Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/155
tarix30.12.2023
ölçüsü2,8 Kb.
#166465
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

ifadəli oxu
adlandırmağın 
qeyri-mümkün olduğu ideyasını irəli sürmüşdür. Onun fikrincə
əsəri öyrənmək üçün oxuyuruqsa, bu, 
məntiqi
oxudur. Lakin öyrən-
dikdən sonra onun məzmun və ideyasını emosional şəkildə başqa-
larına çatdırmaq məqsədi ilə olan oxu ifadəli oxudur.”
1
A.Babayevin fikrincə, müəllim özü ifadəli oxunun mahir ustası 
olmalıdır. Ancaq bu zaman o, ilk (ifadəli) oxunun qarşısında duran 
vəzifələri yerinə yetirmiş olar. Müəllim ilk oxuya ciddi hazırlaş-
malıdır. Bu, müəllimdən başqa dərs tipinə nisbətən heç də az diqqət 
və bacarıq tələb etmir. Lakin müşahidələr göstərir ki, bir sıra 
müəllimlər buna lazımi əhəmiyyət vermir, ilk oxunu sadə və asan 
proses hesab edirlər. Bədii əsərlə şagirdlərin ilk tanışlığı, xüsusilə 
canlı, maraqlı, onların fikirlərini, hislərini və yaradıcı təxəyyüllərini 
oyadan, yaddaqalan olmalıdır.
İlk oxu əsərin ideya-bədii məzmununu xüsusi tələffüz vasitələri 
ilə (intonasiya, pauza) nitqin ahəngdarlığı və s.) şagirdlər üçün 
açmalıdır. 
Bəzi müəllimlər oxunun məqsədini, bu və ya digər iş mərhə-
ləsinin xarakterini, aparıcı rolunu düzgün müəyyənləşdirmir və 
beləliklə, nəticədə metodik səhvlərə yol verirlər. Məsələn, bəzən 
müəllim eyni vaxtda iki işi yerinə yetirmək istəyir: əsərlə ilk tanışlıq 
və şagirdlərin ifadəli oxu vərdişlərinə aid təmrinlər aparmaq. Bu 
zaman ilk oxu bir neçə şagird tərəfindən kiçik hissələr üzrə aparılır, 
müəllim oradaca şagirdlərin buraxdıqları səhvləri düzəldir. Nəticədə 
oxu zamanı tez-tez fasilə vermək lazım gəlir ki, bu da əsərin tam 
qavranılması prosesini pozur. Oxu zamanı müəllimlərin tez-tez 
düzəlişlər şagirdlərə nəinki öz səhvlərini başa düşməyə, həm də oxu 
qaydalarına yiyələnməyə imkan vermir, dərsin heç bir məqsədi 
yerinə yetirilmir. Buna görə də müəllim oxu zamanı tez-tez izahat 
1
Əhmədov B. Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları. Bakı: 
maarif, 1974, s. 6.


52 
və düzəliş verməkdən qaçmalıdır. O, şagirdin buraxdığı səhvi qeydə 
almalı (və ya yadda saxlamalı), oxudan sonra lazımi izahat və 
düzəliş verməlidir. 
Məzmunun möhkəmləndirilməsi məqsədilə aparılan ikinci oxu 
isə, xüsusən lirik və satirik əsərlərin tədrisi zamanı mətnin izah 
edilməsi formasında aparılır. Əsərin təhlilindən sonra həcmcə bö-
yük olmayan əsərlər və ya irihəcmli əsərlərin bir hissəsi oxudulur ki, 
bu da əsərin əzbərlənməsinə (şeirdirsə) hazırlıq məqsədi, ifadəli oxu
vərdişlərinin inkişafı üçün hazırlıq məqsədi daşıyır, həmçinin 
keçilmişlərin təkrarına və möhkəmləndirilməsinə xidmət edir.
1
Ana dilinin tədrisi prosesində şagirdlərə ifadəli oxu bacarıqla-
rının aşılanmasının zəruriliyini qeyd edən Y.Kərimov yazır ki, 
ifadəli oxu müəllifin əsərdə verdiyi fikrin, hislərin dinləyiciyə tam 
aydın, obrazlı şəkildə, ucadan çatdırılmasıdır. Mətnin ifadəli oxusu 
prosesində oxucu bədii və ideya məzmununa daxil olmaqla obraz-
ların, lövhələrin xarakter xüsusiyyətlərini açmalı, hadisələrə, qəhrə-
manların hərəkətlərinə, daxili aləminə müəllifin münasibətini, his-
lərini dəqiq göstərməli, əsərə xas olan əsas emosional tonallığı 
verməlidir.
İfadəlilik şüurluluqla qarşılıqlı əlaqədə inkişaf edir. Oxunun 
ifadəliliyinin təmin edilməsi üçün ilkin şərt mətnin məzmununun 
şüurlu mənimsənilməsidir. İfadəlilik isə öz növbəsində oxu prose-
sinin şüurluluğunu təmin edir.
2
D.Məmmədovun tədqiqatında ifadəli oxunun əsərin məzmunu-
nun mənimsənilməsində, bədiiliyin dərk edilməsində rolu yüksək 
qiymətləndirilir. Metodist alimin “İfadəli oxu üzrə metodik göstə-
rişlər” vəsaitində oxu sənətinin tarixi, ifadəli oxunun əhəmiyyəti
dərsdə ifadəli oxudan istifadə imkanları, şagirdlərə ifadəli oxu 
bacarığının formalaşdırılması üzrə görülən işlərin məzmunu, ifadəli 
oxu üçün zəruri olan texniki şərtlər və s. bağlı metodik göstərişlər 
verilmişdir.
3
1
Babayev A. V sinifdə ədəbiyyat dərsləri. Bakı: Maarif, 1975, s. 8-9 
2
Kərimov Y. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı: Maarif, 1997, 
s. 192. 
3
Məmmədov D. İfadəli oxu üzrə metodik göstərişlər. Bakı: APİ, 1975, s. 52.


53 
B.Muradovun fikrincə, ifadəli oxu şagirdlərdə əsərdən aldığı
təəssüratı dolğunlaşdırmaqla bərabər, onun məzmununu daha dərin-
dən qavramağa kömək edir. Bütün müəllimlər tədris etdikləri əsəri 
ifadəli oxumağı bacarmalı və özləri nümunə göstərməlidir... Bundan 
əlavə, bədii söz ustalarının ifasında lent yazısı və ya videoyazı 
olduqda, o, sinifdə səsləndirilir. 
Mətnin xüsusiyyətindən və sinifdəki şəraitdən asılı olaraq, ifa-
dəli oxunun fərdi, kollektiv, dramatik ( rollar üzrə), xorla oxu kimi 
növlərindən istifadə edilir. 
...Oxucu birinci növbədə əsərin məzmununu və məfkurəsini 
daha qabarıq vermək məqsədini qarşıya qoymalıdır. Oxu əsərin 
üslubuna, onun janr xüsusiyyətlərinə müvafiq olmalıdır, yəni oxu 
vaxtı səs, avaz, ahəng, fasilə nəsr və ya nəzmin xüsusiyyətlərinə, 
məntiqi və nəhvi əsaslara arxalanmalıdır. Oxu düzgün tələffüz 
qanunlarına (orfoepiyaya) tabe olmalıdır. O, aydın, səlis olmalı, hər 
bir səs, söz və ifadə dinləyiciyə aydın çatmalıdır”
1
S.Hüseynoğlunun tədqiqatlarında ilk dəfə olaraq ifadəli oxu 
təliminin nəzəri və praktik məsələləri dərindən araşdırılmış, müx-
təlif ədəbi növ və janrda əsərlərin ifadəli oxusunun təşkili sistemi 
işlənilmişdir. Tədqiqatçının şagirdlərə ifadəli oxu üzrə xüsusi baca-
rıqların aşılanması problemi ilə bağlı metodik tövsiyələri, ifadəli 
oxu üzrə dərs nümunələri müasir mərhələdə kurikulum üzrə 
ədəbiyyat dərslərinin təşkili baxımından böyük əhəmiyyət kəsb edir. 
Tədqiqatçının fikrincə, ifadəli oxu emosionallıqla yoğrulan, ob-
razlılıqla köklənən oxudur. Mətndəki hislərin, duyğuların emosio-
nallıqla, yaşana-yaşana çatdırılmasıdır. Oxunan əsərdəki bütün fakt 
və hadisələrin ifaçının, belə demək olarsa, ürəyindən keçərək səs-
lənən sözə çevrilməsidir. Belə oxu çatdırdıqlarına ifaçının şəxsi 
münasibətini də özündə əks etdirir.
Söz şagirdə təsir etmək üçün müəllimin ixtiyarında olan güclü 
vasitədir. Müəllimin sözdən bacarıqla istifadə etməsi, öz nitqini, 
səsini ustalıqla idarə etməsi, onu bir pedaqoq kimi səciyyələndirən 
mühüm keyfiyyətdir. Müəllimin nitqinin ifadəli olmasının zəruriliyi 
1
Muradov B. Orta məktəblərdə ədəbi əsərlərin öyrədilməsi. Bakı: Maarif, 1992,
s.31, 91. 


54 
buradan irəli gəlir. Əlbəttə, müəllimin nitqinə verilən tələblərin 
çoxluğunu və mürəkkəbliyini unutmaq olmaz; nitqin məzmunlu ol-
ması, seçilən sözlərin tutumu, nitqin quruluşu bu qəbildəndir. Müəl-
limin nitqinin forması, səsini idarə etmək bacarığı onun praktik 
fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
A.C.Makarenka yazırdı ki, mən həqiqi sənətkara (müəllimə) o 
vaxt çevrildim ki, “bura gəl” sözlərini 15-20 çalarda söyləməyi öy-
rəndim. “Bura gəl” sözlərini 15-20 çalarda söyləmək, müxtəlif niy-
yəti ifadə etmək, fərqli məqsədi reallaşdıra bilmək bacarığına malik 
olmaq deməkdir.
Müəllimin ifadəli nitqi təlim prosesinə ciddi təsir göstərir. 
Sönük, ölüvay nitq şagirdləri cəlb etmir və bu, nəticədə şərh edilən 
materialın məzmununun qavranılması işini xeyli çətinləşdirir. Belə 
nitqi izləmək üçün şagirdlər böyük iradi qüvvə sərf etməli olurlar. 
Bu isə məktəblilər, xüsusən, aşağı və orta siniflərdə oxuyanlar üçün 
çox çətindir. Emosional rəngə boyanmış, intonasiya çalarları ilə 
zəngin nitq isə müəllimin söylədiklərinə şagirdlərdə marağı güclən-
dirir, təlim materialına diqqəti artırır, eşidilənlər asanlıqla qavranılır 
və yadda qalır.
1
A.Hacıyevin tədqiqatlarında da ifadəli oxunun əhəmiyyəti, tət-
biqi məsələlərinə münasibət bildirilmişdir. Tədqiqatçı qeyd edir ki, 
ifadəli oxu bədii əsərin məzmununu, ideyasını və sənətkarlıq xüsu-
siyyətlərini dinləyiciyə dəqiq çatdırmaq üçün əsas vasitələrdəndir. 
İfadəli oxunun bədii əsərlərin öyrədilməsi vasitəsi olması və 
şagirdlərin estetik tərbiyəsində, şifahi nitqinin inkişaf etdirilməsində 
rolu S.Mikayılovun tədqiqatlarında xüsusi vurğulanır, müəllimlərin 
diqqəti klassik ədəbiyyat nümunələrinin – əruz vəznində yazılmış 
şeirlərin oxusunda buraxılan səhvlərin aradan qaldırılması yollarına 
yönəldilir. 
Tədqiqatçının fikrincə, oxu ədəbiyyat dərsinin ən mühüm bir 
mərhələsi olub, müəllimin diqqət mərkəzində durmalıdır. Oxu əsə-
rin məzmununu, bədii təsvir vasitələrini, hadisələri şagirdlərə mə-
nimsətməyə xidmət etməli, onların nitq inkişafına kömək göstər-
məlidir. Bədii oxuda söz öz canlı təsirini, mətndəki emosionallıq, 
1
Bax: Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı, 2010, s.17. 


55 
müxtəlif hislər: şadlıq, kədər, intizar, bir sözlə obrazın daxili aləmi 
öz ifadəsini tapmalıdır. Bədii oxunun bu xüsusiyyətləri oxudan 
ifadəlilik tələb edir. Yazıçının əsərdə işlətdiyi hər sözün təsir gücü, 
əsərin hər hissəsində ifadə olunan fikir ifadəli oxu vasitəsilə
dinləyiciyə çatdırıla bilər. Bu baxımdan ilk növbədə müəllimin 
nümunəvi ifadəli oxusu vacibdir. 
1
Ş.Mikayılov və A.Bəkirovanın “Ədəbiyyatın tədrisi metodi-
kası” dərs vəsaitində müəllimin sinifdə nümunəvi ifadəli oxuya 
ciddi hazırlığına xüsusi diqqət yetirilir. Qeyd edilir ki, ədəbiyyat 
müəllimi bu məqsədlə mətnlə tanış olmalı, əsərin ölçüsü, ahəngi, 
orada işlədilən sözlərin mənasını öyrənməli, sinifdə bu və ya digər 
mətni necə oxuyacağı qənaətinə gəlməlidir. Bu zaman konkret 
sinfin şagirdlərinin yaş səviyyəsi nəzərə alınmalıdır.
2
P.Əliyev diqqəti ifadəli oxunun təşkilinə verilən tələblərin göz-
lənilməsinin zəruriliyinə yönəldir: “Mətn üzrə işin təşkili ifadəli 
oxunun yüksək səviyyədə aparılmasına xidmət göstərir. İfadəli oxu 
müəyyənləşdirilmiş prinsiplər əsasında həyata keçirilir:
1. Məktəblinin ifadəli oxusu və bədii qiraət məharəti peşəkar 
bədii qiraət ustalarının nəzərə aldıqları prinsiplər əsasında qurulur. 
2. İfadəli oxuda nitqin fiizioloji və psixoloji xüsusiyyətləri gözləni-
lir. 3. Nitqin təsirliliyi, oxunun təsirli olması təmin edilir. 4. Nitqin 
obrazlılığı. 5. Oxunun emosionallığı. 6. Nitq intonasiyasının, səs to-
nunun ucalıb-alçalmasının, tələffüz xüsusiyyətlərinə əməl olunması. 
7. Oxunu qavrama psixologiyası. 8. İfadəli oxuda metodik prinsip-
lərin gözlənilməsi. 9. İfadəli oxunun tərbiyəvi əhəmiyyətinin nəzərə 
alınması.
3
Z.Abdullayevin tədqiqatında bədii mətnlərin ifadəli oxusu za-
manı janr xüsusiyyətlərinin nəzərə alınması problemi araşdırıl-
mışdır. Tədqiqatçı müxtəlif ədəbi janrlarda olan nəzm əsərlərinin 
ifadəli oxusunun təşkili xüsusiyyətlərini araşdırmış, ifadəli oxunun 
1
Mikayılov Ş. V sinifdə ədəbiyyat dərsləri. Bakı: Maarif, 1974, s.15. 
2
Mikayılov Ş., Bəkirova A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Naksuana, 
2008, s. 98. 
3
Əliyev P. Orta ümumtəhsil məktəblərində Azərbaycan klassik şeir nümunə-
lərinin tədrisinin nəzəri və praktik problemləri.Ped. elm. dokt. diss. Avtoreferatı. 
Bakı, 2010, s.22. 


56 
əsərin emosional qavranılmasında, şagirdlərin nitq mədəniyyətinin 
inkişafında rolunu xüsusi qeyd etmişdir. 
Tədqiqatçı bu qənaətə gəlmişdir ki, bədii əsərlərin tədrisi prose-
sində ifadəli oxudan istifadə şagirdlərin fəallığının, müstəqilliyinin 
artmasına, biliklərin şüurlu və möhkəm qavranılmasına səbəb olur. 
İfadəli oxunun digər təlim metodları ilə qarşılıqlı əlaqədə və ədəbi 
növlərin xüsusiyyətləri nəzərə alınmaqla müntəzəm, sistemli tətbiqi 
səmərəli nəticənin əldə edilməsinə imkan yaradır. İfadəli oxudan 
məqsədyönlü istifadə ədəbi əsərlərin ideya–məzmununun və bədii 
xüsusiyyətlərinin başa düşülməsini təmin edir. 
İbtidai təhsil pilləsində ana dili təlimində ifadəli oxunun təşkili 
məsələləri F.Yusifovun araşdırılmalarında şərh edilmiş, məktəb 
təcrübəsində ifadəli oxunun təşklil xüsusiyyətləri araşdırılmışdır. 
Y.Aslanovun tədqiqatında ədəbiyyat dərsləri üçün vacib olan 
məqamlar sırasında nəsr əsərlərindən seçilmiş parçaların, şeirlərin 
ifadəli oxusunun təşkilinə, əzbər söylənilməsinə üstünlük verilməsi 
xüsusi qeyd edilir.
1
İfadəli oxunun tətbiqi prosesində ədəbi növlərin spesifikliyini
müxtəlif təlim metodları və priyomları ilə onun əlaqəsini nəzərə 
alan iş sistemi S.Rəsulovanın bədii əsərlərin öyrədilməsində ifadəli 
oxudan istifadənin imkan və yollarına həsr olunmuş tədqiqatında 
hazırlanmış və elmi cəhətdən əsaslandırılmışdır. “İfadəli oxu əsərin 
öyrədilməsində və ona müstəqil münasibətin formalaşdırılmasında
böyük rolu olan vasitə kimi qiymətləndirilə bilər. Unudulmamalıdır 
ki, əsərin ifadəli oxusuna nail olunması onun dərindən qavranılması 
nəticəsində mümkündür. Buradan bir daha aydın olur ki, ifadəli 
oxunun təlimdəki başlıca əhəmiyyəti əsərin qavranılmasında, əhatəli 
öyrənilməsində və ona müstəqil münasibətin formalaşdırılmasında
tutduğu mövqe ilə bağlıdır. Başqa sözlə, ifadəli oxunun həyata ke-
çirilməsi mərhələlərinin hər biri bədii əsərin qavranılmasına və 
şagirdlərdə müstəqilliyin inkişafına öz öz payını verir. Lakin mək-
təb təcrübəsi ilə tanışlıqdan məlum olur ki, ifadəli oxudan istifadə, 
əsasən, epizodik xarakter daşıyır və həmin prosesdə ciddi səhvlərə 
1
Aslanov Y. Ədəbiyyat tədrisi: Ənənə və müasirlik. Bakı: ADPU nəşriyyatı, 
2011, s.27. 


57 
yol verilir.”
1
Metodist B.Abbaslının qənaətinə görə, ədəbiyyat müəllimlərini-
nin əksəriyyəti əruz vəznində yazılmış sərlərin bəhrini, təfiləsini 
müəyyənləşdirə bilmir, beytlərin izahında çətinlik çəkirlər. Bu da 
əsərin düzgün ifadəli oxusunda təhriflərə yol verilməsi ilə nəticə-
lənir. 
Ədəbiyyat dərslərində əruz vəznli şeirlərin ifadəli oxusunun 
təşkilində müəllimə kömək baxımından müəllifin “Ədəbiyyatdan
V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin tədrisi” vəsaiti
metodik mənbə kimi diqqəti cəlb edir.
2
Ümumtəhsil məktəblərinin 2012-13-cü tədris ilindən tətbiq olu-
nan ədəbiyyat fənn kurikulumunda ifadəli oxuya yeni metodik 
münasibət diqqəti cəlb edir. Bu mühüm konseptual sənəddə V sinif-
dən etibarən şagirdlərə ifadəli oxu bacarıqlarının aşılanması mühüm 
vəzifə kimi qarşıya qoyulur və bu tələb öz əksini ifadəli oxu ilə 
bağlı standartlarda tapır. Kurikulumda qeyd edilir ki, ümumi orta 
təhsil pilləsində şagird bədii nümunələri onların məzmunundan irəli 
gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional 
cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir. Tam orta 
təhsil pilləsində isə oxuduğu bədii nümunələri bədii-emosional və 
obrazlı qavradığını nümayiş etdirir.
Ədəbiyyat fənn kurikulumu ifadəli oxu ilə bağlı aşağıdakı 
standartların reallaşdırılmasını tələb edir: 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə