çoxsaylı tirajla nəşr olunur və onun nüsxələri kütləvi şəkildə satılır); belə istifadə
qanunsuz istifadə sayılmır və hüquq pozuntusu hesab edilmir. Əlbəttə, belə halda əqli
mülkiyyət obyektlərinin beynəlxalq (dövlətlərarası) səviyyədə qorunması tələb edilir.
Əqli mülkiyyət obyektlərinin beynəlxalq (dövlətlərarası) səviyyədə qorunması üçün
isə dövlətlər öz aralarında beynəlxalq sazişlər (ikitərəfli və çoxtərəfli sazişlər)
bağlayırlar; məhz bu sazişlərin vasitəsilə əqli mülkiyyət obyektlərinin beynəlxalq-
hüquqi mühafizəsi, dövlətlərarası səviyyədə qorunması təmin edilir.
Beynəlxalq iqtisadi hüququn tərkib hissəsi (struktur elementi) olan beynəlxalq
əqli mülkiyyət hüququ da məhz bu məqsədə, yəni əqli mülkiyyət obyektlərini
beynəlxalq-hüquqi qorumaq (mühafizə etmək) məqsədinə xidmət edir.
14.2. Beynəlxalq əqli mülkiyyət hüququnun nizamasalma predmeti
Beynəlxalq əqli mülkiyyət hüququnun nizamasalma predmeti dedikdə onun
köməyi və vasitəsilə beynəlxalq səviyyədə qorunan (mühafizə olunan) dövlətlərarası
əqli mülkiyyət münasibətləri başa düşülür. Belə ki, istənilən ictimai münasibət əgər
hüquqi qorunursa və mühafizə edilirsə, deməli, həmin münasibət hüquqi jəhətdən
tənzimlənir; hüquqi mühafizə və qoruma hüquqi tənzimetmənin formalarından
(vasitələrindən) biridir. Bunlara əsasən söyləyə bilərik ki, beynəlxalq əqli mülkiyyət
hüququnun nizamasalma predmetini dövlətlərarası əqli mülkiyyət münasibətləri
təşkil edir; bu münasibətlər isə əqli mülkiyyət obyektləri ilə əlaqədar olaraq yaranır.
Bəs, əqli mülkiyyət obyektləri dedikdə nə başa düşürük?
Əqli mülkiyyət obyektləri dedikdə yaradıjılıq fəaliyyətinin nətijələri başa
düşülür; belə nətijələrin, yəni əqli mülkiyyət obyektlərinin dairəsi beynəlxalq-hüquqi
sənədlərdə, məsələn, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təsis
edilməsi haqqında Stokholm Konvensiyasında (1967-ci il) müəyyən edilmişdir;
həmin Konvensiyanın 2-ci maddəsinin 8-ci bəndinə görə, əqli mülkiyyət obyektlərinə
elm, ədəbiyyat və injəsənət əsərləri,
ixtiralar, sənaye nümunələri, əmtəə nişanları,
joğrafi göstərijilər və digər obyektlər daxildir. Bu obyektlərin beynəlxalq
(dövlətlərarası) səviyyədə qorunması ilə bağlı müəyyən ijtimai münasibətlər əmələ
gəlir ki, həmin münasibətlər beynəlxalq əqli mülkiyyət hüququnun nizamasalma
predmetinə daxildir.
Beynəlxalq əqli mülkiyyət münasibətlərinin BİH-in, daha konkret desək, onun
struktur elementi (tərkib hissəsi) olan beynəlxalq əqli mülkiyyət hüququnun
nizamasalma predmetinə daxil edilməsini nə ilə izah etmək olar? Bildiyimiz kimi,
əqli mülkiyyət obyektlərindən istifadə ilə (məsələn, yenijə ixtira olunmuş yeni
təyinatlı paltaryuyan maşının, televizorun, saatın, kondisionerin və s. avadanlıqların
istehsalı və satışı ilə) bağlı olaraq yaranan
münasibətlər iqtisadi məzmuna malik olub, əmlak münasibətləri hesab edilir. Qeyd
etməliyik ki, əmlak münasibətləri iqtisadi anlayışdır. Belə ki, əmlak münasibətləri
dedikdə konkret iradəvi iqtisadi münasibətlər başa düşülür. Digər tərəfdən, istənilən
iqtisadi münasibət, prinsip etibarı ilə, əmlak münasibətidir. Bundan əlavə, əqli
mülkiyyət obyektlərindən istifadə hüququ (məsələn, ixtiraya patent hüququ) əmtəə
kimi iqtisadi forma alır. Başqa sözlə, belə hüquq əmtəə kimi tanınır. Buna görə də
əqli mülkiyyət obyektlərindən istifadə hüququ əmtəə dövriyyəsinə jəlb olunmaq və
tijarətin (o jümlədən beynəlxalq ticarətin) predmeti olmaq xüsusiyyətinə malikdir
(məsələn, ixtiraya patent hüququ başqa şəxsə satılır və s.). Həmin hüquq həyata
keçirilərkən ticarət münasibətləri (o jümlədən beynəlxalq tijarət münasibətləri)
yaranır.
Bildiyimiz kimi, beynəlxalq tijarət münasibətləri beynəlxalq iqtisadi
münasibətlərin növlərindən biridir. Təsadüfi deyil ki, əqli mülkiyyət obyektlərindən
istifadə hüququ ticarətin (o cümlədən beynəlxalq ticarətin) predmetlərindən biridir.
Buna görə də əqli mülkiyyət hüquqları birbaşa və ya dolayı formada beynəlxalq
tijarətin bir hissəsidir. Fransalı müəlliflər D.Karro və P.Jyuyar təxmini olaraq belə
güman edirlər ki, dünya tijarətinin həjmində əqli mülkiyyət hüquqlarının payı 1%-ə
yaxındır.1 Məhz bu kimi iqtisadi səbəblər, xüsusən də əqli mülkiyyət hüquqlarının
mühüm iqtisadi məzmuna (tərəfə) malik olması əqli mülkiyyət sahəsinin ÜTT
sisteminə daxil edilməsini
şərtləndirmişdir. Belə ki, ÜTT-nin fəaliyyətinin hüquqi əsasını təşkil edən beynəlxalq
sənədlərdən biri, əvvəllərdə qeyd etdiyimiz kimi, TRİPS hesab olunur. TRİPS əqli
mülkiyyət hüquqlarının ən vajib tijarət aspektlərini tənzimləyən ilk beynəlxalq
müqavilədir. Lakin əqli mülkiyyət özlüyündə ÜTT-nin səlahiyyətlərinə daxil olan
məsələ deyildir; sözü gedən təşkilat əqli mülkiyyətə onun beynəlxalq ticarətlə bağlı
olduğu dərəcədə toxunur.
Deyilənlər əsas verir ki, əqli mülkiyyət sahəsində yaranan münasibətlər
beynəlxalq iqtisadi münasibətlərin növlərindən biri kimi tanınsın və beynəlxalq
iqtisadi hüququn nizamasalma predmetinə daxil olsun. Hesab edirik ki, belə fikir
söyləmək üçün gətirdiyimiz arqument və dəlillər kifayət edər. Dövlətlərarası əqli
mülkiyyət münasibətlərinin BİH çərçivəsində tənzimlənməsi vacib və zəruri
Dostları ilə paylaş: |