Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 
Beynəlxalq 
vergi 
hüququnun 
mənbələri 
dedikdə 
beynəlxalq 
vergi 
münasibətlərini  tənzimləyən  dövlətdaxili  və  beynəlxalq  hüquqi  aktlar  başa  düşülür. 
Beynəlxalq  vergi  hüququnun  xaraqterk  əlamətlərindən  biri  də  məhz  dövlətdaxili 
qanunvericiliyin  beynəlxalq  vergi  hüququnun  mənbələri  sırasında  olmasıdır. 
Dövlətdaxili  vergi  qanunvericiliyi  beynəlxalq  iqtisadi  münasibətlərə  birbaşa  təsir 
qüvvəsinə  malik  olduğundan  beynəlxalq  vergi  münasibətlərinin  tənzimlənməsini 
dövlətdaxili qanunvericiliyin rolu olmadan təsəvvür etmək mümkün deyil.  
 
Dövlətdaxili  qanunvericilik  səviyyəsində  vergi  ilə  bağlı  qəbul  olunan  əksər 
aktlarda  beynəlxalq  vergi  münasibətlərini  tənzimləyən  normalara  rast  gəlmək  olar. 
Bu  normalar  ya  konkret  vergi  münasibətinə  dövlətin  mövqeyini  əks  etdirir,  ya  da 
yarana 
biləcək 
ziddiyyəti 
aradan 
qaldırmağa 
xidmət 
edir. 
Azərbaycan 
Respublikasının  qanunvericilik  praktikasında  əsas  yeri  11  iyun  2000-ci  ildə  qəbul 
olunmuş Vergi Məcəlləsi təşkil edir. Məcəllə, demək olar ki, vergi hüququ sahəsində 
əksər məsələləri özündə birləşdirir və tənzimetmədə mərkəzi xaraqter daşıyır.  
 
Beynəlxalq  vergi  münasibətlərinidə  yarana  biləcək  kolliziyaların  istisna 
edilməsində  mərkəzi  vergi  orqanlarının  aktları  da  əhəmiyyətli  rola  malikdir.  Buna 
misal  olaraq  AR-in  Vergilər  Nazirliyinin  gəlirlərə  və  əmlaka  görə  vergilərə 
münasibətdə  ikiqat  vergitutmanın  aradan  qaldırılması  haqqında  beynəlxalq 
müqavilələrin icrasına dair prosedur Qaydaları (2006) və s. bu yönümlü aktları hüquq 
tətbiqetmə prosesi üçün xüsusi əhəmiyyət kəsb edir.  
 
Şübhəsiz  ki,  beynəlxalq  vergi  hüququnun  əsas  mənbəyi  qismində  ilk  növbədə 
beynəlxalq  normalar  çıxış  edir.  Beynəlxalq  vergi  münasibətlərini  tənzimləyən 
beynəlxalq sənədləri müxtəlif adlarla və müxtəlif tənzimetmə obyektinə, subyektlərin 
dairəsinə, tənzimetmənin metoduna görə fərqləndirmək olar.  
 
Bu  sistemdə  ilk  növbədə  ümumi  xaraqterli  szişlər  qeyd  edilməlidir.  Müvafiq 
sazişlərdə  beynəlxalq  münasibətlərin  digər  sahələri  ilə  yanaşı,  beynəlxalq    vergi 
münasibətlərinə  də  aid  müddəalar  movcud  olur.  Buna  nümumə  kimi:  1961-ci  il 
Avropa  Sosial  Xartiyasını;  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşvirəsinin 
1975-ci  il  Helsinki  Yekun  Aktını;  Avropa  Birliyinin  təsis  edilməsi  haqqında 


beynəlxalq  sənədlərini;  GATT-1947  və  ona  uyğun  qəbul  olunan  ticarət  sazişlərini 
ğöstərmək olar.  
 
Çoxtərəfli  və  ikitərəfli  beynəlxalq  vergi  sazişləri  beynəlxalq  vergi  hüququnun  
mənbələri  qismində  xüsusi  katiqoriya  təşkil  edirlər.  Onlardan  beynəlxalq  vergi 
münasibətlərinin  tənzimlənməsi  sferasında  beynəlxalq  hüququn  əsasını  təşkil  edən 
beynəlxalq  sazişlər  (məsələn,  Avropa  İttifaqı  haqqında  1992-ci  il  Maastrixt 
Müqaviləsi;  Vergi  siyasətinin  razılaşdırılmış  prinsipləri  haqqında  MDB  iştirakçı-
dövlətlərinin hökumətləri arasında bağlanmış 1992-ci il Sazişi, həmçinin universal və 
regional model Konvensiyalar); ikiqat verginin aradan qaldırılması haqqında sazişlər 
(məsələn,  Əmlak  və  gəlir  vergisinə  münasibətdə  ikiqat  vergiqoymanın  aradan 
qaldırılması haqqında AR hökuməti ilə RF hökuməti arasında 1997-ci il Saziş və s.); 
xüsusi  sferalı  vergi  sazişləri  (məsələn,  Xarici  avtomobillərin  vergi  rejimi  haqqında 
1931-ci  il  Cenevrə  Konvensiyası;  Müəllif  mükafatlandırmasından  ödənilən  ikiqat 
vergiqoymanın  aradan  qaldırılması  haqqında  çoxtərəfli  1979-cu  il  Madrit 
Konvensiyası  və  s.);  vergi  imtiyazları  haqqında  Konvensiyalar  (393);  vergi 
məsələləri  üzrə  inzibati  yardım  və  əməkdaşlıq  haqqında  sazişlər  (məsələn,  Vergi 
məsələlərində  qarşılıqlı  inzibati  yardım  haqqında  1988-ci  il  strasburq  –  Paris 
Konvensiyası,  MDB  iştirakçı  dövlətlərinin  vergi  cinayətləri  ilə  mübarizədə 
əməkdaşlıq haqqında Sazişi və s.) qeyd edilə bilər.  
 
Ümumi  vergi  sazişlərinə  vergiqoymanın  bütün  aspektlərini  əhatə  edən 
beynəlxalq  sənədlər  daxildir.  Bura  tövsiyə  xaraqterli  müqavilələr,  nümuməvi 
müqavilə modelləri aiddir. Beynəlxalq səviyyədə üç  model – Avropa, BMT və ABŞ 
modeli fərqləndirilir.  
 
BMT  modeli  1979-cu  ildə  ECOSOC  tərəfindən  tərtib  olunub  və  inkişafda  olan 
və  inkişaf  etmiş  ölkələr  arasında  ikiqat  vergiqoymanın  Model  Konvensiyası 
adlanmaqla  analoji  müqavilələr  üçün  nümunə  rolunu  oynayır.  Bir  növ  avropa 
modelinə alternativ kimi hazırlanmışdır.  
 
Model Konvensiya 7 fəsil və 29 maddədən ibarətdir. Model Konvensiyada ikiqat 
vergiqoyma  ilə  bağlı  əsas  anlayışlar  (m.3),  dividentlər  (m.10),  royaltı  (m.12),  ikiqat 


verginin  sadəlaəşdirilməsi  metodları,  o  cümlədən  vergidən  azadetmə  (m.23),  vergi 
krediti (m.23B), ayrı-seçkilk etməmək (m.24) və s. kimi məsələlər təsbit edilib.  
 
Avropa Modeli 1977-ci ildə Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 
gəlir və kapitaldan ikiqat vergiqoymanın aradan qaldırılması və onun şərhi haqqında 
Nümuməvi  Konvensiyasına  əsaslanır  və  rezidentlik  prinsipinə  uyğun  olaraq  tətbiq 
olunmuşdur.  Avropa  İttifaqı  dövlətlərinin  ikiqat  vergiqoymanın  aradan  qaldırılması 
ilə bağlı müqavilələrində nümunə kimi istifadə olunur.  
 
Müvafiq  Təşkilat  çərçivəsində  Vergi  məsələlərində  qarşılıqlıinzibati  yardımın 
göstərilməsi haqqında (1981) Nümuməvi Konvensiya; Miras və hədiyyələrdən ikiqat 
verginin  aradan  qaldırılması  haqqında  (1982)  Nümuməvi  Konvensiya;  Gəlir  və 
kapitala  vergi  qoyulması  haqqında  (1992)  Nümuməvi  Konvensiya  hazırlanmışdır. 
Sonuncu Nümuməvi Konvensiya ikiqat vergiqoymanı istisna etməklə yanaşı, həm də 
vergi ödəmələrindən yayınma hallarına qarşı normaları nəzərdə tutur.  
 
ABŞ  modeli  1981-ci  ildə  ABŞ  milli  hüququnun  ədalətinə  uyğun  tətbiq 
olunmuşdur. Bunlardan başqa ATƏT çərçivəsində Vergi məsələləri ilə bağlı qarşılıqlı 
yardım  haqqında Model Müqavilə, Daşınmaz əmlak,  miras əmlakı  və  hədiyyələrdən 
vergi tutulmaması haqqında 1983-cü il Model Müqaviləsi mövcuddur.  
 
Vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi əksər regional qrumlar 
üçün  xaraqterikdir.  1971-ci  ildə  and  qrupu  dövlətləri  ikiqat  vergiqoymanın  aradan 
qaldırılması  haqqında Nümuməvi  Konvensiya qəbul ediblər. Yenə də həmin  ildə bir 
sıra  Afrika  dövlətlərinin  təşəbbüsü  ilə  ikiqat  vergiqoymanın  aradan  qaldırılması 
haqqında  çoxtərəfli  Saziş  imzalanmışdır.  Bunun  ardınca  vergi  münasibətlərinin 
beynəlxalq  hüquqi  tənzimlənməsi  Ərəb  İqtisadi  Birliyi  tərəfindən  həyata 
keçirilmişdir. Birliyin üzv-dövlətləri 1973-cü ildə Ərəb vergi Sazişini inmzalamışlar. 
1975-ci  ildə  yenə  də  Afrika  dövlətlərinin  ikiqat  vergiqoymanın  aradan  qaldırılması 
haqqında çoxtərəfli Sazişi qəbul edilmişdir.  
 
1994-cü  ildə  Gəlir  vergisi  haqqında  Müqavilə  Karib  ölkələri  Birliyi 
(CARICOM) çərçivəsində imzalamışdır. Yenə regional sazişlərə misal olaraq, MDB 
iştirakçı-dövltləri arasında əmtəələrin (iş və xidmətləri) ixracı və idxalı zamanı dolayı 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə