ÇixarilabiLƏn karbohidrogen həcmləRİn qiYMƏTLƏNDİRİLMƏSİ Üsullari



Yüklə 37,37 Kb.
tarix28.01.2022
ölçüsü37,37 Kb.
#83212
14-15-16-17


14-15-16-17 ÇIXARILABİLƏN KARBOHİDROGEN HƏCMLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI
Yataqların neft-qaz ehtiyatlarının miqdarının hesablanması üçün aşağıdakıları bilmək zəruridir;

  1. Yatağın istismar öncəsi və istismar başlanğıcından başlayarak son işlənmə dövrünə qədər olan proqnozlar

  2. Tətbiq olunanan metodlar

  3. Metodların tətbiqi üçün lazım olan informasiya

  4. Metodların tətbiqindəki çətinliklər

  5. Alınan nəticənin dəqiqliyi, iqtisadi yöndə sərfəli olub-olmamaları

ÇIXARILABİLƏN KARBOHİDROGEN HƏCMLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI AŞAĞIDAKILARDIR

  1. Analoji üsul

  2. Həcm üsulu

  3. Material balans üsulu

  4. Düşmə əyrisi (decline curve)

Analoji Üsul

Daha əvvəldən, istismar olunmuş geoloji və lay göstəricilərinə malik olan, bir-birinə yaxın və ya eyni horizontda yerləşmiş , bir-biriylə təqribən eyni parametrlərə malik olan layların, hal-hazırda istismar olunan ya da olunacaq lay ve quyuların neftçıxarma sonrası əldə edilən qiymətlərin müqayisəsinə əsaslanır. Hər hansı bir istismar göstəricisi tələb etməyən və zamandan asılılığı olmayan qısacası təcrübə edilmiş vəziyətlər ilə təzə yaranan şərait haqqında məlumat ortaya qoyma, müqayisə etmə əməliyyatları daxildir.



Həcm Üsulu

İşlənmənin başlanğıc dövründən etibarən tətbiq oluna bilər. Daha əvvəl olmamasının səbəbi, onun kifayət qədər informasiya tələb etməsidir. Amma bu informasiya irəlidə görəcəyimiz digər metodlara görə çox daha azdır. Həcm üsulunun müsbət tərəfi yatağın ilkin dövrlərində istifadə oluna bilməsidir. Digər tərəfdən də, ilkin vaxtda əldə edilən informasiyanın dəqiqliyinin az olması, nəticənin düzgünlüyünə mənfi təsir etməktədir. Vaxt keçdikcə müxtəlif zaman intervallarında həcm üslulu ilə aparılan proqnozların bir-birindən fərqləndiyinin müşahidə edilir. Həcm üsulunun tətbiqi üçün lazım olan informasiyanı ümumi olaraq bu cür sıralaya bilərik:



  • Yatağın istismarı üçün ilkin işlənmə dövründə tətbiq oluna bilərlər.

  • Geoloji, geofiziki , laydaki süxur və mayenin xüsusiyətlərini tələb edir.

  • Neftvermə əmsalı işin aparılması vaxtı sərbəst olaraq buraxıla bilir və tədqiqlərdən sonra istənilən qiyməti ala bilir.

  • Onun zamana bağlılığı yoxdur, yəni hesablamalara işlənmə vaxtının daxili deyil və istismar olunan layın istismar göstəricilərini tələb etmir.

Material Balans Üsulu

Yatağın istismara başlamasından sonrakı ilk dövrdə, %10 - %20 istismarından sonra, tətbiq olunması ən uyğun metodlardan biri material balans üsuludur. Bu üsul, tətbiq olunmaq üçün kifayət qədər lay göstəricilərini tələb edir. Məlum olduğu kimi lay sistemi kompleks bir sistemdir . Yataqlar müxtəlif, bir-birindən fərqlənən birdən çox horizontlarda əmələ gələ bilərlər. Ayrıca, yataqların böyük sahələri əhatə etməsi o demək deyildir ki,onların istismara başlama nöqtələri, yatağın hər tərəfində ola bilər. Yataq əvvəlcədən qərara gəlinmiş hər hansı bir nöqtədən istismara başlanır ve daha sonra illər ərzində bir çox quyu ilə istismar olunur.

Yatağın ümumi xarakteristikası haqqında məlumata uzun illər ərzində çatılır ki, bu lay və yataq göstəriciləri haqqındakı informasiyanın doğruluğu yenə də dəqiq olmur. Buna görə də istismar başladıqdan sonra yatağın ümumi göstəriciləri dəyişdiyi halda bu üsul da təkrar tətbiq olunmağı tələb edir.

Material balans üsulunun tətbiqi üçün lazım olan informasiyanı ümumi olaraq bu cür sıralaya bilərik :

• Yatağın istismara başlamasından sonra %10-%20 neft və ya qazın istismar olunması yatağın təzyiqinin %10 düşməsinə uyğun olur.



  • Geolojik göstəricilər, süxur və maye xüsusiyətləri istismar göstəricilərini tələb edir.

  • Neftverme əmsalının qiyməti hesablanılmış olmalıdır.

  • Material balans üsulunun zamandan asılılığı vardır.

Düşmə əyriləri (Decline Curves)

Bu metodda Neft yatağının istismar vaxtı bir neçə mərhələ ilə xarakterizə olunur. Bu ideal istismar əyrisi adlandırılır. Bu mərhələləri göstərən nümunə şəkil 1.də verilmiştir. İlk öncə kəşfiyat quyusunun qazılma mərhələsidir. Kəşfiyat quyusunun ardından yatağın potensial formalaşması, quruluşu haqqındakı məlumatları əldə etmək məqsədiylə qiymətləndirmə quyusunun qazılma mərhələsidir. Sonrakı mərhələ isə başlanğıc yığımı mərhələsi yerləşmiştir. Daha sonra isə yatağın düşmə əyrisinə qədər, tam olaraq öz imkanına sahib olacağı hissə olan stabil sahə hissəsinə giriş mərhələsi göstərilmiştir. Növbəti mərhələ düşmə əyrisi mərhələsi və ondan sonra da yatağın son verimli vəziyyətinə qədər olan hissəsini iqtisadi sərhəd mərhələsidir.



Yataqların böyük bir qismində; əsasəndə kiçik yataqlarda, stabil sahə kiçik bir hissədə, qısa bir zaman intervalında yer alır və kəskin bir təpə kimi olur. Böyük yataqlarda isə stabil alan onillərlə davam edəbilir, bu daha çox istismar olunan karbohidrogen yatağın böyüklüyü və istismar obyektlerinin öz xüsusiyyətləri ilə əlaqədardır.



Düşmə əyrisinin bizim işimizdəki əhəmiyyəti ondan ibarətdir ki o, fenomenoloji yanaşmanın tətbiq olunan vaxtı vacib yer tutur. Belə ki, bu yanaşma növündə, yəni fenomenoloji yanaşmalarda, modellerin tətbiq olunabilməsi üçün mütləq şəkildə istismar prosesinin düşmə əyrisi vəziyyətinə keçmiş olmağı lazımdır. Əks halda yanaşmanın tətbiqi qeyri- mümkündür. Əgər tətbiq olunsa belə onun vermiş olduğu proqnoz nəticələrinə riayət etmək doğru olmaz.
Yüklə 37,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə