Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə45/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

edilməsindən imtina edilə bilər. Məsələn, əgər elə ilk mərhələdə şikayətin qeyri-
məqbul olması aşkarlanarsa, misal üçün, şikayət anonimdirsə, yaxud şikayət Kon-
vensiyanın iştirakçısı olmayan dövlətə qarşı verilibsə və ya digər bir beynəlxalq
hüquqi aktda, məsələn, Avropa Sosial Xartiyasında, təsbit olunmuş hüquqların
pozulması iddia olunursa, belə olan halda şikayətin qeydiyyatı mərhələsində onun
qəbulundan imtina olunacaq.
Şikayətin  ilkin  öyrənilməsi. Reqlamentin  49-cu  maddəsinə  əsasən,
ərizəçinin təqdim etdiyi material özlüyündə şikayətin qeyri-məqbul olmasını və ya
işlərin siyahısından çıxarılmalı olduğunu aşkar edirsə, şikayət, əksinə hər hansı
xüsusi səbəb olmadıqda, tək hakim tərkibi tərəfindən həll olunmalıdır. Şikayət
Konvensiyanın 34-cü  maddəsinə  əsasən  verildikdə  və  Reqlamentin  53-cü
maddəsinin 2-ci bəndinə əsasən verilmiş səlahiyyəti həyata keçirən Palata və ya
Komitə tərəfindən onun araşdırılması əsaslı görünsə, işin həvalə olunduğu böl -
mə nin sədri şikayəti araşdırmalı olan məruzəçi hakim təyin etməlidir.
Şikayətləri araşdırarkən məruzəçi hakimlər:
-  təyin  olunan  müddətdə  əhəmiyyətli  hesab  etdikləri  hər  hansı  faktiki
məlumatları, sənədləri və ya başqa materialları təqdim etməyi tərəflərdən tələb
edə bilər;
- işin Palata və ya Komitə tərəfindən baxılmalı olduğuna dair bölmə sədrinin
göstərişindən  asılı  olaraq,  şikayətin  tək  hakim  tərkibi,  Komitə  və  ya  Palata
tərəfindən baxılmalı olub-olmadığını həll edir;
-  Palataya  və  ya  Komitəyə  yaxud  da  müvafiq  Sədrə  öz  funksiyalarının
həyata keçirilməsinə köməklik edə bilən məruzələri, layihələri və başqa sənədləri
təqdim etməlidir.
Şikayətin qeydiyyata alınması və məruzəçi-hakim tərəfindən öyrənilməsi
hələ  onun  qəbul  edilməsi  demək  deyil.  Burada  söhbət  işin  məruzəçi-hakim
tərəfindən ilkin öyrənilməsi və əsasən də bütün ilkin şərtlərə əməl olunub-olun -
ma masının yoxlanılmasından gedir. Onu da qeyd etmək lazımdır ki, məruzəçi-
hakimə işin ilkin öyrənilməsi üçün vaxt məhdudiyyəti qoyulmur.
Şikayətin  qəbuledilənliyinə  dair  məsələyə  baxılması. Əgər  işin  ilkin
öyrənilməsi mərhələsində şikayət məruzəçi-hakim tərəfindən rədd edilmirsə, bu
halda onun qəbul olunub-olunmaması haqqında məsələnin həlli üçün şikayət
məruzəçi-hakimin rəyi ilə birlikdə tək hakimli tərkibə verilir. Tək hakim Kon ven -
siyanın 34-cü maddəsinə əsasən verilmiş ərizəni qəbul edilə bilməyən elan edə
və ya icraatda olan işlərin siyahısından çıxara bilər və bu cür qərar əlavə öyrə nil -
mədən qəbul edilə bilər. Bu qərar qətidir. Ərizəçi qərar barədə məktubla mə lu -
matlandırılmalıdır.
Tək hakimli tərkibdə hakim özünün seçildiyi Razılığa gələn Yüksək Tərəfə
Zaur  Əliyev
116


qarşı olan heç bir ərizəyə baxmamalıdır.
Əgər tək hakim ərizəni qəbul edilə bilməyən elan etmirsə və ya siyahıdan
çıxarmırsa, o zaman həmin hakim əlavə öyrənilmə üçün onu Komitəyə və ya
Palataya göndərir.
İşin hallarını nəzərə alaraq, məruzəçi-hakim tək hakimli tərkibə müraciət
etmədən  ərizənin  qəbul  edilib  edilməməsi  haqqında  məsələnin  həlli  üçün  işi
birbaşa Komitəyə göndərə bilər. Konvensiyanın 28-ci maddəsinə əsasən, 34-cü
maddəyə müvafiq olaraq təqdim olunan ərizəyə münasibətdə Komitə yekdil səslə,
əlavə öyrənmədən onu qəbul edilə bilməyən elan edə və ya məhkəmə işlərinin
siyahısından  çıxara  bilər;  və  ya  onu  qəbul  edilə  bilən  elan  edə  bilər  və  eyni
zamanda işin mahiyyətinə uyğun qərar çıxara bilər, bu şərtlə ki, işin Konvensi -
yanın və ya ona dair Protokolların təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi
artıq Məhkəmənin qəti müəyyən edilmiş presedent hüququnun predmeti olsun.
Belə qərardadlar və qərarlar qətidir.
Komitə işin Konvensiyanın 28-ci maddəsinə əsasən prosedur üzrə baxılmalı
olduğuna dair qənaətə gələrsə, o, yekdil səslə qəbuledilənlik və lazım olduqda,
ədalətli kompensasiya barədə qərardad daxil olmaqla, qərar qəbul edir.
Komitə tərəfindən qərardad və ya qərar qəbul olunmursa, şikayət Reqla -
men tin  52-ci  maddəsinin  2-ci  bəndinə  əsasən  təşkil  olunmuş  Palataya  işə
baxılması üçün təqdim olunmalıdır.
Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan 7 hakimdən
ibarət  Palata,  Reqlamentin  26-cı  maddəsinin  1-ci  bəndində  nəzərdə  tutulan
qaydada müvafiq seksiyanın Sədri tərəfindən təsis olunur. Konvensiyanın 26-cı
maddəsinin 1-ci  bəndinə  əsasən,  bu  Palatalar  Məhkəməyə  daxil  olan  işlərə
baxılması üçün təsis olunur. Hər bir iş üzrə Palatanın tərkibinə seksiyanın Sədri,
iş üzrə tərəf olan dövlətdən seçilmiş hakim daxildir. Əgər bu hakim şikayət daxil
olan seksiyanın üzvü deyilsə, bu halda o, Konvensiyanın 26-cı maddəsinin 4-cü
bəndinə əsasən, Palatanın ex-officio üzvü olur. Palatanın digər üzvləri isə seksiya
Sədri tərəfindən, bu seksiyanın üzvləri sırasından ardıcıllıq qaydasında təyin
olunur. Digər hakimlər isə iclasda «ehtiyat-hakim» qismində iştirak edirlər. İşə
mahiyyəti üzrə baxılmasında iştirak edən hakimlər, onların səlahiyyət müddəti
bitdikdə belə, prosesdə iştirak etməkdə davam edirlər.
Reqlamentin 54-cü maddəsinə əsasən, Palata birbaşa şikayəti qəbulolunmaz
elan edə bilər və ya işi icraatdan çıxara bilər. Palata və ya onun sədri aşağıdakı
qərarları çıxara bilər:
- işə aidiyyəti olan istənilən faktiki məlumatların, sənədlərin və ya digər
materialların təqdim edilməsi barədə tərəflərə müvafiq təkliflər vermək;
- şikayət barəsində cavabdeh dövlətə məlumat vermək və şikayətlə bağlı
Avropa İnsan Hüquqları Məhkəməsi
117


yazılı izahatlar təqdim etməsini ona təklif etmək;
- tərəflərə əlavə yazılı arayışlar təqdim edilməsini təklif etmək.
Şikayətin  qəbul  olunub-olunmaması  haqqında  qərar  çıxarmazdan  əvvəl
Palata, tərəflərin xahişi ilə və ya öz təşəbbüsü ilə dinləmə keçirə bilər. Bu halda,
əgər istisna hal kimi Palata digər qərar qəbul etməzsə, tərəflərə işin mahiyyəti
üzrə öz fikirlərini bildirmək təklif olunur.
Reqlamentin 55-ci maddəsinə əsasən, şikayətin qəbul olunmasına qarşı
etiraz, iş üzrə tərəf olan dövlət tərəfindən yazılı və ya şifahi arayışlarda təqdim
olunur. 56-cı maddəyə müvafiq olaraq, Palatanın qərarında, onun yekdilliklə və ya
əksər səs çoxluğu ilə qəbul edilməsi göstərilir və bu qərar əsaslandırılmalıdır.
Palatanın qərarı haqqında Katib iş üzrə tərəflərə məlumat verir.
Əgər  Palata  tərəfindən  şikayət  qəbul  olunan  elan  edilirsə  işə  baxılması
prosesinin növbəti mərhələsi başlayır, əks halda iş üzrə icraat dayandırılır. Şikayət
həmçinin qismən qəbul olunan və ya olunmayan elan edilə bilər. Məsələn, əgər
ərizəçi şikayətin bir hissəsi, yəni məsələn, bir hüququn pozulması ilə bağlı zəruri
şərtlərə əməl edib, şikayətin qalan hissəsi, digər hüququn pozulması ilə bağlı isə
şərtlərin birinə və ya bir neçəsinə (misal üçün, bütün zəruri dövlətdaxili hüquq
müdafiə mexanizmlərini tükəndirməyib, yaxud şikayətin bu hissəsi cavabdeh-
dövlətin Konvensiyanın ratifikasiyasından əvvəlki dövrə təsadüf edirsə və bununla
da Məhkəmənin zamana görə yurisdiksiyası xaricindədir və s.) əməl etməyibsə.
Məsələn, «Ələkrəm Hümmətov Azərbaycana qarşı» işi üzrə Məhkəmə şikayətin
bir hissəsinin (həbsxanada tibbi xidmətin olmaması, həbsxanada saxlanmasının
qanuniliyi, ömürlük azadlıqdan məhrumetmə hökmünün çıxarılması) baxılma -
sını təxirə salmağı qərara almış, ərizənin qalan hissəsinin qəbul edilməsinin
mümkün olmadığını bəyan etmişdir (5, 136). Yaxud, «Fəhmin Hacıyev Azərbay -
cana qarşı» işi üzrə Məhkəmə ərizəçinin daxili hüquqi müdafiə vasitələrini
tükəndirib-tükəndirməməsi  məsələsinə  baxılmasını  ərizəyə  mahiyyəti  üzrə
baxılması ilə birləşdirməyi qərara almış, ərizəçinin məhkəməyə müraciət etmək
və ayrı-seçkiliyə məruz qalmamaq hüququ ilə bağlı şikayətlərini onlara mahiy -
yəti üzrə baxmadan qəbul olunan, ərizədəki şikayətlərin qalan hissəsini qəbul
olunmayan elan etmişdir (6, 661). «Valentina Akimova Azərbaycana qarşı» işi
üzrə Məhkəmə işin mahiyyəti üzrə qərar çıxarmadan ərizəçinin ədalətli məh-
kəmə araşdırması hüququ və mülkiyyətdən maneəsiz istifadə hüququ ilə bağlı
şikayətlərini qəbul olunan, ərizənin qalan hissəsini isə qəbul olunmayan elan
etmişdir (5, 216).
Şikayətin kommunikasiyası. Palata işi icraata qəbul etdikdən sonra bu
barədə cavabdeh-dövlətə məlumat verir və ondan ərizə ilə bağlı yazılı qeydlərini
təqdim etməyi xahiş edir. Bu, şikayətə baxılmasının kommunikasiya mərhələsidir.
Zaur  Əliyev
118


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə