Fərqli görmək;
“Fərqli görmək” dünyanı, işi, təşkilatın səriştələrini və rəqabət üstünlüklərini
necə görməyi öyrənməkdir.
Bu halda rəqiblərin effektiv nəticə əldə etmədikləri fürsətlərdən istifadə edərək,
çatışmazlıqları fürsətə çevirmək mümkündür.
-
Risk etmək;
Risk etmək, təşkilatı dinamik tutmaq və dəyişən şərtlərə uyğunlaşmaq üçün bir
şərt kimi qəbul olunur. Sonda daha yaxşı nəticələr əldə etmək üçün risk etmək vacib
bir addımdır.
-
Yaradıcılıq tətbiq etmək;
Yaradıcılıq dedikdə bir və ya daha çox şəxsin birləşərək yeni bir layihə irəli
sürməsi nəzərdə tutula bilər. Fiziki infrastruktur və vizual texnologiyalar, yenilik
kontekstində alternativlər üçün turizm rəhbərliyi adı altında ixtisaslaşmış kadrlar
tələb olunur. Bu kadrların fəaliyyəti iş strukturuna müsbət təsir edəcəkdir.
16
Turizmdə innovativ xidmətlərə aşağıdakılar da aid edilir (
Məmmədov E.A. 2015:
s.255
).
-
Virtual turizm xidmətləri - muzeylərə onlayn baxış, onlayn səyahətlər, onlayn
əyləncələr;
-
Turizm və e-bankinq;
-
E-turizm və s.
Tədqiqat çərçivəsində nəzərə alınan yeniliklər, turizmi səmərəli və hərtərəfli
şəkildə dəyişdirmiş yeniliklər arasından seçilmişdir. Seçilən 100-dən çox innovativ
xidmətlər, aydınlıq və müxtəliflik göstərmək üçün daha çox elm və texnologiya
sahələrindən götürülür. Bu cür innovativ xidmətlərə aşağıdakıları misal göstərə
bilərik (
Məmmədov E.A. 2015: s.344
).
-
Turistlər tərəfindən istifadə edildiyi kimi xidmət və məhsulların
müxtəlifliyinin və xüsusiyyətlərinin dəyişdirilməsi;
-
Turistlərə fayda gətirəcək ictimai və fiziki fəaliyyətlərin artırılması;
-
Turizm müəssisələrində effektivliyin və səmərəliliyin artırılması, işçi heyəti,
kapital və torpaq və s. kimi amillərin yenidən formalaşdırılması;
-
Yeni istiqamətlərin yaradılması;
-
Yeni turistik zonaların yaradılması;
-
Məlumatların təşkilatlar daxilində və təşkilatlar arasında ötürülmə qaydasının
dəyişdirilməsi;
-
Güc əlaqələrini və institusional məntiqi dəyişdirmək.
Ümumiyyətlə, bu sahədə tədqiqatçılar struktur, sosial - iqtisadi vəziyyətin və
dəyişən tələblərin əhəmiyyətinə daha çox istinad edirlər.
Hal-hazırda turistik məkan kimi muzeylərə diqqət edilməsi olduqca geniş
yayılmışdır. Lakin tarixi dövrdə bu yenilik turizmin inkişafına əsaslı təkan
verdiyindən bu mövzuya toxunmağı məqsədəuyğun hesab edirik. Məsələn, tarixi
obyekt kolleksiyaları müasir dövrə qədərki dövrlərə aiddir.
İlk bilinən kütləvi kolleksiya 1683-cü ildə Oksfordda açılan Aşmolean
Muzeyidir. Qanuni kontekstdə ilk hüquqi tənzimləmə 1753-cü ildə İngilis
Muzeyinin (Britaniya Muzeyi) yaradılmasından bir az əvvəl baş tutmuşdur. Bu
17
təşəbbüs ziyarətçilər üçün qoruma, araşdırma və şərh konsepsiyalarını
institusionalizasiya etmişdir. Zaman keçdikcə muzeylər ziyarətçilər üçün turistik
bölgələrə və turizm infrastrukturunun başlıca elementinə çevrildi.
At arabaları olan ilk sərnişin daşıyıcılar 1820-ci illərdə böyük şəhərlərdə
meydana çıxdı. Növbəti illərdə avtobuslar böyük qrup şəklində səyahətə çıxan
turistlər üçün daşıyıcı vasitəsinə çevrildi. Ancaq uzun illərdir ki, sərnişindaşıma poçt
xidmətləri ilə birlikdə həyata keçirilir və bu vəziyyət lazımi rahatlığı təmin edə
bilmir.
Qreyhound şirkətinin ABŞ-dakı əfsanəvi xidmətləri avtobusların
əhəmiyyətinin artmasına nümunədir. İkinci Dünya müharibəsinin ardınca avtobuslar
paket turların bir hissəsinə çevrildi və qonaqlar icarəyə götürdükləri avtobuslarla
yeni bölgələrə səyahət etməyə başladılar. Azərbaycanda, habelə dünyada daşıyıcı
kimi ən müasir vasitələr kanat (qapalı, açıq), qayıq, yaxta və s.- dir.
Üzgüçülük və su fəaliyyətləri yeni bir turizm fəaliyyəti deyil, əksinə, onlar
qədim termal bulaqlar üçün lazımi avadanlıq təmin edən amillərdir. İlk qapalı hovuz
1837-ci ildə Londonda üzgüçülük idmanının populyar olduğu və yeni üzgüçülük
üslublarının meydana çıxdığı dövrdə açıldı. Bavyera Kralı üçün 1879-cu ildə
tikilmiş qapalı hovuza süni dalğalar və isti (şirin) su tədarük edilmişdir. Hovuz
ideyasının daha sonra otel sənayesinə gətirilməsi ilə, 1908-ci ildə ilk olaraq
transatlantik sərnişinlərə hovuz verildi. Hovuzlar təbiəti əvəz etməyə başladı və təbii
elementləri təqlid edən bir sıra dizaynlar ortaya çıxdı. Hovuzlar 1940-cı illərin
sonunda açılan ilk böyük su parkları ilə özləri üçün spesifik mərkəzə çevrildi
(Eminov
Z.A. 2012: s.236).
Hal-hazırda Azərbaycandan xaricə axın edən turistlərin çoxu da hovuz olan
otellere daha çox maraq göstərirlər. Araşdırmalardan belə nəticəyə gələ bilərik ki,
bu cür səyhahətlərin çoxu Bali istiqamətindədir. Hətta orada elə otellər vardır ki,
otağında xüsusi hovuz da mövcuddur. Bu isə turistlərdə daha çox marağa səbəb olur.
Turizm sektorundakı innovativ xidmətlərdən biri də turistlərin sağlamlığına
zəmanət verən səyahət sığortası xidmətidir. Ölkəmizdə bir sıra sığorta şirkətləri
18
Atəşgah, Günay, Standart sığorta və d. turistlərin sığortalanması üzrə xidmət
göstərirlər.
Səyahət sığortası sayəsində əsasən varlı səyahətçilər özlərini oğurluq və digər
təhlükəli vəziyyətlərdən qoruya bildilər. XX əsrdə bir çox sığorta paketinə əlavə bir
seçim olaraq sağlamlıq sığortası da əlavə olunmuşdur. Səyahət sığortası, xüsusilə
xarici ölkələrə edilən səyahətlər zamanı yaranan risklərin azalmasını təmin etmişdir.
Hətta indi hər bir səfirlik viza xidmətində bu cür səyahət sığortasını mütləq şəkildə
tələb edirlər.
Turizm sektorunda digər bir yenilik isə səyahətlərdə istifadə edilən endirim
kuponudur. Qeyd edək ki, marketinq və təşviq səyləri çərçivəsində ödənişsiz xidmət
təklifi fikri və praktikası ilk dəfə 1896-cı ildə Coca-Cola-nın qurucuları tərəfindən
tətbiq olunmuşdur.
Bu illərdə kuponlar turizm təkliflərini paket şəklində təqdim etməyin vacib bir
yolu olaraq turistlərin marağını artırmaq və onlara yeni, eləcə də nadir xidmətlər
təklif etməyi asanlaşdırır. Endirim kuponları və sonrakı versiya olan səyahət kartları
da turizm xidmət təminatçıları arasında bir yeni idarəetmə və təşkili üsulu kimi
formalaşmış və əməkdaşlıq vasitəsinə çevrilmişdir
(Eminov Z.A. 2012: s.78)
.
Uçmaq fikri həmişə insanların diqqətini çəkmişdir. 1900-cü illərdə qazanılan
təcrübələr kiçik, bir nəfərlik uçuş təcrübələrinə yol açmışdır. Yamac paraşütlərinin
ortaya çıxdığı 1951-ci illərə kimi xizəklərdə sürüşmə elə də əyləncəli idman
fəaliyyətinə çevrilməmişdi. Paraşütdə təhlükəsizlik və performans 1990-cı illər
ərzində müasir materialların tətbiqi ilə artmışdır. Son illərdə bu texnologiya xizək
və su idmanlarında da istifadə edilir. Bunlara əlavə olaraq, yamac paraşütü yay
mövsümündə turizmin artmasına səbəb olan bir növdür. Amma Azərbaycanda qış
idman növlərinin tətbiq olunduğu dağlıq bölgələrdə belə bir turizm növünün
istifadəsi aşağı səviyyədədir
(Eminov Z.A. 2012: s.236)
.
Son illərdə Azərbaycandan xarici ölkələrə səyahət edən turistlər hava balonları
ilə səyahət etmək məqsədi ilə daha çox Türkiyənin Kappadokiya vilayətinə getməyi
üstün tuturlar.
19
Avtomobil və təyyarə kimi turizm əyləncə sənayesi üçün mühüm olan və son
dərəcədə yüngül materialdan hazırlanan karbon fiberli əsaslı bir sıra məhsullardan
küllü şəkildə istifadə edilməsi sayəsində turizm geniş istehlakşı kütlələri üçün
cəlbedici olmuşdur. Bu materialdan velosipedlər, tennis raketləri, xokkey qolcuqları,
sörf, kanoe, balıqçılıq avadanlıqlarında da geniş formada istifadə edilir.
Turizmdə ən faydalı yenilikçi xidmətlərdən biri olan növü - elektron biletlərin
sifarişidir. Elektron bilet 1995-ci ildə ilk dəfə təqdim olunandan sonra 2004-cü ildə
IATA-nın standartlarının tətbiqi ilə sürətləndirilən inkişaf e-bilet sisteminin 2009-
cu ildə tamamilə qəbul edilməsinə imkan vermişdir. Hava yollarında və digər
nəqliyyat növlərində biletlərin satışı və istifadəsi vaxtın qənaətini təmin etmişdir.
İnnovativ xidmətlər təklif və inkişaf etdirən turizm agentlikləri dünyadakı
müəssisələr arasında rəqabət üstünlüyü qazanırlar.
Turizm sahəsi üzrə fəaliyyət göstərən sahibkarlar yenilikləri tətbiq edərkən
daima internet saytlardakı profillərdə dəyişiklik edərək tələb və ehtiyacların
artmasına təsir göstərə billərlər. Saytlarda turizm xidmətlərinin göstərilməsi
müəssisələri rəqiblərindən fərqləndirməyə və gələcəkdə rəqabət üstünlüyü
qazanmaq üçün yeni strategiyalar hazırlamağa məcbur edir. Son zamanlarda turizm
məhsulu marketinqində ön plana çıxan təcrübə marketinq yanaşma, xidmət
üsullarının tətbiqi turizm müəssisələrinin istehlakçılar arasında unudulmaz və
emosional baxımdan xoş təəssüratlar yaratmağa və məmnunluğu təmin etməyə
imkan yaradır.
Turizm sahəsində fəaliyyət göstərən bir çox müəssisələr:
1)
turizm agentlikləri;
2)
aviasiya, dəmiryol, avtobus biletləri satışı üzrə təşkillatlar;
3)
sığorta şirkətləri;
4) subyektlər: fərdi sahibkarlar və dövlət turizm müəssisələri;
İnfrastruktur qurumları: kredit və maliyyə şirkətləri, banklar - müəyyən bir
rəqabət qabiliyyətini qorumaq məqsədi ilə yeniliklərə ehtiyac olduğunu bilirlər.
Daha çox təcrübəyə əsaslanan məhsullara keçid və güclü bazar şəbəkəsi
səbəbindən turizm sektoru hazırda geniş dəyişikliklər sahəsində çalışır. Bu
20
dəyişikliklər turizm firmaları qarşısında daha çox yenilik tətbiq etmək üçün tələblər
qoyur.
Qeyd etmək lazımdır ki, turizm şirkətlərindəki yeniliklər haqqında araşdırmaya
əsaslanan məlumatlar azdır. Turizm sahəsində innovasiya yönümlü xidmətlər
haqqında tədqiqatlar demək olar ki, araşdırlmamışdır. İnnovasiyaya dair dominant
nəzəriyyələr ilk növbədə məhsul və texnologiya istehsalı və daha az dərəcədə xidmət
yenilik ilə əlaqədardır
(Hüseynov İ.M., Əfəndiyeva N.A. 2017: s.456)
.
Bu tədqiqatlar üçün vacib bir çıxış nöqtəsi turizm sənayesinin inkişaf
mərhələsində olması və dəyişən bazarların yüksək qeyri-müəyyənliklə əlaqəli
olmasıdır. Bu vəziyyətdə yeni firmalar tərəfindən istifadə edilə bilən yeni iş
modelləri üçün tələb olduqca yüksəkdir.
Bununla birlikdə radikal iş modeli yeniliklərini təklif etmək və ya qəbul etmək
yüksək qeyri-müəyyənlik ilə müşayiət olunur. Əlavə olaraq şirkətlər rəqabət təzyiqi,
metod çatışmazlığı, bazarın həcmi və müştəri tələbləri ilə əlaqəli məlumat
çatışmazlığı yeni təkliflərin və ya dəyişdirilmiş bir iş modelinin gəlirli olacağını
təhlil etmək və proqnozlaşdırmaqda çətinlik çəkir.
Unutmamalıyıq ki, turizm həm iqtisadiyyatda, həm də cəmiyyətin
dinamikləşməsində vacib bir mühərrikdir. Bu səbəbdən təkcə turizmə deyil, digər
əlaqəli sektorlara da fayda gətirən davamlı inkişaf və çevrilmələrin axarınca
olmasına işarədir. Bu baxımdan xarici ölkələrdə ilk dəfə mövcud olan və daha sonra
ölkəmizə yayılan innovativ xidmətlərə nəzər sala bilərik. Bunlar aşağıdakılardır.
Dostları ilə paylaş: |