Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə94/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

Beynəlxalq  turizm  hüququ  həm  də  turizm  resurslarının  bəşəriyyətin  mirası 
(mülkiyyəti)  olması  kimi  özünəxas  (xüsusi)  prinsipdən  çıxış  edir;  bu  prinsipə  görə, 
turizm  ehtiyatları  kimi  mühüm  əhəmiyyətə  malik  olan  miras  bütövlükdə  mülkiyyət 
hüququ əsasında bəşəriyyətə məxsusdur. 
Beynəlxalq  turizm  hüququ  həm  də  belə  bir  özünəxas  (xüsusi)  prinsip 
müəyyənləşdirir ki, turizm resurlarından (ehtiyatlarından) sərbəst istifadə olunur; ona 
turizm  ehtiyatlarından  sərbəst  istifadə  prinsipi  deyilir.  Həmin  prinsipə  görə,  fiziki 
şəxslər  turist  qismində  turizm  üçün  maraqlı  olan  yerlərə,  yəni  turizm  obyektlərinə 
(məsələn,  muzeylərə,  tarixi  yerlərə,  dini  ziyarətgahlara,  heykəltaraş-lıq  abidələrinə, 
arxeoloci qazıntı yerlərinə və s.) sərbəst şəkildə səfər edə bilərlər. 
 
1
3.5.   Beynəlxalq turizm hüququnun mənbələri 
 
Beynəlxalq turizm hüququnun əsas mənbə növü beynəlxalq müqavilələr hesab 
edilir.  Söhbət,  ilk  növbədə,  turizm  və  beynəlxalq  səyahət  sahəsində  bağlanan 
çoxtərəfli beynəlxalq müqavilələrdən gedir. Belə müqavilələrə aiddir: 
-Səyahətə dair kontrakt barədə Beynəlxalq Konvensiya (1970-ci il); 
-Mehmanxana  sahibləri  və  səyahət  bürosu  arasında  bağlanan
  kontraktlar 
barədə Beynəlxalq Konvensiya (1981-ci il); 
-Kioto  Konvensiyası,  yəni  Gömrük  prosedurunun  sadələşdirilməsi  və
 
harmonizasiyası barədə Beynəlxalq Konvensiya (1973-cü il) və s. 
Beynəlxalq  turizm  hüququnun  mənbəyi  olan  beynəlxalq  müqavilələrin
  bir 
hissəsini  ikitərəfli  beynəlxalq  müqavilələr  təşkil  edir;  onlara  turizm
  sahəsində 
ikitərəfli  müqavilələr  deyilir.  Turizm  sahəsində  beynəlxalq  (dövlətlərarası) 
əməkdaşlıq,  əsasən  və
  başlıca  olaraq,  bu  növ  beynəlxalq  müqavilələrin  köməyi  ilə 
həyata keçirilir. Qeyd etmək lazımdır ki, beynəlxalq
 turizm münasibətlərini ikitərəfli 
beynəlxalq  müqavilələrin
  vasitəsilə  tənzimləmək  ənənəsi  və  praktikası  geniş 
yayılmışdır;  belə  müqavilələrin  sayı
  son  dərəcə  və  həddən  ziyadə  çoxdur.  Məsələn, 
Rusiya  Federasiyası
  Türkmənistan,  Belorusiya,  Argentina,  Litva  və  digər  ölkələrlə 
turizm
  sahəsində əməkdaşlıq barədə ikitərəfli saziş bağlamışdır. 
Azərbaycan 
Respublikası 
da 
turizm 
sahəsində 
ikitərəfli 
müqavilə
 
praktikasından  geniş səviyyədə  istifadə edir. Belə ki, bizim ölkə 1997-ci  ildə
 İtaliya 


Respublikası,  1996-cı  ildə  Özbəkistan  Respublikası,  1999-cu  ildə
  Ukrayna 
Respublikası,  1999-cu  ildə  Bolqarıstan  Respublikası,  1994-cü  ildə
  Çin  Xalq 
Respublikası,  1998-ci  ildə  Gürcüstan  Respublikası,  1997-ci  ildə  Polşa
  Respublikası, 
2004-cü  ildə Moldova Respublikası, 1992-ci  ildə Türkiyə
 Respublikası, 1997-ci ildə 
Qazaxıstan  Respublikası,  2004-cü  ildə  Belorus
  Respublikası,  1996-cı  ildə  Pakistan 
Respublikası,  2005-ci  ildə  Yunanıstanla,
  2006-cı  ildə  İordaniya  və  digər  ölkələrlə 
turizm sahəsində əməkdaşlığa dair
 beynəlxalq sazişlər imzalamışdır. 
Beynəlxalq-hüquqi  adətlər  beynəlxalq  turizm  hüququnun  digər  mənbə
 
növüdür;  turizmin  beynəlxalq-hüquqi  tənzimlənməsində  beynəlxalq
  müqavilələr-lə 
yanaşı,  həm  də  onlardan  istifadə  olunur.  Məsələn,  Turist
  Məcəlləsində  (1985-ci  il) 
turizm sahəsində beynəlxalq-hüquqi adətlər öz əksini
 tapmışdır. 
Beynəlxalq  təşkilatların  qətnamələri  də  beynəlxalq  turizm  hüququnun
  mənbə 
növlərindən  biri  sayılır.  Məsələn,  Ümumdünya  Turizm  Təşkilatının  Baş
  Məclisi 
tərəfindən  1985-ci  ildə  Turizm  Xartiyası  və  Turist  Məcəlləsi  qəbul
  olunmuşdur  ki, 
həmin sənədlər turizmin beynəlxalq-hüquqi tənzimlənməsində
 heç də az rol oynamır. 
 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. 
Sadıqov,  Əfsər  İsa  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq  :  dərslik  /  Ə.  İ.  Sadıqov.  - 
Bakı : Bakı Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
2. 
Əliyev  Etibar  Əli  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı:  “UniPrint” 
MMC nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
3. 
Əliyev Ə.İ., Aslanov E.Z. Beynəlxalq turizm hüququ. Bakı, 2007. 
 
4. 
E.  Ə.  Əliyev  Beynəlxalq  iqtisadi  hüquq:  ümumi  müddəalar.  Bakı,  “Hüquq 
ədəbiyyatı” nəşriyyatı, 2011. – 240 səh
 
5. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ;
 
6. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000;
 
7. 
Ç.M.  Abbasov  –  “  Azərbaycanın  dünya  iqtisadiyyatınainteqrasiya  yolları”.  Bakı 
2002;
 
8. 
Вельяминов  Г.М.  Международное  экономическое  право  и  процесс  ( 
Академический курс): Учебник. - М.: Волтерс Клувер 2004
 
9. 
Шумилов 
В.М. 
Международное 
экономическое 
право 
в 
эпоху 
глобализации. - М.: Междунар. отношения, 2003 
10. 
Barçukova N.S. Mecdunarodnoe sotrudniçestvo qosudarstv v oblasti
 
turizma. M., 
1986. 
11. 
Aleksandrova A.Ö. Mecdunarodnıy turizm. M., 2001. 
12. 
Borisov K.Q. Mecdunaronıy turizm i pravo. M., 1999. 


Mövzu 14. Beynəlxalq əqli mülkiyyət hüququ 
 
14.1.Beynəlxalq əqli mülkiyyət hüququ anlayışı 
 
Dövlətlərarası  beynəlxalq  əqli  mülkiyyət  münasibətləri  müvafiq  hüquq 
normaları  ilə  tənzimlənir;  onlara  beynəlxalq  əqli  mülkiyyət  hüquq  normaları  deyilir 
və  bu  normalar  beynəlxalq-hüquqi  xarakterə  malik  olub,  dövlətlər  arasında  əqli 
mülkiyyət  sahəsində  bağlanan  beynəlxalq  sazişlərdə  müəyyən  edilmişdir.  Məhz 
həmin normaların sistemi beynəlxalq əqli mülkiyyət hüququ adlanır. 
Beynəlxalq  əqli  mülkiyyət  hüququ  dedikdə  beynəlxalq  iqtisadi  hüququn 
subyektləri  arasında  əqli  mülkiyyət  sahəsində  yaranan  beynəlxalq  (dövlətlərarası) 
əqli mülkiyyət münasibətlərini tənzimləyən hüquq normalarının sistemi başa düşülür. 
Beynəlxalq əqli mülkiyyət hüququnun əsas və başlıja funksiyası əqli mülkiyyət 
obyektlərinin (əsərlərin, ixtiraların, əmtəə nişanlarının və s.) dövlətlərarası səviyyədə 
qorunmasını  və  mühafizə olunmasını təmin etməkdən  ibarətdir. Məsələ burasındadır 
ki, bu obyektlər ərazi xarakterli obyektlərdir. 
Belə  ki,  əqli  mülkiyyət  obyektləri  yalnız  yaradıldığı  dövlətin  ərazisində 
qorunur,  mühafizə  edilir;  başqa  dövlətlərin  ərazisində  isə  onlar  qorunmur  və 
mühafizə edilmirlər. 
Əqli  mülkiyyət  obyektlərinin  qorunması  (mühafizə  edilməsi)  dedikdə  bu 
obyektləri  yaradan  şəxsin  ijazə  və  razılığı  olmadan  heç  kəsin  onlardan  istifadə 
etməməsi  başa  düşülür;  yalnız  əqli  mülkiyyət  obyektlərini  yaradan  şəxsin  icazə  və 
razılığı  ilə  başqa  şəxslər  ondan  istifadə  edə  bilərlər.  Ona  görə  ki,  əqli  mülkiyyət 
obyektlərini  yaradan  şəxsin  həmin  obyektlərdən  istifadə  etməyə  müstəsna  (inhisar) 
hüququ vardır. 
Əgər  əqli  mülkiyyət  obyektləri  beynəlxalq  (dövlətlərarası)  səviyyədə 
qorunmazsa,  onda  xariji  dövlətlərin  ərazilərində  istənilən  şəxs  həmin  obyektləri 
yaradan şəxsin razılığını və ya ijazəsini almadan, bu şəxsə haqq (qonarar) vermədən 
onlardan istifadə edə bilər (məsələn, Azərbaycan Respublikasında ixtira edilmiş yeni 
təyinatlı kompüteri ixtiraçının razılığı və icazəsi olmadan, ona haqq ödəmədən xariji 
dövlət  ərazisində  istehsal  edib  satırlar;  başqa  bir  misalda,  Rusiya  Federasiyasında 
yazılmış  qiymətli  elmi  əsərmüəllifin  razılığı  olmadan  Azərbayjan  Respublikasında 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə