Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

kənarda tətbiq etmək səlahiyyəti həmin dövlətin və digər dövlətin ərazi səlahiy -
yə tindən asılıdır. Bundan əlavə, dövlət digər dövlətin razılığı, dəvəti və ya güzəşti
ol madan onun ərazisində öz yurisdiksiyasını, əslində, tətbiq edə bilməz. Yuris -
dik  siyanın ərazi anlayışının mühümlüyünü nəzərə alaraq, Məhkəmə yalnız müs -
təs na hallarda razılaşır ki, Razılığa Gələn Dövlətlərin öz ərazilərindən kənarda
et diyi hərəkətlər, yaxud onların hüquqi nəticələri Konvensiyanın 1-ci maddəsinin
mənası baxımından onlar tərəfindən yurisdiksiyanın tətbiqi sayıla bilər».
Eyni fikirləri Məhkəmə «Öcalan Türkiyəyə qarşı» işi üzrə qərarında təkrar -
la mışdır. Bu işdə xüsusilə maraq kəsb edən məqam ondan ibarətdir ki, ərizəçinin
faktiki olaraq başqa bir dövlətin, daha dəqiq desək, Keniyanın ərazisində tutul ma -
sı na baxmayaraq Avropa Məhkəməsi ərizəçinin Konvensiyanın 1-ci maddəsi ba -
xı mından Türkiyənin yurisdiksiyası altında olması qənaətinə gəlmişdir. Ərizəçi
Keniyanın paytaxtı Nayrobi şəhərinin aeroportu daxilindəki beynəlxalq zonada
Türkiyə  təhlükəsizlik  qüvvələrinin  nümayəndələri  tərəfindən  həbs  edilmişdi.
Bundan dərhal sonra o, Keniya rəsmiləri tərəfindən Türkiyə rəsmilərinə təhvil ve -
ril mişdi. Bununla bağlı Məhkəmə qərara gəlmişdir ki, «ərizəçi faktiki olaraq Tür -
kiyə hakimiyyətinin nəzarəti altında idi və buna görə də, baxmayaraq ki, bu halda
Türkiyə öz hakimiyyətini ərazisindən kənarda tətbiq etmişdi, ərizəçi Türki yənin
yurisdiksiyası altında idi». Bu işin halları yuxarıda adı çəkilən «Bankoviç» işinin
hallarından məhz onunla fərqlənir ki, ərizəçi Türkiyə rəsmiləri tərəfindən Tür ki -
yə yə qayıtmağa məcbur edilmişdi və oraya qaytarılmasından sonra hakimiyyət
or qanlarının nəzarəti altında idi.
2.5. Avropa İnsan Hüquqları Məhkəməsinin
məsləhət rəyləri verilməsi ilə bağlı yurisdiksiyası
1963-cü ildə Avropa İnsan Hüquqları Konvensiyasına dair 2 saylı Protoko -
lun qəbul edilməsi ilə Məhkəmənin məsləhət rəyləri vermək kimi daha bir sə la -
hiy yəti  yarandı.  Sonradan  bu  Protokol  bütünlüklə  Konvensiyanın  mətninə
inkor porasiya edildi.
Avropa Məhkəməsi Avropa Şurası Nazirlər Komitəsinin sorğusu ilə Avropa
İnsan Hüquqları Konvensiyasının və ona dair Protokolların müddəalarının şərhinə
dair hüquqi məsələlər üzrə məsləhət rəyləri verə bilər. Belə rəylər nə Konven si -
ya nın birinci bölməsi və ona dair Protokollarda müəyyən edilən hüquq və azad -
lıqların məzmun və həcminə dair hər hansı məsələyə, nə də Məhkəmənin və ya
Nazirlər Komitəsinin Konvensiyada nəzərdə tutulan hər hansı müraciətə baxarkən
toxunmalı olduğu digər məsələlərə aid olmamalıdır.
Məsləhət rəyi vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən sor ğu -
Zaur  Əliyev
90


nun Məhkəmənin səlahiyyətinə aid olub-olmamasını Avropa Məhkəməsi özü həll
edir.
Məhkəmə hesab etsə ki, məsləhət rəyi çıxarmaq haqqında xahiş onun Kon -
ven siyanın 47-ci maddəsi ilə müəyyən edilən məşvərətçi səlahiyyətinə aid deyil,
əsaslandırılmış qərar formasında bunu elan edir.
Məsləhət rəyləri Böyük Palatanın səs çoxluğu ilə qəbul edilir. Çoxluq təşkil
edən hakimlərin sayı orada göstərilməlidir.
Məhkəmənin məsləhət rəyləri əsaslandırılmalıdır. Əgər məsləhət rəyi ümu -
milikdə və ya qismən hakimlərin yekdil rəyini əks etdirmirsə, onda hər hansı ha -
kim özünün xüsusi rəyini vermək hüququna malikdir.
Qeyd etmək lazımdır ki, təcrübədə Məhkəmənin məsləhət rəyləri olduqca
azdır. Ümumiyyətlə, Məhkəmə bu səlahiyyətindən nadir hallarda istifadə edir.
2002-ci ildə Nazirlər Komitəsi İnsan hüquqları və əsas azadlıqları haqqında
Müstəqil Dövlətlər Birliyi (MDB) Konvensiyası ilə nəzərdə tutulan MDB İnsan
hüquqları komissiyasının Avropa İnsan Hüquqları Konvensiyasının 35-ci maddəsi
baxımından beynəlxalq araşdırma orqanı kimi qəbul edilə bilməsi ilə bağlı məs-
ləhət rəyi verilməsinə dair sorğu ilə Məhkəməyə müraciət etmişdir. Məhkəmə
yekdilliklə  bu  məsələnin  onun  səlahiyyətində  olmaması  barədə  qərar  qəbul
etmişdir (36, 187).
Nazirlər Komitəsi Avropa Məhkəməsi hakimlərinin seçilməsi üzrə təsdiq
edilən namizədlər siyahısının geri götürülə bilməsi ilə əlaqədar dövlətlərin səlahiy -
yətləri barədə müəyyən qanuni məsələlər üzrə məsləhətçi rəy üçün Məhkəməyə
müraciət etmişdir. İş namizədlərin siyahısının Parlament Assambleyasına təqdim
edilməsi üçün nəzərdə tutulmuş müddətin bitməsindən sonra bu siyahının geri
götürülməsi ilə bağlı olmuşdur.
Məhkəmə 22 yanvar 2010-cu il tarixdə Avropa Məhkəməsi hakimlərinin se -
çilməsi məqsədilə təqdim edilən namizədlər siyahısı ilə əlaqədar hüquqi məsələlər
üzrə məsləhətçi rəy çıxarmışdır.
Nazirlər Komitəsi Məhkəməyə əsasən aşağıdakı suallarla müraciət etmişdir:
1. Avropa Məhkəməsinə hakim seçilmək üçün dövlət tərəfindən irəli sürülən
üç namizəddən ibarət siyahı yenisi ilə əvəz edilə bilərmi? Əgər edilə bilərsə, bu
halda zaman məhdudiyyəti varmı?
2. Geri götürülmüş siyahıdakı namizədlər Konvensiyanın 22-ci maddəsinə
müvafiq olaraq dövlət tərəfindən irəli sürülmüş hesab edilə bilərmi?
3. Geri götürülmüş siyahının dövlət tərəfindən təqdim edilən namizədlərin
yeni siyahısı ilə əvəz edilməsi Parlament Assambleyası tərəfindən nəzərə alın -
malıdırmı?
4. Dövlət tərəfindən Parlament Assambleyasına təqdim edilən siyahıda bir
Avropa İnsan Hüquqları Məhkəməsi
91


və ya bir neçə namizəd Assambleyanın səs verməsindən əvvəl geri çəkilərsə,
həmin dövlət yeni siyahı təqdim etmək məqsədilə namizəd və ya namizədləri
əlavə etmək öhdəliyi daşıyırmı?
1-ci sualla əlaqədar Məhkəmə qeyd etmişdir ki, dövlətlər tərəfindən yeni
siyahı  AŞPA-ya  müəyyən  olunmuş  son  tarixə  qədər  təqdim  edilməlidir.  Bu
tarixdən sonra dövlətlər siyahılarını geri götürə bilməzlər.
Eyni məntiqlə dövlətlər namizədlərin siyahısını zaman məhdudiyyətinin
bitməsindən əvvəl geri götürdükdə, həmin siyahıdakı şəxslər artıq namizəd kimi
qiymətləndirilə bilməz (2-ci suala cavab), yeni siyahıdakı şəxslər isə namizəd
qismində qəbul olunmalıdırlar (3-cü suala cavab).
4-cü  sualla  bağlı  Məhkəmə  vurğulamışdır  ki,  bu  cür  vəziyyət  siyahını
təqdim edən dövlətin səlahiyyətlərindən kənar olan müstəsna halın yaranması ilə
bağlı ola bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, əgər geri çəkilmə zaman
məhdudiyyətinin bitməsindən əvvəl baş verərsə, dövlət ya namizədi əvəz edə,
yaxud da üç namizəddən ibarət yeni siyahı təqdim edə bilər. Lakin geri götürmə
həmin tarixdən sonra baş verərsə, dövlət yalnız irəli sürülməsi mümkün olmayan
namizədi əvəz edə bilər.
Beləliklə, Məhkəmə yekdilliklə qərara almışdır ki, Parlament Assamble ya -
sına  təqdim  edilmənin  son  tarixindən  sonra  siyahının  geri  götürülməsinə  yol
verilmir.
Fikrimizcə,  Avropa  Məhkəməsinin  məsləhət  rəyləri  verilməsi  sahəsində
fəaliyyəti canlanmalıdır və məsləhət rəyləri verilməsi ilə bağlı müraciət edə biləcək
subyektlərin  dairəsi  genişləndirilməlidir,  yəni  insan  hüquq larının  müdafiəsinin
Amerika sistemində olduğu kimi, Avropa Konvensiyasının iştirakçı-dövlətlərinin
də bununla bağlı birbaşa Məhkəməyə müraciət etmək hüququ təmin edilməlidir.
Məhkəmənin məsləhət yurisdiksiyası ilə bağlı başqa bir müddəa Avropa
Şurası  çərçivəsində  qəbul  olunan  digər  bir  beynəlxalq  müqavilədə -  İnsan
hüquqları və biotəbabət haqqında 4 aprel 1997-ci il tarixli Konvensiyada öz əksini
tapmışdır. Qeyd olunan Konvensiyaya əsasən, Avropa İnsan Hüquqları Məhkə -
məsi iştirakçı-dövlətlərdən birinin və ya bu Konvensiya əsasında təsis edilən
Bioetika üzrə Rəhbər Komitənin (CDBİ) müraciəti əsasında bu Konvensiyanın
şərhi ilə bağlı hüquqi məsələlərə dair məsləhət rəyləri verə bilər.
Zaur  Əliyev
92


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə