Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

hüququn ümumtanınmış normalarına müvafiq olaraq bütün dövlətdaxili hüquq
müdafiə  vasitələri  tükəndikdən  sonra  və  iş  üzrə  müvafiq  milli  orqanın  son
qərarınıın çıxarıldığı tarixdən 6 ay ərzində məsələyə baxa bilər. Məhkəmə 34-cü
maddəyə müvafiq olaraq verilmiş aşağıdakı şikayətlərə baxmır:
- anonim olan; və ya
- mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan, yaxud bey nəl -
xalq araşdırmanın və ya tənzimlənmənin digər prosedurunun predmeti olan və işə
aid yeni faktları əks etdirməyən. Məhkəmə, şikayətin Konvensiyanın və ya onun
Protokollarının müddəalarına uyğun olmadığını, açıq-aşkar əsassız və ya şikayət
hüququndan sui-istifadə olunduğunu, yaxud Konvensiya və ona dair Protokol-
larda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını
tələb etdiyi hallar istisna olmaqla ərizəçinın böyük zərərə məruz qalmadığını (yerli
məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə
bilməz) hesab etdikdə, 34-cü maddəyə müvafiq olaraq təqdim olun muş istənilən
fərdi şikayəti qəbuledilməz elan edə bilər. Məhkəmə bu maddəyə müvafiq olaraq,
qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd edir. O, bunu icraatın istə -
nilən mərhələsində edə bilər.
Şikayət ərizəsinin anonim olmaması
Konvensiyanın 35-ci maddəsinə müvafiq olaraq, Məhkəmə istənilən anonim
şikayəti rədd edir. Məhkəməyə müraciət edənin adı, soyadı açıq şəkildə göstəril-
məlidir. Müraciət edənin şəxsiyyətinin müəyyənləşdirilməməsi halında şikayət
icraata qəbul edilmir.
Bəzi hallarda Katibliyə, şəxsin adı və soyadı göstərilməyən, lakin geriyə
ünvanı  göstərilən  ərizələr  də  daxil  olur.  Bu  halda  Katiblik  həmin  ünvana,
şikayətçinin öz adını və soyadını göstərilməsini nəzərdə tutan məktubla müraciət
edir. Lakin onu da qeyd etmək lazımdır ki, şikayətin anonim olmasının yolveril -
məzliyi şərti şikayətçiyə Avropa Məhkəməsindən onun adının ictimaiyyətə açıq-
lanmamasını xahiş etmək hüququnu istisna etmir. Belə halda, Məhkəmə adətən öz
qə rarında şikayətçinin adını açıqlamır (məsələn, «B.v. France», «X. v. UK» və s.).
Şikayətə Avropa Məhkəməsində əvvəllər baxılmaması və eyni şikayətin
başqa beynəlxalq araşdırma orqanına verilməməsi
Məhkəmə mahiyyətcə artıq baxdığı məsələ ilə eyni olan, yaxud beynəlxalq
araşdırmanın və ya tənzimlənmənin digər prosedurunun predmeti olan və işə aid
yeni  faktları  əks  etdirməyən  şikayətlərə  baxmır.  Qeyd  etmək  lazımdır  ki,  bu
müddəa, hüququn ümumtanınmış prinsipi olan non bis in idem prinsipindən irəli
gəlir. Avropa Məhkəməsi tərəfindən əvvəllər mahiyyəti üzrə baxılmış şikayətlərin
Zaur  Əliyev
110


yenidən icraata qəbul edilməsinə yol verilmir. Bununla əlaqədar aşağıdakı hal-
larda Məhkəmə şikayəti qəbul etmir:
- şikayət Məhkəmədə əvvəl araşdırılmış məsələ ilə mahiyyət etibarilə eyni
olduqda;
-  şikayət  əvvəl  araşdırılmış  məsələ  ilə  müqayisədə  yeni  halları  ehtiva
etmədikdə.
Birinci halda, məsələn, adı açıqlanmayan şəxs Almaniyaya qarşı işində, həbs
edilmiş bir şəxsin şikayətinin Məhkəmə tərəfindən rədd edilməsindən sonra eyni
şikayətlə iddiaçının anası Avropa Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə
qərarında ərizəçilərin fərqli şəxslər olmasına baxmayaraq, şikayətlərin mahiyyət
etibarilə eyni olduğunu qeyd edərək, şikayət ərizəsinin icraata qəbul edilməməsi
haqqında qərar vermişdir. İkinci halda isə, ərizə çi lərin rədd edilməsi üçün daxil
olmuş yeni şikayətin işin mahiyyətini dəyişəcək yeni faktları ehtiva etməməsi
tələb  olunur.  Burada  əsas  məqam  ondan  ibarətdir  ki,  yeni  faktlar  Avropa
Məhkəməsinin  ilk  şikayəti  rədd  etmək  üçün  istinad  etdiyi  əsası  dəyişdirəcək
xarakterə malik olmalıdır. Belə xarakterə malik faktların mövcudluğu halında
təkrar şikayətlər icraata qəbul edilir. Məsələn, milli məhkəməyə müraciətinin
ağlabatan müddət ərzində baxılaraq yekunlaşdırılmamasından şikayət edən şəxsin
müraciəti Avropa Məhkəməsi tərəfindən ilkin olaraq rədd edilsə də, şikayətin
icraata qəbul edilməməsi haqqında qərarın verilməsindən sonra keçən müddət
ərzində işin baxışı yekunlaşdırılmamışsa, bu, yeni halların ortaya çıxması kimi
qiymətləndirilə  bilər.  Belə  ki,  Məhkəmə  həmin  müddəti  də  nəzərə  alaraq,
bütövlükdə işə baxılma müddətinin ağlabatan müddət həddini keçdiyi qənaətinə
gələrək işi icraata qəbul edə bilər.
Məhkəməyə göndərilmiş fərdi şikayətlər başqa bir beynəlxalq araşdırma
orqanına edilmiş müraciətlə mahiyyət etibarilə eyni olmamalıdır. Bu şərtə əməl
olun maması da şikayətin qəbul edilməməsi üçün əsasdır.
Şikayətin açıq surətdə əsaslandırılması
Konvensiyanın 35-ci maddəsinə əsasən, Məhkəmə açıq əsaslandırılmamış
şikayətləri qəbul olunmayan elan edə bilər. Məhkəmə şikayətin açıq surətdə əsas-
landırılması şərtinə əsaslanaraq onları rədd edərkən, əsasən, şikayətin kifayət
qədər  sübutları  ehtiva  etməməsinə  və  onun  Konvensiyanın  müddəalarının
pozulması nəticəsini doğurmaması faktına diqqət yetirir. Məsələn, bununla bağlı
Azərbaycana qarşı bir neçə işə nəzər salaq.
«Rəsul  Quliyev Azərbaycana  qarşı»  işində  ərizəçi,  Konvensiyanın  5-ci
maddəsinin 1-ci bəndinə əsasən, həbsi barədə qərarın qeyri-qanuni olması barədə
şikayət etmişdir. Bununla bağlı Məhkəmə qeyd etmişdir ki, «azadlıq hüququ»nu
Avropa İnsan Hüquqları Məhkəməsi
111


bəyan edərkən 5-ci maddənin 1-ci bəndi şəxsin fiziki azadlığını nəzərdə tutur və
onun məqsədi heç kəsin azadlıqdan özbaşına məhrum edilməməsini təmin etmək-
dir. Bu halda ərizəçinin həbsi barədə məhkəmə qərarının mövcud olmasına bax-
mayaraq, fiziki olaraq, ərizəçi həbsə alınmayıb və hazırda Amerika Birləşmiş
Ştatlarında yaşayır. Müvafiq olaraq, hələ «fiziki azadlıq»dan məhrum edilmədi -
yinə görə onun Konvensiyanın 5-ci maddəsinə əsasən qanunsuz həbsinə dair
şikayəti vaxtından əvvəl edilmiş şikayət sayılır. Eyni zamanda Məhkəmə qeyd
etmişdir ki, icra olunmamış həbs qərarının Konvensiyanın 5-ci maddəsinin 1-ci
bəndi  baxımından  «qanuni»
olub-olmamasının  Məhkəmə  tərəfindən
araşdırılmasına heç bir lüzum yoxdur. Beləliklə də, şikayət Konvensiyanın 35-ci
maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız olduğundan
rədd  edilmişdir (5,  148-149). «Fəridə  Kunqurova Azərbaycana  qarşı»  işində
ərizəçi öz şikayətində bildirmişdir ki, o, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi
pozulmaqla, faktiki törətdiyi cinayətdən daha ağır olan cinayətə görə məhkum
edilib və müvafiq surətdə ona daha ağır cəza təyin edilib. Şikayətçinin bu iddiası
ilə bağlı Məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi sadəcə cinayət
qanunvericiliyinin təqsirləndirilən şəxsin zərərinə retroaktiv tətbiqini qadağan
etmir, o həm də «cinayət qanununda nəzərdə tutulmayan əməl cinayət deyil» (nul-
lum crimen, nulla poena sine lege) prinsipini ümumi şəkildə təsdiq edir. Buna
görə  də,  Məhkəmənin  nəzarət  funksiyası  buna  əmin  olmaqdan  ibarətdir  ki,
təqsirləndirilən şəxs sonradan cinayətə görə məhkum edilməsinə səbəb olan əməli
törətdiyi anda həmin əmələ görə cəza nəzərdə tutan hər hansı qanunvericilik
norması qüvvədə olub və tətbiq edilmiş cəza həmin normada nəzərdə tutulan həddi
aşmayıb. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi törədildiyi anda cinayət
sayılmayan hərəkətə görə məhkum edildiyini və ya tətbiq edilməli olan cəzadan
daha ağır cəzanın tətbiq edildiyini göstərən hər hansı arqument təqdim etməyib.
O, 1 sentyabr 2000-ci ildən qüvvədə olan və sözügedən vaxtda tətbiq edilən
Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən məhkum edilib. Ərizəçiyə tətbiq
edilmiş cəza həmin müddəada nəzərdə tutulmuş həddi aşmayıb. Buna görə də,
Məhkəmə hesab etmişdir ki, ərizəçinin Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi
üzrə şika yə ti əsassızdır (5, 191-192)«Valentina Akimova Azərbaycana qarşı»
işində əri zə çi bildirmişdir ki, mənzili başqa şəxslər tərəfindən zəbt olunduğuna
görə ailəsi ilə birlikdə öz evində yaşaya bilməyib. Buna görə də, o və ailə üzvləri
bir neçə il qo humlarının evlərində yaşamağa məcbur olublar və nəticədə onun
mənzil toxu nulmazlığına hörmət hüququ pozulub. Lakin Məhkəmə qeyd etmişdir
ki, ərizəçi heç vaxt həmin mənzildə məskunlaşmamış, hər hansı müddət ərzində
orada heç vaxt yaşamamış və ona məxsus olan əşyaları oraya köçürməmişdi.
Məhkəmə  eyni  zamanda  bildirmişdir  ki,  görünür,  ərizəçi  qohumları  ilə  birgə
Zaur  Əliyev
112


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə