Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

Dövlət yalnız hakimiyyət səlahiyyətləri həyata keçirən qurumlarının fəaliyyətinə
cavabdehdir, digər şəxslərin və ya şəxsi müəssisələrin fəaliyyəti ilə bağlı dövlətin
məsuliyyəti  istisna  edilir.  Məhkəmə  təcrübəsində  adətən  cavabdeh-dövlət
«Hökumət» adlandırılır. Bu halda «Hökumət» termini yalnız icra hakimiyyəti
qurumu kimi deyil, bütövlükdə dövlət hakimiyyətini ifadə etmək üçün işlədilir.
2.3. Avropa İnsan Hüquqları Məhkəməsinin
zamana görə yurisdiksiyası (ratione temporis)
Beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə müvafiq olaraq Avropa
İnsan Hüquqları Konvensiyası, onun qüvvəyə minməsinə qədər baş verən hadisə
və faktlara şamil edilmir. Bu da «Konvensiyanın geriyə qüvvəsi yoxdur» prin si -
pin dən irəli gəlir (57, 82). Məsələn, «Fəhmin Hacıyev Azərbaycana qarşı» işi ilə
bağ lı qəbuledilənliyə dair qərarda Məhkəmə vurğulamışdır ki, hamılıqla tanınmış
beynəlxalq hüquq prinsiplərinə əsasən, Konvensiya yalnız iştirakçı-dövlətlərə mü -
nasibətdə onun qüvvəyə mindiyi tarixdən sonra baş vermiş faktlarla bağlı həmin
dövlətlər üçün məcburi qüvvəyə malikdir (5, 173).
Qeyd  olunan  prinsipə  əsasən,  Məhkəmə  müvafiq  cavabdeh-dövlətin
Konvensiyanı ratifikasiya etməsinə qədər, həmçinin əgər şikayətə bu tarixə qədər
müvafiq dövlətdaxili orqanlarda baxılıb və qərar çıxarılıbsa, baş verən hadisələrlə
bağlı şikayətlərə baxa bilməz. Bir sözlə, Məhkəmə, Konvensiyanın normalarını
geriyə tətbiq edə bilməz. Bu müddət, vaxt faktoru Məhkəmə təcrübəsində «rati-
one temporis» adlanır.
Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə Avropa
İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6 və 7 saylı Protokolları təsdiq edil -
miş dir.
Konvensiyanın 59-cu maddəsinə əsasən, Konvensiya onu sonradan ratifi ka -
si ya edən dövlətlər üçün, onların öz təsdiqnamələrini saxlanılmağa verdikləri
tarixdən qüvvəyə minir. Konvensiya və onun ratifikasiya edilmiş Protokolları
Azərbaycana münasibətdə 15 aprel 2002-ci il tarixdən, yəni ratifikasiya haqqında
sənədin depozitariyə verildiyi gündən qüvvəyə minmişdir. Konvensiyanın dövlətə
münasi bətdə qüvvəyə minmə tarixinin olduqca mühüm hüquqi əhəmiyyəti vardır.
Belə ki, məhz bu tarixdən müvafiq dövlətin yurisdiksiyası altında olan şəxslərin
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranır. Azər -
baycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşlar, vətəndaşlığı olmayan
şəxslər, əcnəbilər, hüquqi şəxslər və digərləri) Avropa Məhkəməsinə müraciət hü-
ququ  məhz  15  aprel  2002-ci  il  tarixdən,  yəni  Konvensiyanın  Azərbaycana
münasibətdə qüvvəyə mindiyi tarixdən yaranır. Burada bir məqama da diqqət ye -
Zaur  Əliyev
80


tir mək zəruridir ki, əgər pozulmuş hüquq Konvensiyaya dair hər hansı Proto kol -
da nəzərdə tutulubsa Məhkəməyə müraciət etmək hüququ həmin Proto ko lun, ba -
 rəsində şikayət verilən dövlətə münasibətdə qüvvəyə minməsi tarixindən başlanır.
«Ramazanova və başqaları Azərbaycana qarşı» işi üzrə qərarında Məhkəmə
qeyd etmişdir ki, ərizəçilərin şikayətində göstərilən hadisələrin bir hissəsi 15 aprel
2002-ci il tarixdən, yəni Konvensiyanın Azərbaycan Respublikasının ərazisində
qüvvəyə mindiyi gündən əvvələ aiddir. Məhkəmə yalnız Konvensiyanın Razılığa
gələn  Yüksək  Tərəfin  ərazisində  qüvvəyə  minməsindən  sonra  baş  verən  ha-
disələrdən törəyən hüquq pozuntuları əsasında verilən şikayətlərə baxa bilər (5,
55-56). Yaxud «Tarverdiyev Azərbaycana qarşı» işi üzrə 26 iyul 2007-ci il tarixli
qərarda Məhkəmə qeyd etmişdir ki, o, yalnız Razılığa gələn müvafiq Yüksək
Tərəfə münasibətdə Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra baş vermiş
hadisələrdən irəli gələn Konvensiya pozuntularına dair şikayətləri araşdırmaq
səlahiyyətinə malikdir (8, 465). «Lətifə Əliyeva Azərbaycana qarşı» işi üzrə Məh -
kəmə belə bir qənaətə gəlmişdir ki, ratifikasiya tarixindən sonra dövlətin bütün
hərəkət və hərəkətsizlikləri Konvensiyaya uyğun olmalıdır, lakin Konven siya
həmin tarixə qədər baş vermiş pozuntularla və ya vurulmuş ziyanla bağlı hüquqi
müdafiə vasitəsinin təmin olunması məsələsində iştirakçı-dövlətlərin üzərinə hər
hansı konkret öhdəlik qoymur (5, 274).
Qeyd etmək lazımdır ki, «ratione temporis» şərtinin tətbiq olunub-olunma -
ması üçün, müvafiq hüquqpozmanın baş verdiyi tarix deyil, bununla bağlı müvafiq
dövlətdaxili orqanın son, qəti qərarının çıxarıldığı tarix əsas götürülür. Misal üçün
qeyd edək ki, hər hansı bir iş üzrə müvafiq dövlətdaxili orqanın çıxardığı son qərar
iş üzrə cavabdeh-dövlətin Konvensiyanı ratifikasiya etməsindən sonra olan dövrə
təsadüf  edirsə,  bu  halda  işə Avropa  Məhkəməsində  baxılması  üçün  «ratione
temporis» şərti tətbiq olunmayacaq. Bununla əlaqədar olaraq «Belcuk Polşaya
qarşı» işinə nəzər salaq. İddiaçı 1992-ci ilin noyabrında oğurluğa cəhdə görə rayon
məhkəməsi tərəfindən üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Bundan sonra iddiaçı apellyasiya şikayəti ilə vilayət məhkəməsinə müraciət etmiş
və bu instansiyada onun işinə baxılması prosesində şəxsən iştirak etmək tələbini
irəli sürmüşdür. Lakin 1993-cü il aprelin 21-də onun bu tələbi rədd edilmişdir.
Həmin ilin may ayının 10-da iddiaçının iştirakı olmadan onun işinə baxılmış və
vilayət məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin olunmamışdır. Bundan
sonra  iddiaçı  Konvensiyanın  6-cı  maddəsinin  (ədalətli  məhkəmə  araşdırması
hüququ) pozulması ilə əlaqədar olaraq Avropa Məhkəməsinə müraciət etmişdir.
Avropa Məhkəməsində işə baxılarkən Polşa Hökuməti belə bir bəyanatla çıxış
etdi ki, Məhkəmənin «ratione temporis» bu işə baxmaq səlahiyyəti yoxdur, belə
ki, Polşa Məhkəmənin yurisdiksiyasını 1993-cü il may ayının 1-dən tanımışdır, id -
Avropa İnsan Hüquqları Məhkəməsi
81


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə