Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

nəzərə alınması ilə tətbiq edilir. Bu maddəyə müvafiq olaraq bəyanat vermiş hər
hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir
neçə ərazinin adından Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq, Məhkə -
mə nin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan
şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər. 56-cı maddəyə
əsasən, dövlətlər öz yurisdiksiya hüdudlarını genişləndirirlər və buna müvafiq
olaraq Məhkəmənin də ərazi yurisdiksiyası genişlənir. Elə hallar da olur ki, fər-
din hüquqlarının müdafiəsinin təmini üçün dövlətin yurisdiksiyası onun ərazi hü-
dudları ilə məhdudlaşmır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, «yuris-
 diksiya» termini iştirakçı-dövlətlərin milli ərazisi ilə məhdudlaşmır. Hakimiyyət
orqanlarının fəaliyyəti nəticəsində onun ərazi hüdudlarından kənarda baş vermiş
nəticələrə görə də dövlətin məsuliyyəti yarana bilər.
Yəni, iştirakçı-dövlətin məsuliyyəti eyni dərəcədə o hallara da aid edilir ki,
həmin dövlətin hakimiyyət orqanlarının istənilən hərəkəti və ya hərəkətsizliyi
onun ərazisindən kənarda müəyyən nəticələrə gətirib çıxarır. Müvafiq olaraq, hərbi
əməliyyatlar nəticəsində dövlət milli sərhədlərindən kənarda olan ərazi üzərində
səmərəli  nəzarəti  həyata  keçirmək  imkanı  əldə  etdikdə  də,  onun  məsuliyyəti
haqqında  məsələ  ortaya  çıxa  bilər.  Konvensiya  ilə  nəzərdə  tutulan  hüquq  və
azadlıqları həmin ərazidə təmin etmək üzrə öhdəliklər Konvensiyanın iştirakçısı
olan dövlətin əraziyə nəzarət etməsi faktından törəyir və bu, nəzarətin həmin
ölkənin silahlı qüvvələri tərəfindən, yaxud həmin dövlətə tabe olan yerli administ -
rasiya tərəfindən həyata keçirilməsindən asılı deyil.
Bu mövqe Məhkəmənin baxdığı bir sıra işlərdə (Loizidu Türkiyəyə qarşı,
Kipr Türkiyəyə qarşı) daha aydın ifadə olunmuşdur. Qeyd olunan qərarlarda Məh -
kəmə vurğulamışdır ki, Məhkəmənin təcrübəsində «yurisdiksiya» termini Kon -
ven siyanın 1-ci maddəsinə müvafiq olaraq, iştirakçı-dövlətlərin milli ərazisi ilə
məh dudlaşmır. Məhkəmənin mövqeyinə görə, iştirakçı-dövlət, hakimiyyətini ərazi
hü dudunda və ya ondan kənarda həyata keçirməsindən asılı olmayaraq, nəzərdə
tutulan hüquq və azadlıqları onun faktiki hakimiyyəti və cavabdehliyi altında olan
bütün şəxslərə münasibətdə təmin etməyə borcludur.
1974-cü ildə Şimali Kipr Türk Respublikasının (ŞKTR) yaradılması ilə
əlaqədar adanın cənub hissəsində olan sakinlər adanın şimalında qalan mülkiy yət -
lə rindən istifadə etmək hüququndan məhrum oldular. Bununla əlaqədar olaraq,
Məhkəmə 18 dekabr 1996-cı ildə «Loizidu (Loizidou) Türkiyəyə qarşı» işi üzrə
qərar çıxarmışdır (7, 369). Məhkəmədə işə baxılarkən Kipr hökuməti bildirmişdir
ki, artıq uzun müddətdir ki, Kipr yunanları işğal edilmiş ərazidə öz mülkiy yət -
lərindən maneəsiz istifadə etmək hüququndan məhrum ediliblər. Məhkəmə isə öz
növbəsində qeyd etmişdir ki, əgər ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-
Zaur  Əliyev
86


ci maddəsi baxımından torpaqların mülkiyyətçisi sayılarsa, bu iş davamlı xarakter
daşıyan pozuntulara aiddir.
Türkiyə  tərəfi  qeyd  edirdi  ki,  Türkiyə  Hökuməti  müstəqil  dövlət  olan
ŞKTR-in ərazisində baş verən hadisələrə cavabdeh deyil. Bu respublikanın müs -
təqilliyini isə onun referendum yolu ilə qəbul olunmuş Konstitusiyası təsdiq edir.
Lakin, Məhkəmə bu mövqe ilə razılaşmayaraq qeyd etmişdir ki, ŞKTR bey -
nəlxalq birlik, o cümlədən BMT tərəfindən beynəlxalq-hüquqi baxımdan müstəqil
dövlət kimi tanınmamışdır və Konvensiyanın da beynəlxalq-hüquqi xarakterini
nəzərə alaraq, Məhkəmə bunu nəzərə almalıdır. Yəni, Məhkəmənin mövqeyinə
görə, Avropa İnsan Hüquqları Konvensiyası Beynəlxalq müqavilələr hüququ haq -
qında 1969-cu il Vyana Konvensiyasına uyğun olaraq şərh edilməlidir. Məhkə -
mə nin fikrincə, Avropa Konvensiyasının əsasında duran prinsiplər real vəziy -
yətdən təcrid olunmuş halda şərh və tətbiq edilə bilməz.
Türk hərbi qüvvələrinin adanın şimal hissəsinə tam nəzarət etdiyini nəzərə
alaraq, Məhkəmə qeyd etmişdir ki, «Türkiyə ŞKTR-in fəaliyyətinə cavabdehdir
və bu fəaliyyətin neqativ nəticələrini öz üzərində hiss edən şəxslər, Konvensiyanın
1-ci maddəsinə müvafiq olaraq, Türkiyənin yurisdiksiyası altındadırlar. Beləliklə,
Türkiyənin  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqları  təmin  etmək
öhdəliyi adanın şimal hissəsinə də tətbiq edilir» (7, 369-406).
Demək olar ki, eyni fikirləri Məhkəmə «İlaşku və digərləri Moldova və Ru -
siya Federasiyasına qarşı» işi üzrə qərarında da təkrarlamışdır. Məhkəmə əsasən
qeyd etmişdir ki, Konvensiyanın birinci maddəsi kontekstində «yurisdiksiya»
termini iştirakçı-dövlətlərin milli ərazi hüdudları ilə məhdudlaşmır (73, 219-243).
Yuxarıda deyilənlərlə bağlı hüquq elmləri doktoru, professor L.Hüseynov
qeyd edir ki, hər hansı ərazi üzərində faktiki mülki və ya hərbi nəzarət həyata
keçirən dövlət həmin ərazidə insan hüquq və azadlıqlarını təmin etməyə borcludur.
Ərazisi işğal olunmuş dövlət həmin ərazidə işğalçı tərəfindən törədilmiş insan
hüquqlarının pozuntusuna görə məsuliyyət daşımır (61, 107).
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin ərazi yuris -
dik siyası (ratione loci) konteks tin də Azərbaycanın işğal olunmuş ərazilərində in -
san hüquqlarının po zul masına görə Ermənistan dövlətinin məsuliyyəti məsələsi
mey dana çıxır. Belə ki, Azərbaycanın işğal edilmiş əraziləri üzərində faktiki nəza -
rəti həyata keçirdiyindən həmin ərazidə insan hüquq və azadlıqlarının pozulma-
sına görə məhz Ermənistan dövləti məsuliyyət daşıyır.
Artıq qeyd olunduğu kimi, Ermənistandan deportasiya olunmuş və Ermənis -
tan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir çox hüquqları po -
zul muş,  əsasən  də  Konvensiyaya  əlavə  1  saylı  Protokolun  1-ci  maddəsinin
po zul ması ilə əlaqədar minlərlə soydaşımız işğalçı Ermənistana qarşı bu dövlətin
Avropa İnsan Hüquqları Məhkəməsi
87


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə