Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə18/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   136
BIOKIMYA MUHAZIRELER

Qalaktomannanlar
  tərkiblərində  qalaktoza  və  mannoza  (1:2)  saxlayan 
heteropolisaxaridlərdəndir. Bunların nümayəndələrindən quaranı göstərmək olar. 
Qlükomannanlar
 da polisaxaridlərdəndir. Bunların nümayəndəsi eremuran-
dır.  Eremuran  bizim  ölkəmizdə  də  vardır.  Bunun  hidrolizi  zamanı  qlükoza  və 
mannoza  alınır.  Mannoza  almaq  üçün  yaxşı  mənbədir.  Eremuran  çox  gözəl 
emulqatordur, qismən hidrolizdən sonra qanın əvəzedicisi kimi də işlənə bilər.  
Mukopolisaxaridlər.
 Mukopolisaxaridlər heteropolisaxaridlər qrupuna aid- 


17 
 
dir.  Bunlardan  turş  mukopolisaxaridlərə  aşağıdakılar  aiddir:  hialuron, 
xondroitin─kükürd, xondrontinsulfat turşuları, heparin və s. Bunlar hidroliz olun-
duqda  heksozalara,  heksozaminlərə,  heksuron  turşularına,  sirkə  turşusuna,  sulfat 
turşusuna və s. ayrılır.   
Mukopolisaxaridlərə  birləşdirici  toxumada,  gözün  şüşəvari  cismində, 
sinovial mayesində, toxuma və hüceyrələrarası maddələrin tərkibində, qaraciyərdə, 
selikdə rast gəlinir. Bunlar boy prosesində, mayalanmada iştirak edir və yapışdırıcı 
xassəyə malikdir.  
 
  
Hialuron 
turşusu  turş  mukopolisaxaridlərdəndir,  hidroliz  olunduqda 
qlükozaminə,  sirkə  turşusuna,  qlükuron  turşusuna  ayrılır.  Onun  tərkibində 
N─asetilqlükozaminlə qlükuron turşusunun qalığı birinci və dördüncü karbonların 
β─1─14 rabitəsilə birləşir. 
Hialuron  turşusunun  molekul  kütləsi  bir  neçə  yüz  mindən  bir  neçə  milyona 
yaxındır.  Məhlulunun  özlülüyü  çox  yüksək  olur.  Hialuron  turşusu  toxumalarda 
(gözün  şüşəvari  cismində,  dəridə)  və  bioloji  mayelərdə  (sinovial  mayesində,  qan 
plazmasında) zülallarla birləşmiş şəkildə olur. Hialuron turşusu sinoviya mayesinə 
sürüşkənlik  xassəsi  verməklə,  oynaqlarda  zərbəni  zəiflətmək  qabiliyyətinə  malik 
olub, hüxeyrələri bir-birinə birləşdirir.   
A,─  və  C─xondroinsulfatlar  sulfatlaşmış  N─asetil-D─qalaktozamin  və  D 
qlükuron  turşusunun  qalıqlarından  əmələ  gəlmiş  zəncirvari  polimerlərdir.  Bunlar 
qalaktozamində sulfat turşusunun vəziyyətinə görə fərqlənir. A xondroitinsulfatda 
sulfat  turşusunun  qalığı  qalaktozamində  dördüncü  karbonun  yanındakı  hidroksili, 
C─xondroitin─sulfatda isə altıncı karbonun yanındakı hidroksili əvəz etmişdir.  
B-xondroitinsulfat  (və  ya  dermatansulfat)  bunlardan  D─qlükuron  turşusu 
əvəzinə L─induron turşusunun olması ilə fərqlənir.  
Xondroitinsulfatlar çox da irimolekullu birləşmələr deyildir. 
Onların molekul kütləsi adətən 50-100 min arasında dəyişir.  
Xondroitinsulfatlar qığırdaq toxumasının əsasını təşkil edir.  
Heparinin  tərkibinə  D─qlükozemin,  D─qlükuron  turşusu  və  sulfat  turşusu 
daxildir. Onun molekul kütləsi 10-20 minə yaxındır.  
Heparin  ən  çox  qaraciyərdə,  ağciyərdə,  əzələlərdə,  qan  və  limfada  olur.  O 
qanın ən bioloji fəal spesifik antikoaqulyantıdır. Odur ki, trombozun müalicəsində 
və s.-də işlənir. 
Neytral  mukopolisaxaridlərdə  qlükuron  və  sulfat  turşuları  olmur.  Onlarda 
fruktozaya,  sial  turşularına  (N─asetilneyramin  turşusu)  rast  gəlinir.  Zülallarla 
birləşmiş  şəkildə  (mukoproteidlər)  bütün  üzv  və  toxumalarda, xüsusən  selikdə  və 
s.-də  olur.  Son  zamanlar  karbohidratların  qarışıq  polimerləri  də  müəyyən  edil-
mişdir.  Bunlar  qlükopeptidlər,  qlükolipidlər  və  lipoqlükoproteidlərdir.  Qlükopep-
tidlərin tərkibində karbohidratlardan başqa aminturşuları da vardır. Qlükolipidlərin 


18 
 
tərkibində  isə  karbohidratlarla  yanaşı  yağ  turşuları  da  olur.  Lipoqlükoproteinlərin 
tərkibində isə karbohidratlarla bərabər yağ turşuları, aminturşuları və lipoidlərə də 
təsadüf edilir.  
 
 
 
 
ƏDƏBİYYAT 
 
1.  Xəlilov  Q.  B.  Heyvan  biokimyasının  əsasları.  Bakı.  1987. 
Maarif.  
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. 
Bioloji kimya. Bakı 1989. 
3.  Кольман  Я.,  Рем  К.  Г.  Наглядное  биохимия  –Москва.  Мир, 
2000. 
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - 
Москва. Медицина. 2003. 
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 
2008. 
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə. 
Araz, 2010. 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə