Plan: 1 Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu



Yüklə 119 Kb.
səhifə2/5
tarix24.02.2023
ölçüsü119 Kb.
#101441
növüDərs
1   2   3   4   5
Mövzu 1.ADƏM.

İfadəli oxu məktəb şəraitində tətbiq olunan bədii oxu sənətidir. İfadəli oxunun xüsusiyyətlərindən bəhs edərkən bədii oxu sənəti ilə müqayisəsi bir sıra məsələləri aydınlaşdırmağa kömək edir. İfadəli oxunu bədii oxu sənətindən təcrid etmək olmaz. İfadəli oxu təlimi zamanı bədii oxunun qanunları nəzərə alınır. İfadəli oxunu məktəb şəraitində həyata keçirilən bədii oxu kimi qəbul edənlər də var. Təlim prosesində ifadəli oxudan istifadənin məqsədi bədii qiraət ustası hazırlamaq deyil, ilk növbədə bədii əsərin ideya-məzmununun dərindən, emosional qavranılmasını, şagirdlərin estetik tərbiyəsini təmin etməkdir. Həm ifadəli oxu, həm də bədii oxu sənəti üçün sadəlik, təbiilik səciyyəvidir. Bədii oxunun bir çox metodları ifadəli oxu zamanı da tətbiq olunsa da müəllim və şagirdlərdən bədii oxu ustalarının səviyyəsində ifaçılıq tələb etmək olmaz. Məktəblilərlə aparılan ifadəli oxu məşğələləri, demək olar ki, peşəkar qiraətçinin yaradıcılıq işi ilə eyni prinsiplərlə, ardıcıllıqla aparılır. Lakin müəllimin qarşısında sinifdəki bütün şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsinə nail olmaq vəzifəsi durur. Bu baxımdan müəllim ifadəli oxunun nəzəri məsələlərini və tədrisi metodikasını bilməli, müxtəlif siniflərdə ifadəli oxu təliminin xüsusiyyətlərini nəzərə almaqla fərdi, cütlük və qruplar üzrə çalışmalar sistemindən istifadə etməyi bacarmalı, şagirdlərin psixologiyasını, qavrama, təfəkkür, təxəyyül xüsusiyyət-lərini bilməlidir. Ədəbiyyat müəllimi əsəri şagirdlərə canlı, emosional, bədii, ifadəli çatdırmağı bacarmalıdır. Yazılı mətnə nisbətən canlı sözün oxucuya təsiri daha güclüdür, əgər ifaçı mövzunu, ideyanı, əsərin tonunu, üslubunu, emosional qatını düzgün çatdırırsa, eşitmə duyğusuna əsaslanan belə qavrama görmə duyğusuna əsaslanan oxudan daha güclüdür. Bədii oxudakı bir sıra imkanlar – material seçimi, səhnə şəraiti, dekorasiya və qrim işləri, rəssamlıq və musiqi tərtibatı kimi məsələlər məktəb şəraitində bir o qədər də istifadə edilmir. İfadəli oxunun belə bir məqsədi də yoxdur. Onun əsas vəzifəsi bədii və elmi-publisistik mətnlərdə əks olunan məzmunu daha yaxşı mənimsətmək, obrazları, hadisə və ya əhvalatın təsvirini, gedişatını olduğu kimi canlandırmaqla şagirdlərə estetik zövq və yüksək əxlaqi-mənəvi dəyərlər aşılamaqdır. Bunun üçün də ifadəli oxu zamanı nəzərə alınacaq bir sıra vacib məqamları bilmək lazımdır:

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə