Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti


  Avtomobil daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə88/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

12.8.  Avtomobil daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
 
Avtomobil  nəqliyyatı  müəyyən  texniki-iqtisadi  üstünlüklərə  malik  olan 
nəqliyyat  növüdür;  nəqliyyatın  bu  növü  istənilən  dövlətin  iqtisadi-təsərrüfat 
həyatında vacib rol oynayır. 
Beynəlxalq  avtomobil  nəqliyyatı  sahəsində  yaranan  beynəlxalq-hüquqi 
məsələləri  həll  etmək  və  tənzimləmək  üçün  bir  sıra  beynəlxalq  saziş  qəbul 
olunmuşdur.  Beynəlxalq  yük  daşınması  müqaviləsi  haqqında  Konvensiya  (BYDM) 
bu  sahədə  bağlanan  əsas  saziş  hesab  olunur,  bu  Konvensiya  ingiliscə  «CMR» 
abreviaturası  (Convention  relative  an  contract  de  transport
 
international  des 
marchandises  par  route)  ilə  tanınır.  Göstərilən  Konvensiya  beynəlxalq  avtomobil 
daşımalarını tənzimləyən başlıca və  mühüm beynəlxalq-hüquqi akt  hesab olunur. 19 
may 1956-cı il tarixdə Cenevrə şəhərində 11 dövlət tərəfindən imzalanan Konvensiya 
2 iyul 1961-ci il tarixdən qüvvəyə minsmişdir. 
Avropa ölkələrinin əksəriyyəti sözü gedən Konvensiyada iştirak edirlər. 2000-
ci  ildən  Azərbaycan  Respublikası  da  onun  üzvüdür.  MDB  üzvü  olan  ölkələrdən 
Rusiya 
Federasiyası, 
Belorusiya, 
Ukrayna 
və 
digərləri 
də 
Konvensiya 
iştirakçısıdırlar.  Konvensiya  beynəlxalq  avtomobil  yük  daşınması  müqaviləsinin 
şərtlərini,  müqavilə  iştirakçılarının (yük sahibi və daşıyıcının)  hüquq  və  vəzifələrini, 
daşıyıcının  yükün  salamat  (olduğu  kimi)  saxlanmamasına  görə  məsuliyyətini, 
daşınma  üçün  yükün  qəbul  edilməsi  və  təyinat  yerində  onun  yükalana  verilməsi 
qaydalarını tənzimləyir.  Bütövlükdə 8  fəsil  və 51  maddədən  ibarət olan  Konvensiya 
imperativ  xarakterli  sənəddir.  Buna  görə  də  müqavilə  iştirakçıları  Konvensiyada 
nəzərdə tutulandan fərqli qayda müəyyənləşdirə bilməzlər. 
Azərbaycan  Respublikası  həm  də  BYD  kitabçası  tətbiq  edilməklə  beynəlxalq 
yük daşımaları haqqında Gömrük Konvensiyasına qoşulmuşdur; bizim ölkəmiz 1996-
cı  il  tarixdən  bu  Konvensiyanın  iştirakçısıdır.  Konvensiya  1959-cu  ildə  imzalanmış, 
1975-ci ildə yeni redaksiyada qəbul edilmiş və 1978-ci ildən qüvvəyə minmişdir. 


Konvensiya  beynəlxalq  avtomobil  daşımaları  zamanı  gömrük  prosedurunu 
tənzimləyir,  belə  daşımaların  gömrük  recimini  müəyyən  edir;  o,  Beynəlxalq  Yol 
Daşıma  (BYD)  kitabçasının  tətbiq  edilməsini  nəzərdə  tutur  ki,  ona  ingiliscə  «TIR» 
(Transport  İnternational  Routine)  deyilir.  Buna  görə
 
də  sözü  gedən  Konvensiya,  bir 
qayda olaraq, BYD Konvensiyası («TIR» Konvensiyası) da adlanır. 
Elə  beynəlxalq  sazişlər  vardır  ki,  onlar  yol  hərəkətinin  təşkilinə  həsr 
olunmuşdur.  Bu  növ  sazişlərin  əsas  funksiyası  beynəlxalq  avtomobil  yol  hərəkətini 
tənzimləməkdən  ibarətdir;  onlar  yol  hərəkəti  qaydalarını  müəyyən  edir.  Söhbət 
aşağıdakı konvensiyalardan gedir: 
-Yol hərəkəti haqqında Paris Konvensiyası (1926-cı il); 
-Avtomobil hərəkəti haqqında Paris Konvensiyası (1926-cı il); 
-Eyni  yol  nişan  və  işarələrinin  tətbiqinə  dair  Cenevrə  Konvensiyası  (1931-ci 
il); 
-Yol hərəkəti haqqında Vyana Konvensiyası (1968-ci il) və b. 
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  avtomobil  daşımaları  sahəsində  həm  də 
ikitərəfli  sazişlər  bağlanmışdır;  onlar  avtomobil  daşımalarını  beynəlxalq-  hüquqi 
tənzimetmə 
mənbəyidir.  Azərbaycan  Respublikası 
Türkiyə,  İran,  Rusiya 
Federasiyası, Ukrayna, Moldova,  Latviya  və digər ölkələrlə avtomobil  nəqliyyatı  ilə 
beynəlxalq  daşımalar  sahəsində  ikitərəfli  hökumətlərarası  sazişlər  bağlamışdır.  Bu 
sazişlər əsasında həm müntəzəm, həm də qeyri-müntəzəm yük və sərnişin daşımaları 
həyata keçirilir. 
Beləliklə,  qeyd  edə  bilərik  ki,  beynəlxalq  avtomobil  daşımalarının  hüquqi 
tənzimlənməsi  beynəlxalq  nəqliyyat  hüququnun  ayrıca  institutu  –  beynəlxalq 
avtomobil daşımaları hüquq institutu vasitəsilə həyata keçirilir. 
12.9.  Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsi 
 
Beynəlxalq  daşımalar  həm  də  beynəlxalq  çaylardan  istifadə  etməklə  yerinə 
yetirilir.  Beynəlxalq  çaylar  dedikdə  dünya  okeanının  dənizləri  ilə  bağlı  olan,  iki  və 
daha çox dövlətin ərazisini bölən (ərazisindən keçən) çaylar başa düşülür; belə çaylar 


sahilboyu  dövlətlərin  və  ya  bütün  digər  dövlətlərin  ticarət  gəmilərinin  naviqasiyası 
üçün  açıqdır.
 
Beynəlxalq  su  (çay)  daşımaları  beynəlxalq  çayların  vasitəsilə  həyata 
keçirilir;ən  azı  iki  dövlətin  ərazisində  beynəlxalq  çayların  vasitəsilə  yerinə  yetirilən 
daşımalara  beynəlxalq  su  (çay)  daşımaları  deyilir.  Bu  növ  daşımalar  sahilyanı 
dövlətlər  arasında  bağlanan  çoxtərəfli  sazişlərin  əsasında  tənzimlənir;  həmin 
sazişlərin  əsas  məqsədi  beynəlxalq  çayların  ticarət  gəmiçiliyi  üçün  istifadə  recimini 
müəyyənləşdirməkdən  ibarətdir.  Onlar  çay  gəmilərinin  hərəkət  təhlükəsizliyinin 
təmin  olunmasına,  sahilyanı  dövlətlərin  çay  ətrafında  olan  obyekt  və  qurğularından 
istifadə edilməsinə, belə istifadənin kommersiya şərtlərinə, ekologiya məsələlərinə və 
s. aid normalar nəzərdə tutur. 
Avropada  beynəlxalq  su  (çay)  daşımaları,  əsasən,  iki  beynəlxalq  çayın 
vasitəsilə həyata keçirilir: Reyn çayı, Dunay çayı. Reyn çayı ilə beynəlxalq daşımalar 
Reyn  üzrə  gəmiçilik  haqqında  Konvensiya  (1868-ci  il),  Dunay  çayı  ilə  beynəlxalq 
daşımalar  isə  Dunayda  gəmiçiliyin  recimi  haqqında  Konvensiya  ilə  (1948-ci  il) 
tənzimlənir. 
Beynəlxalq  su  (çay)  daşımaları  həm  də  aşağıda  göstərilən  beynəlxalq-  hüquqi 
sənədlərlə tənzimlənir: 
-Su  nəqliyyatının  və  beynəlxalq  göllərin  istifadəsinə  və  qorunmasına  dair 
Konvensiya (1992-ci il); 
-Beynəlxalq əhəmiyyətli vacib çay yolları haqqında Avropa Sazişi (1996-cı il); 
-Təhlükəli  yüklərin  çaylarla  beynəlxalq  daşınması  haqqında  Avropa  Sazişi 
(2007-ci il); 
-Çayla yük daşınması müqaviləsi haqqında Budapeşt Konvensiyası və s. 
Beynəlxalq su (çay) daşımaları həm də ikitərəfli sazişlərlə tənzimlənir. Bu növ 
daşımaların  tənzimlənməsində  çoxtərəfli  sazişlər  əsas  rol  oynayır.  Belə  ki, 
beynəlxalq  çaylar,  adətən,  ikidən  çox  dövlətin  ərazisindən  keçir.  Təbii  ki,  həmin 
dövlətlərlə  sahilyanı  dövlətlər  öz  aralarında  çoxtərəfli  beynəlxalq  saziş  bağlamaqla 
beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsini həyata keçirirlər. Məsələn, 
1955-ci  ildə sahil dövlətləri Dunay çayı  ilə yük
 
daşınmasının  ümumi şərtləri barədə, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə