Beynəlxalq hüquqda olduğu kimi ayrı-ayrı dövlətlərin daxili qanunvericiliyində,
həmçinin enerji resurslarının kəşfiyyatını, hasilatını və nəqlini tənzim edən
beynəlxalq kontraktlarda ətraf mühitin mühafizəsilə bağlı normalara xüsusi diqqət
verilir. Azərbaycan Respublikasının Konstitusiyasında (hər kəsin sağlam ətraf
mühitdə yaşamaq hüququ ilə yanaşı (m.39, I)) ekoloji hüquqpozma ilə əlaqədar
sağlamlığa və əmlaka dəymiş ziyanın əvəzini almaq hüququ qeyd olunur (m.39,11).
Azərbaycan Respublikasının Ekoloji təhlükəsizlik haqqında (1995), Ətraf
mühitin mühafizəsi haqqında (1999) Qanunlarında ətraf mühitin mühafizəsi prinsipi
öz əksini tapıb. AR-ın Yerin təkindən istifadə haqqında 1998-ci il Qanununda da
enerji daşıyıcılarından istifadə zamanı ətraf mühitin mühafizəsində səmərəli,
kompleks və təhlükəsiz istifadə prinsipi nəzərdə tutulur.
AR-in neft kontraktlarından «Əsrin Müqaviləsində» qeyd olunur ki, podratçı
beynəlxalq neft sənayesinin hamılıqla qəbul olunmuş standartlarına səylə əməl
edərək ətraf mühitin, o cümlədən məhdudiyyət qoymadan yerin üstü və təkinin,
dənizin, havanın, göllərin, çayların, flora və faunanın, kənd təsərrüfatı bitkilərinin,
digər təbii ehtiyatların və əmlakın vəziyyətinin hər hansı potensial pozuntularını
minimuma endirmək üçün göstərilən standartlara müvafiq surətdə həyatın, ətraf
mühitin əmlakın mühafizəsi növbəliliyilə bütün zəruri tədbirləri görərək, neft
əməliyyatlarını lazımı səmərəliliyə və təhlükəsizliyə uyğun olaraq aparır (m.2,1).
Podratçı AR-in səhiyyə, təhlükəsizlik texnikasına, ətraf mühitin mühafizəsinə və
bərpasına hamılıqla tətbiq edilə bilən mövcud və gələcək qanunlarına, yaxud
qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanun, qərarların tələbləri saziş bağlanarkən
qüvvədə olan normaların və podratçının tabe olduğu beynəlxalq neft sənayesi
praktikasının tələblərindən sərt olmasın (m.26.3). Sazişin XI əlavəsində avadanlığın
təhlükəsiz istismarı üçün tanınmış beynəlxalq təşkilat və assosiasiyaların Amerikanın
Neft İnstitutunun (API), Britaniya Standartlar İnstitutunun (BSI), Avropa
Normalaşdırma Komissiyasının (SEN) tövsiyələri əsas götürülür.
Enerji effektivliyi və ətraf mühitin mühafizəsi prinsipinə görə müəssisələr üçün
karbon vergisi deyil, parnik effekti yaradan tullantı kvotaları ilə ticarətin beynəlxalq
bazarı formalaşdırılmalıdır. Kvotalarla ticarət qaydalarının yaradılması bu məsələni
həll etməli, həm də dövlətlərarası və hüquqi şəxslərarası səviyyədə Kioto
Protokolunun inkişafını təmin etmiş olacaq. Kvotaların satışına icazə sistemi
tullantıların səviyyəsini azaldan istehsalın və əmtəələrinə, xidmətlərinə, o cümlədən
enerji avadanlığı resursları və xidmətləri ilə ticarətin bərqərar olmasına gətirib
çıxaracaq.
Beynəlxalq hüquqda enerji resurslarının nəqli və istifadəsindən dəymiş zərərə
görə mülki məsuliyyətlə bağlı bir sıra konvensiyaların qəbul olunması da enerji
effektivliyinin və ətraf mühitin mühafizəsinin təminatına yönəlib. Xüsusən də,
Dənizin neftlə çirkləndirilməsindən dəymiş zərərə görə mülki məsuliyyət haqqında
(1992) Brüssel Konvensiyası. Təhlükəli fəaliyyətdən dəymiş zərərə görə mülki
məsuliyyət haqqında (1993) Konvensiya və s. sazişlər qeyd edilə bilər.
11.10. Enerji dövriyyəsində əməkdaşlıq və monitorinq
prinsipi
Enerji sektorunda xarici investisiyaların cəlb olunması, ekoloji təhlükəsizliyin
təminatı beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil. Əməkdaşlıq prinsipinin
normativ əsasını BMT Nizamnaməsi, BMT Baş Məclisinin və UNCTAD-ın
qətnamələri, ATƏM-in Yekun Aktı və digər beynəlxalq sənədlər təşkil edir. Qeyd
olunan prinsip dövlətləri qlobal problemlərin həlli naminə əməkdaşlıq etməyə
məcbur edir. Beynəlxalq sülhün və təhlükəsizliyin təmini, insan hüquqlarının
müdafiəsi, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların, o cümlədən, enerji
resurslarının təhlükəsiz istismarı və s. problemlərin dövlətlərarası əməkdaşlıq
olmadan səmərəli formada tənzimlənməsi mümkün deyil. Enerji resurslarının
istismarında beynəlxalq əməkdaşlıq prinsipi Enerji Xartiyasına Müqavilədə, Enerji
effektivliyi məsələləri və müvafiq ekoloji aspektlər üzrə Protokolda və s. Sənədlərdə
davamlı olaraq təsbit edilir. Enerji resurslarının istismarında beynəlxalq əməkdaşlıq
- enerji effektivliyi və ətraf mühitin mühafizəsi;
- ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı dəymiş zərərə görə
məsuliyyətin müəyyən edilməsi;
- müvafiq qanunvericilik bazasının yaradılması:
- enerji effektivliyini təmin etmək məqsədilə maliyyələşdirmə;
- enerji resurslarının, ekoloji xərclər də nəzərə alınmaqla, bazar qiymətlərinin
müəyyən olunmasında istehsalçıların və istehlakçıların enerjidən maksimum qənaətlə
və əsaslandırılmış istifadəsinin çərçivə şərtlərinin yaradılması;
- yeni, tullantısız texnologiyanın mübadiləsi;
- əqli mülkiyyət hüquqlarının mühafizəsi;
- hüquqi və normativ aktların şəffaflığı;
- enerji effektivliyinə və müvafiq investisiyalara maneələrin aradan
qaldırılması üzrə tədbirlərə yönəlir.
Protokolun 9-cu maddəsinə Əlavədə beynəlxalq əməkdaşlıq daha geniş formada
verilir.
Enerji resurslarının istismarının ümummilli maraqlara uyğun həyata
keçirilməsini təmin etmək vasitələrindən biri də müvafiq sahəyə nəzarətin təşkil
olunmasıdır. EXM-də olduğu kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin
Nizamnaməsində və d. sazişlərdə müvafiq prinsip təsbit edilib. Nəzarət özü də həm
beynəlxalq, həm də milli institutların, təşkilatların, müxtəlif sosial qurumların, qeyri-
hökümət təşkilatlarının, ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumların
fəaliyyətini nəzərdə tutmalıdır. Belə bir fəaliyyətin həyata keçirilməsində məqsəd
müvafiq sahədə iqtisadi fəaliyyətin ətraf mühitlə bağlı standartlara uyğunluğunu
təmin etmək təşkil edir.
Enerji resurslarının istismarında ətraf mühitin mühafizəsi ilə bağlı nəzarəti
nəzərdə tutan beynəlxalq, sahəvi sazişlərdən EXM-də razılığa gələn Tərəflər:
- ekoloji baxımdan əsaslandırılmış, iqtisadi cəhətdən effektiv enerji siyasəti,
- rentabelli metod və texnologiya ilə bağlı məlumat mübadiləsini;
Dostları ilə paylaş: |