Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

məruzəsində  yeni  mexanizmin  işlənib  hazırlanması  haqqında  danışıqların 
aparılmasına  israrlı  çağırış  təsbit  olunmuşdur.  Bu  mexanizm  sayəsində  Beynəlxalq 
Atom 
Enerji 
Agentliyinin 
təminatı 
altında 
bölünən 
materialların  mülki  nüvə  istehlakçılarına  bazar  qiyməti  ilə  çatdırılmasına  zəmanət 
verilə bilər. 
Beləliklə,  beynəlxalq  enerji  hüququ,  ekoloji  aspekt  də  daxil  olmaqla  enerji 
resurslarının ənənəvi və bərpa olunan enerji  mənbələrinin hasilatı, nəqli və istifadəsi 
sferasında  münasibətləri  tənzim  edən  norma  və  prinsiplərin  məcmuu  kimi  təzahür 
edir.  Beynəlxalq  enerji  hüququnun  təkmilləşdirilməsi  və  problemin  tədqiqi 
baxımından onun elminin sistemini də müəyyən etmək zərurəti yaranır. 
Beynəlxalq  enerji  hüququ  kursunun  sistemini  aşağıdakı  kimi  müəyyən  etmək 
olar: 
- beynəlxalq enerji hüququnun yaranma tarixi, anlayışı, predmeti və sistemi; 
- beynəlxalq enerji hüququnun mənbə və prinsipləri; 
- beynəlxalq enerji hüququnun subyektləri; 
- bərpa olunan və bərpa olunmayan enerji resurslarından istifadə hüququ; 
  
- beynəlxalq nüvə hüququ; 
- beynəlxalq neft-qaz hüququ; 
- enerji resurslarının nəqli hüququ; 
- enerji resurslarından istifadədən dəymiş zərərə görə məsuliyyət: 
- mübahisələrin həlli üsulları. 
Beynəlxalq  enerji  hüququnun  normativ  sistemini  isə  tənzimetmənin 
əhəmiyyətindən  və  mexanizmindən  asılı  olaraq  kurs  üçün  müəyyən  etdiyimiz 
sistemdəki  1-ci  bənd  istisna  olmaqla  müəyyənləşdirmək  olar.  Təsadüfı  deyil  ki, 
iqtisadiyyatın  konkret  enerji  sektorunu  əhatə  edən  və  ilk  çoxtərəfli  beynəlxalq 
məcəlləşdirmə  aktı  olan  1994-cü  il  Enerji  Xartiyasına  Müqavilədə  də  həmin 
institutlar  tənzimetmə  obyektinə  daxil  edilib.  Qeyd  olunan  normativ  sistem  Özünün 
formalaşma  mərhələsini  yaşadığı  üçün  müəyyən  dəyişikliklərə  üğramaqla  daha  da 
təkmilləşəcək. 


 
11.3. Beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi 
 sferasında hüquq qaydası 
 
Beynəlxalq  enerji  münasibətləri  sferasında  qəbul  edilən  beynəlxalq  sazişlərin 
milli  hüquqi  implementasiyası,  institusional  tənzimetmə  mexanizmləri,  beynəlxalq 
enerji  hüquq  münasibətlərinin  bütün  elementlərinin  qarşılıqlı  asılılığını  zəruri  edir. 
Enerji  münasibətləri  beynəlxalq  və  dövlətdaxili  hüquqla  qarşılıqlı  əlaqədə  olan  və 
əsasən  xüsusi  hüquq  subyektlərinin  hüquqyaratma  məhsulu  kimi  meydana  gələn 
qeyri-dövlət  tənzimetmə  mexanizmini  də  normativ  hüquqi  sistemin  əsas 
komponentlərindən biri kimi nəzərə alınmasını vacib edir. Müvafiq olaraq beynəlxalq 
enerji  münasibətlərinin  hüquqi  tənzimlənməsinin  mənbələrini  növbəti  qaydada 
müəyyən etmək olar: 
- beynəlxalq müqavilələr: 
a) ikitərəfli - enerji təhlükəsizliyi və əməkdaşlığı üzrə beynəlxalq sazişlər; 
b) sahəvi, çoxtərəfli beynəlxalq sazişlər; 
- dövlətdaxili qanunvericilik: 
- transmilli hüquq: 
a) davranış məcəllələri; 
b) texniki standartlar (prinsiplər), praktika; 
c) enerji resurslarının hasilatı, nəqli, idarəçiliyi və s. üzrə kontraktlar: 
- konsessiya kontraktları; 
- hasilatın pay bölgüsü sazişləri; 
- servis kontraktları və s. 
Beynəlxalq  enerji  münasibətləri  sferasında  ikitərəfli  müqavilələr,  bəyannamələr 
bir  qayda  olaraq,  enerji  əməkdaşlığı  və  təhlükəsizliyi  məsələləri  üzrə  bağlanılır.  Bu 
sahədə  daha  geniş  praktika  Avropa  ittifaqı  tərəfindən  təşviq  edilməkdədir.  AR  ilə 
Avropa İttifaqı, RF, Qazaxıstan və d. dövlətlərlə belə sazişlər bağlanmışdır. Xüsusən 
də,  AR  ilə  RF  arasında  Azərbaycan  neftinin  RF  ərazisindən  tranziti  haqqında 
Müqavilə  (1996);  AR  və  ABŞ  arasında  energetikanın  inkişafı  üzrə  ikitərəfli  dialoq 


yaradılması  niyyətləri  haqqında  Bəyanət (1997);  AR  Hökuməti  və Ukrayna Nazirlər 
Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş (2004): AR 
Höküməti  və  Yunanıstan  Hökuməti  arasında  təbii  qaz  və  neft  sahəsində  əməkdaşlıq 
haqqında  Memorandum  (2007);  AR  və  İran  İslam  Respublikası  Hökuməti  arasında 
Ordubad və Marazad Su elektrik Stansiyalarının tikintisi barədə (2007) Protokol və s. 
qeyd edilə bilər.  
Enerji  Xartiyasına  Müqavilə  bir  çox  universal  və  regional  sazişlərin  hüquqi 
tənzimetmə  əsasmı  təşkil  edir.  «Səkkizlər  qrupunun»  2006-cı  il  Qlobal  enerji 
təhlükəsizliyinin  Sankt-Peterburq  sammitinin  sənədlərində  enerji  təhlükəsizliyinin 
təminatı üçün EXM-in prinsiplərinə istinad edilir. 
Dövlətlərarası  neft  və  qaz  nəqli  sistemlərinin  yaradılması  üçün  təşkilatı 
prinsiplərə  dair  1999-cu  il  (Kiyev)  Çərçivə  sazişinin  Preambulasında  deyilir  ki, 
dövlətlərarası  neft  və  qaz  nəqli  sistemlərinin  tranzit  riskləri,  sərmayə  qoyuluşu, 
təhlükəsizlik  məsələləri  və  s.  beynəlxalq  iqtisadi  hüququn  qaydalarına  və  Enerji 
Xartiyasına Müqavilədə bəyan edilmiş prinsiplərə uyğun həll ediləcək. 
EXM-in  əsas  məqsədini  energetika  sahəsində  əməkdaşlığa  rəvac  verən  hüquqi 
çərçivənin  yaradılması  təşkil  edir.  Müqavilənin  3-cü  maddəsində  beynəlxalq  enerji 
bazarına  çıxışın  yaradılması  yönümündə  fəaliyyət  göstərmək  və  ümumilikdə  enerji 
material və məhsulları üçün açıq və rəqabətli bazarı inkişaf etdirmək nəzərdə tutulub. 
Enerji Xartiyasına Müqavilə GATT-la birlikdə eyni istiqamətli struktur elementi kimi 
nəzərdə tutulduğundan onun qaydalarına söykənir.  
EXM  enerji  təhlükəsizliyi  üçün  investisiyaların  təminat  prinsiplərilə  yanaşı 
(221),  mübahisələrin  həlli  prosedurunu  nəzərdə  tutmaqla  energetika  sahəsində 
beynəlxalq hüquqi əsaslar yaradır. 
Beynəlxalq  enerji  hüququnun  spesifik  mənbəyi  kimi  EXM-in  əhəmiyyətini 
qısaca olaraq növbəti qaydada ifadə etmək olar: 
-  kollektiv  enerji  təhlükəsizliyi  üzrə  beynəlxalq  hüquq  düşüncəsinin 
reallaşdırılması; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə