19
1.4. İlk dəfə doğuş zamanı yardım üçün müraciət edən İİV
infeksiyalı hamilə qadınlar
Doğuşdan əvvəl yardım almamış hamilələr, çox vaxt əhalinin
həssas qrupuna aiddirlər. Yüksək İİV infeksiyası riski olması ilə
əlaqədar bu kimi hamilələrdə onların İİV statusunu qiymətləndirmək
vacibdir (B). Bu hallarda qadınlara ekspress-müayinədən keçmək
təklif olunur. İİV-ə ekspress-müayinədən keçirilməsindən əvvəl,
qadına müayinədən əvvəl məsləhət və ekspress-müayinənin
nəticələri alındıqdan sonra isə müayinədən sonrakı məsləhət
keçirilməlidir.
Pasiyent testin keçirilməsinə məlumatlandırılmış razılıq
verdikdən sonra ekspress-müayinə keçirilir.
Müayinə nəticələrinin açıqlanması:
Ekspress müayinənin mənfi nəticəsi İİV infeksiyasının olmamağı
kimi qiymətləndirilir. Əgər hamiləliyin son 3 ayı ərzində
infeksiya riski mövcuddursa, qadına İİV-ə təkrar müayinədən
keçmək məsləhət görülür.
Müsbət nəticə İİV infeksiyasının mövcudluğunu təsdiq edən ilkin
nəticə hesab edilir.
İİV-ə ekspress müayinənin müsbət nəticəsi olduğu halda,
məsləhətçi qadına başa salmalıdır ki, İİV-ə aparılan ekspress
müayinənin nəticəsi ilkin olmasına baxmayaraq, ona və onun uşağına
virusun ötürülməsi riskinin azalması üçün virusa qarşı dərman
vasitələri qəbul etmək lazımdır. Müayinədən sonra məsləhətvermə
aparılır.
Məsləhətvermə və müayinə məxfilik prinsiplərinə uyğun olaraq
keçirilir.
Qadınla onun İİV statusu barədə partnyoru, qohum və ya yaxın
tanışlarını məlumatlandırmaq imkanı müzakirə edilir.
Qadın ona və uşağına ARV profilaktikasının keçirilməsinə razılıq
verdiyi təqdirdə, o məlumatlandırılmış razılığı imzalayır.
Ekspress müayinə ilə eyni zamanda qanın İİV-ə İFA üsulu ilə
standart yoxlanması həyata keçirilməlidir.
Müayinədən sonrakı məsləhətvermə İİV-ə testin İFA və
immunoblottinq üsulu ilə aparılmış müayinənin nəticəsini
aldıqdan sonra aparılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
Təsdiqedici müayinələrin nəticələrinin ana və uşağın
xəstəxanadan evə yazılmasından əvvəl məlum olmasına çalışmaq
lazımdır.
Cədvəl 4. Doğuş anında yardım üçün ilk dəfə müraciət edən İİV
infeksiyalı hamilə qadınlar
(hamiləlik zamanı ART qəbul etməmişlər)
Klinikaya
daxil olma
zamanı
Doğuş zamanı
ARV
profilaktika
Doğuşdan sonra
ARV profilaktika
Doğuş üsulları
Doğuş
zamanı
Zidovudin 300
mq uşağın
doğumundan
əvvəl hər 3 saatda
+
lamivudin 150 mq
doğuş başlayanda
və sonra uşaq
doğulana qədər
hər 12 saat
+
nevirapin 200 mq
doğuş prosesi
zamanı 1 dəfə
Ana
1
:
zidovudin 300 mq +
lamivudin 150 mq
doğuşdan sonra 7 gün
ərzində gündə 2 dəfə.
Uşaq
2
:
zidovudin (sirop)
3
4 mq/kq 4 həftə
ərzində gündə 2 dəfə
+
lamivudin 2 mq/kq 4
həftə ərzində gündə 2
dəfə
+
nevirapin 2 mq/kq bir
dəfə;
Doğulduqdan sonra
48 – 72 saat ərzində
başlamaq
4
Təbii doğuş
5
.
İnvaziv mama
müdaxilələri,
xüsusilə də dölün
başına elektrodun
qoyulmasından və
epiziotomiyadan
çəkinmək lazımdır.
Qeydlər:
1
ART-nin sonrakı taktikası və doğuş zamanı İİV infeksiyası aşkar olunmuş qadınların
aparılması, CD4-ün sayı, VY və kliniki müayinənin nəticələrindən asılı olacaqdır
(müayinələr doğuşdan dərhal sonra aparılmalıdır).
2
Əgər ana doğuş zamanı zidovudin və lamivudinlə profilaktika alıbsa, uşağa zidovudin və
lamivudini doğulduqdan sonra 8—12 saat arasında vermək lazımdır, və əgər ana doğuş
zamanı ARV profilaktikası almayıbsa, o zaman qeyd olunan dərman vasitələrinin qəbuluna
doğulandan sonra mümkün qədər tez başlamaq lazımdır.
3
Vaxtından tez yenidoğulanlar üçün zidovudinin dozası 1,5 mq/kq v/d və yaxud 2,0 mq/kq
daxilə təşkil etməlidir.
4
Əgər ana nevirapin qəbul etməyib və yaxud nevirapinin qəbulundan uşağın doğulmasına
gədər iki saatdan az vaxt keçibsə,
nevirapinin bir dozasını uşağa doğulduqdan dərhal sonra,
ikinci dozanı isə həyatının 72-ci saatında vermək lazımdır.
5
Əgər aktiv doğuş fəaliyyəti qeyd olunmursa və döl qişaları tamdırsa, KƏ-ni təklif etmək
olar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
İİV(+) hamilələrdən olan yenidoğulmuşlar doğulan gündən ART
almalıdırlar
(A).
1.5. Aktiv vərəmi olan İİV infeksiyalı hamilə qadınlarda AUÖP
Aktiv vərəmi olan İİV infeksiyalı hamilə qadınlarda ilk
növbədə vərəmin müalicəsini aparmaq lazımdır.
Vərəmə qarşı birinci sıra dərman vasitələrinin əksəriyyəti
hamiləlik zamanı istifadə edilərkən təhlükəsizdir. Döl üçün
ototoksik olan streptomisin istisna təşkil edir. Bu dərman
vasitəsini hamiləlik (meninqitli pasiyentlər istisna olmaqla) və
ana südü ilə qidalandırma zamanı (uşaqlarda ciddi əks təsirlər
mümkündür) istifadə etmək olmaz. Bundan başqa, rifampisin və
etambutol kimi dərman vasitələrindən hamiləliyin birinci
trimestrində istifadə etmək məsləhət görülmür.
Əgər vərəmin müalicəsi uzun müddətlidirsə, AUÖ-nin ARV
profilaktikası vərəmə qarşı aparılan müalicə fonunda keçirilir.
Tərkibində nevirapin olan ART sxemləri dərmanların qarşılıqlı
təsiri səbəbindən rifampisinlə birgə təyin olunmamalıdır.
AUÖP üçün ART sxemi daxilində Pİ
(lopinavir/ritonavir) qəbul
edən İİV infeksiyalı hamilə qadına, vərəmin müalicəsi zamanı
rifampisinə təhlükəsiz alternativ kimi rifabutini günaşırı 150 mq
dozada (və yaxud həftədə 3 dəfə) təyin etmək olar, belə ki,
rifabutin YAART sxemində Pİ-nin istifadəsinə imkan yaradır.
Əgər rifampisin əvəzinə rifabutin istifadə olunursa, AUÖP üçün
ART sxemləri yuxarıda təsvir edildiyi kimi eyni olaraq qalır.
Rifabutinin səviyyəsi lopinavir/ritonavirin fonunda yüksələ bilər,
ona görə bəzən rifabutinin dozasını azaltmaq tələb olunur.
Qaraciyər fermentlərinin aktivliyinə diqqətlə nəzarət etmək
lazımdır.
2. İnyeksion narkotik qəbul edən İİV infeksiyalı hamilələrin
aparılması
Narkotik qəbul edən hamilələrdə ağırlaşma riski yüksəkdir. Belə
qadınların aparılması zamanı, narkotik asılılığın hamiləliyə, dölə və
onların fərdi sağlamlığına mümkün mənfi təsirlərini nəzərə almaq
lazımdır (cədvəl 6).
Narkotik qəbul edən hamilələr narkoloqla birğə aparılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.