Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə24/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

II  F Ə S İ L
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN
ŞİKAYƏTLƏRƏ BAXILMASI VƏ MƏSLƏHƏT RƏYLƏRİ
VERİLMƏSİ İLƏ BAĞLI YURİSDİKSİYASI
2.1. Avropa İnsan Hüquqları Məhkəməsinin 
predmet yurisdiksiyası
(ratione materiae)
Yurisdiksiya - (lat.jurisdictio - mühakimə icraatı, jus - hüquq və dico - deyi -
rəm) - müvafiq orqanların səlahiyyətinin qanunla (yaxud digər normativ aktla)
müəy yən edilmiş məcmusu; bu orqanların hüquqi mübahisələri və hüquqpozmalar
haqqında işləri həll etmək sahəsində səlahiyyətidir (152, 357).
Avropa Məhkəməsinin yurisdiksiyası Avropa İnsan Hüquqları Konvensiyası
ilə müəyyən edilmişdir. Konvensiyanın «Məhkəmənin yurisdiksiyası» adlanan
32-ci maddəsinə əsasən, Məhkəmənin yurisdiksiyası, bu Konvensiyanın və onun
Protokollarının təfsiri və tətbiqi ilə bağlı 33, 34, 46 və 47-ci maddələr əsasında ona
verilən bütün məsələlərə şamil olunur. Konkret iş üzrə Məhkəmənin yurisdiksiyası
ilə bağlı mübahisəni Məhkəmə özü həll edir.
Bu gün Avropanın 47 dövləti və 800 milyondan artıq insan Avropa Məhkə -
mə sinin yurisdiksiyası altındadır.
Məhkəmənin predmet yurisdiksiyası Konvensiyanın 1-ci maddəsində öz
əksini tapmışdır. Həmin maddədə qeyd olunur ki, «Razılığa gələn Yüksək Tərəflər
öz yurisdiksiyası altında olan hər bir şəxsin bu Konvensiyanın 1-ci bölməsində
müəyyən edilmiş hüquq və azadlıqlarını təmin edirlər». Qeyd etmək lazımdır ki,
bura əlavə Pro tokollarla nəzərdə tutulan hüquq və azadlıqlar da aid edilir. Kon-
vensiyanın 1-ci maddəsindən göründüyü kimi, Məhkəmə yalnız Konvensiya və
əlavə Protokollarda nəzərdə tutulan hüquq və azadlıqların pozulması ilə bağlı
işlərə baxmaq səlahiyyətinə malikdir. Beləliklə, Avropa Məhkəməsinə verilən
şikayətin qəbul edilməsi üçün zəruri şərtlərdən biri, şikayətin Konvensiyada və ya
əlavə Pro to kollarda təsbit edilmiş hüquq və azadlıqların pozulması ilə əlaqədar
olmasıdır. Şikayətin qəbul edilməsinin bu şərti Məhkəmə təcrübəsində «ratione
materiae» adlanır (138, 16).
Konvensiyanın I bölməsinin on üç maddəsi və əlavə Protokol la rın on beş
maddəsi onlarda təsbit edilmiş hüquq və azadlıqların tam siyahısını müəyyən
etməyə imkan verir. Bu hüquq və azadlıqları aşağıdakı kimi ümumiləşdirmək olar:
Avropa İnsan Hüquqları Məhkəməsi
67


I. Vətəndaş və siyasi hüquqlar:
- yaşamaq hüququ (Konvensiyanın 2-ci maddəsi);
- işgəncəyə məruz qalmamaq hüququ (3-cü maddə);
- köləliyə və məcburi əməyə məruz qalmamaq hüququ (4-cü maddə);
- azadlıq və şəxsi toxunulmazlıq hüququ (5-ci maddə);
- ədalətli məhkəmə hüququ (6-cı maddə);
- qanunsuz cəzalandırılmamaq hüququ (7-ci maddə);
- şəxsi və ailə həyatına, yaşayış sahəsinə və yazışma sirrinə hörmət hüququ
(8-ci maddə);
- fikir, vicdan və din azadlığı (9-cu maddə);
- özünü ifadə etmək hüququ (10-cu maddənin 1-ci bəndi);
- məlumat almaq və yaymaq hüququ (10-cu maddənin 1-ci bəndi);
- yığıncaqlar və birləşmək azadlığı (11-ci maddənin 1-ci bəndi);
-  həmkarlar  ittifaqları  yaratmaq  və  onlara  üzv  olmaq  hüququ  (11-ci
maddənin 1-ci bəndi);
-  nikah hüququ (12-ci maddə);
- səmərəli hüquq müdafiə vasitələri hüququ (13-cü maddə);
- öz mülkiyyətindən maneəsiz istifadə hüququ (1 saylı Pro to ko lun 1-ci
maddəsi);
- təhsil hüququ (1 saylı Protokolun 2-ci maddəsi);
- azad seçki hüququ (1 saylı Protokolun 3-cü maddəsi);
- hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən
azadlıqdan məhrum edilmənin qadağan edilməsi (4 saylı Protokolun 1-ci
maddəsi);
- sərbəst hərəkət etmək azadlığı (4 saylı Protokolun 2-ci maddəsi);
- özünə yaşayış yeri seçmək hüququ (4 saylı Protokolun 2-ci maddəsi);
- hər hansı ölkəni tərk etmək azadlığı (4 saylı Protokolun 2-ci maddəsi);
- vətəndaşların, vətəndaşı olduğu dövlətin ərazisindən məcburi çıxarılma -
sı nın qadağan olunması (4 saylı Protokolun 3-cü maddəsi);
- vətəndaşın, vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan
məhrum edilməsinin qadağan olunması (4 saylı Pro to ko lun 3-cü mad -
dəsi);
- əcnəbilərin kollektiv çıxarılmasının qadağan edilməsi (4 saylı Protokolun
4-cü maddəsi);
- dinc dövrdə ölüm hökmünün ləğvi (6 saylı Protokolun 1-ci maddəsi);
- əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar (7 saylı Pro to kolun 1-ci
maddəsi);
- ər və arvadın hüquq bərabərliyi (7 saylı Protokolun 5-ci maddəsi);
Zaur  Əliyev
68


- ayrı-seçkiliyin  ümumi  qadağan  edilməsi  (12  saylı  Pro to ko lun  1-ci
maddəsi);
- istənilən halda ölüm hökmünün qadağan edilməsi (13 saylı Pro to kolun
1-ci maddəsi).
II. Məhkəmə təminatı ilə bağlı olan hüquqlar: (bu hüquqlar vətəndaş və
siyasi hüquqların tərkib hissəsidir)
- həbs  olunan  hər  bir  şəxsə  onun  başa  düşdüyü  dildə həbsəalmanın
səbəbləri  və  irəli  sürülmüş  istənilən  ittiham  barədə  dərhal  məlumat
verilməsi (Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndi);
- ağlabatan müddət ərzində məhkəmə araşdırması və məhkəməyəqədər
azad edilmək hüququ (5-ci maddənin 3-cü bəndi);
- hər bir şəxsin tutulma və ya həbsəalma nəticəsində, onun tutulmasının və
ya həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan
baxılmaq və onun həbsinin məhkəmə tərəfindən qanunsuz hesab edildiyi
halda azad edilmək hüququ (5-ci maddənin 4-cü bəndi);
- qanunsuz  tutulma  və  ya  həbsəalmaya  məruz  qalmış  hər  bir  şəxsin
kompensasiya hüququ (5-ci maddənin 5-ci bəndi);
- hər  bir  şəxsin  işinin  ağlabatan müddətdə  qanun  əsasında  yaradılmış
müstəqil  və  qərəzsiz  məhkəmə  tərəfindən  obyektiv  və  açıq  surətdə
araşdırılması hüququ (6-cı maddənin 1-ci bəndi);
- təqsirsizlik prezumpsiyası (6-cı maddənin 2-ci bəndi);
- cinayət törətməkdə ittiham edilən hər bir şəxsin ona elan olunmuş itti -
hamın xarakteri və əsasları haqqında başa düşdüyü dildə dərhal və ətraflı
məlumat almaq hüququ (6-cı maddənin 3-cü bəndi) ;
- cinayət törətməkdə ittiham edilən hər bir şəxsin öz müdafiəsini hazırla -
maq  üçün  kifayət  qədər  vaxta  və  şəraitə  malik  olmaq  hüququ  (6-cı
maddənin 3-cü bəndi);
- cinayət törətməkdə ittiham edilən hər bir şəxsin şəxsən və ya özünün
seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq və yaxud müdafiəçinin
haqqını  ödəmək  üçün  kifayət  qədər  vəsaiti  olmadıqda,  əgər  ədalət
mühakiməsinin mənafeləri bunu tələb edirsə, təmənnasız hüquqi yardım
almaq hüququ (6-cı maddənin 3-cü bəndi);
- cinayət törətməkdə ittiham edilən hər bir şəxsin, onun əleyhinə ifadə
vermiş şahidləri dindirmək və yaxud bu şahidlərin dindirilməsini tələb
etmək, öz şahidlərinin və onun əleyhinə ifadə vermiş şahidlərin eyni
şərtlərlə dindirilməsinə nail olmaq hüququ (6-cı maddənin 3-cü bəndi);
- cinayət törətməkdə ittiham edilən hər bir şəxsin məhkəmədə istifadə edi -
Avropa İnsan Hüquqları Məhkəməsi
69


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə