Hal-hazırda Enerji Xartiyasına Müqavilə Avrasiyanın 51 dövlətini və Avropa
İttifaqını özündə birləşdirir. Asiya dövlətlərindən Yaponiya, Monqolustan
müqavilənin üzvüdürlər. Çin dövləti də əməkdaşlıqda iştirak edir.
Enerji Xartiyasına Müqavilə Avropa İttifaqının üzvlərini, keçmiş SSRİ-yə daxil
olan dövlətləri, Şərqi və Mərkəzi Avropa ölkələrini 1961-ci ildə təsis edilmiş (ABŞ,
Kanada, Meksika, Yeni Zellandiya istisna olmaqla) İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OESD) üzvlərini birləşdirən sahəvi məcəlləşdirmə aktıdır. Avropa
İttifaqının diplomatik texniki və maliyyə himayəsi ilə hazırlanan Xartiya müqavilə
formasına qeyri-Avropa ölkələrini də əhatə etməyə başlayıb. Enerji Xartiyasına
Müqavilənin qəbulu müxtəlif səbəblərdən, xüsusilə, dövlətlərin iqdisadi-inkişaf
səviyyəsinin, qanunvericilik bazasının fərqli olmasından, tranzit və sənayecə inkişaf
etmiş dövlətlərin siyasi maraqlarından asılıolduğundan mürəkkəb danışıqlar dövrü ilə
müşayiət olunub. Enerji Xartiyasına Müqavilə iştirakçı dövlətlərin qanunverici
orqanında ratifikasiya edilməli və 30 ratifikasiya sənədi Depozitariyə (Portuqaliya
hökumətinə) verildikdən 90 gün sonra qüvvəyə minirdi: Saziş 1998-ci ildə qüvvəyə
minmişdir.
Müqavilənin əsas məqsədini Avropa Enerji Xartiyasının bəyan etdiyi enerji
sahəsində əməkdaşlıq üçün prinsipləri formalaşdırmaq və təkmilləşdirmək təşkil edir.
Müqavilə həmçinin:
- investisiyaların müdafiəsini;
- ticarətini;
- enerji sistemlərinə tranzit qaydalarının tədbiqini;
- beynəlxalq mübahisələrin məcburi hüquqi qaydada həllinin nəzərdə tutur.
Enerji Xartiyasına Müqavilə Avropa Enerji Xartiyasında nəzrdə tutulan ilkin
öhdəliklərə
uyğun
olaraq
keçmiş
SSRİ
məkanında
olan
dövlətlərin
qanunvericiliyinin, o cümlədən, konstitusiya normalarının, kontrakt hüququnun
yaradılmasına kömək etməli idi.
Enerji Xartiyasına Müqavilənin qəbul edildiyi bir dövrdə müstəsna iqtisadi
zonada, qitə şelfində enerji resurslarının hasilatı və nəqlini tənzim edən Dəniz
hüququ üzrə 1982-ci il BMT Konvensiyası qüvvəyə minir. Şübhəsiz, bu da öncə
qeyd etdiyimiz boru kəməri hüququnun beynəlxalq hüquqi tənzimlənməsinin
universal səviyyəyə qaldırılmasını təmin edir.
11.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi
Beynəlxalq enerji hüququnun müstəqil xarakteri onun xüsusi tənzimetmə
obyektinə, özünəməxsus mənbələrə, prinsiplərə, subyektlərə malik olmasında ifadə
olunur. Hüquqi tənzimetmənin obyektini hər hansı bir predmetlə bağlı yaranan
ictimai münasibətlər təşkil edir. Müəyyən bir hüquq sahəsində hüquqi tənzimetmə
obyekti kimi isə müvafiq hüquq münasibətləri çıxış edir. Bu mənada beynəlxalq
enerji hüququnun tənzimetmə obyektini beynəlxalq enerji (hüquq) münasibətləri
təşkil edir. Beynəlxalq enerji (hüquq) münasibətləri enerji resurslarının istifadəsi
nəticəsində yaranır.
Enerji resursları dedikdə, iqtisadiyyatda geniş miqyasda istifadəyə yararlı olan
müxtəlif növ təbii ehtiyatlar nəzərdə tutulur.
Enerji kimi enerji resursları da ilkin və törəmə ola bilər. İlkin resurslar təbiətdə
başlanğıc, ilkin formada əldə olunur. Onlar bərpa olunan və bərpa olunmayan
resurslara bölünürlər. Bərpa olunanlara - günəş, külək, dalğa, qabarma, dəniz
cərəyanları və biokütlələrdən alınan enerji, hidroenerji, geotermal və qravitasiya
enerjisi və s. aid edilir.
Tükənməkdə olan resurslara - daş və boz kömür, torf, yanar şistlər, neft, təbii
qaz, nüvə yanacağı və s. aid edilir.
Enerji resurslarının ilkin forması emal və ya çevrilmə nəticəsində törəmə
resurslara və müvafiq olaraq törəmə enerjiyə çevrilir. Bir və ya bir neçə çevrilmədən
sonra ilkin enerji resursları artıq törəmə resurslara çevrilir. İlkin resurslara enerji
resurslarının yanacaq forması aiddir. Yanacaq formalarına bərk (briket şəklində torf,
zənginləşdirilmiş boz kömür, koks), maye (mazut, dizel yanacağı, yağ yanacağı), qaz
şəkilli (süni qaz, maye qaz, hidrogen) resurslar aiddir. Törəmə enerji resurslarına
elektrik enerjisi, istilik enerjisi (buxar, qaynar su, istilik tullantıları) və s. misal
göstərilə bilər.
Enerji resursların iqtisadi təsnifatı ilə yanaşı həmçinin enerji mənbələrinin
beynəlxalq hüquqi təsnifatı da mövcuddur. Avropa Enerji Xartiyasında (1991)
«Enerji resursları» termini energetikada istifadə olunan istənilən təbii komponentlər
mənasında işlədilir. Bu kontekstdə «Enerji resursları» termini «təbii resurslar»
termini ilə eynilik təşkil edir. Lakin enerji resursları, öz növbəsində, mineral
resurslardan fərqləndirmək lazımdır. Mineral resurslar litosfer və hidrosferin təbii.
cansız resurslarıdır. Təbii və cansızlıq anlayışı mineral resurslarla yanaşı. eyni
zamanda digər resursları, məsələn. atmosferin resurslarım (günəş və külək enerji
resursları) da əhatə edir. Enerji resurslarının təsnifatı Dəniz hüququ üzrə 1982-ci il
BMT Konvensiyası üçün də xarakterikdir.
Dövlətdaxİli hüquqda da bir qayda olaraq ənənəvi, bərpa olunmayan enerji
resursları fərqləndirilir. Milli energetikanın mühafizə sahəsində siyasət haqqında
1978-ci il ABŞ qanununun tədqiqatçıları əsas enerji resurslarına neft və qazı aid
edirlər. Digər hüquqşünaslar isə bu siyahıya geotermal resursları, hidroresursları,
günəş və külək enerjisi resurslarını da əlavə edirlər. Enerji resurslarının istifadəsi
haqqında AR Qanunu (1996) enerji resurslarını daha geniş məzmunda ehtiva
etmişdir. Enerji resurslarının daha dəqiq və sistemli təsnifatı EXM-in EM Əlavəsində
təsbit olunmuşdur.
Nayrobi proqramı (1981), Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası,
Enerji Xartiyasına Müqavilə (1994), «Səkkizlər qrupunun» 2006-cı il Sankt-
Peturburq sammitində qəbul etdiyi «Qlobal enerji təhlükəsizliyi» üzrə Fəaliyyət Planı
və digər beynəlxalq sənədlər çərçivəsində enerji təhlükəsizliyinin məqsədləri üçün
enerjinin yeni mənbələrinin istifadəsi müəyyən olunub. Beynəlxalq birliyin
qarşısında duran əsas məqsədlərdən biri karbohidrogenlərin istifadəsinə əsaslanan
beynəlxalq iqtisadiyyatdan yeni və bərpa olunan enerji mənbələrinə daha geniş
istifadəyə əsaslanan iqtisadi sistemə keçid təşkil etməlidir. Bu halda,
karbohidrogenlərdən yalnız qeyri-enerji məqsədilə istifadə olunacaq.
Dostları ilə paylaş: |