Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

 
-  üçüncü  dövlətlərlə  digər  inteqrasiya  qanunları  arasında  investisiya 
əməkdaşlığının ümumi qaydalarının hazırlanması üzrə istiqamətləri nəzərdə tutur.  
 
Xarici  investisiyaların  tənzimlənməsi  üzrə  Avropa  İttifaqının  iştirakı  ilə  müasir 
dövrün ən aktual sazişlərindən biri hazırlanmışdır. Avropa Enerji Xartiyası və Enerji 
Xartiyasına  Müqavilə  enerji  sektorunda  investisiyaların  təhlükəsizliyi  və  liberal 
rejimin yaradılması istiqamətində əhəmiyyətli rola malikdir.  
 
OECD  üçün  birbaşa  xarici  investisiyalar  xüsusi  əhəmiyyət  kəsb  etdiyindən  bu 
problemə həmişə önəmli yer verilir. Belə ki, Kapitalın hərəkətinin liberallaşdırılması 
Məcəlləsi  və  Cari  “görünməyən”  əməliyyatların  liberallaşdırılması  Məcəlləsi  qəbul 
edilmişdir.  Birinci  qeyd  etdiyimiz  Məcəllə  (1961)  sərhədlərin  şəffaflığı  prinsipinə 
əsaslanır.  Məcəllədə  müəssisələrin  idarəçilik  fəaliyyətində  iştirakı  nəzərdə 
tutulmayan investisiyalar birbaşa investisiyalara aid edilmir. Məcəllə məcburi hüquqi 
qüvvə kəsb etməklə  
-  investisiyaların hərəkətində, yeni məhdudiyyətlər tətbiq etməməyə; 
-  yalnız təhlükəsizliyin təmin edilməsi istiqamətində tətbiq ediləcək tədbirlərlə 
bağlı 
öncədən xəbərdarlığın edilməsinə əsaslanır. 
Beynəlxalq  investisiya  münasibətləri  üçün  spesifik  regional  sazişlərdən  biri  də 
Amerika  ölkələri-ABŞ,  Kanada  və  Meksika  arasında  Şimali  Amerika  Azad  Ticarət 
Zonası (NAFTA) haqqında 1994-cü il Saziş qeyd edilməlidir. 
NAFTA haqqında sazişin əsas məqsədini 
-  azad  ticarət  zonasının  formalaşdırılması  əsasında  qarşılıqlı  ticarət 
dövriyyəsinin və kapital qoyluşunun yüksəldilməsi; 
-  ivestisiya,  xidmət,  əqli-mülkiyyət  hüquqlarının  müdafiəsi.  rəqabət  siyasəti 
və 
sahibkarlığın  sərbəst  fəaliyyəti  qaydalarının  tənzimlənməsi  əsasında  müttəfiq 
firmalar  üçün  sahibkarlıq  fəaliyyətinin  razılaşdırılmış  şərtlərinin  müəyyən  edilməsi 
və s. məsələlərin həlli təşkil edir. 
 


10.7. Enerji Xartiyasına Müqavilənin  
investisiya münasibətlərinin tənzimlənməsində 
əhəmiyyəti 
 
Enerji  Xartiyasına  Müqavilədə  həm  investor,  həm  də  investisiya  məfhumuna 
geniş  açıqlama  verilir.  Razılığa  gələn  tərəfin  qüvvədə  olan  qanunvericiliyinə  uyğun 
olaraq  müvafiq  dövlətin  ərazisində  yaşayan  və  ya  vətandaşlığa  malik  olan  fiziki 
şəxslər  (m.  1  (7));  müvafiq  dövlətin  qanunvericiliyinə  uyğun  olaraq  təsis  olunmuş 
müəssisə  və  ya  təşkilat  (m.  1  (7))  investisiya  münasibətlərin  subyekti  kimi 
xarakterizə olunur. 
İnvestisiya  anlayışına  isə  investor  tərəfindən  birbaşa  və  ya  dolayısı  ilə  idarə 
edilən  və  ya  ona  məxsus  aktivlərin  bütün  növləri  kimi-maddi  və  qeyri-maddi, 
həmçinin daşınar və daşınmaz əmlak və digər əmlak hüququları kimi, icarə, ipoteka, 
girov  və  əmlakın  saxlanılması  hüquqları;  kompaniya  və  ya  müəssisədə  pay  (iştirak) 
formaları və ya səhm, həmçınin öhdəlik, paylı müəssisənin və ya kompaniyanın borc 
öhdəliyi,  tələb  hüququ;  enerji  sektorunda  hər  hansı  təsərüfat  fəaliyyətini  həyata 
keçirmək  üçün  qanuna  əsasən  verilən  istənilən  lisenziya  və  icazə  (m.  1  (6))  və  ya 
kontrakt  üzrə  qanuna  uyğun  təqdim  edilən  istənilən  hüquq,  gəlirlər,  əqli  mülkiyyət 
aid edilir. 
Müqavilənin  10-cu  maddəsində  nəzərdə  tutulur  ki,  razılığa  gələn  hər  bir  dövlət 
öz ərazisində digər razılığa gəlmiş dövlətin investorlarına idarəetmə, istifadə, sahiblik 
və  sərəncam  vermədə  hər  hansı  ayrı-seçkiliyə  yol  verməməli  və  stabil,  bərabər, 
əlverişli    və  şəffaf  şərait  yaratmaqla  investisiyaları  təşviq  etməlidirlər.  Müqavilənin 
investisiya  fəaliyyətinin  həyata  keçirilməsi  rejimi  ilə  bağlı  qeyd  olunur  ki,  heç  bir 
halda  belə  investisiyalara  beynəlxalq  hüquqla,  həmçinin  müqavilə  öhdəlikləri  ilə 
təqdim  olunan  rejimdən  az  əlverişli  olan  rejim  təqdim  olunmamalıdır  (m.  10  (1)). 
Beynəlxalq  təcrübəyə  görə,  investisiya  sazişləri  bir  qayda  olaraq  ya  milli,  ya  da 
əlverişli  rejimə  əsaslanır.  Bu  müddəanın  təfsirindən  də  belə  bir  nəticə  əldə  etmək 
olardı,  lakin  həmin  maddənin  3-cü  bəndində  nəzərdə  tutulan  müvafiq  dövlətin  öz  
investorlarına  və  yaxud  da  istənilən  razılığa  gələn  üçüncü  dövlətin  investoruna 


təqdim  olunan  rejimdən  az  əlverişli  olmayan  rejimin  təqdim  olunmasına 
çalışacaqlarını  qeyd  etmələri  (m.  10  (2))  həmin  normanın  “yumşaq  hüquq”  (  soft 
law) xüsusiyyəti ilə bağlıdır.  
Avropa  Enerji  Xartiyası  qeyri-ayrı-seçkilik  prinsipini  minimal  standartı  kimi 
daha əlverişlilik prinsipini  yalnız bəyan etmiş,  milli rejim prinsipinə  gəldikdə isə bu 
haqda  Əsas  sazişin  və  ya  Protokolun  qəbul  olunacağını  nəzərdə  tutur  (IV  bölmə: 
Yekun qaydalar). Müqavilənin 10-cu maddəsinin 4-cü bəndində qeyd olunur ki, 3-cü 
bənddə  nəzərdə  tutulan  (yəni  milli  və  yaxud  da  daha  əlverişli)  rejimin  təqdim 
olunması ilə bağlı öhdəliyi əks etdirən Əlavə Müqavilə imzalanmalıdır.  
Enerji Xartiyasına Müqavilənin 10-cu maddəsinin 6 (b) bəndində qeyd edilir ki, 
razılığa gələn tərəf istənilən vaxt, digər razılığa gələn tərəflərin investorlarının enerji 
sektorunda  təsərrüfat  fəaliyyətinin  bir  hissəsinə  və  yaxud  bütün  növlərinə  üçüncü 
bənddə  göstərilən  rejimi  könüllü  olaraq  təqdim  etmək  öhdəliyi  götürə  biliər.  Belə 
öhdəlik  Katibliyə  bildirilir  və  “VC    Əlavəsinə”  daxili  edilərək  Müaqviləyə  uyğun 
olaraq məcburi qüvvə kəsb edir. 
Enerji Xartiyasına Müqavilə keçid  iqtisadiyyatlı dövlətlərin  iqtisadi  maraqlarını 
təmin etməklə yanaşı, həm də qlobal iqtisadi mexanizmilərin təşviqini nəzərdə tutan 
GATT-1994 qaydalarına istinad edir. Buna misal olaraq üzv dövlətlər 
-  millin  qanunvericiliyə  görə  xarici  kapitallı  müəssisələrin  müəyyən  sayda  milli 
əmtəələrdən məcburi istifadəsini;  
- hüququları məhdudlaşdıran xüsusi ixrac qaydasını; 
-  istehsal  olunan  əmtəələrin  ixracına  kvotanın  qoyulmasını  və  s.  təşviq  edə 
bilməzlər. 
 
Xarici  kapitalın  milliləşdirilməsi  zamanı  Müqavilə  ədalətli,  çevik  və  effektli 
konpensasiya formulasından çıxış edir. 
 
Beynəlxalq  investisiya  hüququnda  “konpensasiyasız  ekspropripasiyaya  yol 
verməmək” prinsipi Müqavilə üçün də xarakterikdir. Müqavilənin 13-cü maddəsində 
milliləşdirməyə (ekspropripasiya) müəyyən hallarda  
- dövlət maraqlarını təmin etmək məqsədi ilə; 
 
 
 
 
 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə