Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə27/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir
yolla mane olmamağı öhdələrinə götürürlər». Göründüyü kimi, Məhkəməyə yal -
nız ayrı-ayrı fərdlər deyil, həmçinin şəxslər qrupu və qeyri-hökumət təşkilatları da
mü raciət edə bilər. Məhkəməyə müraciət edə biləcək fərdlərin dairəsi genişdir.
Şəxsin hüquq və ya fəaliyyət qabiliyyətinin olmaması onun Məhkəməyə müraciəti
üçün maneə sayılmır. Lakin bu halda ərizəçi nümayəndəsi tərəfindən təmsil oluna
bilər. Məsələn, «Van der Ler (Van der Leer) Niderlanda qarşı» işində ərizəçi Məh -
kəməyə məcburi şəkildə psixiatrik xəstəxanada saxlanılmasından şikayət etmişdir.
Bir sıra hallarda ərizəçi qismində azyaşlılar da çıxış etmişlər. Azyaşlılar ya va li -
deynləri, ya qanuni nümayəndələri ilə birgə, yaxud da müstəqil şəkildə təmsil
olun muşlar. Məsələn, «Marks Belçikaya qarşı» işində şikayətçi qismində ana və
azyaşlı qızı, «Kempbell və Kouzans Birləşmiş Krallığa qarşı» işində uşaqların
adından valideynləri çıxış etmişlər.
«Engel və başqaları Niderlanda qarşı» işində olduğu kimi hərbi qulluqçular
da iddiaçı qismində çıxış edə bilər. Lakin qeyd etmək lazımdır ki, bununla bağlı
ratifikasiya zamanı bir sıra dövlətlər qeyd-şərt etmişlər. Məhkəməyə həmçinin
«Petra Rumıniyaya qarşı» (1998-ci il) işində olduğu kimi məhkumlar da müraciət
edə bilər, yaxud «Ekbatani İsveçə qarşı» (1988-ci il) və ya «Çaxal Birləşmiş Kral-
lığa qarşı» (1996) işində olduğu kimi, iddiaçı qismində Konvensiyanın iştirakçısı
olmayan dövlətin vətəndaşı, lakin Məhkəmənin yurisdiksiyası hüdudlarında olan
şəxslər də çıxış edə bilər.
Onu da qeyd etmək lazımdır ki, Konvensiyanın pozulması müraciət edənə
şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır, Konvensiyada təsbit olunmuş bu və ya
digər hüquq və azadlıqların pozulması şəxsən iddiaçının özünə aid olmalıdır, yəni
onun özünün bu və ya digər hüququ (hüquqları) pozulmuş olmalıdır. Şikayətin
qəbul olunmasının bu şərti Məhkəmə təcrübəsində «ratione personae» adlanır.
Məsələn, «Meyci (Magee) Birləşmiş Krallığa qarşı» işində şikayətçi «kral vəkili»
adını almaq üçün məcburi şəkildə andiçmənin Konvensiyanın bir sıra müddəa la -
rına zidd olduğunu iddia etmişdir. Məhkəmə isə öz növbəsində şikayətçinin «kral
vəkili» statusu almaqla bağlı ərizəsinə əvvəlcədən müvafiq qurumlar tərə findən
rədd cavabı verildiyini əsas gətirərək, onun ümumiyyətlə andiçmə mərhələsinə
çatmadığını və beləliklə də, Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq
şikayətçinin «qurban» statusuna malik olmadığını bildirmişdir (115, 182-183).
«Ramazanova və başqaları Azərbaycana qarşı» işi üzrə 1 fevral 2007-ci il
tarixli qərarda Məhkəmə qeyd etmişdir ki, «qurban» sözü işdə olan hərəkət və ya
hadisənin birbaşa olaraq təsir etdiyi şəxs mənasını bildirir. Daha sonra Məhkəmə
qeyd  edir  ki,  «ərizəçi  üçün  əlverişli  olan  qərar  və  ya  görülən  tədbirlər  onun
«qurban» statusunun itirilməsi üçün o zaman yetərli sayıla bilər ki, milli səlahiy-
Zaur  Əliyev
74


yətli qurumlar Konvensiyanın müvafiq maddəsinin pozulmasını həm mahiyyətcə,
həm də açıq şəkildə etiraf etsinlər və pozuntu nəticəsində dəymiş zərərin əvəzini
tam ödəsinlər. Yalnız bu şərtlər ödəndiyi halda Konvensiyanın köməkçi müdaxilə
mexanizmi ərizənin araşdırılmasını dayandıra bilər» (5, 56).
«Səyyad Bayramov Azərbaycana qarşı» işi üzrə qərarında Məhkəmə qeyd
etmişdir ki, Konvensiyanın 34-cü maddəsindəki «qurban» anlayışı araşdırılan
hərəkətin və ya hərəkətsizliyin birbaşa təsirinə məruz qalan şəxsi bildirir (5, 237).
Təcrübədə elə hallar da olur ki, ərizəçi Məhkəməyə müraciət etdikdən sonra
cavabdeh-dövlət tərəfindən onun pozulmuş hüquqları tam və ya qismən bərpa
olunur və belə olan halda dövlət ərizəçinin qurban statusunu itirdiyini iddia edərək
işin dayandırılması tələbi ilə çıxış edir. Məsələn, bununla bağlı yuxarıda qeyd
etdiyimiz «Ramazanova və başqaları Azərbaycana qarşı» işinə başqa aspektdən
nəzər salaq. Ərizəçilər əsas etibarilə təsis etdikləri ictimai birliyin uzun müddət ər -
zin də qeydiyyata alınmamasından və bununla da onların birləşmək hüququnun
pozulmasından şikayət etmişlər. Şikayətçilərin Avropa Məhkəməsinə müraciətin -
dən sonra Ədliyyə Nazirliyi tərəfindən ərizəçilərin təsis etdikləri ictimai birlik
dövlət qeydiyyatına alındığından, onların Konvensiyanın müvafiq maddəsinin po-
zuntusunun qurbanı statusunu itirmələrini iddia edərək Hökumət Məhkəmədən
bu ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasını xahiş etmişdir. Bununla
razılaşmayan Məhkəmə bildirmişdir ki, «bu işdə ictimai qurumun təsisçiləri olan
ərizəçilərin hər biri qurumun dövlət qeydiyyatına alınması zamanı yol verilmiş
özbaşına gecikdirmələrdən şikayət veriblər. Bu gecikmələr birliyin hüquqi şəxs
statusu ala bilməməsi və lazımi fəaliyyət göstərə bilməməsinə səbəb olub. Bu isə
birliyin təsisçilərinin birləşmək hüququna birbaşa təsir edib». Beləliklə, Məhkəmə
ərizəçilərin «qurban» statusunu itirməsi ilə bağlı Hökumətin etirazını rədd edərək
bildirmişdir ki, birliyin xeyli müddət gecikmələrdən sonra dövlət qeydiyyatına
alınması faktı bu işdə ərizəçilərin avtomatik olaraq, Konvensiyada nəzərdə tutul-
muş «qurban» statusunun itirilməsinə səbəb ola bilməz (8, 196 ) .
Şəxs Məhkəməyə yalnız o hüquqların (Konvensiyada və əlavə Protokollarda
təsbit olunmuş) pozulması ilə əlaqədar müraciət edə bilər ki, buna görə dövlət
orqanları məsuliyyət daşısın. Fərd digər bir fərdin hərəkəti ilə əlaqədar Avropa
Məhkəməsinə  müraciət  edə  bilməz.  Bir  sözlə, fərdi  şikayət  əsasında  iş  üzrə
cavabdeh tərəf kimi yalnız Konvensiyanın iştirakçısı olan bu və ya digər konkret
dövlət (dövlətlər) çıxış edə bilər.
Şikayətin actio popularis verilməsi Konvensiyada nəzərdə tutulmamışdır.
Şikayət şəxslər qrupu tərəfindən veriləndə belə, onların hər biri şəxsi ziyanın
vurulmasını göstərməlidirlər. Məhkəmə abstrakt, hipotetik şikayətlərə baxmır.
Məsələn, «Lindsey və başqaları Böyük Britaniyaya qarşı» işində şikayətin Şimali
Avropa İnsan Hüquqları Məhkəməsi
75


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə