Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə17/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   13   14   15   16   17   18   19   20   ...   213

 

44

 



fəaliyyəti,  iqtisadiyyatın  və  texnologiyanın  müxtəlif  sahələrində  layihələrin  birgə 

maliyyələşdirilməsi və həyata keçirilməsi, beynəlxalq xeyriyyəçilik və s. 

Qloballaşma dövlətlər  tərəfindən düşünülmüş iqtisadi siyasətin həyata keçirilməsini 

tələb  edir.  Bu  cür  iqtisadi  siyasət  daxili  və  xarici  iqtisadi  siyasətin  dialektik  vəhdətini  və 

qarşılıqlı əlaqəsini nəzərə almalıdır. Səmərəli dövlət siyasəti iqtisadi çiçəklənmə, təhsilin və 

səhiyyənin  inkişafı, sosial qeyri-bərabərliyin  azaldılması  üçün  həyati əhəmiyyət kəsb edir. 

Dövlət  ətraf  mühitin  mühafizəsinin,  siyasi  və  makroiqtisadi  sabitliyin,  qanunçuluğun 

əsaslarının, sosial təminatın və təhsilin qarantı kimi çıxış etməlidir. 

 

2.6. BİM-də ölkələrin təsnifləşdirilməsi göstəriciləri və meyarları 

 

Ölkələrin  təsnifləşdirilməsi  zamanı  əsasən  Dünya  Bankının  yanaşmasından  istifadə 

edilir.  Bu  beynəlxalq  iqtisadi  təşkilatın  yanaşmasına  görə,  ölkələrin  təsnifləşdirilməsinin 

əsas meyarı kimi adambaşına düşən Ümumi Milli Gəlir (ÜMG) və ya Ümumi Milli Məhsul 

(ÜMM)  çıxış  edir.  Adambaşına  düşən  ÜMG-dən  asılı  olaraq  dünya  ölkələri  aşağı  gəlirli 

ölkələrə,  orta  gəlirli ölkələrə  (bu qrup özü  ortadan  aşağı  və  ortadan  yuxarı gəlirli ölkələrə 

bölünürlər) və yüksək gəlirli ölkələrə bölünürlər. Ölkələrin təsnifləşdirilməsi zamanı Dünya 

Bankı tərəfindən həmçinin coğrafi regionlara və xarici borcun səviyyəsinə əsaslanan analitik 

kateqoriyalardan da istifadə edilir. 

Ölkələrin  təsnifləşdirilməsi  üçün  Dünya  Bankı  tərəfindən  istifadə  olunan  analitik 

kateqoriyaların əsası hələ otuz il bundan əvvəl qoyulub və bu zaman Bankın məqsədi daha 

yoxsul ölkələrə kreditlərin alınması zamanı daha sərfəli şərtlər təqdim etməkdən ibarət olub. 

Bunun  üçün  isə  ölkələrin  iqtisadi  potensiallarının  müqayisəli  qiymətləndirilməsi 

metodlarının  işlənməsi  zəruri  idi.  Mahiyyətinə  görə  geniş  göstərici  olan  ÜMG  Dünya 

Bankının  mütəxəssisləri  tərəfindən  iqtisadi  potensialın  və  iqtisadi  tərəqqinin 

qiymətləndirilməsi  üçün  ən  yaxşı  göstərici  müəyyən  edildi.  Bununla  yanaşı,  o  da  qəbul 

edildi  ki,  ÜMG  özlüyündə  inkişafın  səmərəliliyini  və  ya  ölkənin  rifahını  xarakterizə  edə 

biləcək  göstərici  deyil.  Buna  görə  də  ölkələrin  təsnifləşdirilməsi  üçün  Bank  tərəfindən 

istifadə olunan əsas göstərici kimi adambaşına düşən ÜMG çıxış etməyə başladı. 

Qruplar arasında adambaşına düşən gəlirə görə hədlərin müəyyən edilməsi üçün bir 

çox göstəricilərin (yoxsul əhali faizi, uşaq ölümü göstəricisi) əks olunduğu xüsusi formula 

işlənilib  hazırlandı.  Bu  formul  və  Bank  tərəfindən  il  ərzində  ayrılan  resursların  həcminə 




 

45

 



uyğun  olaraq  adambaşına  gəlirin  ilkin  hədd  kəmiyyətləri  müəyyən  olundu.  Bu  ilkin 

göstəricilər beynəlxalq inflyasiyanın təsiri nəzərə alınmaqla hər il korrektə olnunur və hədd 

kəmiyyətlərinin real mahiyyəti zamana görə dəyişmir. 

Adambaşına  ÜMG-yi  müəyyən olunmuş səviyyədən  aşağı olan  ölkələr  aşağı  gəlirli 

ölkələr  kimi  təsnifləşdirilir.  Bu  göstəricinin  Bank  tərəfindən  müəyyən  edilmiş  həddən 

yuxarı olduğu və yüksək gəlirli ölkələr üçün qoyulmuş səviyyədən aşağı olduğu ölkələr orta 

gəlirli ölkələr adlandırılırlar. Bu tip ölkələr artıq Dünya Bankından 15 illik güzəştli kreditlər 

almaq hüququndan məhrum olurlar. 

Aşağıda  göstərilən  cədvəllərdə  Dünya  Bankının  bütün  üzv-ölkələrinin,  həmçinin 

əhalisi 30 min nəfərdən artıq olan bütün ölkələrin (cəmisi 208 ölkə) təsnifatı verilmişdir. 



Coğrafi  regionlara  görə  təsnifləşdirmə  (bax  Cədvəl 2.1)  yalnız aşağı və  orta  gəlirli 

ölkələr  üzrə  aparılıb.  Bu  ölkələri  çox  vaxt  inkişaf  etməkdə  olan  ölkələr  adlandırırlar.  Bu 

termindən istifadə çox rahatdır: bu qrupa aid olan bütün ölkələrin eyni inkişaf səviyyəsində 

və  ya bu kateqoriyaya aid edilməyən ölkələrin inkişafın son mərhələsində olmaları demək 

deyil. 

 

Cədvəl 2.1 



Dünya ölkələrinin coğrafi regionlara görə təsnifləşdirilməsi 

 

Şərqi Asiya və Sakit okean regionu 



(23) 

(ancaq inkişaf etməkdə olanlar) 

Amerika 

Samoası 


Vanuatu 

Vyetnam 


İndoneziya 

Kamboca 


Kiribati 

Çin 


Şimali Koreya 

Laos  


Malayziya 

Marşal adaları 

Mikroneziya 

Monqolustan 

Myanma 

Palau 


Papua-Yeni 

Qvineya 

 

Samoa 



Solomon adaları 

Tailand  

Timor Leste 

Tonqa 


Fici 

Filippin 




 

46

 



Avropa və Mərkəzi Asiya (28) 

(ancaq inkişaf etməkdə olanlar) 

Azərbaycan 

Albaniya 

Ermənistan 

Belarus 


Bolqarıstan 

Bosniya və 

Herseqovina 

Macarıstan 

Gürcüstan 

Qazaxıstan 

Qırğızıstan  

Latviya  

Litva 

Makedoniya 



Moldova 

Men adası 

Polşa 

Rusiya 


Rumıniya 

Slovakiya 

 

Tacikistan 



Türkmənistan 

Türkiyə  

Özbəkistan 

Ukrayna 


Xorvatiya 

Çexiya 


Estoniya 

Serbiya və 

Monteneqro 

  

Latın  Amerikası  və  Karib  hövzəsi 

(33) 

(ancaq inkişaf etməkdə olanlar) 

Antiqua və 

Barbuda 


Argentina 

Barbados 

Beliz 

Boliviya 



Braziliya 

Venesuela  

Haiti 

Qayana 


Qvatemala 

Honduras 

Qrenada  

Dominika 

Dominikan 

Resp. 


Kolumbiya 

Kosta-Rika 

Kuba 

Meksika 


Nikaraqua 

Panama 


Paraqvay 

Peru 


 

Puerto-Riko 

Santa-Lüsiya  

Sent-Vinsent 

Sent-Kitts və 

Nevis 


Surinam 

Trinidad və 

Tobaqo 

Uruqvay 


Çili 

Ekvador 


El-Salvador 

Yamayka 


Yaxın Şərq və Şimali Afrika (16) 

(ancaq inkişaf etməkdə olanlar) 

Əlcəzair 

Cibuti 


Misir 

Qərb sahili və 

Qəzza sektoru 

İordaniya 

İraq 

İran 


Yəmən 

Livan 


Liviya 

Malta 


 

Mərakeş 


Oman 

Səudiyyə  

Ərəbistanı 

Suriya 


Tunis 

 

Cənubi Asiya (8) 

Əfqanıstan 

Banqladeş 

Butan 

 

Hindistan 



Maldiv adaları 

Nepal 


Pakistan 

Şri-Lanka  

  



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə