Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanun -
la rına uyğunluğunun yoxlanılmasına dair 13 aprel 2007-ci il tarixli, Q.Hüsey no -
vun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair 29 iyun
2007-ci il tarixli və digər qərarlarda Konstitusiya Məhkəməsi Avropa Məhkəmə -
si nin qərarlarına istinad etmişdir. Məsələn, Konstitusiya Məhkəməsinin Azər bay -
can Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair
11 iyun 2002-ci il tarixli qərarında qeyd olunur ki, «…Azərbaycan Respubli -
kasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında,
beynəlxalq hüquqi aktlarda təsbit olunmuş hüquq və azadlıqların təmin olunması
baxımından, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən istifadə
edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir» (9, 257-263). Konstitusiya
Məhkəməsi Plenumunun E.Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə akt la -
rı nın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair 11 may 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi
Avropa Məhkəməsinin «Sidiropulos və digərləri Yunanıstana qarşı» işi üzrə 10
iyul 1998-ci il tarixli qərarına istinad edərək Avropa Məhkəməsinin Konven si ya -
nın 11-ci maddəsi üzrə formalaşmış hüquqi mövqeyini əsas götürmüşdür (9, 408-
421). Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının
28  noyabr  2003-cü  il  tarixli  Qanununun  II  hissəsinin  şərh  edilməsinə  dair  7
sentyabr 2004-cü il tarixli qərarında Avropa Məhkəməsi təcrübəsinin əhəmiyyəti
xüsusi vurğulanır. Qərarda əsasən qeyd edilir ki, «…Qanunun və digər normativ-
hüquqi aktların dərc edilməsi və icrası ilə bağlı İnsan hüquqları üzrə Avropa Məh -
kə məsinin təcrübəsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin təcrübəsinə görə
qa nun açıq-aşkar, sadə, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə
də qiq və dürüst ifadə edilməli, həmçinin onun təsiri altına düşən şəxslərlə rəftar
za manı özbaşınalığa rəvac vermə təhlükəsinə qarşı təminatları özündə cəmləşdir-
məlidir» (9, 500-505). Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şi -
ka yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati
hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli
qə rarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uy ğun lu ğu -
nun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında Plenum gös tə ri  lən
məsələlərlə əlaqədar İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haq qında
Konvensiyanın bəzi müddəalarının diqqətə layiq olduğunu və Avropa Məhkə -
məsinin təcrübəsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir (9, 734-744).
Hesab edirik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, o
cümlədən digər milli məhkəmə orqanları Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarlarına  yalnız  istinadla  kifayətlənməməli,  həmçinin  onları  tətbiq  etməklə
Avropa İnsan Hüquqları Məhkəməsi
95


bütövlükdə hüquq tətbiqetmə praktikasını təkmilləşdirməlidirlər.
Avropa Məhkəməsinin keçmiş üzvlərindən biri, hakim Sorensen subsidiarlıq
prinsipi ilə əlaqədar qeyd edir ki, «Məhkəmənin fəaliyyəti müvafiq səlahiyyətli
dövlətdaxili orqanlara münasibətdə subsidiardır. Məhkəmənin məqsədi - Konven -
si yanın  iştirakçı-dövlətlərinin  öz  daxili  hüquqi  mexanizmləri  vasitəsilə  insan
hüquqlarının müdafiəsini yüksək səviyyədə təmin etmək üçün, onlara bu sahədə
istiqamət vermək və yardımçı olmaqdır» (172, 4).
Məhkəmənin keçmiş qrefyesi Petsoldun fikrincə isə: «Subsidiarlıq Kon -
vensiyanın tətbiqinin əsas prinsipidir. O, Konvensiyaya xasdır və onun müdafiə
sisteminə daxildir. Bu prinsip, ilkin olaraq dövlətin öz daxili hüquqi mexanizmləri
vasitəsilə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları lazımi səviyyədə
müdafiə etmək səlahiyyətini və öhdəliyini tanıyır» (172, 59-60).
Bir məqamı da vurğulamaq lazımdır ki, Avropa Məhkəməsi milli qanunların
Konvensiyaya uyğun olub-olmaması məsələsinə baxmır. O, dövlətdaxili qanunve -
ri cilik üzərində nəzarət həyata keçirmir. Məhkəmə, hər hansı bir dövlətdaxili
qanunvericilik aktının tətbiqi nəticəsində Konvensiyanın bu və ya digər norma sı -
nın pozulduğunu müəyyən etsə belə, onun dəyişdirilməsini və ya ləğvini tələb edə
bilməz. Çünki, Konvensiyanın iştirakçı-dövlətləri Məhkəməyə belə bir səlahiyyət
verməmişlər. Lakin təcrübə göstərir ki, əksər hallarda dövlətlər özləri könüllü şə -
kil də, yaxud Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri nəzərə alaraq Məh -
kəmənin qərarından irəli gələn müvafiq tədbirləri (qanunvericilik və digər) həyata
keçirirlər.
Məhkəmənin özünün dəfələrlə qeyd etdiyi kimi, o dövlətdaxili qanun ve ri -
ci liyə nəzarət həyata keçirmir. Məsələn, 1979-cu il «Marks Belçikaya qarşı» işində
Məhkəmə qeyd etmişdir ki, Belçikanın mülki qanunvericilik normalarının Kon -
vensiyaya uyğun olub-olmaması məsələsinə baxmaq onun səlahiyyətində deyildir;
o, yalnız iddiaçının şikayətinə əsasən bu normaların təsiri altında yaranan kon-
kret hala baxır (69, 231). İddiaçının hüquqlarının pozulmasının səbəbi bu normalar
olsa belə, Məhkəmə onların qüvvədən düşməsi və ya dəyişdirilməsi məsələsini
qaldıra bilməz. Bu mənada Məhkəmənin qərarı deklarativ xarakter daşıyır.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, Avropa Məhkəməsi heç bir halda
«neqativ qanunverici» rolunda çıxış etmir.
Zaur  Əliyev
96


Bütün dövlətdaxili hüquq müdafiə
vasitələrinin tükənməsi
Ümumiyyətlə qeyd etmək lazımdır ki, beynəlxalq məhkəmə orqanlarına və
ya digər beynəlxalq mexanizmlərə müraciət etməzdən əvvəl daxili hüquq müdafiə
vasitələrinin tükənməsi qaydası beynəlxalq hüququn mühüm prinsiplərindəndir.
Fərdi şikayət prosedurunu nəzərdə tutan insan hüquqlarına dair beynəlxalq müqa-
vilələrdə müvafiq beynəlxalq orqana şikayət ilə müraciət etməzdən əvvəl bütün
dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi şərti əsas şərt kimi göstərilir
(61, 134).
Belə bir müddəa Avropa İnsan Hüquqları Konvensiyasında da nəzərdə tu -
tul muşdur. Konvensiyanın 35-ci maddəsinə əsasən, «Məhkəmə yalnız beynəl xalq
hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq
müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər». Kon ven si -
yanın 35-ci maddəsi sonradan Avropa Məhkəməsinə göndərilməsi güman edilən
şikayətlərin ən azı mahiyyəti üzrə və yerli qanunvericilikdə nəzərdə tutulmuş for -
mal  tələblərə  və  zaman  məhdudiyyətlərinə  əməl  olunaraq  yerli  məhkəmələr
qarşısında qaldırılmasını zəruri edir.
Bu şərtin mövcudluğu bilavasitə subsidiarlıq prinsipindən irəli gəlir. Hüqu -
qunun pozulduğunu iddia edən şəxs onun bərpası üçün ilk növbədə milli hüquqda
müəyyən edilmiş və müraciət edilməsi mümkün olan bütün daxili hüquq müdafiə
vasitələrindən istifadə etməlidir. «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» işi
üzrə 11 yanvar 2007-ci il tarixli qərarda Məhkəmə qeyd etmişdir ki, Konven-
siyanın 35-ci maddəsinə aid olan ölkədaxili hüquq müdafiə vasitələrinin tükən mə -
si qaydası dövlətləri öz hüquq sistemləri vasitəsilə işi həll etmək imkanına malik
olmasından əvvəl öz hərəkətlərinə görə beynəlxalq orqanlar qarşısında cavab
vermək vəzifəsindən azad etmək üçün dövlətə qarşı beynəlxalq məhkəmə və ya
arbitraj orqanına iddia verən şəxslərin üzərinə əvvəlcə milli hüquq sistemində
nəzərdə tutulan hüquq müdafiə vasitələrindən istifadə etmək öhdəliyi qoyur. Bu
qaydaya əməl etmək üçün ərizəçi iddia edilən pozuntularla bağlı mümkün və
kifayət olan hüquqi müdafiə vasitələrinə müraciət etməlidir (5, 34).
«Fəridə Kunqurova Azərbaycana qarşı» işi üzrə qəbuledilənliyə dair qərarda
Məhkəmə vurğulamışdır ki, Konvensiyanın 35-ci maddəsində qeyd edilən daxili
hüquq müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda beynəlxalq məhkəmə
və ya arbitraj orqanında dövlətə qarşı iddia qaldırmaq istəyənlərin üzərinə belə
bir vəzifə qoyur ki, əvvəlcə milli hüquq sisteminin təqdim etdiyi hüquqi müdafiə
vasitələrindən  istifadə  etsinlər,  bununla  da  dövlətlərə  öz  hərəkətlərinə  görə
Avropa İnsan Hüquqları Məhkəməsi
97


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə