Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə42/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

Məhkəmənin katibliyinə göndərməlidir. Bununla da şikayətçiyə öz ərizəsini tək-
milləşdirmək imkanı verilir. Lakin bütün bunlarla yanaşı hər bir halda Məhkəməyə
şikayət ərizəsi aydın və dolğun tərtib olunmalıdır. Ərizədə əsasən:
- şikayətin qısa məzmunu göstərilməli;
-  Konvensiya  və  (və  ya)  əlavə  Protokollarda  əks  olunmuş  pozulmuş
hüquq(lar) göstərilməli;
- istifadə edilmiş bütün dövlətdaxili hüquq müdafiə vasitələri göstərilməli;
- hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərarların dəqiq tarixi və
qısa məzmunu göstərilməklə siyahısı olmalıdır. 
Ərizəyə,  əsasən  bu  qərarların  surəti  əlavə  olunur,  belə  ki,  göndərilən
sənədlər geri qaytarılmadığına görə, onların əsli deyil, surətini göndərmək tövsiyə
olunur.  Məhkəmənin  rəsmi  dilləri  ingilis  və  fransız  dilləridir.  Lakin  ərizə
şikayətçinin ana dilində də tərtib oluna bilər. Ərizə şikayətçinin özü tərəfindən
göndərilməlidir,  bu  halda  dövlət  orqanlarının  vasitəçiliyindən  istifadə  etmək
olmaz. Ərizə faksla və ya elektron poçt vasitəsilə göndərildiyi halda 5 gün ərzində
şikayətçi  tərəfindən  imzalanmış  ərizə  adi  poçtla  Katibliyə  göndərilməlidir.
İstənilən halda ərizənin verilmə tarixi onun Məhkəmə tərəfindən alındığı deyil,
göndərildiyi tarix hesab olunacaq. Yəni, altı aylıq müddətin bitdiyi gün həmin
ərizənin göndərildiyi gün sayılır.
Məhkəmənin  yerləşdiyi  yer  Fransanın  Strasburq  şəhəridir.  Ərizələr
Məhkəməyə aşağıdakı ünvana göndərilir:
Council of Europe. European Court of Human Rights.
F-67075 Strasbourg Cedex France.
Ərizə Məhkəməyə daxil olduqdan sonra Katiblik tərəfindən şikayətçiyə mü-
vafiq cavab verilir. Zəruri olarsa əlavə məlumat və sənədlər tələb edilə bilər (79,
20). Məhkəmənin reqlamentinin 45-ci maddəsinə əsasən, Konvensiyanın 33-cü
və ya 34-cü maddələrinə əsasən verilmiş ərizə yazılı formada verilir və şikayətçi
və ya onun nümayəndəsi tərəfindən imzalanır. Qeyri-hökumət təşkilatları və ya
şəxslər qrupu tərəfindən verilən ərizələr isə bu təşkilatı və ya şəxslər qrupunu
təmsil edən şəxs tərəfindən imzalanır. Şikayətçi öz nümayəndəsindən istifadə
edirsə, bu nümayəndə vəkalətnaməyə malik olmalıdır.
Reqlamentin  47-ci  maddəsinə  müvafiq  olaraq,  Konvensiyanın  34-cü
maddəsinə əsasən verilmiş istənilən şikayət əgər müvafiq seksiyanın sədri başqa
cür qərar qəbul etməzsə, Katiblik tərəfindən verilən rəsmi blankda təqdim olunur.
Şikayət ərizəsində aşağıdakılar göstərilməlidir:
- şikayətçinin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, cinsi, məşğuliyyət
növü və ünvanı;
- əgər nümayəndə varsa, onun adı, soyadı, məşğuliyyət növü və ünvanı;
Avropa İnsan Hüquqları Məhkəməsi
107


- hərəkətlərindən şikayət edilən iştirakçı-dövlətin (dövlətlərin) adı;
- faktların qısa xülasəsi;
- pozulduğu elan edilən Konvensiya müddəalarının qeyd edilməsi və mü-
vafiq arqumentlərin göstərilməsi;
- Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan, ərizənin
qəbul  edilmə  şərtlərinin  (bütün  dövlətdaxili  hüquq  müdafiə  vasitələrinin
tükənməsi və «altı aylıq müddət qaydası») yerinə yetirilməsinin təsdiqi;
- şikayətin məqsədi (və ya predmeti) və Konvensiyanın 41-ci maddəsinə
müvafiq olaraq ədalətli kompensasiya haqqında tələbin göstərilməsi; həmçinin
əlavə kimi:
- işə aid olan bütün sənədlərin, əsasən də, məhkəmə qərarlarının surətləri.
Həmin maddənin 2-ci bəndinə əsasən, şikayətçi, həmçinin:
- Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan şərtlərin
(bütün dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi və «altı aylıq müddət
qaydası») yerinə yetirildiyini təsdiq edən informasiya, ilk növbədə yuxarıda qeyd
edilən sənədləri təqdim etməlidir;
- bu şikayətin digər beynəlxalq orqana verilib-verilmədiyini göstərməlidir.
Şikayətçi müraciətlə bağlı hər bir dəyişiklik haqqında, o cümlədən ünvan
dəyişikliyi haqqında Məhkəməni məlumatlandırmalıdır (79, 13-20).
Adının  açıqlanmasını  istəməyən  ərizəçi  bunu  əsaslandırmalı  və  bunu
doğuran  səbəbləri Məhkəməyə  bildirməlidir.  İstisna  və  kifayət  qədər
əsaslandırılmış hallarda Palata Sədri bu anonimliyin saxlanılması barədə qərar
verə bilər. 
Onu da vurğulamaq lazımdır ki, ərizəçi məhkəmə rüsumlarından azad edilir.
Artıq qeyd etdiyimiz kimi, şikayətin rəsmi təqdim olunması üçün Məhkəmə
Katibliyi tərəfindən şikayətçiyə xüsusi ərizə forması (formulyar) göndərilir. Bu
blank rəsmi sənəddir və şikayətin Avropa Məhkəməsi tərəfindən baxılması üçün
əsasdır. Buna görə də, o, tam və dəqiq doldurulmalıdır.
Ərizə  forması  8  bölmədən  ibarətdir.  I  bölmə  «Tərəflər»  adlanır  və  iki
hissədən  ibarətdir:  «A»  (ərizəçi)  və  «B»  (cavabdeh-dövlət).  «A»  hissəsində
şikayətçinin adı, soyadı, cinsi, vətəndaşlığı, məşğuliyyəti, doğulduğu tarix və yer,
daimi yaşadığı ünvan, telefon nömrəsi, əgər nümayəndə tərəfindən təmsil olu -
nursa,  bu  nümayəndənin  adı,  soyadı,  məşğuliyyəti,  ünvanı,  telefon  nömrəsi
göstərilir. Nümayəndə qismində Konvensiya iştirakçısı olan hər hansı dövlətdə
vəkillik  təcrübəsinə  malik  olan  və  ya  vəkil  kimi  fəaliyyət  göstərən  və  bu
dövlətlərin birinin ərazisində daimi yaşayan və ya Məhkəmənin Palatasının Sədri
ilə razılaşdırılan digər şəxs çıxış edə bilər. Belə olan halda, Məhkəmənin Katib-
liyi yazışmanı şikayətçinin nümayəndəsi ilə aparır. Əgər şikayət iki və ya daha
Zaur  Əliyev
108


artıq  şəxs  tərəfindən  verilirsə,  onların  hər  biri  haqqında  tələb  olunan  dolğun
informasiya verilməlidir. «B» hissəsində isə, barəsində şikayət verilən dövlətin
adı göstərilir.
«Faktların xülasəsi» adlanan II bölmədə isə, müraciətin predmetini təşkil
edən faktlar dəqiq və aydın şəkildə sadalanmalı, hadisə baş vermə ardıcıllığı ilə
təsvir edilməli, tarixlər dəqiq göstərilməlidir.
III bölmədə şikayətçinin fikrincə, baş verən pozuntunun Konvensiyaya və
ya əlavə Protokollara zidd olması, habelə bu barədə şikayətçinin arqumentləri və
onları  təsdiq  edən  halların  şərhi  öz  əksini  tapmalıdır.  Bununla  yanaşı,
Konvensiyanın və əlavə Protokolların konkret normalarına istinad etməklə, ik-
inci  bölmədə  sadalanan  faktların  bu  normalarla  ziddiyyət  təşkil  etməsi
əsaslandırılmalıdır. Konvensiyanın bəzi maddələri ilə təminat verilən bir sıra
hüquqların qanun çərçi vəsində məhdudlaşdırılmasına yol verilir (məsələn, 8-11-
ci maddələr). Əgər şika yətdə belə maddələrə istinad edilirsə, bu halda onlarda
nəzərdə tutulan məhdudlaşdırıcı halların konkret iş üzrə, konkret halda hansı
səbəbdən hüquqi əsasının olmadığı şikayətçi tərəfindən əsaslandırılmalıdır.
IV bölmədə şikayətçi tərəfindən istifadə edilən bütün dövlətdaxili hüquq
müdafiə vasitələri haqqında məlumat öz əksini tapmalıdır. Bununla əlaqədar iş
üzrə müvafiq milli orqanlar tərəfindən çıxarılan qərarlar xronoloji ardıcıllıqla
göstərilməli və əgər istifadə edilməyən dövlətdaxili hüquq müdafiə vasitəsi qa -
lıbsa, ondan istifadə edilməməsinin səbəbləri əsaslandırılmış şəkildə izah olun -
malıdır.
V bölmədə şikayətin predmeti qısa şəkildə şərh edilməklə, Məhkəmədən
hansı nəticələrin gözlənildiyi konkret göstərilməlidir. Həmçinin, Konvensiyanın
41-ci  maddəsinə  müvafiq  olaraq,  ədalətli  kompensasiya  üzrə  ümumi  tələb
bildirilməlidir.
VI bölmədə, əgər şikayətə başqa beynəlxalq orqanda baxılıbsa, bu haqda
ətraflı  məlumat  verilməli,  beynəlxalq  instansiyanın  adı,  gəldiyi  nəticə,  tarix,
habelə onun qəbul etdiyi qərarın surəti əlavə edilməlidir.
VII bölmədə anketə əlavə olunan, iş üzrə çıxarılan və ərizədə qeyd edilmiş
məhkəmə qərarlarının, habelə Məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilən
hər hansı digər sənədlərin (dindirmə protokolu, şahid ifadələri və s.) surətlərinin
siyahısı göstərilir.
VIII bölmədə qeyd olunur ki, «Mən, aşağıda imza edən, təsdiq edirəm ki,
bu sənəddə qeyd olunan bütün məlumatlar doğrudur». Şikayətçinin imzası qeyd
edilir. Ərizəni nümayəndə imzalayırsa, bu halda şikayətçi tərəfindən imzalanan
etibarnamə ərizəyə əlavə edilməlidir.
Konvensiyanın  35-ci  maddəsinə  əsasən, Məhkəmə  yalnız  beynəlxalq
Avropa İnsan Hüquqları Məhkəməsi
109


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə