Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə44/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   85

yaşadığı yerdə məskunlaşaraq artıq özünə «mənzil» qurmuşdu. Buna görə də,
Məhkəmə  hesab  etmişdir  ki,  sözügedən  halda  «mənzil»  Konvensiyanın  8-ci
maddəsində nəzərdə tutulan mənada «mənzil» sayıla bilməz, çünki ərizəçi heç
vaxt orada məskun laş-  mayıb, həmin yerdə kifayət qədər əlaqələrə malik olmayıb
və görünür, haradasa bir başqa yerdə özünə mənzil qurub. Beləliklə də, Məhkəmə
şikayətin bu hissəsini açıq-aydın əsassız hesab etmiş və Konvensiyanın 35-ci
maddəsinin 3-cü və 4-cü bəndlərinə müvafiq olaraq şikayəti rədd etmişdir (5, 208-
216).  «Etimad  Əsədov  və  başqaları  Azərbaycana  qarşı»  işində  ərizəçilər
Konvensiyanın  6-cı  maddəsinin  1-ci  bəndi  anlamında  milli  məhkəmələrin
müstəqilliyi və qərəzsiz liyini şübhə altına almışlar. Məhkəmə isə ərizəçilərin ha-
kimlərin  müstəqilliyi  və  qərəzsizliyini  şübhə  altına  almaq  üçün  tutarlı  əsas
olmadığını  bildirmişdir.  Bununla  da  Məhkəmə  şikayətin  bu  hissəsini
Konvensiyanın  35-ci  maddəsinin  3-cü  bəndində  nəzərdə  tutulan  mənada
qəbulolunmaz elan etmişdir (5, 223-232).
Şikayət hüququndan sui-istifadə edilməməsi
Konvensiyanın 35-ci maddəsinə əsasən, Məhkəmə istənilən fərdi şikayəti,
şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan
elan edə bilər. Şikayət hüququndan sui-istifadə edilməməsi şərti əsasən, fərdi
şikayət hüququndan siyasi təbliğat vasitəsi kimi istifadənin qarşısının alınmasına
yönəlmişdir. Həm Komissiya, həm də Məhkəmə baxdığı bir sıra işlərdə şikayət
edilən  dövlət  və  ya  onun  təmsilçilərinə,  yaxud  da  Avropa  Məhkəməsinin
hakimlərinə qarşı təhqir xarakterli ifadələrin işlədilməsini şikayət hüququndan
sui-istifadə kimi qiymətləndirmişlər. Bir sıra hallarda isə şikayət edənin yanlış
məlumat  verməsi  və  müraciətini  bu  məlumatlarla  əsaslandırması  da  şikayət
hüququndan sui-istifadə kimi qiymətləndirilmişdir.
Dövlətlərarası şikayətlər
Konvensiyanın 33-cü maddəsi «Dövlətlərarası işlər» adlanır və həmin mad -
dəyə əsasən, «Hər hansı Razılığa gələn Yüksək Tərəf digər Razılığa gələn Yük -
sək Tərəfin Konvensiya və onun Protokollarının müddəalarının ehtimal olunan
pozulması barədə Məhkəməyə müraciət edə bilər». Qeyd olunan maddənin Məh -
kəmə tərəfindən şərhi nəticəsində aşağıdakı meyarlar müəyyən olunmuşdur:
- iş üzrə tərəflər yalnız Avropa Şurasının üzvləri və Konvensiyanın işti rak -
çı sı olan dövlətlər ola bilər;
- mübahisənin predmetini yalnız Konvensiyada və (və ya) əlavə Proto kol -
lar da təsbit olunmuş əsas hüquq və azadlıqların pozulması təşkil edə bilər;
- Məhkəməyə müraciət cavabdeh-dövlətin mütləq surətdə xəbərdar edil -
Avropa İnsan Hüquqları Məhkəməsi
113


məsini nəzərdə tutmur;
- iştirakçı-dövlətlərin Konvensiya ilə öz üzərinə götürdükləri öhdəlikləri
nəzərə alsaq, bir dövlətin digər bir dövlətin daxilində baş verən hadisələrlə bağlı
Məhkəməyə müraciətini dövlətlərin daxili işinə müdaxiləsi kimi qiymətləndirmək
olmaz (insan hüquqlarının kollektiv təmini prinsipi);
- dövlətin Məhkəməyə müraciəti yalnız onun öz vətəndaşlarının hüquq və
azadlıqlarının pozulduğu halda deyil, eyni zamanda müvafiq-dövlətin Konvensi -
yada nəzərdə tutulmuş hüquq və azadlıqların pozulması ehtimalı olan bütün hal -
larda mümkündür. Bu da, Konvensiyanın preambulasında nəzərdə tutulmuş «insan
hüquqlarının kollektiv həyata keçirilməsinin təmin edilməsi» prinsipindən irəli
gəlir (138, 34).
Reqlamentin 46-cı maddəsi «Dövlətlərarası şikayətin məzmunu» adlanır.
Hə min maddəyə əsasən, Konvensiyanın 33-cü maddəsinə əsasən, Məhkəməyə
mü raciət edəcək Konvensiya iştirakçısı olan istənilən dövlət şikayətlə Məhkəmə
Katibliyinə müraciət edir. Şikayətdə əsasən aşağıdakılar göstərilməlidir:
- şikayət edilən Konvensiya iştirakçısı olan müvafiq dövlətin adı;
- faktların xülasəsi;
-  Konvensiyanın  iddia  olunan  pozuntusu  və  ya  pozuntuları  və  müvafiq
sübutlar;
- Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan şərtlərin
(dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi və «altı aylıq müddət qay -
dası») gözlənilməsinin təsdiqi;
- şikayətin məqsədi və Konvensiyanın 41-ci maddəsinə müvafiq olaraq
zərərçəkmiş tərəfə (və ya tərəflərə) ədalətli kompensasiya haqqında ümumi tələbin
göstərilməsi;
- nümayəndə qismində çıxış edən şəxsin (və ya şəxslərin) adı və ünvanı;
həmçinin əlavə kimi:
- işə aid olan sənədlərin, əsasən də, məhkəmə qərarlarının və digər sənəd -
lə rin surətləri.
İnsan hüquqlarının kollektiv təmini ilə əlaqədar, 1967-ci ildə Danimarka,
Norveç,  İsveç  və  Niderland,  Yunanıstanda  dövlət  çevrilişi  nəticəsində  insan
hüquqlarının total şəkildə pozulması və kütləvi repressiyalarla əlaqədar olaraq
Məhkəməyə  müraciət  etmişlər.  İş  Məhkəməyə  verilməmiş,  hələ  Komissiya
tərəfindən baxılarkən Yunanıstan Konvensiyanı denonsasiya etmiş və onun Avropa
Şurasında üzvlüyü dayandırılmışdır. Lakin Komissiya qeyd etmişdir ki, bu hal işə
xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Konvensiyanın 58-ci maddəsinin
2-ci  bəndinə  əsasən,  denonsasiya  müvafiq  Razılığa  gələn  Yüksək  Tərəfi
denonsasiyanın qüvvəyə minəcəyi tarixədək törədə biləcəyi və bu Konvensiya
Zaur  Əliyev
114


üzrə öhdəliklərini poza biləcək hər hansı əməlinə münasibətdə belə öhdəliklərdən
azad etmir. Öz məruzəsində Komissiya, Konvensiyanın bir sıra maddələrinin
pozulması halını qeyd etmişdir.
1982-ci ildə Danimarka, Norveç, İsveç, Niderland və Fransa, 1980-ci ildə
Türkiyədə hakimiyyətə hərbi rejimin gəlməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı
Məhkəməyə müraciət etmişlər. Lakin sonradan ölkədə vəziyyətin yaxşılığa doğru
dəyişməsi  ilə  əlaqədar  olaraq  məsələ  dostcasına  həll  olunmuş  və  bunun
nəticəsində Türkiyə tərəfi milli hüquq sistemində və praktikasında Konvensiyanın
3-cü maddəsinin effektiv təmini ilə əlaqədar görülən tədbirlər haqqında dövri mə-
ruzələrin Avropa Komissiyasına təqdim edilməsinə razılıq vermişdir.
1972-ci ildə İrlandiya Birləşmiş Krallığa qarşı, Şimali İrlandiyada terrorizmlə
mübarizə zamanı polisin və hərbi qüvvələrin fəaliyyəti ilə bağlı şikayət irəli sür -
müş dür. Şikayət əsasən, hərbi qüvvələrin və polisin dindirmə zamanı, həmçinin
məhkumlarla rəftarda ifadə olunan, onlara qarşı işgəncə və insan ləyaqətini alçaldan
rəftarın tətbiq olunması ilə əlaqədar idi. İrlandiya tərəfi həmçinin, Konvensiyanın
digər maddələrinin də pozulmasını qeyd edirdi. İş üzrə Komissiyanın məruzəsində
3-cü maddənin pozulması qeyd olunurdu. 1978-ci ildə iş baxılmaq üçün Məhkə -
məyə verildi. Öz növbəsində Məhkəmə 3-cü maddənin pozulması faktını qeyd etdi,
lakin bunu işgəncə kimi deyil, insan ləyaqətini alçaldan rəftar kimi qiymətləndirdi.
3.2. Avropa İnsan Hüquqları Məhkəməsində 
şikayətlərə baxılması mexanizmi
Avropa Məhkəməsində şikayətlərə baxılma mexanizmi bir neçə mərhələdən
ibarətdir: şikayətin qeydiyyata alınması; şikayətin ilkin öyrənilməsi; şikayətin
qəbuledilənliyi  məsələsinə  baxılması;  şikayətin  kommunikasiyası;  sənədlər
mübadiləsi; işin dostcasına həlli; işə mahiyyəti üzrə baxılması və qərar çıxarılması.
Şikayətin qeydiyyata alınması. Avropa Məhkəməsinə göndərilən bütün
şikayətlər Katiblikdə qeydiyyatdan keçir. Məhkəmənin rəsmi müraciət blankı olsa
da, ilkin olaraq şikayət adi məktub formasında da göndərilə bilər. Katiblikdən bu-
nunla bağlı cavab gəldikdən sonra şikayət Katibliyin göndərdiyi rəsmi blankda
altı həftədən gec olmayaraq göndərilməlidir. Ərizənin göndərildiyi tarix rəsmi
blankın deyil, ilkin müraciətin göndərildiyi tarixdən hesablanır. Məhkəmənin
rəsmi dilləri ingilis və fransız dilləri olsa da, şikayətin qəbuledilənliyi haqqında
qərar qəbul edilənədək şikayətçi və ya onun nümayəndəsi ilə ünsiyyət, habelə
çəkişmə sənədləri Konvensiyanın iştirakçısı olan dövlətlərin rəsmi dillərindən
birində ola bilər. Qeydiyyata alınmış şikayətə sıra nömrəsi qoyulur və şikayətçinin
adına dosye açılır. Qeyd etmək lazımdır ki, bu mərhələdə də, şikayətin qəbul
Avropa İnsan Hüquqları Məhkəməsi
115


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə