da turizm fiziki şəxslərin göstərilən
alternativ məqsədlərdən ötrü öz daimi yaşayış yerlərindən müvəqqəti getmələrinin
bütün formalarını əhatə edən anlayış kimi işlədilir.
Turizmin ölkə daxilində və ya xaricində həyata keçirilməsindən asılı olaraq,
onun iki növü fərqləndirilir:
-daxili turizm;
-xarici turizm.
Daxili turizm dedikdə müəyyən ölkədə yaşayan fiziki şəxslərin öz daimi
yaşayış yerlərindən müvəqqəti olaraq, həmin ölkənin hüdudları daxilində digər yerə
getmələri (səyahət etmələri) başa düşülür. Başqa sözlə, əgər səyahət hər hansı
dövlətin daxilində həyata keçirilərsə, belə səyahət daxili turizm adlanır; əgər səyahət
dövlət sərhədindən kənara çıxmaqla bağlıdırsa bu səyahət xarici turizm sayılır. Xarici
turizmlərin məcmusuna isə beynəlxalq turizm deyilir.
Xarici turizm beynəlxalq turizmdən onunla fərqlənir ki, o, yalnız bir ölkənin
fiziki şəxslərinin başqa ölkəyə səyahət etmələrini ifadə edir. Beynəlxalq turizm isə
bütun ölkələrin fiziki şəxslərinin xarici ölkələrə səyahət etmələri deməkdir.
Beynəlxalq turizm dedikdə dövlətlər arasındakı turizm münasibətləri
(əlaqələri) başa düşülür ki, bu münasibətlər, adətən, beynəlxalq müqavilələr əsasında
müəyyən olunur. Beynəlxalq turizm hüququnun nizamasalma predmetini də məhz
beynəlxalq (dövlətlərarası) turizm münasibətləri təşkil edir. Lakin beynəlxalq
sənədlərdə beynəlxalq turizmin anlayışı formulə olunur.
13. 3. Beynəlxalq turizm hüququnun beynəlxalq hüquq sistemində
tutduğu yer
Beynəlxalq-hüquqi tənzimetmə həm də beynəlxalq turizm sahəsində həyata
keçirilir. Belə ki, beynəlxalq turizm fəaliyyəti beynəlxalq-hüquqi tənzimetmənin
vacib obyektlərindən biridir. Bu isə təsadüfi xarakter daşımır. Qeyd etməliyik ki,
kifayət dərəcədə aktual məsələ olduğu üçün beynəlxalq ictimaiyyət, xüsusən də
dövlətlərarası
beynəlxalq
birlik
beynəlxalq
turizm
fəaliyyətinin
hüquqi
tənzimlənməsində maraqlıdır. Axı, dünya birliyi turizm sahəsində humanitar
əməkdaşlığa sülh və beynəlxalq təhlükəsizliyin ümumi sisteminin ayrılmaz hissəsi
kimi baxır. Ona görə ki, özündə humanizm elementlərini birləşdirən beynəlxalq
turizm bütün xalqların həyat səviyyəsini yüksəltməyin mühüm vasitəsi, habelə sülh
və beynəlxalq əməkdaşlığı möhkəmləndirməyin vacib amili sayılır.
Tam yəqinliklə deyə bilərik ki, beynəlxalq münasibətlərdə turizm əsas
yerlərdən birini tutur. Təkcə bunu demək kifayətdir ki, hər il 500 milyona qədər fiziki
şəxs turist qismində (turizm məqsədilə) xarici ölkələrə səfər edirlər. Turist dedikdə
isə istirahət, məzuniyyət, sağlamlıq, təhsil, din, idman və ya işgüzar məqsədlərlə
başqa ölkədə (yerdə) ən azı 24 saat müddəti ərzində müvəqqəti olan şəxs başa
düşülür.2 Bunu xüsusi olaraq vurğulamalıyıq ki, beynəlxalq turizm istirahətin geniş
yayılmış, populyar növüdür.
Dostları ilə paylaş: |