Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
 
10.3. İnvestisiyanın anlayışı 
və konseptual fərqin bynəlxalq hüquqi əsası 
 
 
Xarici  investisiya,  kapital  qoyuluşu  kateqoriyalarının  açıqlanması,  ilk  növbədə, 
investisiya termininin mahiyyət və məzmununu nədən ibarət olduğunun araşdırılması 
zərurətini  yaradır.  İnvestisiya  –  “invstment”  –  ingilis  dilində  kapital  qoyuluşu 
mənasını ifadə edir.   
 
Beynəlxalq  hüquq  ədəbiyyatında  xarici  investisiya  fəaliyyəti  C.Şvarsenberqer, 
E. Nouququ, V. Belikjan və d. müəlliflər tərəfindən “investisiya”, “kapital qoyuluşu”, 
“birbaşa  investisiya”,  “portfel  investisiya”  və  d.  terminlərin  məzmun  və  mahiyyəti 
istiqamətində  geniş  təhlil  edilmişdir.  C.Şvamberqer  xarici  investisiyalara  orta  və 
uzun  müddətli  kredit  və  borclar,  idxal  üçün  nəzərdə  tutulan  avadanlıq  və  xidmət, 
həmçinin  istənilən  əmlak,  o  cümlədən  xaricdə  şəxsin  birbaşa  və  dolayısı  ilə  malik 
olduğu  istənilən  hüquq  və  maraqlarını  aid  edilir.  C.  Şvarsenberq  investisiya  üçün 
ümumi xaraqterik xüsusiyyət kimi onun əmlak kateqoriyasına aid olmasını və əmlak 
ilə sinonim təşkil etməsini qeyd edir.  
 
Xarici  investisiyanın  əmlak  kateqoriyası  kimi  ifadə  edilməsi  investorun  əmlak 
hüquqlarının  mütləq  hüquqi  müdafiəsi  konsepsiyasını  şərtləndirir.  Bu  halda  xarici 
investisiyaların  hər  hansı  bir  ekspropriasiayaya  məruz  qalması  və  yaxud  da  belə 
tədbir  olarsa,  “Hall  formulasına”  uyğun  olaraq  kompensasiya  ilə  müşayət  olunması 
nəzərdə  tutulur.  Əmlak  hüquqlarının  məhdudlaşdırılması  beynəlxalq  hüquqi  əsasa 
malik olmalıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-
ci  il  Avropa  konvensiyasının  1  saylı  1952-ci  il  Protokolunun  1-ci  maddəsində  qeyd 
edilir  ki,  hər  bir  fiziki  və  hüquqi  şəxs  özünün  mülkiyyətindən  maneəsiz  istifadə 
etmək  hüququna  malikdir.  Heç  kəs  cəmiyyətin  maraqları  naminə,  qanunla  və 
beynəlxalq  hüququn  ümumi  prinsipləri  ilə  nəzərdə  tutulan  şərtlər  istisna  olmaqla 
özünün əmlakından məhrum edilə bilməz.  


 
Əmlak hüquqları beynəlxalq hüquqla və qanunla yalnız “ictimai maraq” naminə 
məhdudlaşdırıla  bilər.  Qeyd  edilən  qayda  milliləşdirmənin  əsas  şərti  olmaqla 
investisiyanı  əşya-hüquq  məzmunundan,  fundamental  insan  hüquqları  məzmununa 
transformasiya edir.  
 
Beynəlxalq  hüquq  ədəbiyyatında  xarici  investisiyaların  əmlak  kateqoriyalarına 
daxil  edilməsilə  yanaşı  onların  formaları  da  fərqləndirilir.  Beynəlxalq  təcrübəni 
tədqiq  edərək  E.  Nouququ  qeyd  edir  ki,  xarici  investisiya  qoyuluşu  əsasın  birbaşa 
investisiya  formasında  həyata  keçirilir.  Birbaşa  və  portfel  investisiyalar  müəssisələr 
üzərində 
həyata 
keçirilən 
nəzarət 
mexanizmi 
ilə 
fərqləndirilir. 
Protfel 
investisiyalardan fərqli olaraq birbaşa investisiyalar xarici kompaniyaların filiallarına 
ümumi və hərtərəfli kommersiya nəzarətini nəzərdə tutur.  
 
Beynəlxalq  hüquqda  investisiyanın  daha  konkret  və  geniş  anlayışı  Enerji 
Xartiyasına  Müqavilə  üçün  xaraqterikdir.  Müqavilənin  1  (6)  maddəsində  investisiya 
anlayışına  əşya  və  qeyri-əşya,  həmçinin  istənilən  əmlak  hüquqları,  pul  vəsaitləri  və 
kontrakt öhdəliyinin yerinə yetirilməsi üzrə tələb hüququ, kapital qoyuluşundan əlavə 
edilən gəlir, həmçinin qanuna və ya kontrakta, eləcə də, istənilən lisenziya və icazəyə 
uyğun  verilmiş  istənilən  hüquq  aid  edilir.  Kontrakt  və  lisenziyalar  investisiya 
kateqoriyasına  aid  edilməklə  onlara  öhdəlik  mənbəsi  kimi  deyil,  əmlak  və  ya  aktiv 
kimi  baxılır.  Beynəlxalq  investisiya  hüququnda  bərqərar  olmuş  bu  konsepsiyanın 
əsası ümumi hüquq sistemli ölkələrin (o cümlədən ABŞ-ın) qnunvericilik təcrübəsinə 
təsadüf edir.  
 
İnvestisiya  təminatları  üzrə  çoxtərəfli  Agentliyin  təsis  edilməsi  haqqında  Seul 
Konvensiya  Agentliyin  sığorta  mexanizminə  düşən  investisiyaları  növbəti  qaydada 
təsnifləndirir. Birbaşa kapital qoyuluşu qismində səhm əldə etməklə müxtəlif formalı 
orta  və  uzunmüddətli  investisiyalar  qəbul  edilir.  Birbaşa  kapital  qoyuluşunun 
meyarları  Agentliyin  Direktorlar  Şurasının  baxışına  əsasən  müəyyən  edilir. 
Direktorlar Şurası birbaşa kapital qoyuluşunun yeni formaları kimi servis, idarəetmə 
müqavilələrini,  franşiza  sazişlərini,  lisenziya,  maliyyə  icazəsi  (lizinq)  haqqında 
müqavilələri, hasilatın pay böldüsü sazişlərini fərqləndirir.  


 
 
10.4. Beynəlxalq investisiya hüququnun 
prinsip və mənbələri 
  
 
Beynəlxalq investisiya hüququ xarici kapital qoyuluşunun anlayışını, məqsədini  
(birbaşa, portfel, ssuda kapitalı  və s.)  formalarını, rejimini  müəyyən edən prinsip  və 
normalardan  ibarət  bir  sistemi  formalaşdırır.  Xarici  kapital  qoyuluşu  özünün 
mənbəyinə görə bir qayda olaraq, dövlət və xüsusi mənşəli kapital ola bilər. Dövlətlər 
xarici  kapital  qoyuluşunu  əksər  halda  beynəlxalq  təşkilatlar  vasitəsilə  (məsələn, 
Beynəlxalq  valyuta  Fondu,  Dünya  Bankı  və  s.)  və  ya  bilavasitə  hökumət  vasitəsilə 
həyata  keçirir.  Həmin  kapital  qoyuluşu  dövlət  borcları,  ssuda,  təminat,  kredit  və  s. 
formasında ola bilər.  
 
Xüsusi  kapital  isə  qeyri-dövlət  mənbələrindən  xaricdə  yerləşdirilən  fiziki  və 
hüquqi  şəxslərə  mənsub  investisiya  formasıdır.  Bu  investisiyalar  birbaşa  dövlətə 
mənsub olmasa da, dövlət onların hərəkətinə nəzarət edir.  
 
Xarici kapital qoyuluşunda sahibkarlıq və ssuda kapitalından daha geniş istifadə 
edilir.  Birinci  halda  mənfəət  kimi  dividentlərin  alınması  üçün  müxtəlif  həcimli 
hüqulardan istifadə edilə bilər. Ssuda kapitalı isə faiz əldə etmək üçün verilir.  
 
Müddətinə  görə  qısa,  orta  (bir  ildən  artıq)  və  uzunmüddətli  kapital  qoyuluşu 
fərqləndirilir.  Beynəlxalq  investisiya  münasibətlərində    uzunmüddətli  kapital 
qoyuluşu  daha  çox  əhəmiyyət  kəsb  edir.  Əsasən  xüsusi  investorların  birbaşa  və 
portfel  investisiyaları  və  ssuda  kapitalı  formasında  dövlət  kreditləri  uzunmüddətli 
kapital qoyuluşuna aiddir.  
 
Özünün  məqsədinə  görə  kapital  qoyuluşu  birbaşa  və  portfel  investisiyalara 
bölünür.  Xüsusi  kapital  formasında  mülkiyyət  hüququ  və  ya  müəssisənin 
idarəçiliyində  iştirakla  uzunmmüdətli  maraqlara  malik  olmaq  üçün  həyata  keçirilən 
kapital  qoyuluşu  birbaşa  investisiyalara  aiddir.  Portfel  investisiyalarında  birbaşa 
içtirak  və  nəzarət  hüququ  nəzərdə tutulmasa da, uzunmüddətli  mənfəət əsas  məqsəd 
kimi diqqəti cəlb edir.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə