Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

Karbohidrogenləri  digər  resurslarla  əvəz  etmək  mümkün  olmadıqda  onlara 
müraciət olunmalıdır. 
Qlobal enerji təhlükəsizliyi üçün nüvə enerjisi sahəsində beynəlxalq müqavilələr 
böyük  rol  oynayır.  EXM-in  preambulası  nüvə  enerjisinin  dinc  məqsədlərlə 
istifadəsinin  hüquqi  tənzimlənməsini  nəzərdə  tutan  beynəlxalq  müqavilələrə  istinad 
edir. 
Xüsusən 
də, 
EXM-də 
Nüvə 
silahının 
yayılmaması 
haqqında 
Müqavilə 
və 
Nüvə 
materiallarının 
ixracının 
rəhbər 
prinsipləri 
qeyd  olunmuşdur.  Hər  iki  sənəd  beynəlxalq  aləmdə  tam  tanınmasa  da,  nüvə 
dünyasının  fəaliyyətinin  hüquqi  əsasını  təşkil  edir.  Birinci  adı  çəkilən  müqavilə 
hüquqi  məcburi qüvvə kəsb etsə də bütün nüvə dövlətləri onun  üzvü deyildir. İkinci 
sənəd 
isə 
tövsiyyə 
xarakteri 
daşıyır 
və 
nüvə 
materiallarının 
təchizatı 
şərtləri 
və 
qeyri 
nüvə 
dövlətləri 
üçün 
fəaliyyət 
istiqamətlərinin 
əsas 
prinsipləri 
müəyyənləşdirilir. Buna baxmayaraq hər iki sənədin əsasında duran ümumi ideya ona 
əsaslanır ki, nüvə enerjisindən gələn fayda bütün dövlətlər üçün açıq olmalıdır. Lakin 
problem  olaraq  sağlamlığın,  ətraf  mühitin  qorunması  standartları  və  nüvə  qurğuları 
üçün  təhlükəsizliyin  beynəlxalq  minimal  standartları  müəyyən  olunmamışdır. 
Müvafiq  olaraq  ətraf  mühitin  mühafizəsini  və  nüvə  qurğularının  beynəlxalq 
təhlükəsizlik  standartlarının  daha  geniş  aspektdə  tanınması  təmin  edilməlidir.  Bu 
məsələ  Çernobıl  (Ukrayna)  qəzasından  sonra  daha  da  aktual  olmuşdur.  Nüvə 
energetika  obyektlərinin  istismarının  tənzimlənməsi  məsələsində  spesifik  yanaşma 
tələb  edilir.  Bilavasitə  nüvə  qurğularının  təhlükəsizliyi,  ətraf  mühitin  mühafizəsi 
sahəsində  normalar  olmasa  da,  nüvə  enerjisindən  istifadə  nəticəsində  dəymiş  zərərə 
görə  maddi  məsuliyyət,  sığorta,  həmçinin  dəymiş  zərərin  ödənilməsində  dövlətin 
iştirakının  qayda  və  şərtləri  haqqında  məsələləri  tənzimləyən  normalar  sistemi 
fəaliyyət göstərir. 
Nüvə  energetikasının  istifadəsinə  aid  istənilən  layihələr  beynəlxalq  hüquqi 
baxımdan  qiymətləndirilməlidir.  BMT-nin  Baş  Katibliyi  tərəfindən  (2003)  təsis 
olunmuş  təhlükələr,  tədbirlər  və  dəyişikliklər  üzrə  yüksək  səviyyəli  Qrupun 


məruzəsində  yeni  mexanizmin  işlənib  hazırlanması  haqqında  danışıqların 
aparılmasına  israrlı  çağırış  təsbit  olunmuşdur.  Bu  mexanizm  sayəsində  Beynəlxalq 
Atom 
Enerji 
Agentliyinin 
təminatı 
altında 
bölünən 
materialların  mülki  nüvə  istehlakçılarına  bazar  qiyməti  ilə  çatdırılmasına  zəmanət 
verilə bilər. 
Beləliklə,  beynəlxalq  enerji  hüququ,  ekoloji  aspekt  də  daxil  olmaqla  enerji 
resurslarının ənənəvi və bərpa olunan enerji  mənbələrinin hasilatı, nəqli və istifadəsi 
sferasında  münasibətləri  tənzim  edən  norma  və  prinsiplərin  məcmuu  kimi  təzahür 
edir.  Beynəlxalq  enerji  hüququnun  təkmilləşdirilməsi  və  problemin  tədqiqi 
baxımından onun elminin sistemini də müəyyən etmək zərurəti yaranır. 
Beynəlxalq  enerji  hüququ  kursunun  sistemini  aşağıdakı  kimi  müəyyən  etmək 
olar: 
- beynəlxalq enerji hüququnun yaranma tarixi, anlayışı, predmeti və sistemi; 
- beynəlxalq enerji hüququnun mənbə və prinsipləri; 
- beynəlxalq enerji hüququnun subyektləri; 
- bərpa olunan və bərpa olunmayan enerji resurslarından istifadə hüququ; 
  
- beynəlxalq nüvə hüququ; 
- beynəlxalq neft-qaz hüququ; 
- enerji resurslarının nəqli hüququ; 
- enerji resurslarından istifadədən dəymiş zərərə görə məsuliyyət: 
- mübahisələrin həlli üsulları. 
Beynəlxalq  enerji  hüququnun  normativ  sistemini  isə  tənzimetmənin 
əhəmiyyətindən  və  mexanizmindən  asılı  olaraq  kurs  üçün  müəyyən  etdiyimiz 
sistemdəki  1-ci  bənd  istisna  olmaqla  müəyyənləşdirmək  olar.  Təsadüfı  deyil  ki, 
iqtisadiyyatın  konkret  enerji  sektorunu  əhatə  edən  və  ilk  çoxtərəfli  beynəlxalq 
məcəlləşdirmə  aktı  olan  1994-cü  il  Enerji  Xartiyasına  Müqavilədə  də  həmin 
institutlar  tənzimetmə  obyektinə  daxil  edilib.  Qeyd  olunan  normativ  sistem  Özünün 
formalaşma  mərhələsini  yaşadığı  üçün  müəyyən  dəyişikliklərə  üğramaqla  daha  da 
təkmilləşəcək. 


 
11.3. Beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi 
 sferasında hüquq qaydası 
 
Beynəlxalq  enerji  münasibətləri  sferasında  qəbul  edilən  beynəlxalq  sazişlərin 
milli  hüquqi  implementasiyası,  institusional  tənzimetmə  mexanizmləri,  beynəlxalq 
enerji  hüquq  münasibətlərinin  bütün  elementlərinin  qarşılıqlı  asılılığını  zəruri  edir. 
Enerji  münasibətləri  beynəlxalq  və  dövlətdaxili  hüquqla  qarşılıqlı  əlaqədə  olan  və 
əsasən  xüsusi  hüquq  subyektlərinin  hüquqyaratma  məhsulu  kimi  meydana  gələn 
qeyri-dövlət  tənzimetmə  mexanizmini  də  normativ  hüquqi  sistemin  əsas 
komponentlərindən biri kimi nəzərə alınmasını vacib edir. Müvafiq olaraq beynəlxalq 
enerji  münasibətlərinin  hüquqi  tənzimlənməsinin  mənbələrini  növbəti  qaydada 
müəyyən etmək olar: 
- beynəlxalq müqavilələr: 
a) ikitərəfli - enerji təhlükəsizliyi və əməkdaşlığı üzrə beynəlxalq sazişlər; 
b) sahəvi, çoxtərəfli beynəlxalq sazişlər; 
- dövlətdaxili qanunvericilik: 
- transmilli hüquq: 
a) davranış məcəllələri; 
b) texniki standartlar (prinsiplər), praktika; 
c) enerji resurslarının hasilatı, nəqli, idarəçiliyi və s. üzrə kontraktlar: 
- konsessiya kontraktları; 
- hasilatın pay bölgüsü sazişləri; 
- servis kontraktları və s. 
Beynəlxalq  enerji  münasibətləri  sferasında  ikitərəfli  müqavilələr,  bəyannamələr 
bir  qayda  olaraq,  enerji  əməkdaşlığı  və  təhlükəsizliyi  məsələləri  üzrə  bağlanılır.  Bu 
sahədə  daha  geniş  praktika  Avropa  ittifaqı  tərəfindən  təşviq  edilməkdədir.  AR  ilə 
Avropa İttifaqı, RF, Qazaxıstan və d. dövlətlərlə belə sazişlər bağlanmışdır. Xüsusən 
də,  AR  ilə  RF  arasında  Azərbaycan  neftinin  RF  ərazisindən  tranziti  haqqında 
Müqavilə  (1996);  AR  və  ABŞ  arasında  energetikanın  inkişafı  üzrə  ikitərəfli  dialoq 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə