Plan: 1 Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu


İfadəli oxunun mahiyyəti aşağıdakılardan ibarətdir



Yüklə 119 Kb.
səhifə4/5
tarix24.02.2023
ölçüsü119 Kb.
#101441
növüDərs
1   2   3   4   5
Mövzu 1.ADƏM.

İfadəli oxunun mahiyyəti aşağıdakılardan ibarətdir: 1.Əsərdə təsvir olunanların dinləyicilər tərəfindən təsəvvür edilməsinə nail olmaq 2.Müəllifin mövqeyini çatdırmaq 3.Müəllifin sənətkarlığı barədə dinləyicilərdə dolğun təsəvvür yaratmaq 4.Oxunun başlıca ifadəlilik vasitəsi kimi intonasiyadan düzgün və yerində istifadə etmək. İfadəli oxu təliminin məqsəd və vəzifələrinin reallaşdırılması təlim prosesinə yeni yanaşma, ifadəli oxu bacarıqlarının aşılanması üzrə sistemli iş tələb edir. İfadəli oxu üzrə məşğələlərdə nitqin melodikasını, sintaktik quruluşunu, fonetik əsaslarını, diksiyanı, tənəffüs (nəfəsalma, nəfəsvermə) qaydalarını bilməklə uğur qazanmaq olar. Eyni zamanda bu prosesdə bədii əsərdə sənətkar niyyəti, mətnin dil üslub xüsusiyyətləri aydın dərk edilməlidir. İfadəli oxu zamanı şagirdə lazımsız, yorucu sorğu və məlumatlar deyil, təlim materialını dərindən, şüurlu qavramaq, dərk etmək, ifadəli oxu ilə bağlıyaradıcı fəaliyyət göstərmək mühiti yaradılması zəruridir. Şagirdlərin şifahi nitqinin, ifadəli oxu bacarıqlarının inkişaf etdirilməsində stimullaşdırma, nitq situasiyalarının zəmin rolu oynaması, mətndən, əyanilikdən, texniki vasitələrdən, təsvir, nağıletmə, mühakimə səciyyəli çalışmalardan məqsədyönlü istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ədəbiyyat dərslərində şagirdlərin nitq inkişafı üzrə işin prinsipləri aşağıdakılardır: 1.Nitq inkişafı üzrə işlərin şagirdlərin bədii əsər barədə təəssüratları, şəxsi həyat təcrübəsi əsasında aparılması, 2.Nitq inkişafı üzrə işlərin ardıcıl, sistemli aparılması, 3.Nitq mədəniyyətinə yiyələnmə uzun və yaradıcı proses olduğu üçünşagirdlərin bilik və bacarıqları yeni situasiyada tətbiq edilməyə alışdırılmasə 4.Nitq inkişafının şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi, plan tərtibi, çıxış hazırlanması, nağıletmənin müxtəlif növləri, təhlil, müzakirəpraktik işlərlə üzvi vəhdətdə aparılması, 5.Monoloji və dialoji, şifahi və yazılı nitqin inkişafı üzrə işlərin əlaqələndirilməsi.
İstər şifahi, istərsə də yazılı nitqdə dəqiqlik, aydınlıq, məntiqilik, şərhin əsaslandırılması, ədəbi normalara uyğunluq, emosionallıq tələbləri verilir. İfadəli oxu ilə bağlı tətbiq, yaradıcı iş, diskussiya səciyyəli tapşırıqlar üzrə iş, müzakirələr şagirdin nitqının inkişafına, kommunikativ bacarıqların formalaşdırılmasına zəmin yaradır. Şagirdlərə müstəqil ifaçılıq fəaliyyəti göstərməyi öyrətmək, axtarıcılıq fəaliyyətinə, tədqiqat sualının, təlim probleminin müstəqil qoyuluşu və həll prosesinə cəlb etmək, öyrənilənləri və dinlədiklərini dəyərləndirməyi bacarmalarına nail olmaq başlıca məqsədə çevrilməlidir.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə