Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə99/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

Konvensiyasının əsas müddəaları müəyyən dəyişikliklərlə TRİPS sənədinin tərkibinə 
daxil  edilmişdir.  Buna  görə  də  Azərbayjan  Respublikası  tərəfindən  Roma 
Konvensiyasının  qəbul  edilməsi  onun  yaxın  perspektivdə  ÜTT-yə  üzv  olması  üçün 
vacib addım olardı. 
Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  Azərbayjan  Respublikasında  qəbul 
olunmuş  müvafiq  normativ  hüquqi  akt  əlaqəli  hüquqlarla  bağlı  münasibətləri  milli 
çərçivədə  tənzimləyir.  Belə  ki,  əlaqəli  hüquqların  aranması  və  həyata  keçirilməsi 
üçün  hər  hansı  formal  qayda  tələb  olunmur.  Məsələn,  fonoqram  istehsalçılarının  və 
(və ya) ifaçıların öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından 
istifadə 
etmək hüququ  vardır; bu  nişan üç  ünsürdən  ibarətdir: dairəyə alınmış R latın  hərfi  – 
®  (ingilisjə  «registered»  sözünün  baş  hərfidir),  əlaqəli  hüquqların  sahibinin  adı, 
fonoqramın  ilk  dəfə  istehsal  olunduğu  il.  Roma  Konvensiyası  həm  ifaçıları 
(müğənniləri,  rəqqasları,  sənətçiləri,  musiqiçiləri  və  s.),  həm  fonoqram 
istehsalçılarını,  həm də efir  verilişləri təşkilatlarını  milli  recimlə təmin edir.  Belə ki, 
həmin  Konvensiya  milli  recim  kimi  vacib  prinsipdən  çıxış  edir.  Roma 
Konvensiyasının  müəyyənləşdirdiyi  recimə  görə,  əlaqəli  hüquqların  subyektləri 
(ifaçılar və s.), bir qayda olaraq, ədəbiyyat və incəsənət əsərlərindən istifadə edirlər; 
bu  zaman  onlar  əsər  müəllifinin  razılığını  almalıdırlar.  Bildiyimiz  kimi,  əlaqəli 
hüquqlar  müəlliflik  hüquqi  iləsıx  surətdə  bağlıdır.  Lakin  buna  baxmayaraq,  əlaqəli 
hüquqların  qorunması  müəlliflik  hüququnun  mühafizəsinə  (qorunmasına)  heç  jür 
təsir  göstərə  bilməz  (Konvensiyanın  1-ci  maddəsi).  Bu  səbəbdən  də  Roma 
Konvensiyasının  heç  bir  müddəası  müəlliflik  hüququnun  qorunması  ziddinə  olaraq 
kommentariya edilə bilməz. 
Qanunsuz 
fonoqram 
istehsalı 
barədə 
Cenevrə 
Konvensiyası. 
Bu 
Konvensiyanın  əsas  məqsədi  fonoqram  istehsalçılarını  qanunsuz  fonoqram 
istehsalından qorumaqdan ibarətdir; ona Fonoqramlar üzrə Konvensiya deyilir. 1971-
ci  ildə qəbul olunan Jenevrə  Konvensiyasını  BMT  üzvü  və  ya BMT sisteminə daxil 
edilən  ixtisaslaşdırılmış  qurumların  istənilən  üzvü  imzalaya  bilər.  Hal-hazırda  70-ə 
yaxın  dövlət  Konvensiyanın  üzvüdür.  Azərbaycan  Respublikası  indiyə  kimi 
Konvensiyanı imzalamamışdır. Konvensiya hər bir iştirakçı-dövlətin üzərinə belə bir 
vəzifə  qoyur  ki,  o,  digər  iştirakçı-dövlətlərin  vətəndaşlarının  (fonoqram 
istehsalçılarının)  mənafeyini  qorusun;  fonoqramların  qorunma  müddəti  20  ildir;  bu 
müddət  fonoqramın  ilk  dəfə  buraxıldığı  ildən  hesablanır.  Konvensiyaya  görə, 
fonoqram istehsalçıların mənafeyi aşağıdakı üsullarla qorunur: 


-müəlliflik qanunvericiliyi ilə;  
-əlaqəli hüquqlar haqqında xüsusi qanunvericiliklə;  
-haqsız rəqabət haqqında qanunvericiliklə; 
-cinayət qanunverijiliyi ilə. 
Konvensiyaya  görə,  fonoqram  dedikdə  yalnız  səsli  yazılma  başa  düşülür. 
Konvensiya  dünyada  geniş  yayılmış  videopiratçılığı  qadağan  edir.  Peyk  vasitəsilə 
ötürülən  və  proqram  daşıyan  siqnalların  yayılması  barədə  Brüssel  Konvensiyası. 
Onu,  adətən,  «Peyklərə  dair  Konvensiya»  adlandırırlar;  bu  Konvensiya  1974-jü  ildə 
qəbul  olunmuşdur;  30-a  yaxın  dövlət  Konvensiyada  iştirak  edir;  Azərbayjan 
Respublikası Konvensiyasının üzvü deyildir. BMT-nin istənilən üzvü və ya BMT-nin 
ixtisaslaşdırılmış qurumlarının istənilən üzvü Konvensiyaya qoşula bilər.
 
Konvensiya 
peykin  köməyi  ilə  ötürülən  və  prqoram  daşıyan  siqnalların  qanunsuz  yayılmasını 
qadağan edir. Bu yolla o, efir verilişləri təşkilatlarını hüquqi mühafizə ilə təmin edir. 
İştirakçı-dövlətlər müvafiq qaydada səlahiyyəti olmayan təşkilatların qanunsuz siqnal 
yaymalarına  mane olmalıdırlar. Hər bir  üzv-dövlət öz ərazisində  və ya ərazi  vasitəsi 
ilə  peykin  köməyi  əsasında  ötürülən  siqnalların  qanunsuz  yayılmasının  qarşısını 
almaq üçün lazımi tədbirlər görməlidir. 
 
14.8. Beynəlxalq patent hüququnun anlayışı 
 
Beynəlxalq patent hüququ  BİH-in  yarımsahəsi olan beynəlxalq əqli  mülkiyyət 
hüququnun  əsas  instututlarından  biridir;  bu  institutun  əsas  və  başlıca  funksiyası 
beynəlxalq səviyyədə sənaye  mülkiyyətini  qorumaqdan  ibarətdir. Sənaye  mülkiyyəti 
əqli mülkiyyətin bir hissəsi olub, bilavasitə insanın elmi-texniki yaradıcılıq fəaliyyət 
sahəsinə aiddir. Buna görə də beynəlxalq patent hüququna həm də beynəlxalq sənaye 
mülkiyyəti  hüququ  deyilir.  Sənaye  mülkiyyətinin  obyektləri  kifayət  qədər  genişdir. 
Bu obyektlər sırasına aşağıdakılar aiddir: 
-ixtira; 
-sənaye nümunəsi; 
-faydalı model; 
-firma adı; 


-əmtəə nişanı; 
-xidmət nişanı; 
-coğrafi göstərici; 
-haqsız  rəqabətin  qarşısının  alınması.
 
Bunlar  sənaye  mülkiyyətinin  geniş 
mənada obyektlərinin siyahısıdır. 
Sənaye  mülkiyyətinin  obyektləri  həm  də  məhdud  mənada  işlədilir  ki,  buraya 
aiddir: ixtira, sənaye nümunəsi, faydalı  model. Bir sıra ölkənin doktrinası, məhkəmə 
və hüquqtətbiqetmə praktikası sənaye mülkiyyəti obyektlərinə bunları da aid edir: 
-istehsal sirri («nou-hau»); 
-bəzi seleksiya nailiyyətləri (heyvan jinsləri, bitki növləri və s.); 
-inteqral mikrosxemlərinin topologiyası (ABŞ-da, İngiltərədə); 
-digər obyektlər. 
Beynəlxalq  patent  hüququ  məhdud  deyil,  geniş  mənada  sənaye  mülkiyyəti 
obyektlərini qoruyur. Belə ki, onun köməyi ilə həm ixtiralar, həm sənaye nümunələri, 
həm  faydalı  modellər,  həm  əmtəə  nişanları,  həm  firma  adları  və  həm  də  digər 
obyektlər qorunur. 
Geniş mənada sənaye mülkiyyəti obyektlərini dövlətlərarası səviyyədə qoruyan 
hüquq normalarının sisteminə beynəlxalq patent hüququ deyilir.  
Beynəlxalq  patent  hüququnun  əsas  mənbəyi  beynəlxalq  saziş  hesab  olunur. 
Söhbət  sənaye  mülkiyyəti  sahəsində  qəbul  olunan  beynəlxalq  müqavilələrdən  gedir. 
Qeyd etməliyik ki, bu sahədə bir sıra beynəlxalq müqavilələr qəbul olunmuşdur.  
 
14.9.  Sənaye mülkiyyəti sahəsində beynəlxalq sazişlər 
 
Sənaye  mülkiyyəti  sahəsində  qəbul  olunan  beynəlxalq  sazişlərin  məqsədi 
sənaye  mülkiyyətinin  bu  və  digər  növünü  beynəlxalq  səviyyədə  qorumaqdan 
ibarətdir.  Bu  sazişlər  sırasında  Sənaye  mülkiyyətinin  qorunması  haqqında  Paris 
Konvensiyası xüsusi əhəmiyyətə malikdir.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə