Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

həll edilməli olduğunu, eyni zamanda  vətəndaş  müharibələri  və  hərbi çaxnaşmalarla 
əlaqədar  xarici  əmlaka  dəyən  zərərə  görə  dövlətin  məhsuliyyət  daşımasını  bəyan 
edilirdi.  
 
Xarici 
investisiya 
münasibətlərinin 
beynəlxalq 
hüquqi 
tənzimlənməsi 
istiqamətində  növbəti  mərhələ  XX  əsrin  30-cu  illərində  Millətlər  Liqasına  təsadüf 
edir.  İstər  Millətlər  Liqası,  istərsə  də  1930-cu  ildə  beynəlxalq  xüsusi  hüququn 
məcəllələşdirilməsi  üzrə  Haaqa  konfranslarında  da  xaricilərin  əmlakına  vurulan 
zərərə  görə  dövlətlərin  məhsuliyyəti  haqqında  məsələyə  baxılsa  da,  həmin 
konfranslarda  da  nəticə  lədə  edilməmişdi.  Bu  istiqamətdə  konsepsiyaların 
hazırlanması ayrı-ayrı  inkişaf etmiş dövlətlər  üçün də  xaraqterik olmuşdur. Xüsusən 
də,  1030-cu  ildə  Harvard  univerisetində  (ABŞ)  hazırlanan  xaricilərin  əmlakına 
vurulan  zərərə  görə  dövlətlərin  məhsuliyyəti  haqqında  konvensiya  layihəsini  qeyd 
etmək olar.  ABŞ-ın bu sahədəki  fəaliyyəti II Dünya  müharibəsindən sonrakı dövrdə 
daha  da  genişlənir  və  Avropanın  bərpası  istiqamətində  “Marşal  planının”  tərkib 
hissəsi kimi siyasi risklərin sığortalanması ideyası irəli sürülür.  
 
 
10.2. Xarici investisiyaların milliləşdirilməsi 
və əldə olunmuş gəlirlərin sərbəst köçürülməsi problemi  
 
 
Dövlətin  xarici  investisiyanı  milliləşdirmək  hüququ  beynəlxalq  hüququn  ən 
mübahisəli  məsələlərindən  bir  olaraq  qalmaqdadır.  Milliləşdirmə  müxtəlif  ad  və 
formada qəbul edilməkdədir. Beynəlxalq hüquq ədəbiyyatında milliləşdirməni bəzən 
ekspropriasiya  ilə  eyniləşdirirlər.  İnvestisiya  təminatları  üzrə  çoxtərəfli  agentliyin 
təsis  edilməsi  haqqında  1985-ci  il  Seul  konvensiyasında  qeyd  olunur  ki,  səğorta 
ediləni  qəbul  edən  dövlətdə  xüsusi  mülkiyyət  hüququndan  və  investisiya 
fəaliyyətinin  nəticəsi  olan  gəlirlərdən  məhrum  edəcək  hər  hansı  bir  qanunvericilik 
hərəkəti və ya hərəkətsizliyi ekspropriasiya kimi qiymətləndirilir. 
 
UNCTAD-ın sənədlərində milliləşdirmənin formaları kimi  
 
- birbaşa milliləşdirmə; 


 
- sənayenin müəyyən sahələrinin milliləşdirilməsi; 
 
- xüsusi məqsədlər üçün yığımlar; 
 
- sürünən (gizli) milliləşdirmə fərqləndirilir.  
 
Hüquqi  baxımından  birbaşa  milliləşdirmə  məcburiyyət  qarşısında  ictimai 
təlabatdan  irəli  gələrək  xarici  investorun  mülkiyyətinin  bütünlüklə  müsadirəsini 
nəzərdə  tutur  və  dövlətin  öz  iqtisadiyyatı  üzərində  nəzarəti  tam  ələ  alınması  zamanı 
baş  verir.  Konkret  sahələrin  birbaşa  milliləşdirməsi  iqtisadiyyatının  müəyyən 
sahələrində dövlət inhisarının bəyan edildiyi zaman baş verir. Xüsusi məqsədlər üçün 
yığımlar  isə,  sənayenin  müəyyən  sahəsində  tam  inhisar  fəaliyyəti  həyata  keçirən 
hüquqi şəxsə qarşı tətbiq olunan tədbirlər başa düşülür.  
 
Bəzən  sinonim  kimi  istifadə  edilən  milliləşdirmənin  ekpropriasiyadan  fərqi 
ondan  ibarətdir  ki,  milliləşdirmə  sənayenin  konkret  sahələrində  aparılan  və  kütləvi 
milliləşdirmə zamanı isə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.  
 
Beynəlxalq 
hüquq 
ədəbiyyatında 
xarici 
mülkiyyət 
hüququnun 
məhdudlaşdırılması formaları üzrə konkret mövqe olmasa da, onları növbəti qaydada 
fərqləndirmək olar: 
 
-  milliləşdirmə  xarici  hüquqi  və  ya  fiziki  şəxsə  məxsus  olan  əmlakın  ictimai 
mənafe  naminə  götürülməsidir.  Milliləşdirmə  haqqında  qərarı  xüsusi  dövlət  orqanı 
qəbul  edir.  Ilk  milliləşdirmə  faktı  qeyd  etdiyimiz  kimi  1938-ci  ildə  Siciliya  kralının 
kükürd  istehsalı sahəsində  dövlət  inhisarının  yaradılmasına  təsadüf edir. Daha sonra 
Çində (1911), Sovet Rusiyasında (1918), Meksikada (1938) və digər ölkələrdə tətbiq 
edilib.  
 
-  rekvizisiya  məcburiyyət  qarşısında  əvəzi  ödənilməklə  xarici  mülkiyyətin 
müvəqqəti müsadirəsidir. Müsadirə səbəbi kimi fors-major halları çıxış edir.  
 
- konfiskasiya cinayət bə ya hüquqpozma hallarında sanksiya kimi tətbiq olunan 
müsadirə  formasıdır.  O  əsasən  yerli  və  ya  beynəlxalq  arbitrajlar  tərəfindən  tətbiq 
olunur. İnzibati və ya mülki hüquqi məhsuliyyət kimi də çıxış edə bilər.  
 
- ekspropriasiya ictimai, sosial, iqtisadi, mədəni və digər zərurətdən irəli gələrək 
əvəzi  tam,  ədalətli  və  çevik  qaydada  ödənilməklə  zarici  mülkiyyətin  müsadirəsini 


nəzərdə  tutur.  İlk  ekspropriasiya  hadisəsi  1928-ci  ildə  Polşa  hökuməti  tərəfindən 
Çorzof sahəsindəki alman fabrikinin  müsadirəsi olmuşdur. Ekspropriasiya qanuni və 
ya  qeyri-qanuni  ola  bilər.  Qeyri-qanuni  ekspropriasiya  zamanı  götürülən  əmlakın 
əvəzində tam, ədalətli və adekvat kompensasiya verilmir.  
 
Xarici əmlakın  hüququnun  məhdudlaşdırılması  üzrə  fəaliyyətin  fərqləndirilməsi 
dövlətdaxili  qanunvericilik  üçün  də  xarakterikdir.  Xarici  investisiyaların  müdafiəsi 
haqqında  Azərbaycan  Respublikasının  1992-ci  il  Qanununda  da  milliləşdirmə  təsbit 
edilib.  Qanunun  XI  maddəsində  qeyd  olunur  ki,  Azərbaycan  Respublikasında  xarici 
investisiya  Azərbaycan  Respublikasının  xalqına  və  dövlət  mənafelərinə  zərər  vuran 
müstəsna  hallar  istisna  olmaqla  milliləşdirilmir.  Milliləşdirmə  haqqında  qərarı 
Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir. Təbii fəlakət, qəza, epidemiya, 
epizootiya  və  fövqəladə  xaraqter  daşıyan  bütün  başqa  hallar  istisna  olmaqla  xarici 
investisiya  rekvizisiya  edilmir.  Rekvizisiya  haqqında  qərarı  Nazirlər  Kabineti  qəbul 
edir.  Milliləşdirmə  və  rekvizisiya  tədbirləri  tətbiq  edildikdə  milliləşdirilmiş  və  ya 
rekvizisiya olunmuş əmlakın bu tədbirlər görüldüyü vaxtakı real dəyərinə uyğun tam, 
ədalətli, adekvat və gecikdirilmədən xarici valyuta ilə kompensasiyası ödənilir.  
 
Beynəlxalq  iqtisadi  hüquqda  milliləşdirmənin  sürünən  və  gizli  formaları 
fərqləndirilir.  Milliləşdirmənin  gizli  formaları  dedikdə  dolayı  yola  xarici  investoru 
mülkiyyət  hüququndan  məhrum  etmək  başa  düşülür.  Vergilərin  artırılması, 
qanunvericilik 
qaydalarının 
ağırlaşdırılması, 
idxal-ixrac 
məhdudiyyətlərinin 
qoyulması, inzibati əsaslarla qiymət siyasətinin tənzimlənməsi, bank hesablarına həbs 
qoyulmasi,  əmək  haqqının  həddən  artıq  qaldırılması  tələbi,  kompaniyanın  idarə 
heyətinin  yerli  menecerlərlə  əvəz  olunması  və  s.  kimi  tədbirlər  milliləşdirmənin 
sürünən formasının elementləri kimi qiymətləndirilir.  
 
Xarici  investisiyanın  qorunmasında  gəlirin  və  sərmayənin  sərbəst  formada 
repatriasiyası  xarici  investor  üçün  prinsipial  məsələlərdən  biridir.  Buna  görə  kapital 
ixrac  edən  dövlətlər  investisiya  fəaliyyətinin  nəticəsi  olan  gəlirlərin  sərbəst  formada 
köçürülməsinə ciddi zəmanət tələb edirlər. Sərmayələrin təşviqi və qarşılıqlı forması 
haqqında müqavilələrdə bu məsələni tənzim edən xüsusi müddəalar təsbit edilir.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə