Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti


Mövzu 11. Beynəlxalq  enerji  hüququ



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə74/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

Mövzu 11. Beynəlxalq  enerji  hüququ 
 
11.1. 
Beynəlxalq 
enerji 
münaibətlərinin 
beynəlxalq 
hüquqi 
tənzimlənməsinin inkişaf mərhələləri 
11.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi 
11.3.  Beynəlxalq  enerji  münaibətlərinin  tənzimlənməsi  sferasında  hüquq 
qaydası 
11.4.  Beynəlxalq  enerji  münaibətlərinin  institusional  tənzimetmə 
mexanizmi 
11.5. Beynəlxalq enerji hüququnun prinsipləri 
11.6. Enerji resursları üzərində dövlət suverenliyi prinsipi 
11.7. Beynəlxalq enerji təhlükəsizliyi Prinsipi 
11.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma prinsipi 
11.9. Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipi 
11.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi 
 
 
11.1. Beynəlxalq enerji münasibətlərinin beynəlxalq 
hüquqi tənzimlənməsinin inkişaf mərhələləri 
 
Dünya enerji bazarında 70-ci illər üçün xarakterik məsələ inkişafda olan və əsasən 
eneji  resurslarına  malik  dövlətlərdə  milli  iqtisadi  təhlükəsizlik  motivi  ilə  xarici  neft 
konsessesiyalarının 
milliləşdirilməsi 
olur. 
Konsessiya 
kontraktlarının 
pozaulmasından  yaranan  mübahisələrin  həlli  üçün  təsis  edilən  teansmilli  hüququ 
təbiətli  beynəlxalq  kommersiya  arbitraj  mexanizmləri  öz  qərarlarında,  bir  tərəfdən, 
dövlətlərin  enerji  resursları  üzərində  suverenliyindən  irəli  gələn  milliləşdirmə 
hüququnu  tanıyırlarsa,  digər  tərəfdən,  konpensasiya  verilmədən  milliləşdirməyə  yol 
verməmək  prinsipini  ifadə  edirlər.  Beləliklə,  bu  dövrdə  beynəlxalq  arbitraj 
praktikasında  beynəlxalq  enerji  hüququnun  prinsiplərinin  formalaşdırılması 
tendensiyası diqqəti cəlb edir. 
50-ci  illərin  sonu  60-cı  illərin  əvvəli  dünya  neft  bazarında,  daha  doğrusu,  onun 
hasilatında  qəbul  edən  dövlətlə  enerji  şirkətləri  arasında  mülkiyyət  münasibətlərinin 


həllində  daha  sadə  hüquqi  tənzimetmə  forması  –  hasilatın  pay  bölgüsü  sazişi  təsis 
edili.  Əvvəlki  konsessiya  kontraktlarından  fərqli  olaraq  müvafiq  hüquqi  tənzimetmə 
forması,  bir  tərəfdən,  enerji  şirkətləri  üçün    qəbul  edən  dövlətin  qeyri-müəyyən, 
dəyişkən  xarakterli  vergi,  inzibati qanunvericiliyindən təminat  yaradırsa  (belə ki, bu 
halda enerji şirkətləri bir qayda olaraq bir adla-mənfəət vergisi vermiş olurlar), digər 
tərəfdən,  bu  tənzimetmə  forması  qəbul  edən  dövlətlərə  kontraktdan  aldıqları  payla 
(məhsulla) dünya  neft bazarına  girməyə  imkan  vermiş olur. Nəticədə  neft bazarında 
enerji  resurslarının  ticarətində  şirkətlərin  mövcud  inhisarına  (hökmranlığına)  son 
qoyulmuş  olur.OPEC  hökumətlərarası  neft  karteli  olaraq  dünya  neft  bazarında 
qiymətin  kəskin  dəyişməsinin  qarşısını  almaq  üçün  hasilatı  kvotalama  funksiyasına 
malikdir.  
Ənənəvi  enerji  resurslarından  geniş  miqyaslı  istifadə  və  dünya  iqliminə  parnik 
effektinin  artması  beynəlxalq  enerji  hüququnun  yarımsahəsini  –  bərpa  olunan  enerji 
mənbələrindən  istifadə  hüququnu  formalaşdırmış  oldu.  Öncə  qeyd  etdik  ki,  hələ 
1923-cü  ildə  bir  neçə  dövlətin  marağına  uyğun  su  hövzəsi  enerjisindən  istifadə 
haqqında  Cenevrə  Sazişi  qəbul  edilmişdi.  Lakin  problemin  daha  geniş  həlli 
istiqamətində  addımların  atılması  80-ci  illərin  əvvəlləri  üçün  xarakterikdir.  Belə  ki, 
1981-ci  ildə  Yeni  və  bərpa  olunan  enerji  mənbələrinin  mənimsənilməsi  və  istifsdəsi 
üzrə BMT konfıransında (Nayrobi) fəaliyyəti proqramı qəbul edilir.  
Beynəlxalq  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətində  bərpa  olunan 
enerji  mənbələrinin  istifadəsi  ideyasının  beynəlxalq  hüquqi  pozitivləşdirilməsilə 
demək  olar  ki,  eyni  vaxtda  Avropa  özünün  enerji  təhlükəsizliyinin  təmin  edilməsi 
istiqamətində daha ciddi tədbirlər görməyə başlayır.  
90-cı  illərin  əvvələrində  üzv-dövlətlərinin  Yaxın  Şərq,  İran  körfəzi  regionundan 
asılılığını azaltmaq üçün enerji resurslarına malik olan postsovet dövlətlərilə, xüsusən 
də,  Xəzər  hövzəsi  dövlətlərilə  beynəlxalq  enerji  əməkdaşlığını  təmin  etməli  olan 
Avropa  Enerji  Xartiyası  çərçivəsində  enerji  təhlükəsizliyi  konsepsiyası  irəli  sürülür. 
Mərkəzi  və  Şərqi  Avropa  ölkələri,  həmçinin  keçmiş  Sovet  İttifaqı  ilə  Qərbi  Avropa 


ölkələri  arasında  enerji  əməkdaşlığının  təşkili  haqqında  layihə  1990-cı  il  Avropa 
Birliyinin Dublindəki sessiyasında irəli sürülür.  
Avropa Enerji Xartiyasının Şərq-Qərb enerji əməkdaşlığının ümumi konsepsiyası 
alternativ  enerji  dəhlizlərinin  yaradılmasına  yönəlmişdir.  Bu  mənada  TRASEKA, 
INOQEYT  lahiyələrinin  reallaşdırılması  istiqamətində  beynəlxalq  hüquqi  tədbirlər 
görülür.  Avropa-Qafqaz  –Asiya  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat 
haqqında  əsas  çoxtərəfli  (1998)  Bakı  Sazişi;  Dövlətlərarası  neft-qaz  nəqli 
sistemlərinin  yaradılması  üçün  təşkilati  prinsiplərə  dair  1999-cu  il  Kiyev  çərçivə 
Sazişi  enerji  resurslarının  tranziti,  boru  kəmərlərilə  təhlükəsiz  və  iqtisadi  mənfəətə 
əsaslanan nəqli sahəsində yeni mexanizmlər formalaşdırmışdır. Neft-qaz boru kəməri 
hüququnun formalaşması XX əsrin II yarısında ABŞ-Kanada, SSRİ-Aİ, Yaxın Şərq-
Aİ  və  s.  əməkdaşlığına  təsadüf  edir.  Neft-qaz  boru  kəmərinin  beynəlxalq  hüquqi 
tənzimlənməsinin  bərqərar  olması  bu  sahədə  dövlətlərarası  əməkdaşlığın  yeni 
səviyyəsinə  dəlalət  edir.  Enerji  dəhlizləri  enerji  təhlükəsizliyinə  yeni  mərhələnin 
başlanğıcını qoymuşdur. Başqa sözlə, beynəlxalq enerji hüququnun yeni bir institutu 
(yarımsahəsi) beynəlxalq enerji təhlükəsizliyi  hüququ  formalaşma  mərhələsinə daxil 
olmuşdur.  
Avropa  Enerji  Xartiyası  üzrə  danışıqlar  1991-ci  ildə  Haaqada  Yekun  sənədinin 
imzalanması  ilə  başa  çatır  və  Xartiya  qəbul  edilir.  Avropa  Enerji  Xartiyası  müvafiq 
sahədə  beynəlxalq  əməkdaşlığın  prinsip  və  məqsədlərini  ümumi  formada  bəyan 
edirdi.  Məhz  buna  görə  də,  əməkdaşlığın  hüquqi  bazasının  yaradılması  meydana 
gelir. Avropa Enerji Xartiyası imzalamış dövlətlər enerji sektorunda investisiyaların, 
ticarətin,  nəqliyyat  probleminin  beynəlxalq  hüquqi  təminatlarını  hazırlamaq  üçün 
Əsas  sazişin  hazırlanması  öhtəliyini  qəbul  edirlər.  1994-cü  ilin  dekabırında 
Lissabonda  Enerji  Xartiyasına  Müqavilənin  qəbul  edilməsilə  Avropa  Enerji 
Xartiyasına  məcburi  hüquqi  qüvvə  verilmiş  olur.  Müqavilədən  heç  də  az  əhəmiyyət 
kəsb etməyən  Enerji effektivliyi  və  müvafiq ekoloji aspeklər  üzrə Protokol  müxtəlif 
Əlavələr də qəbul edilir.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə