Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə70/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

-  enerji  resurslarının  istifadəsi  zamanı  dəymiş  zərərə  görə  kompensasiya  almaq 
hüququnu; 
-  təbii  ehtiyatların  istismarında  xarici  mülkiyyətin  beynəlxalq  hüququn  yol 
verdiyi əsasda milliləşdirilməsi hüququnu; 
-  enerji  resurslarının  istismarı  zamanı  dövlətə  qarşı  hər  hansı  məcburiyyət 
tədbirlərinə yol verilməməsi hüququnu; 
- xammal istehsalçılarının təşkilatında birləşmək hüququnu: 
-  suverenliyin  müvəqqəti  itirilməsi  ilə  bağlı  işğal  olunmuş  ərazilərdə  dövlətin 
özünün  təbii  ehtiyatları  üzərində  nəzarətıni  bərpa  etmək  və  təbii  ehtiyatların 
istismarına görə dəymiş zərəri almaq hüququnu əks etdirir. 
Enerji  resursları  üzərində  suverenlik  prinsipi  dövlətdaxili  hüquqi  aktlarda  - 
konstitusiyada,  digər  normativ  hüquqi  aktlarda  ifadə  edildiyi  kimi,  müvafiq 
münasibətləri  bilavasitə  tənzimləyən  konsessiya  kontraktlar  da  bağlanarkən  həmin 
prinsipə  əsaslanır  («Əsrin  Müqaviləsi».  m.  II).  Kontrakt  sahəsinə  hüquqların 
verilməsindən  başlayaraq  ekoloji-texniki  ekspertiza,  maliyyə  mənbələrinin  təftişi, 
sərf olunan məsrəflərin hesablanması və s. məsələlər enerji resursları üzərində dövlət 
suverenliyi prinsipinə uyğun həll edilir. 
 
11.7. Beynəlxalq enerji təhlükəsizliyi prinsipi 
 
Milli  təhlükəsizliyin  elementlərindən  biri  kimi  çıxış  edən  enerji  təhlükəsizliyi 
iqtisadiyyatın,  əhalinin  enerji  resursları  ilə  səmərəli  və  davamlı  təminatını  nəzərdə 
tutur.  Enerji  təhlükəsizliyi  yalnız,  cari  dövr  üçün  deyil,  həm  də  perspektiv  inkişafı 
şərtləndirməlidir. 
Enerji  təminatı,  həm  də  tarixi  bir  kateqoriyadır.  İnsanın  mövcud  olduğu  tarix 
boyu bəşəriyyətin təşəkkül tapması və inkişafı enerjinin əldə edilməsi və istifadəsi və 
sıx  bağlıdır.  İnsanın  tələbatı  yalnız  enerjinin  əldə  olunması  şəraitində  ödənilə  bilər: 
enerji  nə  qədər  əlverişli  və  asan  əldə  edilərsə,  insanın  həyat  keyfiyyəti  yüksək  və 
ömrü uzun olar. Enerjinin insan həyatı üçün əhəmiyyəti o qədər yüksək olmuşdur ki, 


qədim  xalqlarda  enerjinin  (odun)  əldə  edilməsinə  mifık  abidələr  də  həsr  edilmişdir. 
Eyni zamanda mənbələrdə insan tərəfindən onun əldə edilməsi bəşəriyyətin ən qədim 
və uğurlu nailiyyəti hesab edilir. 
Müasir  dövrdə  enerji  təhlükəsizliyinin  daha  qabarıq  formada  meydana  çıxması 
əhalinin  artımı  ilə,  resursların  tükənmə  tendensiyası  ilə  bağlıdır.  Qlobal  səviyyədə 
enerji  təhlükəsizliynin  humanitar  aspekti  həyat  keyfıyyətinin  tərəqqisi  əsası  kimi 
adambaşına  istifadə  olunan  enerjinin  miqdarı  ilə  sıx  bağlıdır.  Məsələn,  hazırda  Yer 
kürəsinin  əhalisinin  hər  bir  sakinininə  gün  ərzində  2  kVt-a  yaxın  enerji  düşür. 
Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə 
yalnız bəzi  inkişaf etmiş ölkələrdə  (məsələn,  ildə  Norveçdə adambaşına 25  min kVt 
saat,  İsveçdə  16  min  kvt.  Fransada  6  min  kVt,  İtaliyada  3  min  kVt  saat  elektrik 
enerjisi hasil etməklə) nail olunub. 
XX  əsrin  70-ci  illərində  baş  vermiş  enerji  təchizatının  (təhlükəsizliyinin) 
pozulması  bütün  dövlətlərin  təhlükəsizliyi  üçün  enerji  resurslarının  əhəmiyyətini 
qiymətləndirməyin  zərurətini  gündəmə  gətirdi.  Enerji  böhranından  həmin  bazarla 
əlaqəsi  olan  bütün  dövlətlərin  sosial-humanitar,  iqtisadi  sistemi  ciddi  sarsıntıya 
məruz qalmışdı. 
Enerji 
təminatı 
bir 
qayda 
olaraq 
beynəlxalq 
sülh 
və 
təhlükəsizlik  problemlərinə  birbaşa  təsir  edir.  Franstz  müəlliflərindən  Jan  Tuskoz 
beynəlxalq  enerji  təhlükəsizliyinin  təmin  edilməsini  beynəlxalq  sülhün  və  inkişafın, 
beynəlxalq iqtisadi inkişafın əhəmiyyətli elementi kimi» qiymətləndirir. 
Dünya  bazarında  neft  məhsullarının  və  digər  enerji  resurslarının  qiymətlərinin 
qaldırılması əmtəələrin bahalaşmasına səbəb olaraq tələbin azalmasına gətirib çıxarır. 
Nəticədə,  maliyyə  və  investisiya  bazarları  sarsıntıya  məruz  qalır.  Kredit  və  kredit 
sistemi ilə bağlı ümidsizlik, qeyri-sabitlik güclənməklə təhlükəli ərazilərdən kapitalın 
axınını  sürətləndirir.  Nəticədə  ayrı-ayrı  milli  iqtisadiyyatlar  və  bütövlükdə,  dünya 
iqtisadiyyatı problemlərlə üz-üzə qalır. 
Yalnız,  neft  bazarında  deyil,  həmçinin  digər  enerji  resurslarının,  o  cümlədən, 
nüvə  enerjisindən  dinc  istifadə  bazarında  da  yeni  investisiya  qoyuluşu,  tullantısız 


texnologiya  ilə  bağlı  problemlərin  həlli  zərurəti  meydana  gəlir.  Xüsusən  də,  siyasi, 
sosial-iqtisadi, etnik  xarakterli problemlərin dərinləşdiyi keçmiş Sovetlər İttifaqında, 
onun süqutuna kimi Çernobıl AES-də qəzanın baş verməsi qeyd edilə bilər. Təsadüfi 
deyil  ki.  Avropa  Enerji  Xartiyasmın  (1991)  ilkin  konsepsiyası  da  atom  elektrik 
stansiyalarının 
qeyri-qənaətbəxş 
vəziyyətinə 
və 
müvafiq 
olaraq 
enerji 
təhlükəsizliyinə  həsr  edilmişdi.  Zəif  iqtisadiyyatın  və  siyasi  iradəli  dövlətlərdə 
müvafiq  problemin  həllinə  nail  olmağm  qeyri-mümkünlüyunü  nəzərə  alaraq 
Ayropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  (ATƏM)  1990-cı  il  dekabr 
(Paris)  sessiyasmda  Avropa  Komissiyasının  Prezidenti  təklif  edir  ki,  Mərkəzi-Şərqi 
Avropa  dövlətlərində,  o  cümlədən,  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrində  enerji 
bazarının, həmçinin atom enerjisindən istifadənin modernləşdirilməsi ideyası Avropa 
Enerji Xartiyasına daxil edilsin. 
Qeyri-ənənəvi təhlükəsizlik konsepsiyası kimi  meydana gələn beynəlxalq enerji 
təhlükəsizliyini  qlobal  iqtisadi  problemlər  şərtiəndirib.  OPEC  üə  neft  idxal  edən 
ölkələr arasında razılaşdırılmış vahid enerji siyasətinin qalmaması nəticəsində dünya 
iqtisadi 
böhranının 
yaranması, 
enerji 
böhranı 
ilə 
bağlı 
hadisələr, 
həmçinin 
neft 
məhsullarınm 
qiymətlərinin 
kəskin 
artması 
enerji 
resurslarına strateji əhəmiyyət vermişdir. 
Beynəlxalq  enerji  təhlükəsizliyi  ayrı-ayrı  dövlətlərin  enerji  təhlükəsizliyindən 
meydana  gəldiyi  üçün,  ilk  növbədə,  milli  enerji  təhlükəsizliyinə  yararlı  biləcək 
təhlükələr  müəyyən  edilməlidir.  Ümumiyyətlə,  milli  təhlükəsizliyin  pozulması  iki 
formada  -  daxili  və  xarici  təsir  nəticəsində  ola  bilər.  Enerji  təhlükəsizliyi  ilə  bağlı 
daxili təhlükələri də iki kateqoriyada: 
- yanacaq-enerji kompleksinin böhranlı vəziyyətə düşməsi: 
-  iqtisadiyyatda  kifayət  qədər  yüksək,  daha  çox  enerji  tutumlu  «inkişaf» 
tendensiyasının mövcudluğu ilə fərqləndirmək olar. 
Enerji təhlükəsizliyi ilə bağlı dövlətdaxili və beynəlxalq hüquqi aktların analizi 
enerji təhlükəsizliyi prinsipi (konsepsiyası) üçün 
- enerji mənbələrinin differensiasiyasını; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə