Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə50/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   85

istənilən mərhələsində Palatanın Sədri əgər onun fikrincə, vəkilin və ya digər
təsdiq olunmuş nümayəndənin fəaliyyəti belə hesab etməyə imkan verir ki, bu
şəxs müraciət edən tərəfi artıq təmsil edə bilmir və ya artıq ona kömək edə bilmir,
Palatanın Sədri bu şəxsin iddiaçını artıq təmsil edə bilməməsi və şikayətçinin
digər nümayəndə təyin etməsi barədə qərar çıxara bilər. Vəkil və ya digər təsdiq
edilmiş nümayəndə, yaxud öz maraqlarını özü müdafiə etmək istəyən ərizəçi
Məhkəmənin rəsmi dillərindən (ingilis və fransız) birini kifayət edəcək səviyyədə
bilməlidir. Lakin Palatanın Sədri, rəsmi dil olmayan başqa bir dilin (Konven -
siyanın üzv-dövlətlərinin rəsmi dillərindən biri) işlədilməsinə razılıq verə bilər.
Məhkəmə dinləmələrində ərizəçi ilə, həmçinin onun nümayəndələri ilə ünsiyyət
Məhkəmənin rəsmi dillərindən birində aparılır. Lakin Palatanın Sədri prosesi
Konvensiyanın iştirakçı dövlətlərinin birinin rəsmi dilində aparılmasına razılıq
verə bilər. Əgər belə razılıq verilmişsə, bu halda, ərizəçinin qeyd və fikirlərinin
şifahi və ya yazılı tərcüməsini təmin etmək məqsədilə Katib zəruri tədbirlər görür.
Konvensiyanın  iştirakçı-dövlətləri  və  ya  üçüncü  şəxslərlə  istənilən  ünsiyyət,
həmçinin  onların  fikir  və  bildirişləri  Məhkəmənin  rəsmi  dillərindən  birində
olmalıdır. Palatanın Sədri rəsmi olmayan dildən istifadə edilməsinə razılıq verə
bilər. Belə razılıq verilibsə, bu halda belə xahişlə müraciət edən tərəf, şifahi və ya
yazılı fikir və rəylərin şifahi və ya yazılı formada ingilis və ya fransız dilinə
tərcümə edilməsinin təmin edilməsinə cavabdehdir. İstənilən şahid, ekspert, yaxud
başqa şəxs iki rəsmi dildən birini kifayət qədər bilmirsə, Məhkəmədə öz ana
dilində çıxış edə bilər. Bu halda Katib şifahi və ya yazılı tərcüməni təmin etmək
üçün zəruri tədbirləri görür.
İş üzrə tərəfi neçə nəfərin təmsil etməsinə baxmayaraq dinləmələrdə adətən
onlardan biri çıxış edir. Hər bir tərəf adətən iki dəfə çıxış edir: şikayətçi tərəfindən
şikayətin əsaslandırılması və qarşı tərəfin etirazı, sonra isə deyilənlərə əsasən fikir
mübadiləsi. Məhkəmə qarşısına çıxmış hər bir şəxsə hakimlər suallar verə bilər.
Əgər tərəf üzürlü səbəb olmadan iclasa gəlməmişsə, bununla belə Palata hesab
etsə ki, bu ədalət mühakiməsinin həyata keçirilməsinə zidd deyil, dinləmə keçirilə
bilər. Məhkəmə dinləmələri adətən 3-4 saat çəkir.
Prosesdə üçüncü tərəfin iştirakı. Konvensiyanın «Üçüncü tərəfin iştirakı»
adlanan 36-cı maddəsinə əsasən, Palataların birində və ya Böyük Palatada olan bü -
tün işlərdə vətəndaşı şikayətçi olan Razılığa gələn hər bir Yüksək Tərəfin yazılı
qeyd lər təqdim etmək və dinləmələrdə iştirak etmək hüququ vardır. Ədalət mü  -
ha kiməsinin lazımi qaydada həyata keçirilməsi naminə Məhkəmənin Sədri işdə
tərəf olmayan istənilən Razılığa gələn Yüksək Tərəfi və ya şikayətçi olmayan
istənilən maraqlı şəxsi yazılı qeydlər təqdim etmək və ya dinləmələrdə iştirak
etmək üçün dəvət edə bilər.
Zaur  Əliyev
128


Üçüncü tərəf qismində prosesdə iştirak etmək üçün icazə verilməsi haqqında
edilən sorğu kifayət qədər əsaslandırılmalı və Məhkəmənin rəsmi dillərindən
birində təqdim olunmalıdır. Məhkəmədə üçüncü tərəf kimi dövlətlər, ayrı-ayrı
şəxslər, qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.
Prosesdə  üçüncü  tərəfin  iştirakı  ilə  əlaqədar  bir  neçə  misallar  göstərək.
Məsələn, «Pretti Birləşmiş Krallığa qarşı» işi üzrə - «Könüllü Evtanaziya Cəmiy -
yəti» və «İngiltərə və Uelsin Katolik Yepiskopları Konfransı Təşkilatı»; «K.K.C.
Niderlanda qarşı» işi üzrə - BMT-nin Qaçqınların işləri üzrə Ali Komis sarı və Ru -
si ya Hökuməti; «A. Birləşmiş Krallığa qarşı» işi üzrə - Avstriya, Bel çika, Nider-
land, Fransa, Finlandiya, İrlandiya, İtaliya və Norveç hökumətləri; «Hetton və
baş qaları Birləşmiş Krallığa qarşı» işi üzrə - «Yer kürəsinin dostları» təşkilatı və
«Bri taniya aviaxətləri» təşkilatı; «Bleçiç Xorvatiyaya qarşı» işi üzrə - ATƏT-in Bos -
 niya və Hersoqovinadakı nümayəndəliyi prosesdə üçüncü tərəf kimi iştirak etmişlər.
Son  dövrlər  hüquq  müdafiə  təşkilatlarının  prosesdə  üçüncü  tərəf  kimi
iştirakı halları çoxalmışdır. Məsələn, «Makkan və başqaları Birləşmiş Krallığa
qarşı», «Con Mürrey Birləşmiş Krallığa qarşı», «Çahal Birləşmiş Krallığa qarşı»
işləri üzrə - Beynəlxalq Amnistiya; «Şanaxan Birləşmiş Krallığa qarşı» işi üzrə -
Şimali İrlandiya İnsan hüquqları komissiyası; «Nikula Finlandiyaya qarşı», «MC
Bolqarıstana qarşı», «İncal Türkiyəyə qarşı» işləri üzrə - «INTERIGHTS» təş ki -
latı; «Mamatkulov və Abdurəsuloviç Türkiyəyə qarşı» işi üzrə - Beynəlxalq hü -
quq şünaslar komissiyası dinləmələrdə üçüncü tərəf kimi iştirak edərək özlərinin
yazılı qeydlərini təqdim etmişlər (115, 97-101).
Məhkəmə istənilən müvafiq məsələ ilə əlaqədar informasiya almaq, bu
barədə öz fikrini bildirmək və ya məruzə hazırlamaq xahişi ilə öz seçimi ilə istə -
ni lən şəxsə və ya təşkilata müraciət edə bilər. Məsələn, «Belçika milli polis ittifaqı
Bel çikaya qarşı» işi üzrə prosesdə Məhkəmə, həmin ittifaqın baş katibini din -
ləmişdir.
Qeyd  etmək  yerinə  düşərdi  ki, Avropa  Şurasının  İnsan  Hüquqları  üzrə
Komissarı Palata və Böyük Palatada olan bütün məhkəmə işlərinə dair yazılı
şəkildə şərhlər verə və dinləmələrdə iştirak edə bilər.
İclasın protokolu və dinləmələrin başa çatması. Palatanın qərarına əsasən,
iclasın protokolu Katib tərəfindən hazırlanır. Protokolda əsasən aşağıdakılar qeyd
olunur:
- iclas zamanı Palatanın tərkibi;
- Məhkəmə qarşısında çıxış edən şəxslərin siyahısı;
- dinləmələrdə çıxış edən şahidlərin, ekspertlərin və istənilən digər şəxslərin
adı, soyadı və şəxsiyyəti haqqında digər məlumatlar;
- proses zamanı verilən bəyanatların, sualların və cavabların məzmunu;
Avropa İnsan Hüquqları Məhkəməsi
129


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə