Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

beynəlxalq orqan qarşısında cavab verməzdən əvvəl hüquq sistemləri vasitəsilə
vəziyyəti düzəltmək imkanı verilir (5, 186).
Azərbaycan Respublikası Konstitusiyasında ubi jus ibi remedium prinsipinə
uyğun  olaraq  qeyd  olunur  ki,  hər  kəsin  qanunla  qadağan  olunmayan  üsul  və
vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət
hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəyə
müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təmi-
nat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının
və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud
hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. 71-ci maddəyə əsasən isə, insan
və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri
məhkəmələr həll edir.
Hansı  hüquq  müdafiə  vasitələrinə  müraciət  edilməsi  haqqında  məsələ
dövlətdaxili hüquqla müəyyən edilir.
Azərbaycan Respublikasının Məhkəmələr və hakimlər haqqında 10 iyun
1997-ci il tarixli Qanununa əsasən, məhkəmələrdə işlərə birinci instansiya, apel -
lyasiya və kassasiya instansiyaları üzrə baxılır. Deməli, Azərbaycanda Kon vensiya
anlamında daxili hüquq müdafiə vasitələrinin tükənməsi üçün (məh kəmə sistemi
nəzərdə tutulur) əvvəlcə I instansiya məhkəməsinə, sonra apellyasiya instansiyası
məh kəməsinə və nəhayət Ali Məhkəməyə müraciət edilməlidir. Xüsusilə vurğu -
la maq lazımdır ki, Avropa Məhkəməsinə müraciət etmək məqsədilə Azərbaycanda
dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi üçün Ali Məhkəmənin Ple nu -
mu na əlavə kassasiya qaydasında şikayət etməyə ehtiyac yoxdur. Avropa Məh kə -
məsinə müraciət edən şəxs ekstraordinar vasitələri tükəndirməyə borclu deyildir.
Bu baxımdan Ali Məhkəmənin Plenumu səmərəli müdafiə vasitəsi hesab oluna
bilməz. Həmçinin, hər bir halda Konstitusiya Məhkəməsinə müraciət edilməsi də
zəruri deyildir. Belə ki, Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətini həyata
keçirən orqanlardan biri olsa da, məhkəmə sisteminə daxil deyildir. Məhkəmələr
və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə
əsasən, Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respub li -
kasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:
rayon (şəhər) məhkəmələri; ağır cinayətlər məhkəmələri; Naxçıvan Muxtar Res -
publikasının ağır cinayətlər məhkəməsi; hərbi məhkəmələr; inzibati-iqtisadi məh-
kəmələr; Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; apellyasiya məh kə-
 mələri; Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Lakin bəzi hallarda, xüsusilə də milli qanunvericilikdən asılı olaraq, Avropa
Məhkəməsi Konstitusiya Məhkəməsini tükəndirilməsi zəruri olan dövlətdaxili
mexanizmlər sırasına aid edir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
Zaur  Əliyev
98


maddəsinə müvafiq olaraq, həmçinin Konstitusiya Məhkəməsi haqqında Azər-
baycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanununun 34-cü maddəsinə
əsa sən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra haki -
miy yəti  orqanlarının  normativ  hüquqi  aktlarından,  bələdiyyə  və  məhkəmə
aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konsti tu -
si ya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məq -
sə di  ilə  şikayət  verə  bilər.  Beləliklə,  əgər  pozulmuş  hüququn  bərpası  milli
sə viy yədə Konstitusiya Məhkəməsinin səlahiyyətləri daxilindədirsə, məsələn,
hüququ pozulmuş şəxs bu pozuntunun milli qanunvericilik aktının mövcudluğu və
ya ona qarşı tətbiqi ilə baş verdiyini iddia edirsə, bu halda, dövlətdaxili hüquq
müdafiə mexanizmlərinin tükəndirilməsi üçün Konstitusiya Məhkəməsinə müra-
ciət edilməlidir. Bu halda Konvensiyanın 35-ci maddəsində nəzərdə tutulan 6 aylıq
müddətin başlanması Konstitusiya Məhkəməsi Plenumunun qərarından sonra
olacaq. Yəni, son dövlətdaxili instansiya qismində Konstitu siya Məhkəməsi çıxış
edəcəkdir.
Lakin bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, hər bir konkret halda
işin xüsusiyyətlərindən asılı olaraq dövlətdaxili vasitələrin tükəndirilib-tükəndiril -
mə məsi, Konstitusiya Məhkəməsinə müraciətin nə dərəcədə zəruri olması, 6 aylıq
müddətin başlanğıc tarixini Avropa Məhkəməsi özü müəyyən edir və təcrübə
göstərir ki, Məhkəmə bəzən fərqli mövqe nümayiş etdirir.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Avropa Şurasının bərabərhü quq -
lu üzvü olduqdan sonra respublikamızda yeni bir mexanizm - ombudsman insti -
tutu təsis edilmişdir.
28 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikasının İnsan Hüquqları
üz rə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən, Azərbay -
can Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsi Azər -
bay can  Respublikasının  Konstitusiyasında  və  tərəfdar  çıxdığı  beynəlxalq
mü qavilələrdə təsbit olunmuş və dövlət və yerli özünüidarə orqanları, vəzifəli
şəxs lər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu
Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının
qarşısının alınması üçün təsis edilir. Qanundan da göründüyü kimi, ombudsmanın
əsas vəzifəsi pozulmuş insan hüquqlarının bərpasıdır. Lakin Avropa Məhkəməsinə
şikayət vermək məqsədilə dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi
üçün ombudsmana müraciət etmək tələb olunmur. Ombudsmanın özünün Avropa
Məhkəməsinə müraciət etməsinə gəlincə isə (məsələn, pozulmuş hüququn bərpası
üçün ombudsmanın səlahiyyətində olan təsir imkanları kifayət etmədiyi halda,
Konvensiyada təsbit olunmuş bu və ya digər hüququ pozulmuş şəxsin hüququnun
Avropa İnsan Hüquqları Məhkəməsi
99


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə