Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

də Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmasını nəzərə alaraq Avropa
Məhkəməsinə müraciət etmək imkanı əldə etmişlər. Məcburi köçkünlərin müra -
ciət lərinə gəlincə, məsələyə Məhkəmənin ərazi yurisdiksiyası baxımından yanaş -
saq, fikrimizcə qarşı tərəfin ratione loci ilə bağlı ola biləcək etirazı Məhkəmə
tə rə findən rədd edilməlidir. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində
pozuntulara görə məsuliyyətdən qaçaraq Dağlıq Qarabağda «yerli hakimiyyət
orqanları»nın formalaşdığını və onun «müstəqil dövlət» olduğunu əsas gətirə bilər.
Lakin Avropa Məhkəməsinin təcrübəsi onu deməyə əsas verir ki, Məhkəmə belə
mövqeyi rədd edir (məsələn, Loizidu işində olduğu kimi). Belə ki, «Dağlıq Qara -
bağ» dövlət kimi dünya birliyi, hər hansı bir beynəlxalq təşkilat və ya dövlət tərə -
findən  (hətta  Ermənistanın  özü  tərəfindən  belə)  tanınmamışdır.  Bu  gün  həm
ayrı-ayrı dövlətlər, həm də universal və regional beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd-şərtsiz qəbul
edilir. Bundan başqa, Azərbaycan ərazilərinin işğalı BMT Təhlükəsizlik Şurasının
qətnamələrində pislənilmiş, işğal olunmuş ərazilərdən işğalçı qoşunların çıxarıl -
ma sı tələb olunmuşdur. Həmçinin BMT Baş Assambleyası tərəfindən «Azərbay -
canın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamədə də Baş Assambleya
Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etməklə, Azərbaycanın
işğal olunmuş ərazilərindən bütün erməni qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz
çıxarılmasını tələb etmişdir. Eyni zamanda AŞPA-nın 1416 və 1690 saylı 2005-ci
il tarixli qətnamə və tövsiyəsində Azərbaycan ərazilərinin erməni qüvvələri tə rə -
fin dən işğal edildiyi, Dağlıq Qarabağın separatçı qüvvələr tərəfindən idarə edil-
diyi və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının zəruriliyi qeyd
olunmuşdur. Avropa Məhkəməsinin təcrübəsi onu deməyə əsas verir ki, o, işə ba -
xıl ması prosesində beynəlxalq hüquqi aktları, o cümlədən BMT tərəfindən qəbul
olunan qətnamə və tövsiyələri nəzərə alır. Məsələn, «Loizidu Türkiyəyə qarşı»
işində Məhkəmə BMT Təhlükəsizlik Şurasının 541 saylı qətnaməsini xatır la  daraq,
həmin qətnamənin ŞKTR-in yaradılmasını hüquqi cəhətdən əsassız elan etməsini
bildirmişdi.
Adı çəkilən qətnamələr də sübut edir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı
beynəlxalq hüquq baxımından dövlət kimi tanımır. Yalnız Azərbaycan Respublika -
sı nın Hökuməti Dağlıq Qarabağda qanuni hökumət sayıla bilər.
Ermənistanın Dağlıq Qarabağa faktiki nəzarət həyata keçirməsi, Dağlıq
Qarabağda separatçı hərəkata Ermənistan tərəfindən dəstək verilməsi, Dağlıq
Qara bağ ərazisində erməni silahlı birləşmələrinin Ermənistan tərəfindən maliy -
yə ləşdirilməsi, zəruri texnika, silah və sursatla təmin olunması, aktiv hərbi əməliy -
yatlar, həmçinin atəşkəs dövründə əsir düşmüş azərbaycanlı hərbi qulluqçuların,
girov götürülmüş sərhədyanı bölgədə yaşayan mülki şəxslərin Ermənistan əra zi -
Zaur  Əliyev
88


sində saxlanılması, 1 dekabr 1989-cu ildə beynəlxalq hüquq normalarına zidd ola -
raq Ermənistan parlamenti tərəfindən «Dağlıq Qarabağın Ermənistana bir ləşdiril-
məsi haqqında» qərar qəbul edilməsi, Dağlıq Qarabağ ərazisində Ermənistan
Respublikası parlamentinə seçkilər keçirilməsi və Azərbaycanın işğal olunmuş
ərazisindən Ermənistan parlamentinə deputat seçilməsi və bu kimi digər faktlarla
sübuta yetirilir.
Beləliklə, yuxarıda deyilənlərə əsasən qeyd etmək olar ki, Ermənistan, işğal
altında olan Dağlıq Qarabağa və ətraf ərazilərə effektiv hərbi və siyasi nəzarət
həyata  keçirdiyindən Avropa  Məhkəməsinin  təcrübəsində  formalaşan  hüquq
standartlarına əsasən, Dağlıq Qarabağda idarəçiliyin qanunsuz rejim tərəfindən
həyata keçirilməsi bəhanəsi ilə məsuliyyətdən yayına bilməz.
Ermənistanın daim istinad etdiyi, müqəddəratı təyin etmək hüququndan
danışarkən xüsusilə vurğulamaq lazımdır ki, bu hüququn subyekti milli azlıqlar
deyil, xalqdır. İnsan hüquqlarına dair mühüm universal beynəlxalq müqavilələr
olan Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, həmçinin İqtisadi,
sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Paktda  da  özünütəyinetmə
hüququnun xalqlara məxsus olduğu təsbit edilir. Beynəlxalq-hüquqi baxımdan
«xalq» anlayışı hər hansı bir dövlətin əhalisini bildirir. Yalnız dövlət ərazisində
yaşayan xalq bütövlükdə müqəddəratı təyin etmək hüququna malikdir. Təcrübə
gös tərir ki, Avropa Məhkəməsi işin hallarından asılı olaraq digər beynəlxalq-
hüquqi aktlara da müraciət edir və bəzi hallarda müəyyən dərəcədə onlara əsas -
la nır. «Loizidu Türkiyəyə qarşı» qərarında Məhkəmə qeyd etmişdir ki, «insan
hüquqları haqqında müqavilə olan Avropa İnsan Hüquqları Konvensiyasının xü -
su si xarakterini nəzərə alaraq, Məhkəmə onun səlahiyyətinə dair mübahisəli məsə -
lə ləri həll edərkən, həm də beynəlxalq hüququn bütün müvafiq normalarını nəzərə
almalıdır» (7, 375).
Beləliklə, Məhkəmənin ərazi yurisdiksiyası baxımından işğal nəticəsində
Konvensiya müddəalarının pozulması ilə bağlı Ermənistana qarşı işlərə baxılması -
na hüquqi maneə yoxdur.
Ərazi yurisdiksiyası baxımından əhəmiyyətli qərarlar sırasında «Bankoviç
və başqaları Belçikaya və Razılığa Gələn digər 16 Dövlətə qarşı» işi üzrə və
«Öcalan Türkiyəyə qarşı» işi üzrə qərarlar xüsusi yer tutur. «Bankoviç» işi üzrə
qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, «beynəlxalq ümumi hüquq baxı -
mından dövlətin yurisdiksiya səlahiyyəti ilk növbədə ərazi səlahiyyətidir. Bey -
nəl xalq hüquq dövlətin öz yurisdiksiyasını ərazisindən kənarda tətbiq etməsini
is tis na etmirsə, belə yurisdiksiyanın güman edilən əsasları bir qayda olaraq, digər
müvafiq dövlətin suveren ərazi hüquqları ilə müəyyən edilir və məhdudlaşır.
Müvafiq surətdə, məsələn, dövlətin öz yurisdiksiyasını dövlət sərhədlərindən
Avropa İnsan Hüquqları Məhkəməsi
89


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə