Безымянный-1


 Avropa İnsan Hüquqları Məhkəməsinin



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

2.6. Avropa İnsan Hüquqları Məhkəməsinin
yurisdiksiyası və milli hüquq
Avropa Məhkəməsinin yurisdiksiyasını ətraflı təhlil etmək üçün, onun milli
hüquqla qarşılıqlı əlaqəsinə diqqət yetirmək lazımdır.
Subsidiarlıq prinsipi. Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlar
pozulduğu halda onların bərpasını ilk növbədə dövlətlərin özləri təmin etmə -
lidirlər. Bu müddəa Konvensiyanın 1-ci maddəsində də öz əksini tapır. Bu sahədə
Avropa Məhkəməsinin rolu isə subsidiar xarakter daşıyır və yalnız dövlətdaxili
səviyyədə öz həllini tapmayan, Konvensiyada nəzərdə tutulmuş hüquq və azad -
lıq ların pozulması ilə bağlı konkret mübahisələrə baxmaqdan ibarətdir. Milli
məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət etmək olmaz. Avropa Məh -
kəməsi milli məhkəmələrə münasibətdə yuxarı instansiya məhkəməsi kimi çıxış
etmir. Belə ki, artıq qeyd etdiyimiz kimi, bu sahədə Avropa Məhkəməsinin rolu
subsidiardır. Bu, əsasən aşağıdakılarda ifadə olunur:
- Avropa Məhkəməsi Konvensiyanın bu və ya digər müddəasının pozuldu -
ğunu müəyyən etdiyi halda belə, dövlətdaxili qanunvericiliyə dəyişikliklər etmək
və ya belə dəyişikliyin edilməsini və ya hər hansı qanunvericilik aktının ləğvini
tələb edə bilməz. Məsələn, 1987-ci il «F. İsveçrəyə qarşı» işində iddiaçı Məhkə -
mə dən İsveçrənin Mülki Məcəlləsinin 150-ci maddəsinin qüvvədən düşmüş elan
etməsini tələb etmişdir. Lakin Məhkəmə milli qanunvericilik aktının ləğvinin onun
səlahiyyətində olmadığını qeyd etmişdir;
- Avropa Məhkəməsi milli məhkəmələrin qərarlarını ləğv edə bilməz. Belə
ki, o, milli məhkəmələrə münasibətdə yuxarı instansiya orqanı deyildir. Bu yanaş -
ma «dördüncü instansiya doktrinası»na («quatrieme instance») əsaslanır. Məhkə -
mə öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, o, dövlətlərə, onların qanunverici,
məhkəmə və digər fəaliyyətləri ilə əlaqədar heç bir göstəriş verə bilməz. Məsələn,
25 may 1998-ci il tarixli «Sosialist partiyası və digərləri Türkiyəyə qarşı» işi üzrə
qərarında Məhkəmə Konvensiyanın 11-ci maddəsinin pozulmasını qeyd etmişdir.
Lakin Məhkəmə, iddiaçıların partiyanın bağlanması haqqında Türkiyə Respub li -
ka sı Konstitusiya Məhkəməsinin qərarının ləğv edilməsi və bu partiyaya siyasi
partiya statusunun verilməsi haqqında tələbini rədd edərək qeyd etmişdir ki, o,
Kon vensiyaya müvafiq olaraq belə tədbirlər görmək səlahiyyətinə malik deyil
(70, 506). Yaxud «Findli (Findlay) Birləşmiş Krallığa qarşı» (25 fevral 1997-ci il)
işində Məhkəmə qeyd etmişdir ki, milli məhkəmənin qərarının ləğv edilməsi onun
səlahiyyətində deyildir (70, 409);
- «Fimar Hacıyeva Azərbaycana qarşı» işi üzrə qərarda Məhkəmə vurğu la -
mış dır ki, Konvensiyanın 19-cu maddəsinə əsasən onun yeganə vəzifəsi Kon ven -
Avropa İnsan Hüquqları Məhkəməsi
93


si yanın iştirakçısı olan Tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə riayət et mə -
lərini təmin etməkdir. O, konkret olaraq hüquqi məsələlərlə və ya faktlarla bağ lı
səhvə yol verdiyini iddia edən ərizəni araşdırmaq səlahiyyətinə malik deyil, la kin
belə səhvlərin Konvensiya ilə qorunan hüquq və azadlıqların mümkün po zun -
tusuna səbəb ola biləcəyini hesab edirsə, bu cür hallar istisna təşkil edir (5, 202-
207);
- Avropa Məhkəməsinin qərarları, dövlətlər üçün, o cümlədən konkret iş
üzrə cavabdeh dövlətin qanunverici orqanı və məhkəmə sistemi üçün məcburi
presedent xarakterinə malik deyil. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki,
dövlətlər  Məhkəmənin  qərarlarına  ciddi  yanaşırlar  və  bu  qərarlara  milli
məhkəmələrin təcrübəsində geniş istinad edilir.
Məsələn, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəmə -
si nin təcrübəsinə müraciət edək. Mütərəqqi haldır ki, Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası tərəfindən Avropa Məhkəməsinin yurisdiksiyası tanın -
dıqdan sonra özünün qərarlarında Avropa Məhkəməsinin qərarlarına, eləcə də
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  geniş  istinad  etməyə  başlamışdır.
Məsələn, Konstitusiya Məhkəməsinin (Konstitusiya Məhkəməsi Plenumunun)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələ -
rinə dair 11 iyun 2002-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası
Qanununun 74.1-ci maddələrinə dair 27 dekabr 2002-ci il tarixli, Azərbaycan
Respublikası Konstitusiyasının 100-cü maddəsinin «…başqa dövlətlər qarşısında
öhdəliyi olmayan…» müddəasının şərh edilməsinə dair 01 avqust 2003-cü il
tarixli, E.Əlizadə və digərlərinin şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
11 may 2004-cü il tarixli, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə
və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 28 noyabr 2003-cü
il tarixli Qanununun II hissəsinin şərh edilməsinə dair 7 sentyabr 2004-cü il tarixli,
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə
dair 21 oktyabr 2005-ci il tarixli, B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respub -
li kası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üz-
rə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Res-
 publikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17
fev ral 2006-cı il tarixli, Azərbaycan Respublikası Cinayət-Prosessual qanun ve -
riciliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Res -
publikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair 27 dekabr
2006-cı il tarixli, C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan
Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 may
Zaur  Əliyev
94


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə