Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə68/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

-  enerji  sektorunda  iqtisadi  fəaliyyətlə  ətraf  mühitin  beynəlxalq  hüquqi 
mühafizəsində hüquqi mütənasibliyin bərqərar edilməsi: 
- texnologiyanın mübadiləsinin təşviq edilməsi; 
-  beynəlxalq  enerji  şəbəkəsinin,  infrastrukturunun  yaradılması  istiqamətində 
inteqrasiya  prosesinin  sürətlənməsi  və  90-cı  illərin  əvvəllərində  siyasi  müstəqillik 
əldə etmiş dövlətlərin milli dövlətçiliyinin gücləndirilməsi: 
- dövlətlərin energetika qanunvericiliyinin təkmilləşdirilməsi; 
- enerji resurslarının tranzit qaydaların müəyyən edilməsi;  
- mübahisələrin həlli qaydaları və s. qeyd edilə bilər. 
 
11.4. Beynəlxalq enerji münasibətlərinin institusional  
tənzimetmə mexanizmi 
 
İnstitusional  tənzimetmə  proseduru  beynəlxalq  enerji  diplomatiyasının  realizəsi 
üçün  də  xarakterik  olmaqla  müəyyən  bir  tarixə  malikdir.  Beynəlxalq  energetika 
sferasında 
beynəlxalq 
təşkilatlar 
çərçivəsində 
universal 
əməkdaşlıq 
öz 
başlanğıcını 
BMT-nin 
yaradılmasından 
götürür. 
Beynəlxalq 
enerji 
hüququnun 
formalaşmasını 
sürətləndirən 
amillərdən 
biri 
də 
bu 
sahədə 
kifayət 
qədər 
beynəlxalq 
təşkilatların 
fəaliyyət 
göstərməsidir. 
Beynəlxalq 
enerji münasibətlərinin tənzimlənməsi sferasında fəaliyyət göstərən təşkilatlar kimi 
- BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC): 
- Ərzaq və  Kənd təsərrüfatı Təşkilatı (FAO). Təşkilatın  fəaliyyət sahələrindən 
birini  məhz  kənd  yerlərində  yeni  və  bərpa  olunan  enerji  mənbələrinin 
mənimsənilməsi təşkil edir; 
- Beynəlxalq Valyuta Fondu (IMF); 
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı; (IBRD); 
- Beynəlxalq Maliyyə Korporasiyası (IFC); 
- İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik (MIGA); 


- Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA): 
- Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD): 
-  Beynəlxalq  Enerji  Agentliyi  (IEA).  Beynəlxalq  energetika  proqramına 
müvafiq  olaraq  1974-cü  ildə  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  çərçivəsində 
təsis edilib; 
- Nüvə Enerjisi Agentliyi (NEA). 1958-ci ildə Avropa Nüvə Enerjisi Agentliyi 
kimi  təsis  edilmiş,  1972-ci  ildən  isə  müasir  adı  ilə  tanınır.  İqtisadi  Əməkdaşlıq  və 
İnkişaf Təşkilatı çərçivəsində fəaliyyət göstərir. Mənzil-qərargahı Parisdə yerləşir; 
- Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC). 1960. Vyana; 
- Avropa Kömür və Polad Birliyi 1951, Paris; 
- Atom Enerjisi üzrə Avropa Birliyi, 1957, Roma; 
- Ərəb iqtisadi və sosial inkişaf fondu (AFESD). 1971, Səfət (Küveyt); 
- Şərqi və Cənubi Afrika Ümumi Bazarı (COMESA). 1994. Lusaka (Zambiya) 
və s. qeyd edilə bilər. 
BMT 
özünün 
əsas 
məqsəd 
və 
vəzifələrini 
həll 
etmək 
üçün  XX  əsrin  ortalarından  meydana  gələn  və  qloballaşma  dövrünün 
problemlərindən  və  iqtisadi  inkişafın  maddi  əsası  olan  təbii  ehtiyatların  rasional, 
təhlükəsiz  istismarı  ilə  sağlam  ətraf  mühit  hüququnu  təmin  etməlidir.  Təbii 
ehtiyatlardan,  xüsusən  də,  enerji  resurslarından  istifadə  BMT  çərçivəsində  müəyyən 
bir tədbirlər sisteminin yaradılmasını zəruri edib: Bu sahədə kompleks tədbirlər kimi 
Ətraf mühit üzrə BMT Proqramının (UNEP) təsis edildiyi I972-ci il (Stokholm) Ətraf 
mühit  problemləri  üzrə  konfrans,  1992-ci  il  BMT-nin  İqlim  dəyişikliyi  üzrə  çərçivə 
Konvensiyasını qəbul edildiyi konfrans və d. belə təşkilati tədbirlər qeyd edilməlidir. 
Ətraf  mühitin  mühafizəsi  üzrə  BMT-nin  fəaliyyəti  yalnız  problemin  bir  aspekti  ilə, 
daha doğrusu, nəticəvi fəaliyyətlə bağlı olan bir məsələdir. Burada daha əhəmiyyətli 
məsələ  enerji  resurslarının  idarə  edilməsi  ilə  bu  resursların  istifadəsindən  yaranan 
tullantıların  qarşısının  alınması  və  ya  bu  tullantıların  ləğv  edilməsini  koordinasiya 
etmək təşkil edir. 


Nüvə  enerjisindən  dinc  məqsədlər  üçün  istifadə  sahəsində  dövlətlərarası 
əməkdaşlığın  genişləndirilməsi  istiqamətində  BMT  ilə  sıx  əməkdaşlıqda  olan 
beynəlxalq  təşkilatlar  çıxış  edilir.  Bu  sahədəki  funksional  fəaliyyətin  önündə 
Beynəlxalq  Atom  Enerjisi  Agentliyi  (IAEA)  dayanır.  Agentliyin  yaradılması 
məsələsi BMT Baş Məclisində yekdilliklə qəbul edilən «Sülh naminə Atom» (1954) 
Qətnaməsilə  irəli  sürülmüş  və  1957-ci  ildə  onun  Nizamnaməsi  qüvvəyə  minmişdir. 
Agentlik  nüvə  enerjisinin  sülh  naminə  istifadə  edilməsi  üçün  yaradılmış  universal 
təşkilatdır.  Mənzil  qərargahı  Vyanada  (Avstriya)  yerləşən  bu  hökumətlərarası 
təşkilatın  təyinatını  qeyd  etdiyimiz  kimi,  dinc  məqsədlər  üçün  nüvə  energetikası 
sferasında  beynəlxalq  əməkdaşlığı  genişləndirmək  təşkil  edir.  Agentlik  BMT  ilə  sıx 
əməkdaşlığa  malik  olsa  da,  BMT-nin  ixtisaslaşdırılmış  müəssisəsi  hesab  edilmir. 
Belə ki. BMT Nizamnaməsinin 57-ci, 63-cü maddələri, eləcə də IX və X fəsilləri ilə 
ixtisaslaşdırılmış müəssisə kimi Agentliyin bütün xüsusiyyətləri əhatə edilmir. 1957-
ci  ildə  BMT  ilə  bağlanan  sazişə  görə  Agentlik  BMT-nin  ümumi  rəhbərliyi  altında 
atom  enerjisinin  sülh  məqsədləri  üçün  tətbiqi  ilə  bağlı  beynəlxalq  fəaliyyətə  görə 
məsuliyyət  daşıyır.  Agentlik  hər  il  özünün  fəaliyyətinə  görə  BMT-nin  əsas 
orqanlarından Baş Məclis, zərurət olduqda Təhlükəsizlik Şurası, həmçinin İqtisadi və 
Sosial Şura qarşısında hesabat verir (m.III. B.4: m.XII). 
Qlobal 
enerji 
təhlükəsizliyinin 
institusional 
mexanizmi 
ilə 
bağlı 
müzakirələr 
Beynəlxalq 
Enerji 
Forumu 
çərçivəsində 
daha 
tez-tez  səslənməkdədir.  Dünya  enerji  bazarında  məlumat  mübadiləsi  enerji 
forumlarını daha yüksək səviyyədə təşkil etmək üçün Beynəlxalq Enerji Forumunun 
hələ  2000-ci  ildə  Səudiyyə  Ərəbistanı  tərəfindən  (7-ci  Ər-Riyad  forumunda)  daimi 
katibliyin  yaradılması  təklifi  irəli  sürülmüşdür.  Əksər  iştirakçı  dövlətlər  katibliyin 
yaradılmasının  enerji  resursları  istehsalçıları  və  istehlakçıları  ilə  qlobal  dialoqun,  o 
cümlədən müxtəlif beynəlxalq təşkilatlar (BMT, Beynəlxalq Enerji Agentliyi, Dünya 
Bankı, Beynəlxalq Valyuta Fondu, OPEC və d.) arasında qarşılıqlı fəaliyyətin təmin 
edilməsində  mühüm  rol  oynayacağını  qeyd  etmişlər.  Beynəlxalq  Enerji  Forumu 
enerji  siyasəti  məsələləri  üzrə  çoxtərəfli  forum  kimi  iki  ildən  bir  keçirilir.  Onun 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə