Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

müdafiəsi məqsədilə), yuxarıda qeyd etdiyimiz kimi dövlət təşkilatları və digər
hakimiyyət funksiyalarını həyata keçirən və ya onların adından çıxış edən təşki -
lat lar Avropa Məhkəməsinə müraciət edə bilməzlər. Ombudsman - xüsusi statuslu
vəzifəli şəxsdir. Onu Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi nami -
zəd lər sırasından parlament seçir. Göründüyü kimi, ombudsman Konvensiyanın
34-cü maddəsinə müvafiq olaraq Avropa Məhkəməsinə müraciət edə bilməz.
Deməli, ombudsmanın vasitəsilə də Avropa Məhkəməsinə müraciət etmək olmaz.
Belə ki, dövlət təsisatlarının vasitəçiliyi ilə edilən şikayətləri Avropa Məhkəməsi
rədd edir. İkinci bir tərəfdən, qeyd olunduğu kimi, Konvensiyanın pozulması
Məhkəməyə müraciət edənə şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır. Digər
şəxsin və ya şəxslərin pozulmuş hüquqları ilə bağlı müraciətləri Avropa Məh kə -
mə si icraata qəbul etmir. Qeyd edildiyi kimi, Avropa Məhkəməsinə müraciət
etməzdən əvvəl bütün dövlətdaxili hüquq müdafiə mexanizmlərinin tükəndiril -
məsi üçün ombudsmana müraciət etmək zəruri deyildir. Yəni, Avropa Məhkəməsi
tərəfindən ombudsman Konvensiyanın 35-ci maddəsi baxımından tükəndirilməsi
vacib olan dövlətdaxili mexanizmlər sırasına aid edilmir. Fikrimizcə bunun əsas
səbəbi ondan ibarətdir ki, ombudsman hüquqi cəhətdən məcburi qərarlar qəbul
etmək, həmçinin məhkəmə qərarlarını ləğv etmək səlahiyyətinə malik deyildir.
Onu da vurğulamaq lazımdır ki, hər bir konkret halda, cavabdeh-dövlətin
hüquq sisteminin, əsasən də, məhkəmə sisteminin xüsusiyyətlərini və həmçinin,
müvafiq konkret işin spesifik cəhətlərini nəzərə alaraq, iddiaçı tərəfindən bütün
mümkün dövlətdaxili hüquq müdafiə vasitələrindən istifadə olunub-olunmaması
haqqında məsələni Məhkəmə özü həll edir. Məsələn, bəzi hallarda Məhkəmə, əri-
zəçinin müdafiəçidən imtina etməsini bütün dövlətdaxili vasitələrin tükənməməsi
kimi qiymətləndirmişdir. Yaxud, Konvensiyanın 10-cu maddəsinin pozulması ilə
bağlı «Əhməd Sadıq Yunanıstana qarşı» işində (1996-cı il) Məhkəmə, Konven si -
yanın Yunanıstanın hüquq sisteminin tərkib hissəsini təşkil etdiyini əsas gətirərək,
iddiaçının  milli  məhkəmə  instansiyalarının  heç  birində  Konvensiyanın  10-cu
maddəsinin pozulmasını iddia etməməsini qeyd etmiş və bunu bütün dövlətdaxili
vasitələrin (geniş mənada) tükənməməsi hesab edərək işə baxılmasından imtina
etmişdir (138, 51).
Daxili  hüquqi  müdafiə  vasitələrinin  tükəndirilməsi  sadəcə  ərizələrin
müvafiq daxili məhkəmələrə verilməsini tələb etmir, həm də bu vasitələrdən artıq
qəbul olunmuş qərarların dəyişdirilməsi məqsədilə istifadə olunmasını tələb edir.
O,  həmçinin  tələb  edir  ki,  sonradan Avropa  Məhkəməsinə  verilməsi  nəzərdə
tutulan şikayətlər ən azı mahiyyəti üzrə və daxili qanunvericilikdə nəzərdə tu tul -
muş formal tələblərə və müddətlərə uyğun olaraq öncə daxili məhkəmələrə veril -
məlidir. Hətta daxili məhkəmələr Konvensiyaya əsasən işə öz təşəbbüsləri ilə
Zaur  Əliyev
100


baxmaq hüququna malik olsalar və ya baxmağa borclu olsalar belə, bu, ərizəçini
həmin məhkəmələrdə Konvensiyaya istinad etmək və ya onların qar şısında eyni
və ya oxşar arqumentlər qaldırmaq vəzifəsindən azad etmir; beləliklə, ərizəçi
onların diqqətini sonradan zərurət olduqda Avropa nəzarətinə görə cavabdeh olan
orqanlar qarşısında qaldırmaq istədiyi problemə cəlb etmiş olur.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının qanunveri ci -
liyinə əsasən, Avropa İnsan Hüquqları Konvensiyası milli hüquq sisteminin tərkib
hissəsini təşkil edir. Belə ki, Konstitusiyanın 148-ci maddəsinin II bəndinə əsasən,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanun veri -
cilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Məhkəmənin təcrübəsində elə hallara rast gəlinir ki, Məhkəmə, iddiaçının
Ali Məhkəməyə, yəni müvafiq dövlətdə son məhkəmə instansiyasına müraciət
etməməsini dövlətdaxili müdafiə mexanizmlərinin tükənməməsi kimi qiymətlən -
dir məmişdir. Məsələn, 1996-cı il «Kiqan İrlandiyaya qarşı» işində Məhkəmə, ca -
vab deh-tərəfin, iddiaçının Ali Məhkəməyə müraciət etməməsi ilə əlaqədar olaraq
dövlətdaxili mexanizmlərin tükənməməsini göstərmək tələbini rədd edərək qeyd
etmişdir ki, Ali Məhkəmənin təcrübəsi göstərir ki, iddiaçının bu məhkəmə orqa -
nına müraciəti nəticəsiz qalacaqdı (70, 1-9).
2004-cü il «İsgəndər Həmidov Azərbaycana qarşı» işində isə əksinə, Məh -
kə mə iddiaçının apellyasiya məhkəməsinin qərarından şikayət etməməsini əsas
gətirərək, dövlətdaxili mexanizmlərin tükənmədiyini qeyd etmiş və işi icraata
qəbul etməmişdir (5, 137-140). Yaxud «Lətif Quliyev və Cərulla Ramazanov
Azərbaycana qarşı» işi üzrə qismən qəbuledilənliyə dair yekun qərarında Məh-
kəmə qeyd etmişdir ki, ərizəçilər apellyasiya məhkəməsinin qərarından kassasiya
şikayəti verə bilərdilər. Beləliklə, bu ərizəni təqdim etdikdən sonra ərizəçilərin
ixtiyarında dövlətdaxili səviyyədə daha bir hüquqi müdafiə vasitəsi vardı və həmin
vasitədən istifadə etməklə Məhkəmə qarşısında qaldırdıqları eyni şikayətləri daxili
məhkəmədə qaldıra bilərdilər (5, 217-222).
Məhkəmə  daxili  hüquq  vasitələrinin  tükənib-tükənməməsi  məsələsinə
baxarkən, əsasən aşağıdakı məqamlara diqqət yetirir:
- ilk növbədə, milli hüquqla nəzərdə tutulan hüquq müdafiə vasitələrinin
səmərəli olması. Bununla əlaqədar olaraq Məhkəmə bir sıra qərarlarında qeyd
etmişdir ki, dövlətdaxili hüquq müdafiə vasitələri, yalnız «kağız üzərində» deyil,
həmçinin təcrübədə də kifayət qədər səmərəli olmalıdır. Məsələn, «Tarverdiyev
Azərbaycana qarşı» işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmə qeyd et -
miş dir ki, daxili hüquq müdafiə vasitələri iddia edilən pozuntunun baş verməsinin
və ya davam etməsinin qarşısını almaq və ya artıq baş vermiş pozuntuya görə
kompensasiyanı təmin etmək baxımından «səmərəli» olmalıdır (5, 76). Yaxud
Avropa İnsan Hüquqları Məhkəməsi
101


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə