480
Yaxın və Orta Şərqdə narkotiklərin qeyri-qanuni dövriyyəsi və bununla
əlaqədar məsələlər üzrə altkomissiya.
Narkotika haqqında qanunlara əməl edilməsinin təmin edilməsi üzrə milli
təşkilat rəhbərlərinin Məclisi.
7.
Cinayətkarlığın xəbərdar edilməsi üzrə komissiya.
8.
Elm və texnika komissiyası.
9.
Dayanıqlı inkişaf komissiyası.
Açıq tərkibli xüsusi işçi qrupları.
Energetika və dayanıqlı inkişaf üzrə ekspertlərin açıq tərkibli xüsusi
hökumətlərarası qrupu.
10.
BMT-nin meşələr üzrə Forumu.
BMT-nin daimi komitələrinə aşağıdakılar daxildir:
1.
Proqramlar və koordinasiya Komitəsi.
2.
Əhali məntəqələri üzrə komissiya.
3.
Qeyri-hökumət təşkilatları Komitəsi.
4.
Hökumətlərarası təşkilatlrla danışıqlar Komitəsi.
BMT-nin ekspert orqanlarına aşağıdakılar aiddir:
1.
Hökumət ekspertlərinədn ibarət ekspert orqanları:
Təhlükəli yüklərin daşınması və kimyəvi maddələrin qlobal səviyyədə
razılaşdırılmış təsnif və nişanlama sistemi üzrə ekspertlər Komitəsi.
BMT-nin coğrafi adlar üzrə ekspertlər qrupu.
2.
Fərdi qaydada iştirak edən üzvlərdən ibarət ekspert orqanları:
İnkişaf sahəsində siyasət üzrə Komitə.
BMT-nin dövlət idarəetməsi və maliyyə sahəsində Proqramı üzrə ekspertlərin
Məclisi.
Vergiqoyma sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspertlərin xüsusi qrupu.
İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə.
Enerji və təbii resurslar üzrə Komitə.
BMT-nin hazırda 14 ixtisaslaşdırılmış təsisatı vardır və onlar aşağıdakılardır.
1.
Beynəlxalq Əmək Təşkilatı (BƏT). Əmək şəraitinin yaxşılaşdırılması və
məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir
481
və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək
standartlarını müəyyən edir.
2.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO). Səylərini kənd təsərrüfatının
məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin
kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir.
3.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (YUNESKO). Ümumi
təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya
təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və
kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir.
4.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST). Səhiyyə problemlərinin həllinə və Yerin
bütün əhalisinin sağlamlığının maksimal surətdə gücləndirilməsinə yönəldilmiş
proqramların həyata keçirilməsini koordinasiya edir.
5.
Dünya Bankı Qrupu. Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin
edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim
edir.
6.
Beynəlxalq Valyuta Fondu (BVF). Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın
inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri
üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım
göstərilməsi üçün daim forum rolunu oynayır.
7.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı. Hava nəqliyyatının təhlükəsizliyinin,
etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq
normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq
əməkdaşlığın koordinatoru rolunda çıxış edir.
8.
Beynəlxalq Dəniz Təşkilatı. Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının
təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə
dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə
səylər göstərir.
9.
Beynəlxalq Elektrik Əlaqəsi İttifaqı. Bütün növ elektrik əlaqələrinin
təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio
və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin
edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir.
482
10.
Ümumdünya Poçt İttifaqı. Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir,
texniki yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına
dəstək verir.
11.
Ümumdünya Meteorologiya Təşkilatı. Yerin atmosferinin və iqlim
dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır,
meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir.
12.
Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı. Əqli mülkiyyətin beynəlxalq müdafiəsini
stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və
patentlərinə aid məsələlərdə əməkdaşlığın inki.afına dəstək verir.
13.
Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu. Ərzaq istehsalının artırılması və
inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması
vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə
məşğul olur.
14.
Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (YUNİDO). Texniki yardım və
məsləhət xidmətlərinin göstərilməsi, kadrların hazırlanması yolu ilə inkişaf
etməkdə olan ölkələrin sənaye inkişafına dəstək verir.
12.3. Birləşmiş Millətlər Təşkilatının maliyyə fəaliyyəti və büdcəsi
BMT-nin müntəzəm büdcəsi ildə təxminən 1,3 milyard ABŞ dollarına bərabərdir. Bu
vəsait tədbirlərin həyata keçirilməsinə, personala və BMT-nin baza infrastrukturunun
inkişaf etdirilməsinə xərclənir. Sülhün dəstəklənməsi üçün həyata keçirilən əməliyyatların
isə özünün büdcəsi mövcuddur. BMT-nin bütün üzv-dövlətləri Nizamnaməyə uyğun olaraq
büdcə xərclərinin müəyyən hissəsini ödəməlidirlər. hər bir dövlətin üzvlük haqqı onun
dünya iqtisadiyyatında malik olduğu yerə görə hesablanır.
BMT sistemi (bu sistemə BMT-nin özü, BMT-nin sülhün dəstəklənməsi üçün həyata
keçirdiyi əməliyyatlar, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu istisna
olmaqla ixtisaslaşmış təsisatlar daxildir) ildə təxminən 12 milyard dollar xərcləyirlər. Bu
məbləğin yarıdan çoxu könüllü üzvlük haqları, yerdə qalan hissəsi isə məcburi üzvlük
haqları hesabına təmin edilir.
BMT-nin üzv-dövlətlərindən üzvlük haqqının toplanması zamanı Baş Məclis
tərəfindən istifadə olunan əsas meyar ölkənin ödəmə qabiliyyətidir. Ödəmə qabiliyyəti
Dostları ilə paylaş: |