Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

onların heç birinin hüququ pozulmamış və iddiaçılara bununla bağlı heç bir ziyan
dəyməmişdir. Lakin Məhkəmə öz növbəsində qeyd etmişdir ki, «şəxs müəyyən
hallarda onun hüquqlarını poza biləcək qanunvericilik aktının mövcud olması
faktı ilə bağlı özünü pozuntunun qurbanı olduğunu iddia edə bilər, bununla yanaşı
o, həmin aktın ona qarşı bilavasitə tətbiq olunmasını sübut etməyə borclu deyil -
dir». Qeyd olunan bu işdə Məhkəmə müəyyən etdi ki, iddiaçılardan hər biri özünü
Konvensiyanın yuxarıda qeyd olunan maddəsi anlamında «qurban» kimi göstərə
bilər (7, 229). Yəni, Məhkəmə şikayətçilərə, onların Konvensiyada təsbit olunmuş
hər hansı bir hüququnun pozulmamasına baxmayaraq «potensial qurban» statusu
verdi.
Beləliklə, buradan belə bir nəticə çıxarmaq olar ki, Konvensiyaya zidd milli
qanunvericilik aktı hansı şəxslərə tətbiq edilə bilərsə, həmin qanunun mövcudluğu
faktının özü həmin şəxslər üçün real təhlükə yaradır və müvafiq olaraq belə şəxslər
Konvensiyanın 34-cü maddəsi baxımından pozuntunun qurbanı olduğunu iddia
edə bilərlər. Lakin burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Bu heç də
o demək deyil ki, ehtimal əsasında şəxs milli qanunvericiliyin Konvensiyaya
uyğunluğu baxımından bu və ya digər dövlət da xili qanunvericilik aktına yenidən
baxılması tələbi ilə Məhkəməyə müraciət edə və özünü 34-cü maddəyə əsasən
«qurban» hesab edə bilər. Yəni, şəxs bilavasitə həmin qanunun təsiri altında oldu-
ğunu və təhlükənin real olduğunu sübut etməlidir. Əks təqdirdə şikayət ratione
personae şərti əsasında qəbul olunmayacaqdır. İstənilən halda Məhkəmə milli
qanunvericilik aktını ləğv edə və ya bununla bağlı dövlətə konkret göstəriş verə
bilməz. Bu halda, o, sadəcə pozuntu faktını bəyan edə bilər. Belə olan halda isə
artıq cavabdeh tərəfin üzərinə qərardan irəli gələn ümumi tədbirlərin görülməsi
öhdəliyi düşür.
28  oktyabr  1999-cu  il  tarixli  «Brumaresku  Rumıniyaya  qarşı»  işi  üzrə
qərarında Məhkəmə qeyd etmişdir ki, «Məhkəmə təcrübəsində Konvensiyanın
34-cü maddəsi anlamında «qurban» termini altında, bilavasitə zərərə məruz qalan
şəxs başa düşülür, lakin eyni zamanda zərərin olmadığı halda belə, Konvensiyanın
potensial pozulması halı mümkündür» (71, 359).
«Dolayı qurban» anlayışına gəlincə isə, bu qisimdə Konvensiyanın 2-ci
maddəsinin pozulması ilə əlaqədar şəxsin həlak olduğu, zorakı itkin düşdüyü
halda, yaxud Məhkəməyə müraciət etdikdən sonra ərizəçinin vəfatı ilə əlaqədar
onun yaxın qohumları və ya birbaşa «qurban»la digər yaxın əlaqələri olan şəxslər
çıxış edə bilər. Məsələn, «Stüart Birləşmiş Krallığa qarşı» işində qiyamın yatırıl-
ması  zamanı  hərbçilər  tərəfindən  qətlə  yetirilən  şəxsin  anası  dolayı  qurban
qismində Məhkəməyə müraciət etmişdir. Yaxud, «Kinan Birləşmiş Krallığa qarşı»
işində  cəzaçəkmə  müəssisəsində  özünü  öldürən  məhkumun  anası  müəssisə
Zaur  Əliyev
78


rəhbərliyinin hərəkətlərindən şikayət etmişdir. «Sırkin Rusiyaya qarşı» işində
ərizəçi oğlunun zorakı itkin düşməsindən şikayət etmişdir (73, 483).
«Dalban Rumıniyaya qarşı» işində isə iddiaçının vəfatı ilə əlaqədar onun
işini həyat yoldaşı davam etdirmişdir. Məhkəmə də öz növbəsində qeyd etmişdir
ki, «iddiaçının vəfatı ilə əlaqədar onun həyat yoldaşı Konvensiyanın 34-cü mad -
də si anlamında «qurban» hesab edilə bilər» (71, 340). «X. Fransaya qarşı» işində
ərizəçinin vəfatı ilə əlaqədar Məhkəmə onun valideynlərinə «dolayı qurban» sta-
tusu verərək işi davam etdirmişdir.
Azərbaycanla  bağlı  işlərə  gəldikdə  isə,  məsələn,  «Mikayıl  Məmmədov
Azərbaycana qarşı» işi üzrə (17 dekabr 2009-cu il tarixli qərar) dolayı qurban
qismində bilavasitə qurbanın həyat yoldaşı çıxış etmişdir. Bu işdə Məhkəmə qə -
rara almışdır ki, dövlət orqanları bilavasitə qurbanın (ərizəçinin həyat yoldaşının)
ölümünə görə dövlətin məsuliyyət dərəcəsini müəyyən etmək məqsədilə səmə-
rəli araşdırma apar madıqlarına görə Konvensiyanın 2-ci maddəsi pozu lub.  
Məhkəmənin  təcrübəsində  elə  hallar  da  olur  ki,  bəzən  şikayətçinin  işə
Avropa Məhkəməsində baxılması müddətində vəfat etməsinə və qohumları tərə -
findən işə baxılmasına davam etməsinə dair müraciətin olmamasına bax ma yaraq,
Məhkəmə işə baxmaqda davam edir. Məsələn, «Gagiu Rumıniyaya qarşı» işi üzrə
(24 fevral 2009-cu il tarixli qərar) Hökumət ərizəçinin vəfat etməsi ilə əlaqədar
olaraq  işə  xitam  verilməsi  tələbi  ilə  çıxış  etmişdir.  Şikayətçinin  heç  bir  ailə
üzvünün olmadığını və şikayətin ərizəçinin vəfatından əvvəl edildiyini nəzərə
alaraq, Məhkəmə Hökumətin müraciətini rədd edərək işə baxılmasına davam
etmişdir.
İddiaçının Konvensiyanın 34-cü maddəsinə əsasən «qurban» qismində çıxış
edə biləcəyi və ya bilməyəcəyi haqqında məsələ bir qayda olaraq, şikayətin qəbul
olunub-olunmaması haqqında məsələyə baxılarkən həll olunur.
Dövlətlərarası şikayətlərə gəlincə isə burada başlıca şərt hər iki tərəfin (həm
iddiaçı, həm də cavabdeh) Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı
olmasıdır.
Məhkəmənin ratione personae yurisdiksiyasının ikinci istiqamətinə - şikayət
kimə qarşı verilə bilər - gəldikdə isə, qeyd etmək lazımdır ki, cavabdeh tərəf qis -
mində yalnız Konvensiyanın iştirakçısı olan bu və ya digər dövlət çıxış edə bilər.
Yəni, hüququ pozan hər hansı bir hakimiyyət orqanı (nazirlik, komitə, məhkəmə
və s.) olsa da, şikayət ayrı-ayrı hakimiyyət orqanlarına qarşı deyil, bütövlükdə
dövlətə qarşı verilir və cavabdeh qismində də dövlət çıxış edir. Şikayət bir və ya
eyni vaxtda bir neçə dövlətə qarşı verilə bilər (məsələn, «İlaşku və başqaları
Moldova  və  Rusiyaya  qarşı»  işində  olduğu  kimi).  Konvensiyanın  iştirakçısı
olmayan dövlət və ya beynəlxalq təşkilat cavabdeh qismində iştirak edə bilməz.
Avropa İnsan Hüquqları Məhkəməsi
79


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə