Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə41/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   85

məsini nəzərə alaraq, Məhkəmə qeyd etmişdir ki, «dövlət tərəfindən vaxtında
aidiyyəti tədbirlərin görülməməsi xüsusi hallara gətirib çıxarmışdır ki, bu hallar
ərizəçini hökumət tərəfindən təqdim olunan dövlətdaxili vasitəni istifadədən azad
edir» (115, 211).
Bütün bu deyilənlərlə yanaşı, onu da qeyd etmək lazımdır ki, şikayətin, bü -
tün dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməməsi ilə bağlı qəbul edil -
mə məsi yalnız müvəqqəti maneədir. İddiaçı bütün mümkün dövlətdaxili hüquq
müdafiə mexanizmlərindən istifadə etdikdən sonra və heç bir nəticə əldə etmədiyi
təqdirdə, yenidən Avropa Məhkəməsinə müraciət edə bilər. Burada əsas diqqət 6
aylıq müddətin ötürülməməsinə yetirilməlidir.
Yuxarıda qeyd etmişdik ki, Ermənistandan deportasiya olunmuş və Ermə -
nistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir çox hüquqları
pozulmuş minlərlə soydaşımız işğalçı Ermənistana qarşı bu dövlətin də Avropa
İnsan Hüquqları Konvensiyasına qoşulmasını nəzərə alaraq Avropa Məhkəməsinə
müraciət etmək imkanı əldə etmişlər. Bu kontekstdə bütün dövlətdaxili hüquq mü-
dafiə vasitələrinin tükənməsi şərtinə gəlincə isə qeyd etmək lazımdır ki, əgər
cavabdeh tərəf, yəni Ermənistan, dövlətdaxili vasitələrin tükənməməsi ilə bağlı
Avropa Məhkəməsi qarşısında məsələ qaldırsa və iddia etsə ki, ərizəçi (və ya
ərizəçilər) bütün dövlətdaxili vasitələrin tam istifadə edilib tükəndirilməsi üçün
Ermənistanın və ya «Dağlıq Qarabağ»ın aidiyyəti orqanlarına müraciət etməli idi,
fikrimizcə,  belə  arqumentlər Avropa  Məhkəməsi  tərəfindən  rədd  edilməlidir.
Əvvəla, əgər Ermənistan ərazi yurisdiksiyası baxımından məcburi köçkünlərin
işləri ilə bağlı bu işlərin (işin) ona aidiyyəti olmadığını iddia etsə və bununla
yanaşı dövlətdaxili vasitələrin tükəndirilməsi üçün Ermənistanın dövlətdaxili
orqanlarına müraciət edilməli olduğunu bildirsə, belə olan halda, bu arqument
əsassız olacaqdır. Belə ki, «İlaşku və başqaları Moldova və Rusiyaya qarşı» işində
Rusiya Hökuməti Dnestryanı bölgədə baş verən hadisələrə onun aidiyyəti ol ma -
dı ğını  bəyan  etməklə  yanaşı,  ərizəçilərin  daxili  hüquq  müdafiə  vasitələrinin
tükəndirilməsi üçün Rusiya Ali Məhkəməsinə müraciətin zəruri olduğunu iddia
edirdi. Lakin Avropa Məhkəməsi Rusiya Hökumətinin bu etirazı ilə razılaşmaya -
raq, qeyd etmişdir ki, «Rusiya tərəfi şikayətin predmetini təşkil edən hadisələrə
aidiyyəti olmadığını bəyan etdiyindən ərizəçilərin Rusiyanın hakimiyyət or qan -
larına müraciətini gözləmək düzgün olmazdı» (73, 219-243). Qarşı tərəfdən irəli
sürülməsi ehtimal edilən ikinci arqumentə gəlincə isə, yəni «Dağlıq Qarabağ»da
mövcud olan mexanizmlərin tükəndirilməsi, fikrimizcə, bu aşağıdakı səbəblərə
görə rədd edilməlidir. Birincisi, «Dağlıq Qarabağ»ın müstəqil dövlət kimi hər
hansı bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmaması səbəbindən
müvafiq olaraq həmin ərazidə mövcud olan mexanizmlər də qanuni sayıla bilməz;
Zaur  Əliyev
104


ikincisi, ərizəçinin (ərizəçilərin) Azərbaycan Respublikasının vətəndaşı (vətən-
daşları) olması səbəbindən o (onlar), bu qurumlara müraciət etməyə borclu de-
yildir (deyillər), və nəhayət hətta «Dağlıq Qarabağ»da müəyyən mexanizmlərin
mövcudluğu göstərilsə belə, həmin mexanizmlər səmərəli sayıla bilməz, belə ki,
bu mexanizmlər separatçı qurum tərəfindən yaradılıb və onun iradəsini həyata
keçirir. Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələr tərəfindən idarə olunması
isə AŞPA-nın 1416 saylı (2005) qətnaməsində də qeyd olunur. Məhz bu baxım-
dan  orada  mövcud  olan  vasitələr  qanuni  və  səmərəli  sayıla  bilməz.  Avropa
Məhkəməsinin təcrübəsindən çıxış edərək qeyd etmək olar ki, hüququ pozulmuş
şəxs belə vasitələrə müraciət etməyə borclu deyildir.
Yuxarıda deyilənlərlə yanaşı eyni zamanda qeyd etmək lazımdır ki, Avropa
Məhkəməsi bütün dövlətdaxili vasitələrin tükənməsi şərtinə əməl edilib edilmə -
məsi məsələsinə baxarkən, ümumi hüquqi və siyasi vəziyyəti, həmçinin ərizəçinin
şəxsi vəziyyətini nəzərə alır.
Beləliklə, göründüyü kimi, bütün dövlətdaxili hüquq müdafiə vasitələrinin
tükənməsi  şərti  baxımından  da  işğal  nəticəsində  Konvensiya  müddəalarının
pozulması ilə bağlı Ermənistana qarşı işlərə baxılmasına hüquqi maneə yoxdur.
Avropa İnsan Hüquqları Məhkəməsi
105


III  F Ə S İ L
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN
YURİSDİKSİYASININ HƏYATA KEÇİRİLMƏSİ MEXANİZMİ
3.1. Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciət edilməsi qaydası
Fərdi şikayətlər
Avropa Məhkəməsinin təcrübəsində əsas yeri fərdi şikayətlər tutduğundan
bu  bölmədə  əsas  diqqət  məhz  belə  şikayətlərə  yetiril miş dir.  Dövlətlərarası
şikayətlərə gəlincə isə, bəzi vacib məqamlar qeyd edilmişdir.
Konvensiyanın 34-cü maddəsinə əsasən Avropa Məhkəməsinə müraciət
edəcək hər bir şəxs ilk növbədə əsasən aşağıdakı məqamlara diqqət yetirməlidir:
- cavabdeh-dövlətin Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya
etməsi;
- pozulmuş hüquq və ya hüquqların Konvensiya və ya əlavə Protokollarda
təsbit olunması;
- əgər pozulmuş hüquq(lar) Konvensiyaya dair hər hansı bir Protokolda nə -
zərdə tutulmuşsa, bu Protokolun müvafiq dövlət tərəfindən ratifikasiya edilməsi;
- pozuntunun cavabdeh-dövlətin Konvensiyanı və ya müvafiq Pro tokolu
ratifikasiyasından sonrakı dövrə təsadüf etməsi;
- bütün dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi;
- müvafiq sonuncu dövlətdaxili orqanın qəti qərarının qəbul edilməsindən
sonra altı ay müddətinin keçməməsi və s.
Bu şərtlərdən birinə və ya bir neçəsinə əməl olunmadığı təqdirdə, şikayət
Avropa Məhkəməsi tərəfindən qəbul olunmayacaqdır.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Məhkəmə  fərdi  şikayətlərin  müraciət
prosedurunu mümkün qədər asanlaşdırır. Hələ 1971-ci il «Ringeyzen Avstriyaya
qarşı» işində Məhkəmə qeyd etmişdir ki, fərdi şikayət ərizələri əksər hallarda
hüquqşünas köməyi olmadan tərtib olunur və buna görə də burada hər bir rəsmi
qaydaya ciddi fikir vermək ədalətsizlik olardı. Əgər, ərizə müvafiq qaydalara tam
cavab vermirsə, lakin bütövlükdə Məhkəmənin diqqətini cəlb edə biləcək hüquqi
vəziyyətdən bəhs edirsə, bu halda belə şikayət Məhkəmə tərəfindən qəbul edilir.
Bundan sonra isə daha ətraflı və dəqiq məlumat üçün şikayətçiyə Məhkəmənin
rəsmi müraciət blankı göndərilir. 6 həftə ərzində şikayətçi həmin blankı doldurub
Zaur  Əliyev
106


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə