Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə71/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

-  bərpa  olunmayan  enerji  mənbələrinin  istifadəsındən  yeni  və  bərpa  olunan 
enerji resurslarına keçidi: 
-  iqtisadi  təhlükəsizliklə  ekoloji  təhlükəsizliyin  və  sosial-humanitar  inkişaf 
konsepsiyasmın uzlaşdırılmasını zəruri edir. 
 
11.8. Enerji bazarının tənzimlənməsində liberallaşdırma  
prinsipi 
 
Liberallaşdırma  prinsipi  beynəixalq  ticarət  hüququnda,  o  cümlədən  Tariflər  və 
Ticarət  üzrə  Baş  Sazişdən  –  GATT,  həmçinin  Dünya  Ticarət  Təşkilatmın  digər 
sazişlər  sistemindən  meydana  gəlir.  Həmin  pıinsipə  görə:  üzv-dövlətlər  beynəlxalq 
ticarətdə  gömrük  rüsum  və  vergilərindən  başqa  idxal  və  ixrac  əməliyyatlarını  digər 
formada  məhdudlaşdırmamaq;  GATT-a  uyğun  gəlməyən  qaydaları  tətbiq  etməmək: 
GATT-a  ziddiyyət  təşikl  edən  qaydaları  aradan  qaldırmaq:  idxal  edilən  əmətəələrə 
gömrük  rüsumlarmın  azaldılması:  proteksionist,  diskriminasion  xarakterli  daxili 
vergiqoymanı  xarici  əmtəələrə  münasibətdə  tətbiq  etməmək  öhdəliyi  ilə  yanaşı 
qarşılıqlı  olaraq  üzv-dövlətlərin  gömrük  rüsum  dərəcələrinin  aşağı  salınması,  qeyri-
qanuni  məhdudlaşdırmaların  ləğvini  tələb  etmək;  qeyri-qanuni  tədbirlərə  qarşı  əks-
tədbirlər  görmək;  beynəlxalq  ticarətdə  neydana  çıxan  maneələrin  aradan 
qaldınlmasında iştirak etmək və s. hüquqları nəzərdə tutulur. 
Beynəlxalq  ticarət  hüququnda  nəzərdə  tutulan  liberallaşdırma  prinsipi 
proteksionizm  (latıncadan  protestio-qapadılma,  bağlanılma)  və  ya  milli  bazanın 
müdafiəsi  prinsipinin  əksi  kimi  bərqərar  edilib.  Beynəlxalq  ticarətdə  təzahür  edən 
proteksionizm  tendensiyaları enerji resurslarının beynəlxalq ticarətində daha qabarıq 
formada  təzahür  edir.  Dünya  ticarətində  baş  verən  liberallaşma  tədricən  energetika 
sferasını  da  əhatə  etməyə  başlasa  da  bu  sferada  məzmun  baxımından  ciddi 
dəyişikliyə  məruz  qalır.  Energetika  sferasında  liberallaşmanı  ilk  dəfə  nəzərdə  tutan 
beynəlxalq  sazişlərdən  biri  kimi  Avropa  Enerji  Xartiyası  (AEX)  çıxış  edir. 
Xartiyanın  məqsədləri  bölməsində  qeyd  edilir  ki,  energetikanın  liberallaşdınlması 


özündə: enerji resurslarının, maddələrinin, avadanlıq və xidmətin açıq və rəqabət tipli 
bazarını;  enerji  resurslarına,  onların  kəşfiyyatı  və  hasilatına  kommersiya  əsasında 
çıxışı;  yerli  və  beynəlxalq  bazarlara  çıxışı;  enerji  xidmətləri,  müvafiq  avadanlıq  və 
texnologiya  ilə  bağlı  ticarətin  qarşısında  olan  texniki,  inzibati  və  d.  maneələrin 
aradan qaldırılmasını nəzərdə tutur. 
AEX-in  ardınca  enerji  resurslarının  beynəlxalq  ticarətində  liberallaşdırma 
prinsipinə  yerli  məzmun  verən  Enerji  Xartiyasına  Müqavilənin  (EXM)  3-cü 
maddəsində  qeyd  edilir  ki,  Tərəflər  kommersiya  qaydaları  əsasında  beynəlxalq 
bazarlara çıxışı təşviq etmək və bütövlükdə energetik material və məhsullarm rəqabət 
və  açıq  bazarının  inkişafı  məqsədilə  əməkdaşlıq  edirlər.  Müqavilənin  6-cı  maddəsi 
rəqabətə  həsr  edilməklə  bu  sahədə  energetika  təsərrüfat  fəaliyyətində  rəqabət  üçün 
maneələrin  azaldılmasını  (1),  antirəqabət  davranışı  təmin  edəcək  qanunların  qəbulu 
və  icrasını  (2),  bu  sahədə  kifayət  qədər  təcrübəsi  olan  ölkələrin  digərlərinə  yardım 
etmələrini və s. nəzərdə tutur. 
Dünya  energetika  bazarının  formalaşdırılmasında  liberallaşdırma  prinsipinə 
münasibət  də  özünün  fərqliliyi  ilə  diqqəti  cəlb  edir.  Bir  qrup  mütəxəssislər 
liberallaşdırmanın  iqtisadi  inkişafa  və  təhlükəsizliyə  gətirib  çıxaracağını  bildirirsə, 
digərləri  liberallaşdırmanın  əsasən  regional  xarakterinin  idxalçı  ölkələrlə  ixracçı 
dövlətlər  arasında  əks  inteqrasiya  meyillərinin  genişlənməsinə  səbəb  olacağını 
bildirirlər. 
Şübhəsiz  ki,  hər  hansı  bazarda  liberallaşma  prinsipinin  tətbiqi  daha  yüksək 
təchizat  və  təhlükəsizlik  məsələsinin  həllinə  yönəlir.  Bu  zaman  həyata  keçirilən 
tədbirlərə kompleks aspektdə baxılmalıdır. 
Ümumi  analiz  belə  bir  fakta  yönəlir  ki,  liberallaşdırma  prinsipi  istehsalçılarla 
(hasilatçılarla)  istehlakçılar  arasında  əks  inteqrasiya  meyillərini  sürətləndirə  bilər. 
Belə  bir  tendensiyanın  qarşısını  almaq  üçün  vahid  energetika  bazarının  təminatı 
baxımından  ayrı-ayrı  dövlətlərin  energetika  bazaıiarında  ayrı-seçkiliyin  ləğvi  təmin 
edilməlidir. 


Energetika 
bazarının 
liberallaşdırılması 
bir 
tərəfdən, 
vahid 
bazarın 
formalaşdırılmasına  xidmət  edirsə,  digər  tərəfdən,  enerji  resurslarının  qiymətindəki 
inhisarı  ləğv  etməklə  qiymətlərin  sərbəstləşməsinə  gətirib  çıxaracaq.  Həmçinin 
meydana çıxan əlavə resurslar investisiya formasında tələb və təklifın təhlükəsizliyini 
təmin etməlidir.  Liberallaşdırma  nəticəsində energetika  infrastrukturuna EXM-də də 
nəzərdə  tutulduğu  kimi  üçüncü  şəxslərin  çıxış  hüququ  təmin  edilməlidir.  Bu  zaman 
tariflərin  müəyyən  edilməsi  müstəqil  milli  tənzimləyici  orqanlar  vasitəsilə  həyata 
keçirilməli;  şaquli-inteqrasiya  olunmuş  xidmət  göstərən  kompaniyaların  hüquqi  və 
funksional baxımdan ayrılması reallaşdırılmalıdır. 
Energetika  bazarının  liberallaşdırılması  ilə  məşğul  olan  Aİ  Komissiyası  bu 
sahədə  daha  geniş  formada  tədbirlər  nəzərdə  tutub.  Hesab  edilir  ki,  hüquqi  və 
funksional  baxımdan  ayrılma  üçüncü  şəxslərin  həmin  bazarda  ayrı-seçkiliyə  məruz 
qalmaması  üçün  kifayət  deyil.  Bir  müəssisədə  həm  satışın,  həm  də  nəqliyyatın 
cəmlənməsi  investisiya çatışmazlığı riski  yaradır. Müvafiq  monopolist şirkətlər  yeni 
infrastrukturun  yaradılmasında  maraqlı  olmadığından  təchizatın  təhlükəsizliyində  də 
maraqlı  olmurlar.  Bu  qənaət  Aİ  Məhkəməsinin  SİOT  işi  üzrə  məlum  qərarında  da 
ifadə edilib. 
Dünya  energetika  bazarında  liberallaşdırma  prinsipinin  davamlı  tərəfdan  kimi 
çıxış  edən  Aİ  enerji  resurslarınm  ticarətində  rəqabət  və  sərbəstliyi  özünün  milli 
bazarı  ilə  məhdudlaşdırmayıb  daha  geniş  formada  bu  istiqamətdə  diplomatik 
fəaliyyətdədir.  Belə  ki,  2005-ci  ilin  oktyabrında  Cənub-Şərqi  Avropa  ölkələri  ilə 
(Afinada) imzalanmış Energetika Birliyi haqqında Sazişə görə Baikan yarımadasınm 
8  ölkəsi  də  Aİ-nin  energetıka  siyasətinə  daxil  olmuşlar.  Hazırda  Aİ-nin  vahid 
energetika sıyasəti 30-dan çox dövlətə şamil olunmaqdadır. 
Qeyd  edilən  Birliyə  üzvlüklə  bağlı  Türkiyənin  danışıqlar  aparması,  Moldova, 
Ukrayna  və Norveçin qoşulma  istəyi  və onların  müşahidəçi statusu,  həmçinin  Aİ  ilə 
Aralıq  dənizi  energetika  ölkələrinin  əməkdaşlıq  forumu  Avrasiya  və  Afrika 
energetika  bazarında  Aİ-nin  hüquq  normalannın  (acquis  communautaire)  libe-
rallaşdırma ilə təsiri genişlənməkdə olan bir prosesdir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə