Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə93/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

əməkdaşlığın müstəqil və konkret sahələri (istiqamətləri) nəzərə alınır; bu sahələrdən 
(istiqamətlərdən)  asılı  olaraq,  bu  və  ya  digər  struktur  element  BİH-in  tərkibində 
yarımsahə  «statusu»  əldə  edir.  İqtisadi  fəaliyyət  növü  olan  beynəlxalq  turizm
  məhz 
beynəlxalq  (dövlətlərarası)  əməkdaşlığın  müstəqil
  və  konkret  sahəsi  (istiqaməti) 
hesab olunur.
 
Həm  də  beynəlxalq  turiz
m  hüququna  BİH-in  nisbətən  yeni,  «cavan»  və 
formalaşmaqda olan yarımsahəsi
 kimi baxmaq lazımdır.  
 
         13.4.                Beynəlxalq  turizm  hüququnun  özünəxas  (xüsusi) 
prinsipləri
 
 
Özünəxas (xüsusi) prinsiplərinin mövcud olması beynəlxalq turizm hüququnun 
beynəlxalq  iqtisadi  hüququn  yarımsahəsi  kimi  tanınmasını  şərtləndirən  meyarlardan 
biridir.  Hər  şeydən  əvvəl,  qeyd  etməliyik  ki,  beynəlxalq  turizm  hüququnda 
beynəlxalq  hüququn  əsas  prinsipləri  vacib  rol  oynayır.  Belə  ki,  beynəlxalq  turizm 
hüququnun 
nizamasalma 
predmetinə 
daxil 
olan 
münasibətlərin 
hüquqi 
tənzimlənməsində,  ilk  növbədə,  beynəlxalq  hüququn  əsas  prinsipləri  tətbiq  olunur; 
onlar beynəlxalq turizm hüququ ilə tənzimetmənin əsasını təşkil edir. 
Şübhəsiz,  beynəlxalq  turizm  hüququ  üçün  beynəlxalq  hüququn  əsas 
prinsiplərinin  hamısı  önəmlidir;  lakin  onlar,  təbii  ki,  beynəlxalq  turizm  hüququnda 
bir  bərabərdə,  eyni  dərəcədə  tətbiq  olunmur.  Belə  ki,  beynəlxalq  hüququn  əsas 
prinsiplərinin  bəzilərinin  beynəlxalq  turizm  hüququ  üçün  əhəmiyyəti  daha  çoxdur. 
Söhbət, hər şeydən əvvəl, beynəlxalq hüququn aşağıdakı əsas prinsiplərindən gedir: 
-dövlətlərin suveren bərabərliyi prinsipi;  
-insan hüquq və azadlıqlarına hörmət etmək prinsipi; 
-beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi; 
-güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsipi; 
-əməkdaşlıq prinsipi; 
-dövlətin daxili işlərinə qarışmamaq prinsipi; 
-mübahisələrin dinc yolla həll olunması prinsipi. 


Göstərilən  prinsiplərin  beynəlxalq  (dövlətlərarası)  turizm  münasibətlərinin 
tənzimlənməsində,  beynəlxalq  turizm  fəaliyyətinin  həyata  keçirilməsində  aktiv 
formada  iştirak  etmələri  şəksizdir.  Məhz  onların  əsasında  turizm  sahəsində 
beynəlxalq  dövlətlərarası  əməkdaşlıq  realizə  olunur.  Beynəlxalq  turizm  hüququnda 
həm  də
  beynəlxalq  iqtisadi  hüququn  sahəvi  prinsiplərindən  istifadə  olunur.  Belə  ki, 
beynəlxalq turizm  hüququ  BİH-in  yarımsahəsidir.  Buna  görə də, əlbəttə, beynəlxalq 
turizm  hüququnda  BİH-in  sahəvi  prinsipləri  tətbiq  edilməlidir.  Beynəlxalq  iqtisadi 
hüququn,  xüsusən,  aşağıdakı  prinsiplərinin  beynəlxalq  turizm  hüququ  üçün  vacib 
əhəmiyyəti vardır: 
-iqtisadi diskriminasiyaya (ayrı-seçkiliyə) yol verməmək prinsipi; 
-qarşılıqlı olma prinsipi; 
-qarşılıqlı fayda prinsipi. 
Beynəlxalq  turizm  hüququnda  həm  də  onun  öz  xüsusi  (özünəxas)  prinsipləri 
tətbiq edilir; onlar beynəlxalq iqtisadi hüququn sahədaxili prinsipləri sayılır. Belə ki, 
hüquq  nəzəriyyəsinə  görə, hüquq  yarımsahəsinə  və  ya institutuna aid olan  prinsiplər 
sahədaxili prinsiplər sayılır. 
Beynəlxalq turizm hüququnun özünəməxsus (xüsusi) prinsipləri dedikdə yalnız 
beynəlxalq  turizm  hüququnu  xarakterizə  edən,  onun  mahiyyətini  əks  etdirən  əsas 
ideyalar  və  rəhbər  başlanğıclar  başa  düşülür.  Başqa  sözlə,  təkcə  beynəlxalq  turizm 
hüququ  ilə  tənzimetməyə  məxsus  olan  əsas  ideyalara  və  rəhbər  başlanğıclara 
beynəlxalq  turizm  hüququnun  özünəxas  (xüsusi)  prinsipləri  deyilir.  Bu  səbəbdən 
turizmə  dair  hüquq  ədəbiyyatı  səhifələrində  beynəlxalq  turizm  hüququnun  özünəxas 
(xüsusi)  prinsiplərinin  müəyyənləşdirilməsinə,  formulə  olunmasına  və  ayrılmasına 
xüsusi  diqqət  yetirilir;  bu  prinsiplər  öz  ifadəsini  turizmə  aid  beynəlxalq  sənədlərdə 
tapmışdır. Həmin sənədlər sırasında aşağıdakıları fərqləndirmək mümkündür: 
-Turizmin inkişafı barədə Ümumi Konfransın Sənədi (Manila, 1980-ci
 il); 
-Turizmə dair Ümumdünya Müşaviəsinin Sənədi (Akapulko, 1982-ci il); 
-Turizm barədə Haaqa Parlamentlərarası Konfransın Sənədi (1989-cu
 il); 
-Turizm Xartiyası (1985-ci il); 
-Turist Məcəlləsi (1985-ci il); 
 -Helsinki Yekun Aktı (1975-ci il)2 və b. 


Beynəlxalq  turizm  hüququ,  ilk  növbədə,  turizm  azadlığı  prinsipindən  çıxış 
edir;  bu,  beynəlxalq  turizm  hüququnun  özünəxas  (xüsusi)  prinsiplərindən  biridir; 
həmin prinsipə görə, beynəlxalq turizm heç bir mane olmadan sərbəst və azad şəkildə 
həyata  keçirilir;  fiziki  şəxslər  turizm  səyahətlərinə  (səfərlərinə)  çıxmaqda  sərbəst  və 
azaddır;  heç  kəs  dövlət  ərazisi  çərçivəsində  turistlərin  sərbəst  və  azad  hərəkət 
hüququnun  həyata  keçirilməsinə  mane  ola  bilməz.  Turizm  azadlığı  prinsipi  həm  də 
bunda ifadə olunur ki, turistlərin hər hansı ölkənin ərazisinə daxil olmalarına və onu 
tərk etmələrinə icazə verilməlidir. 
Beynəlxalq  turizm  hüququ  həm  də  turist  olmaq  imkanı  kimi  vacib  prinsipdən 
çıxış  edir;  bu  prinsip  də  beynəlxalq  turizm  hüququnun  özünəxas  (xüsusi) 
prinsiplərindən  biri  sayılır;  sözü  gedən  prinsipə  görə,  hər  bir  fiziki  şəxsin  istirahət 
etmək,  dincəlmək,  müalicə  olunmaq,  qohumları  (yaxınları)  ilə  görüşmək,  idman 
yarışlarında  və  elmi  konfranslarda  iştirak  etmək,  tarixi  yerlərlə  və  mədəniyyət 
(incəsənət) abidələri ilə tanış olmaq, kommersiya-işgüzar danışıqlar aparmaq, habelə 
dini  ziyarətgahlara  getmək  məqsədilə  öz  daimi  yaşayış  yerini  tərk  edərək  turizm 
səfərlərinə  (səyahətlərinə)  çıxmaq  hüququ  vardır.  Göstərilən  prinsip  fiziki  şəxsləri 
turist olmaq hüququ ilə təmin edir. Turist olmaq hüququ isə turizm hüququ deməkdir. 
Buna  görə  də  həmin  prinsip  ədəbiyyat
  səhifələrində  həm  də  turizm  hüququ  prinsipi 
adlanır. 
Beynəlxalq  turizmin  inkişafı  prinsipi  də  beynəlxalq  turizm  hüququnun 
özünəxas  (xüsusi)  prinsipi  sayılır;  bu  prinsipə  görə,  özündə  iqtisadi,  sosial, 
humanitar, tərbiyəvi  və estetik amilləri birləşdirdiyinə, dünyada sülhü  və beynəlxalq 
əməkdaşlığı  möhkəmləndirməyin  vacib  vasitəsi  olduğuna  görə  hər  bir  dövlət 
beynəlxalq  turizm  fəaliyyətinin  inkişafına  yardım  etməlidir;  həm  də  ona  görə  ki, 
dövlətlər beynəlxalq turizm fəaliyyətindən xeyli gəlir götürürlər. 
Beynəlxalq  turizmin  təhlükəsiz  olması  prinsipi  (beynəlxalq  turizmin 
təhlükəsizliyi prinsipini) də beynəlxalq turizm hüququnun özünəxas (xüsusi) prinsipi 
kimi  tanınır;  bu  prinsipinə  görə,  beynəlxalq  turizm  dünya  birliyi,  beynəlxalq 
ictimaiyyət, ayrı-ayrı dövlətlər və onların şəxsləri üçün təhlükəli olmamalı, hər hansı 
zərərin  vurulmasına  gətirib  çıxarmamalıdır.  Həmin  prinsip  hüquqazidd  məqsədlərlə 
(məsələn,  beynəlxalq  terrorizm,  narkobiznes,  insan  və  silah  alveri,  qaçaqmalçılıq  və 
digər  məqsədlərlə)  turizmdən  istifadə  olunmasını  qadağan  edir.  Beynəlxalq  turizm 
yalnız  hüquqauyğun  məqsədlərin  həyata  keçirilməsini  təmin  etməlidir.  Ona  görə  ki, 
turizm humanist aspektə malik olan fəaliyyətdir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə