Plan: 1 Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu



Yüklə 119 Kb.
səhifə1/5
tarix24.02.2023
ölçüsü119 Kb.
#101441
növüDərs
  1   2   3   4   5
Mövzu 1.ADƏM.


Mövzu 1. Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti
Plan:
1) Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu.
2) Ədəbiyyatın tədrisində ifadəli oxunun yeri.
3)“İfadəli oxu” fənninin predmeti, məqsəd və vəzifələri.

Ədəbiyyat insan taleyi olub, insan münasibətlərinin mürəkkəbliyi, əksliklərlə dolu reallıq, personajların incə və dərin psixologiyası, oxucunun cavab yaradıcılığını tələb edən yazıçı yaradıcılığıdır” (A. Levidov). Ədəbiyyatın hər zaman əsas predmeti olan insan bütün dövrlərdə söz sənətinin (daha geniş mənada incəsənətin) başlıca mövzusu və qəhrəmanıdır, sənətkarın əsərində ifadə etdiyi ideyanın bədii təcəssümüdür.


Müasir dövrdə müəllimin peşə hazırlığı, ixtisas səviyyəsinin yüksəldilməsi mühüm vəzifə kimi qarşıda dayanır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda (24.10.2013) qeyd edilir ki, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqlar, səriştə də zəruridir. Səriştə əldə olunmş bilik və bacarıqları praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir.


İctimai həyatı müəyyən estetik mövqedən bədii dil vasitəsilə dolğunluqla əks etdirən əsərə bədii əsər deyilir. Müəllimin bədii əsəri ifadəli oxumağı bacarması, ifadəli oxu təlimi metodikasına yiyələnməsi onun peşə bacarıqlarının mühüm tərkib hissəsi sayılır. Şagirdlərin bədii əsəri emosional-obrazlı qavramasının təmin edilməsində təlim prosesində həyata keçirilən müxtəlif yaradıcı işlərlə yanaşı, ifadəli oxu da mühüm rol oynayır. İfadəli oxu yazılı mətnin -əsərin ideya məzmununun, bədii xüsusiyyətlərinin səslənən sözlə çatdırılmasıdır. Bu oxu vasitəsilə təsvir edilən hadisələri, qəhrəmanları dinləyicilərin gözü önündə canlandırmaqla qavranılması təmin edilir. İfadəli oxudan praktikum kursunun məqsədi tələbələrdə ifadəli oxu bacarıqlarının formalaşdırılması, onların ədəbiyyat dərslərində şagirdlərlə ifadəli oxu üzrə iş aparılmasına hazırlaşdırılmasıdır.
Ədəbi əsərlərin məzmunu, strukturu, obrazlar aləmi, süjet və kompozisiyası, ədəbi növ və janrların özünəməxsusluğu, bədii yaradıcılıqda inikas üsulları, dil və üslub məsələləri və s. ifadəli oxu zamanı nəzərə alınan işlər sırasındadır. Deməli, ədəbiyyatşünaslığın bu sahədəki müddəaları ifadəli oxunun uğurla həyata keçirilməsinə şərait yaradır. İfadəli oxu əslində bir çox elm sahələrinin müddəalarını əldə rəhbər tutur. Onun nəzəri əsaslarından danışanda həmin elm sahələrinin ifadəli oxuya verdiyi imkanlar nəzərə alınmalıdır.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə