Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə40/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

«Fəridə Kunqurova Azərbaycana qarşı» işi üzrə Məhkəmə bildirmişdir ki, ərizə -
çi nin ixtiyarında olan hüquq müdafiə vasitələri o halda normal sayılır ki, onlar
iddia edilən pozuntularla bağlı vəziyyəti düzəltmək iqtidarında olan əlçatan və
yetərli vasitələr olsun (5, 186);
- hüququ pozulmuş şəxs qeyri-səmərəli hüquq müdafiə vasitələrinə müraciət
etməyə borclu deyildir. Müdafiə vasitəsinin qeyri-səmərəliliyi əsasən o deməkdir
ki, bu vasitə, müvəffəqiyyətlə nəticələnəcəyi minimal perspektivə belə malik deyil
və buna görə də şikayətçi ona müraciət etməyə borclu deyildir (61, 137);
- Konvensiyaya zidd inzibatçılığın, inzibati təcrübənin (məsələn, idarə et -
mənin üsulunun və ya formasının, vəzifəli şəxslərin hərəkət və ya hərəkət siz li yi -
nin, bir sözlə qeyri-səmərəli idarəetmənin və s.) mövcudluğu və bunun nəticəsində
milli məhkəmələrdə işlərə baxılmasının nəticəsiz və mənasız olması. Konven si -
ya ya zidd inzibati təcrübə ilə əlaqədar, Avropa Komissiyası vaxtilə bir sıra qərar-
larla  bağlı  qeyd  etmişdir  ki,  burada  iki  cəhət  əsas  götürülür:  hüquqa  zidd
hə rəkətlərin təkrarlılığı və müntəzəmliliyi və dövlət orqanlarının buna laqeyd
münasibəti;
- bir sıra hallarda Məhkəmə ərizəçinin dövlətdaxili səviyyədə məhkəmə
iclasında üzürlü səbəb olmadan iştirak etməməsini dövlətdaxili vasitələrin tü kən -
məməsi kimi qiymətləndirmişdir. Məsələn, «Dmitri İvanov Azərbaycana qarşı»
işi üzrə qərarda (15 fevral 2007-ci il tarixli) Məhkəmə ərizəçinin üzürlü səbəb
göstərmədən məhkəmə iclasında iştirak etməməsini və bununla da dövləti onun
hüquq sistemi vasitəsilə pozulmuş hüququ bərpa etmək imkanından məhrum et -
mə sini daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi kimi qiymətlən dir -
mişdir (5, 315-323).
Qeyd etmək lazımdır ki, Məhkəmədə, şikayətçinin pozulmuş hüquqlarının
bərpası və müdafiəsi üçün müvafiq dövlətdə effektiv hüquq müdafiə vasitələrinin
olmasını sübut etmək vəzifəsi iş üzrə cavabdeh-dövlətin üzərinə düşür. Bu mexa -
nizmlərin səmərəsizliyini və ya onlardan hər hansı birinə müraciətin heç bir nəticə
verməyəcəyini isə iddiaçı özü sübuta yetirməlidir. Məsələn, bununla bağlı Məh-
kəmə «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» işi üzrə qərarda bildirmişdir
ki, o, milli hüquqda həbsdəki şəraitlə bağlı mümkün hüquq müdafiə vasitələrinin
olmadığı barədə ərizəçinin arqumentini qəbul edə bilməz. O, qeyd etmişdir ki,
və təndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsiz -
likdən) məhkəməyə şikayət edilməsi haqqında qanun vətəndaşın hüquq və azad-
lığını pozan dövlət orqanının hər hansı hərəkət və ya hərəkətsizliyindən şikayət
edilməsinin məhkəmə qaydasını nəzərdə tutur. Milli hüquq sistemində birbaşa
tətbiq  olunan  Azərbaycan  Respublikası  Konstitusiyasının  46-cı  maddəsi  və
Konvensiyanın 3-cü maddəsi qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan
Zaur  Əliyev
102


edir. Buna görə də, bu müddəalara istinad edərək, ərizəçi saxlandığı şəraitlə bağlı
ədliyyə nazirliyinə şikayət edə bilər və yaxud birbaşa milli məhkəmələrə müraciət
edə bilərdi. Lakin ərizəçi buna cəhd etməmişdir. Bundan əlavə o, bu cür addım -
la rın qeyri-səmərəli olacağını inandırıcı şəkildə göstərə bilməmişdi. Hüquq mü -
da fiə vasitələrinin səmərəliliyi barədə adi şübhələr mümkün vasitələrdən normal
istifadə olunması tələbinin yerinə yetirilməməsi üçün yetərli deyil. Beləliklə də,
Məhkəmə şikayətin bu hissəsinə dövlətdaxili hü quq müdafiə vasitələri tükən mə -
diyinə görə baxmaqdan imtina etmişdir (7, 57 6 ).
Daxili hüquq müdafiə vasitələrinin səmərəliliyi məsələsinə toxunarkən,
qeyd etmək lazımdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddə -
sinə əsasən, bu Konvensiyada təsbit edilmiş hüquq və azadlıqları pozulan hər bir
şəxs, bu pozuntunun rəsmi surətdə çıxış edən şəxslər tərəfindən törədildiyi halda
belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Bu
maddə bir növ 1-ci maddənin məntiqi davamıdır. 13-cü maddəyə əsasən, dövlətlər,
öz üzərlərinə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların pozulduğu halda
şəxsin bu hüquq və azadlıqlarının müdafiəsinə imkan verən dövlətdaxili mexa niz -
min yaradılması öhdəliyi götürmüşlər. Özü də bu mexanizm, həmin maddədə qeyd
olunduğu kimi səmərəli olmalıdır. Yuxarıda qeyd olunan maddədə təsbit olunmuş
bu hüququn xüsusiyyəti ondan ibarətdir ki, o, Konvensiyada təsbit edilmiş bu və
ya digər hüquq və azadlıqların pozulması faktı ilə bağlıdır. Bununla əlaqədar
olaraq «Pauell və Reyner Birləşmiş Krallığa qarşı» işi üzrə qərarında Məhkəmə
müəyyən etdi ki, burada söhbət fərdi hüquqdan gedir, bu hüququn pozulması
dövlətin məsuliyyətini doğurur, lakin bir şərtlə ki, Konvensiyada təsbit edilmiş
bu və ya digər hüquq və ya azadlıqların pozulması faktı Məhkəmə tərəfindən
müəyyən olunsun (69, 66).
13-cü maddənin təfsiri zamanı Məhkəmə müəyyən etmişdir ki, nəinki qeyd
edilən sahədə dövlətdaxili mexanizmin olmaması, həmçinin, belə mexanizmin
olduğu halda, lakin bu orqanın konkret iş üzrə fəaliyyətsizliyi, hərəkətsizliyi də
səmərəli dövlətdaxili hüquq müdafiə vasitəsinin olmaması kimi qiymətləndirilə
bilər. «Kurt Türkiyəyə qarşı» işi üzrə qərarında (25 may 1998-ci il), 13-cü mad-
də ilə əlaqədar, Məhkəmə, hakimiyyət orqanlarının ciddi araşdırma aparmamasını,
iddiaçının səmərəli hüquq müdafiə vasitələrindən məhrum olması kimi qiymət -
ləndirmişdir (70, 523-524).
Təcrübədə elə xüsusi hallar olur ki, onlar ərizəçini dövlətdaxili vasitələrin
tü kən dirilməsi öhdəliyindən azad edir. Məsələn, cəzaçəkmə müəssisəsində sax lan -
ma şəraiti ilə bağlı olan «AB Niderlanda qarşı» işində İşgəncənin qarşısının alın -
ması üzrə Avropa Komitəsinin rəyini və cavabdeh-dövlət tərəfindən cəzaçəkmə
müəssisəsində saxlanma şəraitinin yaxşılaşdırılması üzrə heç bir tədbirin görülmə -
Avropa İnsan Hüquqları Məhkəməsi
103


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə