Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

1978-ci  ildə Dunay çayı  ilə konteyner daşımaları  haqqında, 1979-cu  ildə beynəlxalq 
yük tariflərinə dair müvafiq çoxtərəfli sazişlər bağlamışdır. 
Beynəlxalq  su  (çay)  daşımaları  ilə  bağlı  dövlətlərarası  münasibətləri 
tənzimləyən  hüquq  normalarının  məcmusu  beynəlxalq  su  (çay)  daşımaları  hüquq 
institutu adlanır; o, beynəlxalq nəqliyyat hüququnun institutlarından biridir. 
Qeyd  etməliyik  ki,  beynəlxalq  su  (çay)  daşımaları,  əsasən,  Avropada  həyata 
keçirilir; beynəlxalq su (çay)  yolları, başlıca olaraq, bu qitədə  inkişaf etmişdir.  Belə 
ki,  Avropada  inkişaf  etmiş  nəqliyyat  infrastrukturuna  malik  olan  çay  və  kanallar 
şəbəkəsi mövcuddur. 
12.10.  Boru kəmər nəqliyyat daşımalarının beynəlxalq-hüquqi 
Tənzimlənməsi 
 
Qeyd  etməliyik  ki,  bəzi  mal  növləri  (neft,  neft  məhsulları,  qaz  və  s.) 
beynəlxalq  ticarət  dövriyyəsinə  digər  nəqletmə  (daşıma)  vasitələrinin  köməyi  ilə 
daxil  olurlar;  boru  kəmər  nəqliyyatı  həmin  vasitələrdən  biridir.  Neftin,  neft 
məhsullarının  və  qazın  xarici  ölkələrə  (sərhəddənkənar)  nəqli  beynəlxalq  nəqliyyat 
xidmətinin  xüsusi  növüdür;  bu  növ  beynəlxalq  nəqliyyat  xidmətinin  hüquqi 
tənzimlənməsi,  ilk  növbədə,  ikitərəfli  beynəlxalq  sazişlərin  vasitəsi  ilə  həyata 
keçirilir.  Məsələn,  1998-ci  ilin  yanvarında  Azərbaycan  Respublikası  Rusiya 
Federasiyası  ilə  Azərbaycan  neftinin  Rusiya  Federasiyasının  ərazisi  ilə  tranziti 
haqqında  müvafiq  müqavilə  imzalamışdır.  Beynəlxalq  nəqliyyat  xidmətinin 
göstərilən  növü  həm  də  çoxtərəfli  beynəlxalq  sazişlərlə  tənzimlənir.  Boru  kəmərləri 
magistralları ilə neft və neft  məhsullarının tranziti sahəsində razılaşdırılmış siyasətin 
aparılması  haqqında  Saziş  (1996-cı  il)  onlardan  biridir.  Bu  Sazişə  görə,  iştirakçı-
dövlətlər boru kəməri ilə nəql olunan neft və neft məhsullarının tranzitini təmin edir. 
Öz  ərazisində  tranzitin  həyata  keçirildiyi  iştirakçı-dövlət  tranzit  olunan  neft  və
 
neft 
məhsullarından  ehtiyacları  üçün  istifadə  edə  bilməz.  Neft  və  neft  məhsullarının 
tranziti  isə  çoxtərəfli  və  ikitərəfli  protokollara  uyğun  həyata  keçirilir;  bu 
protokollarda  tranzitin  obyekt  və  qrafikləri  barədə  razılaşma  ifadə  olunur.  Neftin  və 


neft  məhsullarının  tranzitinə  görə  hesablaşma-ödəniş  tərəflərin  müəyyənləşdirdikləri 
tariflər  üzrə  və  iştirakçı-dövlətlərin  təsərrüfat  subyektləri  arasında  bağlanmış 
müqavilə əsasında həyata keçirilir. 
Qeyd  etmək  lazımdır  ki,  göstərilən  saziş  Energetika  Xartiyasına  Müqavilə 
(1994-cü  il)  əsasında  bağlanmışdır.  Energetika  Xartiyasında  və  ona  əlavə  edilmiş 
Tranzit 
Protokolunda 
beynəlxalq 
boru 
kəməri 
daşımalarının 
çoxtərəfli 
tənzimlənməsinə aid normalar nəzərdə tutulmuşdur. Energetika 
Xartiyasına  Müqavilədə  MDB  üzvü  olan  ölkələr  (o  cümlədən  Azərbaycan 
Respublikası),  Avropa  İttifaqının  üzv-dövlətləri,  başqa  Avropa  ölkələri,  habelə 
Yaponiya  və  Avstraliya  iştirak  edir.  Sözü  gedən  həmin  müqavilə  energetika 
sahəsində əməkdaşlığın həyata keçirilməsini təmin edir, enerci daşıyıcılarının tranzit 
şərtlərini müəyyənləşdirir. 
Beynəlxalq  boru  kəmər  nəqliyyat  daşımalarının  hüquqi  recimini  tənzimləyən 
normaların  məcmusu  beynəlxalq  boru  kəmər  nəqliyyat  hüquq  institutu  adlanır  və  o, 
beynəlxalq nəqliyyat hüququnun ayrıca bir hüquq institutudur. 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. 
Sadıqov, Əfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  - 
Bakı : Bakı Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
2. 
Əliyev  Etibar  Əli  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı: 
“UniPrint” MMC nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
3. 
Ялийев Е.Я. Бейнялхалг няглиййат щцгугу. Дярслик. Бакы, 2009
 
4. 
Ялийев  Е.Я.  Бейнялхалг  дашымаларын  щцгуги  тянзимлянмяси. 
Дярс вясаити. Бакы, 2008.
 
5. 
Ялийев  Е.Я.Йол  щярякяти  тящлцкясизлийинин  щцгуги  ясаслары. 
Дярслик.Бакы, 2010.
 
6. 
E.  Ə.  Əliyev  Beynəlxalq  iqtisadi  hüquq:  ümumi  müddəalar.  Bakı, 
“Hüquq ədəbiyyatı” nəşriyyatı, 2011. – 240 səh. ; 
7. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
8. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 
2000; 
9. 
Azərbaycan  Respublkisanın  nəqliyyat  qanunvericiliyi.  I  kitab  / 
Buraxılışa məsul – A.Süleymanlı. Bakı: Çaşıoğlu, 2005, 820 


10. 
Allahverdiyev S.S. Nəqliyyat müqavilələri (nəqliyyat qanunvericiliyinin 
elmi-praktiki kommentariyası). I hissə. Bakı: Digesta, 2005, 336 s. 
11. 
Əliyev E.Ə. Yol hərəkətinin beynəlxalq- hüquqi tənzimlənməsi və  milli 
qanunvericilik. Dərs vəsaiti. Bakı: Hüquq ədəbiyyatı, 2003, 260 s. 
12. 
Hüseynov  Ə.H.  Yol  hərəkəti  qaydaları  əleyhinə  olan  inzibati  xətaların 
kommentariyası (Normativ materiallarla). Bakı: Digesta, 2008, 620 s. 
13. 
Z.Qafarov,  E.Əliyev  “Müasir  beynəlxalq  nəqliyyat  hüququnun 
Azərbaycan Respublikasında tətbiqi” −Bakı, 2002; 
14. 
F.Bağırov  “Ölkənin  sosial-iqtisadi  inkişafında  nəqliyyatın  rolunun 
yüksəldilməsi istiqamətləri” −  Bakı, 2009 
15. 
Ç.M.  Abbasov  –  “  Azərbaycanın  dünya  iqtisadiyyatınainteqrasiya 
yolları”. Bakı 2002; 
16. 
Emine  Yazıjıoğlu.  Hamburg  Kuralları’na  göre  taşıyanın  sorumluluğu. 
İstanbul: Beta Basım A.Ş., 2000, 228 s. 
17. 
Fahiman Tekil. Deniz hukuku. İstanbul: Alkim, 2001, 634 s.  
18. 
Авчинкин  Д.В.  Международные  перевозки:  правовые  аспекты 
перемещения грузов и пассажиров. Минск: Амалфея, 1999, 304 с. 
19. 
Вельяминов Г.М. Международное экономическое право и процесс ( 
Академический курс): Учебник. - М.: Волтерс Клувер 2004 
20. 
Зыкин  И.С.  Негосударственное  регулирование  //  Международное 
частное право: современные проблемы. – М.: ТЕИС, 1994. 
21. 
Карро, 
Д. 
(Доминик)., 
Жюйар, 
П. 
(Патрик). 
Междунар 
экономическое право (перевод с французского). М. 2002 
22. 
Кузьмин Э.Л. Международное экономическое право. М.:ТК  Велби, 
Изд-во Проспект, 2007. 
23. 
Шумилов  В.М.  Международное  экономическое  право  в  эпоху 
глобализации. - М.: Междунар. отношения, 2003 
 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə