|
![](/i/favi32.png) Bilal Həsənli Nazilə AbdullazadəB.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)Samitlərin tələffüzü
▲ Eynicinsli qoşa
kk, tt, pp
samitli sözlərdə ikinci səs cingiltiləşir:
Səlahiyyətli müvəkgilin əlləri də, sifəti də indi hərarətdən yox, o tonqalın
istisindən yanırdı (Elçin).
▲ Qoşa
qq
samitli sözlərdə birinci səs kar qarşılığı kimi tələffüz olunur:
Ayaq səsləri – çəkələk şakqıltısı eşidildi. (İ.Hüseynov)
▲ Qoşa
yy
samitli sözlərdə qoşa yy sözün kökündə olarsa, olduğu kimi,
şəkilçinin tərkibində olarsa bir y ilə tələffüz olunur:
Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələr üstünə cumub məhv
64
olurlar (Ə.Məmmədxanlı). Cəbhənin bu hissəsində vəziyət yenə gərginləşirdi
(M.Hüseyn).
▲ Qoşa
bb, cc, dd, zz, ss, ll, vv, ff, şş, mm, nn, rr
samitlərinin tələffüzündə
heç bir fərq olmur:
Onun sifətindəki ciddilik və təmkin mollanı qorxuya saldı (İ.Şııxlı). Yox,
fərraş gözüdür mənim bu gözüm, Özüm tutduğuma heyranam özüm (S.Vurğun).
Şahnaz kəlağayısı əlində, xallı kəpənəkləri hürküdə-hürküdə otların, çiçəklərin
arası ilə yuxarı qaçırdı (İ.Şıxlı). Amma istəsən ki, hökmdar Qarabağı dünyanın
cənnət dilbər guşəsinə çevirsin, bax, bunu eləyər (F.Kərimzadə). Toy dəsgahı,
mehriban ailə həyatı başlanan günün səhərisi Ağca iki nömrəli uşaq bağçasına
mürəbbiyə təyin olundu (M.Cəlal). Eşşəyi qatıb karvansaraya, Xudayar bəy üz
qoydu bazara (C.Məmmədquluzadə). Nəsimi “Cavidannamə”ni məhz belə vaxt-
larda təqdim edərdi (İ.Hüseynov). Cəmi yarım il bundan əvvəl Azərbaycanı
gəzməyə çıxmışdı (İ.Şıxlı).
▲ Sonu
d, b, c, g
ilə bitən sözlər tələffüzdə
t, p, ç, k
olur:
▲ Söz ortasında yanaşı gələn iki kar samitdən ikincisi cingiltiləşir:
Dostları ilə paylaş: |
|
|